Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə15/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

45 

olaraq digərlərə  də tapşıra bilər. Haqqında danışdığımız hekayəyə 

gəldikdə isə burada başqa hekayəçi yoxdur. Digər tərəfdən hadisələr 

inkişaf prosesi keçmir, yaşanan ömür nəmalum adresatın (adresat 

burada qəhrəman özüdür) nəzərdə tutulması ilə  nəql olunur. 

Z.Marağalının “İbrahim bəyin səyahətnaməsi”, S.M.Qənizadənin 

“Məktubati  Şeyda bəy  Şirvani” dilogiyası,  Ə.Haqverdiyevin 

“Xortdanın cəhənnəm məktubları”,  Ə.Talıbovun “Əhmədin kitabı” 

əsərlərindən aldığımız təəssürat budur ki, onlarda sosial 

problematika əsas yer tutur. Söhbət edənlərin varlığı və ya yoxluğu 

monoloqun strukturu və ya xarakterini dəyişən  əsas cəhətlərdir. 

İbrahim bəyin əsərin əvvəlindən sonuna qədər bütün monoloqunun 

məzmununu “sevgilisi”, “məşuqu”  İranın taleyi ilə bağlı qayğıları, 

nigarançılıqları, keçirdiyi vətən təəssüblü hiss həyəcanları  təşkil 

edir. İbrahim bəy suallara cavab vermir, həyatının amalına çevrilən 

məsələlərdən ya təsdiq və ya inkar planda söhbət edir. “İbrahim 

bəyin səyahətnaməsi”ndəki başqa iştirakçıların monoloqları üçün də 

analoji hal xarakterikdir. Bir sözlə, onların monoloqlarının 

məzmununu İbrahimin idealı ilə bağlı suallara ya müsbət, ya mənfi 

səpkili cavabları müəyyənləşdirir. Qəhrəmanın replikası da, sualları 

da monoloqun xarakterini dəyişdirmir: “Bu altmış min nəfərin 

təzkirə pulu böyük məbləğ olur... görünür, hamısı dövlətə çatır”. 

“Sizin ticarət vəziyyətiniz necədir, vətəndən nə kimi əmtəələr və 

mallar gətirirsiniz?” Monoloq – hekayə  və monoloq – təsvirdən, 

başqa sözlə desək, dəyişkən monoloqlardan danışarkən təkcə bir 

nəfəri-həmsöhbəti deyil, eyni zamanda səhnəni, yaxud auditoriyanı 

nəzərə almaq lazım gəlir. Bahadır (“Bahadır və Sona”) 

monoloqunda ancaq bir nəfərin – Sonanın mənəvi dünyasını, 

dünyagörüşünü  əsas götürürsə, “Aldanmış  kəvakib”dəki çıxışlarda 

məclis  əhlinin marağı, mənafeyi, bir də hökmü nəzərdə tutulur. 

Statik monoloq – daxili monoloq klassik Azərbaycan nəsrində ilk 

dəfə C.Məmmədquluzadənin və N.Nərimanovun  əsərlərində 

işlənilmişdir.  

Daxili monoloq üçün xarakterik cəhət bədii həyatın məkan yox, 

zaman koordinatlarının ön plana çəkilməsidir. Yəni, satirik daxili 

monoloqlarda hərəkət-hadisə yox, məhz fikir, düşüncə, emosiya, 

təfəkkürün draması, şəxsiyyətin özünün özü ilə mübarizəsi təhlilini 



46 

tapır. Monoloq – düşüncədə, monoloq - ətrafda subyekt ilk növbədə 

özünə müraciət edir, özünə üz tutur. Bu tipli monoloqlarda məkan 

dəyişməsini zamanın hiss olunacaq, açıq-aydın duyulacaq dərəcədə, 

lazım olduğundan artıq sürətli gedişi  əvəz edir. “Bahadır və 

Sona”da qəhrəmanların mənəvi dünyasına nüfuz güclüdür. Roman-

dan bir nümunəyə diqqət yetirək: “Sona millətini nəhayətdə sevən 

bir cavan, Sona ata və anasına artıq dərəcədə məhəbbət bağlamış bir 

qız... Bu “uçurum dərələri” keçə biləcəkmi? Keçərsə, atasına, 

anasına əziyyət olmazmı? Bunlar məni öz övladları kimi sevirdilər, 

mənə  hər dürlü yaxşılıqlar ediblər. Məni təmiz, saf ürəkli,  əmin 

adam bilib qızlarını  mənə tapşırmışdılar... Öz hissiyatımı, 

məhəbbətimi açıq-açığına Sonaya yazmaq, Sonanı rahatsız 

edəcəkdir, qeyri bir fikirlərə salacaqdır...” Yuxarıdakı Bahadırın 

daxili monoloqudur. Bahadır narahatdır, nigarandır. Dünyalar qədər 

sevdiyi Sonasına – gələcək yarı ilə  əlaqədar hissə qapılsa da, 

ümidsizləşsə  də qayğılıdır. Bahadır maarifçilik, ədəb-ərkan və 

səbirlə mübarizə aparıb “uçurum dərələri” doldurmaq, ortada olan 

baryeri götürmək, nəhayətdə  qələbə çalmaq istəyir. Bahadır 

ziyalıdır, qəlb adamıdır. Onun düşüncələri mənəviyyat üzərində 

köklənibdir. Onun mənəvi aləmi,  ənənəvi, klassik monoloqlarda 

etirafı  çətin, mümkünü olmayan həyəcanları, bütövlükdə psixoloji 

əhvali-ruhiyyəsi öz-özünə düşüncəsində - daxili monoloqunda 

əksini tapmışdır. Bahadırda mənəvi-psixoloji səciyyə öz əksini 

tapıbsa, “Danabaş  kəndinin  əhvalatları”nda Məhəmmədhəsən 

əminin timsalında sosial vəziyyətin bədii ifadəsini tapdığını 

müşahidə edirik. Bütün bunlar onun təfəkkür tərzini, düşüncəsini, 

dünyabaxışını, arzusunu açıq hiss etdirir. Məhəmmədhəsən  əmini 

rahat buraxmayan, gecə-gündüz düşünməyə vadar edən,  əqlini 

əlindən alan bir müşkül məsələ vardır ki, o da Həcc ziyarətidir. 

Zavallı qoca fikir və düşüncələrində islam dünyasının maraq 

dairəsində, diqqət mərkəzində olan Həcc ziyarətinə getmək üçün 

Allahdan umur. Düşünür ki, Kərbəlaya kim getmək istəsə  gərək 

Allah ona kömək ola, işlərini düzəldə. Günahkarı  cəzalandıra, 

baiskarlara qəzəb edə.  Əsərin ayrı-ayrı epizodlarında Məhəm-

mədhəsən  əminin düşüncələrə daldığını, içindən gələn, sadəcə 

eşidilməyən ağrılı, həm də  məlallı, həsrətli, yazıqlığın, kimsə-

sizliyin fəryadlı daxili monoloqunu eşidirik. Bu düşüncələrin biri 

Həcc ziyarətinə getmək istəyənlərə Allahdan kömək ummasıdırsa, 



47 

digərin eşşəyin Xudayar bəy tərəfindən aparıldıqdan sonra onun 

giley-güzarıdır. Daha biri isə yazıq qocanın xəyala dalaraq keçən 

günlərini, uşaqlığını xatırlayıb ah-vay edərək içində  hıçqırması, 

lakin yenə Allaha şükürlər etməsidir.  

 

XIX əsrin sonu XX əsrin əvvəlləri  

Azərbaycan nəsrində bədii gülüş 

 

 XIX  əsrin sonlarından başlayaraq iri həcmli bədii nəsr 

nümunələri də yaranırdı. Bunlar ənənəvi elmi-pedaqoji traktat, 

səyahətnamə, fantastik, alleqorik janrlarda idi. “Həyat məsələləri” 

kimi əsəri gah bədii, gah da elmi əsər kimi qiymətləndirirdilər. Bu 

cür  əsərlər tam bədii roman olmasa da roman janrının yaranması 

yollarında ideya və yaradıcılıq axtarışları idi. Ədəbiyyatda forma və 

məzmun axtarışı həyatın özündən doğurdu. Birdən-birə yeni forma 

yaratmaq o qədər də asan deyildir. Azərbaycan yazıçıları bədii nəsr 

sahəsindəki yaradıcılıq axtarışlarında  ənənəvi janr formalarından, 

Avropa və rus ədəbiyyatından faydalanırdılar. Dünya ədəbiyyatında 

“Sindibadın səyahəti”, “İsfahanlı Hacıbabanın macəraları”, “Fır-

tınaya düşmüş Səlimin həyat və məcəraları”, “Səksən gün dünyaya 

səyahət” və  s.  kimi  səyahətnamə  və macəra  əsərləri məlum idi. 

Burada fırtına, tufan, gəmi fəlakətli qərib ölkələrə səyahəti fantastik 

şəkildə təsvir olunurdu. Monteskyönün “İran məktubları”, Volterin 

“Şərq povestləri”, Sternin “Sentimental səyahət”, C.Sviftin 

“Qulliverin səyahəti”, Reyxlin və Ulrix fon Quttenin “Avam adam-

ların məktubları”, Karamzinin “Rus səyyahının məktubları”, Radiş-

şevin “Peterburqdan Moskvaya səyahət”, A.S.Puşkinin “Ərzuruma 

səyahət” belə əsərlərdir. Bəzən Radişşevi “Avropa ədəbi formasını 

və Stern sentimental üsulunu mexaniki surətdə rus ədəbiyyatına 

gətirmişdir”, - deyə  təqsirləndirirlər. Halbuki Radişşev bu formanı 

və üslubu ədəbiyyata heç də mexaniki surətdə yox, bilə-bilə 

gətirmişdir. Çünki bu, əvvəl  Şərq, sonra Avropa ədəbiyyatında 

ənənəvi bir janra çevrilmiş, bütün ölkələrə yayılmışdır.  

Ənənəvi səyahətnamə, sərgüzəşt, məktub, alleqorik və fantastik 

janrlar Azərbaycan  ədəbiyyatında da get-gedə  təkmilləşirdi. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə