Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə12/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   8   9   10   11   12   13   14   15   ...   89

36 

etmək üçün yalnız quruluşu devirmək gərəkdir. Yazıçı qanunsuzluq 

məngənəsində  əzilən cəmiyyəti tendensiyasız, müdaxiləsiz 

göstərdiyi üçün təsvir və  təhkiyələr daha kəsərli olur və satirik 

ifşaya tuş gəlir.  

M.F.Axundovun “Aldanmış  kəvakib” povestindən sonra 

M.Ə.Talıbovun “Xeyirxahlar yolu” romanında (bəzi mənbələrdə 

“Xeyirxahlar məsləki”) həm ictimai, əxlaqi, həm də ailə-məişət 

problemlərinə toxunulur. Əflatun Saraclı  əsəri “yarımfantastik 

roman” kimi qiymətləndirir. Bu, həqiqətən, belədir. F.Köçərli 

“Məişətimizin  ən zəruri işlərini göstərdiyi üçün Azərbaycan 

oxucularını əsəri oxumağa çağırmışdır”. 

M.F.Axundov  ənənələri ilə yetişib formalaşan Z.Marağalı da 

bir sıra problemlərin qaldırılması  və  həlli üsulları ilə inqilabçı de-

mokratlara yaxınlaşırdı. Bunu romanın ideya istiqamətində, ma-

arifçi, satirik ruhunda da görürük. Z.Marağalı da Azərbaycanda və 

İranda haqsızlıqlara qarşı mübarizə aparırdı.  Şərqşünas alim 

Y.E.Bertels “Bu əsərin bütün müasir ədəbiyyata təsiri çox böyük-

dür. Bu fars dilində Avropa tipli ilk orijinal romandır”

1

, - deyirdi.  



XX əsrin ortalarında (1963) romanın Moskvada buraxılan birin-

ci cildinə yazdığı ön sözdə A.M.Şoytov səyahətnaməni “XX əsrin 

son rübündə  İran varlığının bir növ ensiklopediyası”

2

 adlandırırdı. 



Səyahətnamə ilk nəşrindən sonra Azərbaycan tədqiqatçılarının, 

yazıçılarının nəzər-diqqətini cəlb etmiş M.Cəfər, M.Cəlal, H.Məm-

mədzadə, M.Mənafi,  Ə.Saraclı, N.Rizvan və başqaları  əsər haq-

qında müsbət fikirlər söyləmiş,  Ə.Saraclı isə monoqrafiya yaz-

mışdır

3

.  



Göründüyü kimi M.F.Axundovun ənənələri satirik tənqidi 

sonralar daha çox M.Cəlil, M.Ə.Sabir,  Ə.Haqverdiyev, Ü.Hacıbə-

yov və “Molla Nəsrəddin” ədəbi məktəbinin başqa görkəmli nüma-

yəndələrinin yaradıcılığında inkişaf etdi.  



 

 

                                                       

1

 Бертельс Е.Э. Очерки истории персидской литературы, Л - 1928 



2

 Шойтов А.М. Заин-ал-абдин Марагаи и его роман «Дневник путешествие 

Ибрагимбека», М-Л - 1963 

3

 Məmmədov Ə.Y.Saraclı. Zeynalabdin Marağalı. Bakı, “Elm”, 1996 




37 

Nəsrdə poetik komponentlər 

 

Mövqe müəllifin təsvir vaxtı hadisəni danışdığı zaman olduğu 



yerdir. Sadəcə  hər hansı bir hadisəni danışmaq üçün haradasa da-

yanmaq lazımdır. Mövqenin müxtəlif funksiyalarını onun bir funk-

siyası ilə  məhdudlaşdırmaq da düzgün prinsip olmazdı. B.Q.Us-

penski mövqenin dörd prinsipini müəyyənləşdirmişdir: 

1. Qiymət planı; 

2. Frazeoloji plan  

3. Zaman və məkan xarakteristikası  

4. Psixoloji plan.  

Qiymətləndirmə  əsasında mövqe əsərin surətlər aləmi, onların 

hərəkətləri, mənəvi-əxlaqi keyfiyyətləri təsvir olunan hadisələr 

haqqında müsbət və ya mənfi rəy, xarakteristikası olmaqla yanaşı, 

həm də konkret bir subyektin ideya sistemidir. Əsərdə baş surətlə - 

qəhrəmanla müəllif mövqeyi eyniləşir və  fərqlənə bilər. Bədii 

nümunənin  əsas qəhrəmanı qiymət predmetinə, deməli, həm də 

ideya daşıyıcısına çevrilməyə qadirdir. Müəlliflə  qəhrəman möv-

qeyinin müəyyən mənada eyniliyindən, üst-üstə düşməsindən ancaq 

bu məqamda danışmaq olar. Əsərin  əsas qəhrəmanının qiymət 

obyekti – ideya daşıyıcısı kimi həm də müəllif mövqeyini ifadə 

etməsi halı XIX əsrin ikinci yarısı  nəsrimiz üçün səciyyəvidir. 

Məsələn, lirik-dramatik, psixoloji roman “Bahadır və Sona”da 

frazeoloji planda mövqe “Aldanmış kəvakib”dən fərqlidir.  

Bahadırın səssiz dialoqları Sonanın düşüncələri üçün də  qə-

buledilməlidir. Sevgililərin iç dünyalarındakı  səssiz dialoqun bu 

tipində söhbətin yaranması, müəyyən xətt üzrə inkişafı sevənlərdən 

asılı deyildir. Mətnin daxilində özünü göstərən belə dialoqların 

formaları da müxtəlifdir. Məsələn: 

1.Qruplararası dialoq; 

2.Subyekt və qruplararası dialoq və s.  

Ümumiyyətlə, bədii nümunələrdə dialoqun işlədilməsi bir çox 

amilləridən asılı olur, yəni poetik komponentlərin vasitəsi ilə

yardımçı olması ilə yaranır. Burada obrazlar aləmi, M.M.Baxtinin 

təbirincə desək, xronotop – zaman və  məkan mühüm əhəmiyyət 

kəsb edir. Surətlərin erudisiyası, intellekti, həyata baxışı, inamı, 



38 

əqidəsi, ən əsası obrazın fərdi, mənəvi keyfiyyətləri, sosial vəziyyət-

ləri, mənşələri  əsas amilə çevrilir. “Danabaş  kəndinin  əhvalatları” 

əsərində Xudayarın Karapet ağa və yaxud həmkəndliləri ilə söh-

bətini yada salaq. Kəndlilərindən zoğal dəyənəyinə görə yüksəkdə 

dayanan, həm də özünü bu zirvədə saxlamağa çalışan Xudayar 

katdanın zoğal dəyənəyi Karapet ağanın gözündə artıq gücünü, 

hökmünü  itiribdir. Dəyənəyin gücü və gücsüzlüyü dialoqun yaran-

masının inkişafı prosesinə  də çox, güclü təsir göstərir. Fikrimizi 

“Poçt qutusu” hekayəsində davam etdirə bilərik. Bu hekayədə 

dövrün texniki inkişaf göstəricisi sayıla biləcək poçt qutusuna 

münasibət obrazların səviyyəsi kimi əsrin zaman və  məkan 

münasibətində də öz əksini tapır. Birinci nəzərə çarpan xüsusiyyət 

müxtəlif zaman və  məkan koordinaslarında yaşayan obrazların 

birbaşa dialoqa girmələrinin qeyri-mümkünlüyüdür. Çünki dialoqun 

iki və daha çox həmsöhbətin arasında yaranması üçün xronotop 

konkretliyi vacibdir. Deməli,  əyani söhbətin yaranması üçün 

personajlar bir yerdə olmalı, bir zamanda yaşamalıdırlar. “Dedim-

dedi” – klassik dialoqun mövcudluğu üçün bir prinsip qaçılmazdır. 

Oxucu  əsərin qəhrəmanının hiss, duyğu, düşüncələri, sevinc, qəm 

marağı ilə yaşayır, onunla nəfəs alır, dəlicəsinə vurulduğu obrazla 

ya razılaşır, ya da onun fikirlərini, münasibətini qəbul etmir. Belə 

spesifik xüsusiyyətlər bədii  əsərə dialoji xarakter verir. Dialoji 

xarakter bədii nümunənin həm təsviri, həm də hadisə planında 

əksini tapır.  

“Məktubati-Şeyda bəy  Şirvani” (S.M.Qənizadə) dialogiyasın-

dakı müəllif əsərin konkret bir nəfərə - Diləfruza çatacağını bildirir. 

Mülahizə, ideya isə bütöv oxucu kütləsinin marağına uyğun 

səviyyədə mənalandırılır. Deyilənləri, səhifələri çevirdikcə ayrı-ayrı 

vərəqlərdə tez-tez, məqamında oxuculara üz tutulmasında görürük. 

“Şeyx  Şəban” hekayəsində  Ə.Haqverdiyevin mütəmadi birbaşa 

oxucuya müraciəti də sözü gedən məsələləri xatırladır. “Müəllimlər 

iftixarı”ndakı və ya “Gəlinlər həmayili”ndəki dialoqlar onların ide-

ya və fikir doğmalıqlarında deyildir. Məsələ bu əsərlərin eyni 

zamanda bir-biri ilə dialoqa girməsindədir. Yuxarıda dialoqların 

müxtəlifliyini qeyd edərkən qruplararası və quruluşlararası dialoqun 

işlənməsini vurğulamışdıq. Buradakı dialoqda söhbəti müxtəlif zidd 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə