Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə17/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

51 

etmişdir.  Ədəbiyyatşünas A.Məmmədov isə “Nəsrin poetikası” 

kitabında “M.Ə.Talıbovun  əksər  əsərləri məhz yaxşı publisistika 

nümunələridir” deyir. 

Halbuki, “Kitab yüklü eşşək” romanı maraqlı süjet əsasında 

qurulmuşdur. Maarifçilik ideyalarını  təbliğ edən,  əxlaqi, idraki və 

tərbiyəvi  əhəmiyyəti olan əsərdə öyüd-nəsihət motivləri güclüdür. 

Bu  əsər M.Mənafinin tərcüməsində “Eşşəyə kitab yüklənmişdir” 

(1988) başlığı ilə verilmişdir. Bizcə, “Kitab yüklü eşşək” sərlövhəsi 

daha məqsədəmüvafiqdir.  Əsər bir müddət söz-söhbətə  səbəb 

olmuşdur ki, o Apuleyin “Qızıl eşşək”, fransız yazıçısı Kontes de 

Sequrun bir hekayəsinin və ya Avropa yazıçılarından birinin əsə-

rinin tərcüməsi hesab edilmişdir. M.Mənafi sübut etməyə çalışıb ki, 

bu  əsər  Ə.Talıbovun orijinal romanıdır.

1

  Həqiqətən də, “Qızıl 



eşşək” əsəri ilə “Kitab yüklü eşşək” arasında müəyyən yaxınlıq hiss 

olunur. Bütün bunlar, əsasən, əhvalatın eşşəyin dili ilə verilməsində, 

eşşəyin rəmzi  şəkildə  işlədilməsində, mövcud cəmiyyətin yara-

mazlıqlarını, haqsızlığı, zülm və istibdadı  tənqid üsülunda özünü 

göstərir.  

Ə.Talıbovun digər  əsəri “Talibinin gəmisi” və ya “Əhmədin 

kitabı” romanı yazıçının illərlə müxtəlif dillərdə oxuyub öyrəndiyi, 

səyahətlərdə gördüyü alimlərdən, filosoflardan eşitdiyi elmi 

biliklərin əsasında qələmə alınmışdır.  

Üç cilddən ibarət bu əsər bəzən qəhrəmanın adı ilə “Talibinin 

gəmisi”nin I cildi 1894-cü ildə, II cildi 1895-ci ildə  İstanbulda, 

“Həyat məsələləri” adlı III cildi isə 1906-cı ildə Tiflisdə  nəşr 

edilmişdir. (Bu faktlar professor Ə.Saraclının “Azərbaycan bədii 

nəsri” (1983) monoqrafiyasından götürülmüşdür). Burada Avropa 

roman janrının xüsusiyyətləri ilə Şərq ənənəsi təmaslı şəkildə özünü 

göstərir. Şərq ənənəsi onun fantastik, romantik cizgilərində, əxlaqi-

didaktik epizod və hekayələrində, Avropa üslubu isə bütövlükdə 

onun janr quruluşundadır. Burada məşhur fransız yazıcısı J.J.Rus-

sonun “Emil” əsərinin təsiri də duyulur. Zaman, məkan fərqi budur 

ki, Emil XVIII əsr Avropasının,  Əhməd isə XIX əsr  Şərqinin 

oğludur.  Əhməd Emilin təcrübəsindən öyrənir. O, bir növ 

                                                       

1

 Mənafi M.Mirzə Əbdürrəhman Talıbov, Bakı – 1978, səh.76 




52 

Ə.Talıbovun özünün tərbiyə və həyat, elm və mədəniyyət, dövlət və 

cəmiyyət haqqındakı fikirlərinin ifadəsinə çevrilir. Əsərdə 

mükalimə və dialoq, müşahidə və təcrübələr haqqında söhbətlər bir-

birini  əvəz edir. Buradakı maraqlı epizod və hekayətlər, ibrətamiz 

parçalar ayrıca uşaq hekayələri təsiri bağışlayır.  Əsər elmi biliklər 

toplusudur. Sətirlər, səhifələr bir-birini əvəz etdikcə insanın maraq 

dairəsi, təşnəliklə oxumaq istəyi güclənir, kitabın sehrindən çıxa 

bilmirsən. Romanda kainatı təşkil edən dörd ünsür, onların yaranma 

mərhələləri, müxtəlif iqlim qurşaqlarında yetişən qəribə  ağaclar

heyvanat növləri, həşəratlar, bioloji hadisələr, makro və mikro 

mühit, fəza cisimləri, elementin xassələri, Misir ehramları, mumiya, 

ilk coğrafi xəritənin kəşfi, xəstəliklərin təsnifatı, onları müalicə 

edən həkimlərin, həmçinin məşhur fiziklərin, kimyaçıların, 

qəhrəmanların, peyğəmbərlərin, hökmdarların həyatı, dinlər, 

dövlətlər, parlamentlər, ictimai-tarixi hadisələr barədə bilgilər və s. 

informasiyalar haqqında bədii şəkildə verilir. Romanda yeddi yaşlı 

oğlunun sualları ata tərəfindən səbir-təmkinlə, məntiqi ardıcıllıqla, 

uşaq yaddaşının dərk edəcəyi səviyyədə cavablandırılır. Roman 

maraqlı süjet xətti üzərində qurulmuş  bədii nəsr nümunəsidir. 

Ə.Talıbov elmi məlumatları bilərəkdən xəbər şəklində çıxarıb, bədii 

vasitələrlə - məzəli,  əyləncəli hadisələrlə, tarixi ekskursiyalarla, 

diqqəti çəkən məftunedici təbiət lövhələri və obrazlı ifadələrlə 

qarşılıqlı  şəkildə  təqdim edir. Oxucu burada zəngin bilik 

öyrənməklə yanaşı, həm də bir nəsr əsərinin cazibə dairəsinə düşür. 

Romanda oğul ilə ata arasında dialoqlar davam etdikcə müzakirə 

hədəfinə çevrilmiş  məsələlər də  şaxələnərək sadələşir elmilikdən 

daha çox bədii səciyyə daşıyır.  

Yazıçı, xarici ölkələrdəki hər hansı mütərəqqi prosesdən - əhali 

artımından, sağlamlıqdan, sənayenin, tikintinin inkişafından, mədə-

niyyətindən, elmin qüdrətindən danışdıqca, həm uşaqların sualları, 

həm də oxucu təfəkküründə yaranan əks-səda Cənubi Azərbaycanın 

ağır, dözülməz halını göz önündə canlandırır.  İstər Z.Marağalı, 

istərsə  də M.Ə.Talıbovun öz əsərlərində  vətənlərinin dərd bəlasını 

problem kimi tam kəskinliyi ilə qoyurlar. Əsasən də, M.Ə.Talıbov 

parlamenti, demokratik quruluşlu Qərb dövlətlərinin tərəqqisi 

önündə  şah istibdadının və irticaçı dairələrin uçuruma sürüklədiyi 



53 

Azərbaycanın,  İranın geriliyini tam çılpaqlığı ilə nümayiş etdirir. 

Əsərdə müəllifin fikirlərindən gəldiyimiz qənaət belədir ki, İranın, 

Azərbaycanın geriliyi, cəhalətdə qalması, məktəblərin olmaması, 

təhsildən, maarifdən xəbərsiz qalmaları ilə  əlaqədardır.  Əsərdə 

yaltaqlıq, qorxaqlıq, ikiüzlülük, fərarilik kimi mənfi, insan 

xarakterinə yad olan xüsusiyyətlər tənqid olunur. “Talibinin gəmisi” 

romanında ata yeddi yaşlı  oğlunun “Əlifbanın çətinliyi və  təlimin 

vəziyyətinin nizamsızlığı üzündən hələ üç il də  məktəbə 

qoymayacağını bildirir”. Elmin, təhsilin, maarifin geriliyini 

M.F.Axundov  ərəb  əlifbasının qüsurlarında gördüyü kimi “Xeyir-

xahların məsləki” romanında M.Ə.Talıbov qəhrəmanı mühəndis 

Mirzə Möhsün xanın dili ilə bu əlifbanı “Zülmət və cəhalət bəlası”, 

Z.Marağalı “İbrahim bəyin səyahətnaməsi”ndə Yusif əminin dili ilə 

“Çox çətin və  mənasız” kimi qələmə verir. M.Ə.Talıbovun 

“Xeyirxahların məsləki” romanı beş  nəfər savadlı, düşüncəli, dün-

yanın gərdişindən baş  çıxaran elmi ekspedisiya üzvlərinin səya-

hətindən, görüşlərindən, söhbətlərindən və düşüncələrindən bəhs 

edən maraqlı, ibrətamiz bir əsərdir. Burada İrandakı feodal 

özbaşınalığının, zülm və hüquqsuzluğun ifşası  bədii həllini tap-

mışdır.  İstibdad girdabında çabalayan, kəndlilərin həyat tərzi – 

bütün Azərbaycan xalqının çəkdiyi zülmlü günlər, tədqiqatçı alim 

Ə.Saraclı demişkən bu “yarımfantastik ” əsərdə ürək ağrısı ilə 

söylənilir. Bunlar elə qlobal məsələləridir ki, onları islah etmək 

üçün yalnız quruluşu devirmək gərəkdir. Kəndli tacirin gileylənərək 

hakimin, fərraşbaşının, valinin onalrın başına açdıqları  ağlasığmaz 

oyunları – mal-qaralarını, torpaqlarını, cehizlik xalça-palazlarını 

min bir bəhanə gətirərək əlindən almaları, əsərin təsirli səhifələridir. 

Yazıçı qanunsuzluq məngənəsində  əziyyət çəkən cəmiyyəti 

tendensiyasız, ideoloji müdaxiləsiz göstərdiyi üçün hər  şey öz 

yerində, öz rəngində görünür.  

Z.Marağalının “İbrahim bəyin səyahətnaməsi”  ədəbiyyat 

tarixində bir çox xüsusiyyətləri ilə seçilir. İstər rus şərqşünasları, 

istərsə  də Azərbaycan yazıçıları  və alimləri həmin dövrdən söhbət 

açarkən “İbrahim bəyin səyahətnaməsi”  əsərinin ideya-bədii 

xüsusiyyətlərindən də bəhs etmişlər. Əsəri səyahətnamə janrının ən 

yaxşı nümunələrindən bir kimi qiymətləndirmişlər. M.F.Axundovun 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə