Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə25/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

75 

Torpağa, xalqa bağlılıq  əlaməti kimi saz Arazın saflığına, 

səmimiyyətinə, mehribanlığına, sadəliyinə  dəlalət edir. Tüfəng və 

xəncər isə onun igidlik, mərdlik, cəsarət, namus və qorxmazlıq 

nişanəsidir. 

Yazıçı bütün bunları başqa sənətkarın əsərlərində səhifələr həsr 

edəcəyi təfərrüatı bir neçə cümlədə ifadə etmişdir. Təfərrüatı 

uzunçuluq  əlaməti sayan A.P.Çexov deyirdi ki, pyesin əvvəlində 

divardan tüfəng asılıbsa, sonuncu pərdədə tüfəng açılmalıdır,  əks 

təqdirdə, onu divardan asmaq lazım deyildir. “Araz” romanındakı 

tor-hörümçək detalı bu baxımdan çox yerində işləmişdir. 

Abdulla  Şaiq nəsrində “detalın mənası  və gücü ondadır ki, 

sonsuz xırdalıqlar bütövdə ifadə olunur” (E.Dobin). “Məktub 

yetişmədi” hekayəsində adi bir ünsiyyət vasitəsi kimi məktub 

mühüm bədii-estetik yükü olan zəruri detala çevrilir: adilikdən çıxır, 

simvolik məna kəsb etməklə hekayənin bədii sistemində mühüm rol 

oynayır. 

Məktub Qurbanın ailə, uşaq doğma yurd həsrəti ilə yanan 

təmiz, saf ürəyinin harayıdır. Məktub vasitəsi ilə biz həm Qurbanın 

özünün xarakteri, mənəvi  əxlaqi dünyası, həm onun ailəsi, həyat 

tərzi,ömür-günü ilə yaxından tanış oluruq. Məktubun ünvanına 

çatmaması bir ailənin çörək ağacından, sevincindən, kömək və 

dayaqdan məhrum olması deməkdir. Yazıçı belə faciəli məqamlara 

toxunanda da təmkinini və sakitliyini saxlayır. Sanki bu hadisə 

sənətkarın hissinə, duyğusuna toxunur, elə bil o biganədir, la-

qeyddir. Əslində isə belə deyil. Qurbanın acınacaqlı taleyi haqqında 

vay-şivən qopartmaq əvəzinə xarakterik detalları danışmaqla yazıçı 

obrazın faciəsi haqqında əyani təsəvvür yaradır. 

Abdulla  Şaiq nəsrində detal iki istiqamətdə  nəzərə çarpır: 

birincisi, yazıçı detaldan əsərin ideya və  məzmunun dolğunluqla, 

incəliyinə  qədər qavranılmasında və açılmasında istifadə edir, 

ikincisi, detal psixoloji məna daşıyır. 

Yazıçının sovet dövründə yazdığı bir sıra  əsərlərdə  də 

detallardan sənətkarlıqla istifadə olunub. Xatırlayaraq ki, onda çox 

bədii  əsərlər vulqarsosiolizm təsiri altında yaranırdı, sənətkarlıq 

məsələləri stereotip düşüncə  və  mənalandırmaya, ideya və 

məzmuna qurban verilirdi. Məsələn “Xasay” povestində Kamil 

müəllim obrazında bunu aşkar görə bilərik. Halbuki, Rəcəb kimi 




76 

mənfi tiplərin təsvirində yazıçı bədiiliyə daha çox meyil göstərməsi, 

surətin həyat tərzinə, dünyagörüşünə uyğun gələn səciyyəvi 

detallardan istifadə etməklə canlı  və inandırıcı  həyat lövhələri 

yaratmışdır. Vaxtilə Balzak romanlarının birinin ön sözündə yazırdı 

ki, müəllif  əmindir - gələcəkdə ancaq detallar epik ləyaqətə 

çevriləcək. 

A.Şaiqin sənətkarlıq məharəti psixoloji detallardan istifadə 

etməkdə daha qabarıq nəzərə çarpır.Tənqidçi K.Vəliyev “Sözün 

sehri” kitabında yazır: “İnsan ovqatının dialektikasını vermək detal 

sənətkarlığı istəyir. İnsan ruhunun dəyişmələri böyük təsirə sığmır. 

Ovqatın elə məqamları var ki, onda təfsilat köməyə gəlmir ki, yazıçı 

öz istedadının gücü səviyyəsində detallar verir, bu detallar və həmin 

detalların proyeksiyaları üzrə  vəziyyəti, psixologiyanı  aşkarlayır”. 

İnsanın mənəvi dünyasının bütün zənginliklərini, mürəkkəbliyini, 

bəzən açıq büruzə vermədiyi psixoloji ovqatı  kənar müşahidəçi 

mövqeyindən işıqlandırmaq, təsvir etmək sənətkardan yüksək 

istedad tələb edir. A.Şaiqin nəsr əsərlərinin böyük əksəriyyətində bu 

istedadı görə bilərik. 

Satqına öz həqiqi adını vermək həyatda cəsarət tələb edirsə, 

sənətdə, bədii  ədəbiyyatda bu zəiflik, istedadsızlıq  əlaməti sayılır. 

C.Məmmədquluzadə “Usta Zeynal”  hekayəsinin heç bir epizodun-

da usta Zeynalı cahil, avam və s. adlandırmır, öz qəhrəmanının bu 

cəsarətlərini sözün qüdrəti ilə göstərməyə çalışır. A.Şaiq nəsrində 

də belədir... 

Qulu bəy zahirən yenilik tərəfdarıdır, Avropa həyat tərzinə 

meyil göstərir (“Göbələk” hekayəsi). Lakin onun bu meyili ancaq 

bər-bəzəklə, dəblə geyinməklə  məhdudlaşmır. “Motal papaqlar, 

büzməli çuxalar” onun zəhləsini tökür. Qulu bəy Parisə can atır, 

amma... bu şəhəri mədəniyyət mərkəzi kimi yox, “gözəllik və ballar 

şəhəri” kimi təsəvvür edir. İş o yerə çatır ki, Qulu bəy Vətəninə və 

atasına ikrahla yanaşır. Qulu bəy hadisəni danışan dostuna göbələk 

verir və göbələkləri uçurumdan yığdığını deyir. Uçurumun üzə-

rindəki bürcü göstərib dostuna üz tutur: “Keçmiş zamanlar xainləri 

oradan uçuruma atarmışlar”. 

Hekayənin sonunda hadisəni danışan  şəxs, göbələyi nifrətlə 

uçuruma atdığını söyləyir. O, qurdlu göbələyi lazımsız bir şey kimi 



77 

tullamır, bununla qulubəylərin miskin aləminə  işarə edir. Göbələk 

Qulu bəyin rəmzi kimi çıxış edir, hər ikisinin içi qurdludur, hər 

ikisinin içi boşdur. Qulu bəy göbələyi qəbiristanlıqdan, həm də 

xainlərin məzarlığından yığışdırır. O, belə yerdə göbələk yığmağı, 

evinə aparmağı, yeməyi özünə  rəva bilir. Elə bunun özü də obraz 

haqqında az söz demir. 

Yazıçının “İblisin hüzurunda”, “Özü bilsin, mənə  nə”, “Əsəbi 

adam”, “Baş üstə” kimi hekayələri bu cəhətdən diqqəti cəlb edir. 

A.Şaiq nəsrində detallar lirik-romantik tutumla yanaşı, satirik-

yumoristik planda da çıxış edir, “Vəzifə”, “Baş üstə” hekayələrinin 

detalları məhz belə səciyyə danışıyır. 

A.Şaiq nəsr  əsərlərində xarakterik tipik detallardan yerində  və 

məharətlə istifadə etməklə, canlı  bədii surətlər yaratmışdır. Onun 

hekayələrinin, təbiiliyinin bir səbəbi də detalların təsirliyindədir... 

Böyük  ədibin bədii irsinin, əsasən, nəsr  əsərlərinin poetik – 

sənətkarlıq baxımından tədqiq olunması bu günkü tədqiqatçı-

ədəbiyyatşünaslarımızın qarşısında duran məsul işlərdən biridir.        

 

 

Abdulla Şaiqin uşaq hekayələri 



 

Ötən  əsrin ilk illərində  ədəbiyyata gələn Abdulla Şaiq zəngin 

yaradıcılıq yolu keçmiş, müəllimlik etmiş, dərsliklər, elmi-nəzəri 

məqalələr yazmış, bədii tərcümə sahəsində qələmini sınamışdır. XX 

əsr Azərbaycan ədəbi-mədəni həyatını, milli nəsrimizin təkmilləşmə 

və inkişaf yolunu, ideya-bədii xüsusiyyətlərini öyrənmək üçün onun 

nəsr yaradıcılığı da məxsusi seçilir. 

Abdulla  Şaiqin yaradıcılığı xalqın ziddiyyətli və mürəkkəb 

tarixi keçmişinin bədii səlnaməsidir. Onun Azərbaycan həyatının iki 

ədəbi-tarixi, siyasi-ictimai dövrünü əhatə edən yaradıcılığının 

birinci mərhələsi inqilabdan əvvəl, ikinci mərhələsi isə keçmiş sovet 

dövrünə düşür. Hər iki mərhələdə nəsrin müxtəlif janrlarında gözəl 

sənət nümunələri yaradan Abdulla Şaiqin əsərləri milli ədəbi prosesi 

ancaq məzmununa, ruhuna, xarakterinə yox, eyni zamanda 

mahiyyətinə, inkişaf meyillərinə  də ciddi təsir göstərmişdir. 

Görkəmli tənqidçi M.Quliyev doğru yazır ki, “bir çox sənətkarlarla 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə