Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə16/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   12   13   14   15   16   17   18   19   ...   89

48 

Q.Təbrizinin məktubları, Xaqaninin “Töhfətül - İraqeyn”, Niza-

minin “İsgəndərnamə”, Füzulinin “Bəngü-badə”, “Nişançı paşaya 

məktub”  ənənəvi mənzum və  mənsur formada yazılmış  əsərlərdir. 

Bunlarda alleqoriya da vardır. Bu janrların bəzisində xalq ədə-

biyyatından geniş şəkildə istifadə olunurdu. “Şahzadənin səyahəti”, 

“Koroğlunun Bağdad səfəri”, “Koroğlunun Rum şəfəri”, “Aşıq 

Alının Osmanlıya səfəri”, “H.Bozalqanlının Tfilis səfəri” kimi nağıl 

və dastanlar ənənəvi səyahətnamə  təsiri ilə yaranmış, forma və 

məzmunca daha sadələşmiş, xalq təfəkkürünə yaxınlaşmışdır.  

XIX  əsrdən janrlar maarifçiliyin inkişafı ilə Azərbaycanda 

forma və  məzmunca realist istiqamət aldı.  İlk dəfə  sənədli nəsrdə 

özünü göstərdi. M.Əfşarın “Peterburqa səyahət” (1829), İ.Qut-

qaşınlının “Səfərnamə” (1852), M.F.Axundovun “Kəmalüddövlə 

məktubları” (1865) kimi yeni tipli əsərlər bədii nəsrə yeni ideya və 

mövzu gətirdi. Həm də “Kəmalüddövlə məktubları” satirik traktat – 

məktub janrının yeni və orijinal nümunəsi idi.  

Səyahətnamə və fantastik xarakterli nəsr əsərləri Cənubi Azər-

baycan ədəbiyyatında da təşəkkül tapıb formalaşmağa başladı.  

Azərbaycan klassik nəsrində satiradan, onun doğurduğu 

gülüşdən danışarkən Cənubi Azərbaycan nəsrinin üzərindən sükutla 

keçmək böyük qəbahət olardı. XIX əsrin bədii nəsrinin qələm sahib-

lərindən söhbət açarkən Abbasqulu ağa Bakıxanovun,  İsmayıl bəy 

Qutqaşınlının, Mirzə  Fətəli Axundovun adları ehtiramla çəkilir, 

tədqiq olunur. Lakin başqa  ədəbiyyatşünaslarımız kimi biz də 

Xaqani  Şirvaninin “Töhfətül-İraqeyn” poemasının qısa, diqqəti 

çəkən dibacəsini, qəzəlin peyğəmbəri M.Füzulinin “Leyli 

Məcnun”a yazdığı dibaçəni, “Şikayətnaməni”, “Rindü-Zahid”i, 

“Səhhət və  Mərəzi”, “Qazi Əlaiddinə”, “Əhməd bəyə” Bəyazid 

Çələbiyə yazdığı məktubları, Məhəmmədin “Şəhriyar” dastanını da 

Azərbaycan nəsrinin nümunələri sayırıq. Bu əsərlər haqqında 

zaman-zaman, müxtəlif dövrlərdə bir-birndən fərqli fikirlər 

söylənilmişdir. Yuxarıda adlarını  çəkdiyimiz numunələr sırasına 

tədqiqatçı – alim Nazim Rizvan bir əsərin də adını əlavə etmişdir. 

O, “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-

1920-ci illər)”, monoqrafiyasında göstərir ki, “Son zamanlar 

Londonun “Britaniya muzeyi” kitabxanasında tapılan XII əsr şair və 



49 

yazıçı ustad Əbu Bəkrin “Munisnamə” adlı romanı isə xalqımızın 

ədəbiyyat tarixində  nə  qədər xəzinələrin gizli qalmasından,  ədəbi 

hadisə ola biləcək neçə-neçə  əsərin hələ  də tapılmamasından və 

bədii nəsrimizin köklərinin uzaq yüzilliklərdən su içməsindən xəbər 

verir”


1

.  


XIX  əsrin sonu, XX əsrin  əvvəllərində  bədii nəsrin inkiaşfına 

çalışan yazıçıların çoxu Avropa və rus elmini, mədəniyyətini yaxşı 

mənimsəmiş, hazırlıqlı  qələm sahibləri idi. Bizcə, XIX əsrin II 

yarısı  və XX əsrin  əvvəllərinə aid Cənubi Azərbaycan nəsri də 

günümüzə  qədər bizə çatan və çatmayan həmin klassik nəsrin, 

ənənələri üzərində formalaşmışdır. Filologiya elmləri doktoru, 

V.Əhməd yazır: “...Quzey Azərbaycanında yaşayıb yaratmış  Xətib 

Təbrizi, Qətran Təbrizi, Arif Ərdəbili,  Əssar Təbrizi, Zeynalabdin 

Marağalı,  Əvhədi, Qövsi Təbrizi, M.Ə.Möcüz kimi sənətkarların 

ədəbi-bədii irsi geniş  tədqiqata və araşdırmalara layiq olan 

tükənməz bir xəzinədir”

2

. Hacı Mirzə  Əbdülrəhim  Əbütalib oğlu 



Təbrizi, Hacı Zeynalabdin Marağalı, Məmmədəli Manafzadə Sabit 

kimi yazıçıların qələmindən çıxmış yeni ruhlu klassik ədəbiyyat 

nümunələri o zaman geniş yayılmışdı.  

Ə.Talıbov və Z.Marağalı  Cənubi Azərbaycandan Qafqaza 

gəlmiş, Avropa ölkələrində, Rusiyada olmuş, dünya mədəniy-

yətindən yaxından hali olan şəxslər olmuşlar. Onların nəsr 

əsərlərində İranın, xüsusən də Cənubi Azərbaycanın siyasi-iqtisadi, 

mədəni-mənəvi, tarixi vəziyyəti, xalqın istək, arzuları  və müba-

rizəsi, bəşəriyyətdə gedən dinamik dəyişikliklər – elmin, texnikanın 

inkişafı, ziyalıların maarifçilik ideyaları, despotizmin ifşası, dinə 

münasibət, qadın azadlığı,  əlifba islahatı ideyası  və başqa 

problemlər öz bədii  əksini tapmışdır. Onların  əsərlərində bütöv-

lükdə dövrün ümdə problemləri önə  çəkilirdi.  Əsərlərdə  işlənən 

işarələr, eyhamlar, kinayələr, tez-tez qarğış olunan rəmzi fələk, 

dövran və s. artıq kənara qoyulur, inkişafa, intibaha çağırış, elm, 

                                                       

1

 Nazim Rizvan “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi” 



(1850-1920-ci illər), Bakı – 2005, Səda nəşriyyatı, səh.134. 

2

 Vüqar Əhməd. Mir Cəfər Pişvərinin həyati, mühiti və yaradıcılığı (doktorluq 



dissertasiyası). B.2003, səh.3 


50 

maarif, gələcək arzuları onların nəsr  əsərlərində canlı  şəkildə öz 

əksini tapırdı.  

Cənubi Azərbaycan  ədəbiyyatında romanın banisi sayılan 

Cənubi Azərbaycanın gələcək taleyini, siyasi həyatını müəyyən-

ləşdirən  Ə.Talıbovun “Kitab yüklü eşşək”, 3 cildlik “Talibinin 

gəmisi, yaxud Əhmədin kitabı”, 3 cildlik “İbrahim bəyin səya-

hətnaməsi” romanları böyük rol oynamışdır. Bu romanların 

quruluşu, kompozisiyası, leytmotivi, mənfi ilə müsbətin, qara ilə 

ağın, mərd ilə namərdin kəskin mübahisəli  əksi mülahizələrimizi 

təsdiq edən arqumentlərdir.  

Hər iki – yazıçı haqqında rus alimlərinin birtərəfli fikirləri bu 

gün də davam edir. Akademik Kamal Talıbzadə  “Ədəbi tənqid: 

yekunlar, mülahizələr” məqaləsində yazır: “Sovet alimlərinin 

tədqiqatlarında bir çox Azərbaycan yazıçı və ədəbiyyatşünaslarının 

fars  ədəbiyyatına aid edilməsi hallarına yenə rast gəlirik və bu 

meylə qarşı bizim əks elmi təbliğatımız hələ çox zəifdir. 

Ədəbiyyatşünas D.S.Komissarovun “Müasir İran ədəbiyyatşünaslığı 

haqqında” (1980) kitabçasında M.F.Axundov məktəbinin məşhur 

azərbaycanlı nümayəndələri Zeynalabdin Marağalı  və Mirzə  Əb-

dülrəhim Talıbov fars yazıçısı və alimi kimi təqdim  olunurlar”

1

.   



Mirzə  Əbdülrəhim Talıbov (1834-1911) XIX əsrin sonu, XX 

əsrin  əvvəlində  İranda və  Cənubi Azərbaycanda M.F.Axundov 

ədəbi məktəbi təsiri altında  yazıb - yaradan filosof yazıçılardan 

olmuşdur. Təbriz, Tiflis, Xasavyurd, Dağıstanın mərkəzi Teymur-

xanşura və Xarkovda yaşamışdır. Rus dilini bilməsi sayəsində 

klassik rus ədəbiyyatı  və  mədəniyyəti ilə yaxından tanış olmuşdu. 

“M.Ə.Talıbovun  əsas  əsərləri üç cildlik “Kitabi- Əhməd” (“Əh-

mədin kitabı”) adlı elmi-pedaqoji romandan ibarətdir. Azərbaycan 

və dünya ədəbiyyatşünaslığında (şərqşünaslıqda) M.Ə.Talıbovun 

əsərlərinin janrı haqqında bir-birinə zidd müxtəlif fikirlər söylənil-

mişdir. Tədqiqatçılardan heç biri bu nümunələrdən sırf bədii  əsər 

kimi danışmamışdır. M.Ə.Talıbovdan monoqrafiya yazan M.Mənafi 

“Kitabi –Əhməd”  əsərini “elmi-pedaqoji roman” kimi tədqiq 

                                                       

1

 Ədəbi tənqid (Tərtib edəni və redaktoru akademik Kamal Talıbzadə), Bakı – 



1984, Yazıçı nəşriyyatı, səh.37 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə