Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə26/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   22   23   24   25   26   27   28   29   ...   89

78 

yanaşı ...Azərbaycanın yeni ədəbiyyatı da Şaiq kimi müəllimlərinə 

minnətdar olmalıdır. Həqiqətən, Abdulla Şaiq Azərbaycan  ədəbiy-

yatının, o cümlədən nəsrin bünövrəsini qoyanlardan biri olmuşdur. 

“İki müztəqib, yaxud əzab və vicdan”, “Əsrimizin qəhrəmanları”, 

“Araz”, “Bədbəxt ailə”, “Xasay” kimi povest və romanları  nəsri-

mizin qiymətli nümunələrindəndir. Abdulla Şaiqin nəsri bütövlükdə 

Azərbaycan bədii nəsrini mövzu, janr, tematika, problematika 

baxımından zənginləşmiş, milli epik ənənənin, bədii təhkiyənin 

istiqamətinə  və inkişafına təkan vermişdir. Yazıçının  ədəbi irsini 

yüksək qiymətləndirən M.Hüseyn onun nəsr tarixindəki yeri, 

haqqında danışarkən yazırdı ki, Abdulla Şaiq “... lirik nəsrimizin 

təməl daşını qoymuşdur”. 

Abdulla  Şaiq və  uşaq aləmi,  ədəbiyyata, uşaq  əsərlərinə, xalq 

nağıllarına hələ  uşaqlıqda,  əmisinin danışdığı nağıllardan həvəs 

oyanmışdır. XX əsrin ilk illərindən ömrünü müəllimliklə bağ-

lamışdı. Mirzə  Ələkbər Sabir, Abbas Səhhət, Firudin bəy Köçərli, 

M.Mahmudbəyov kimi müəllimlərlə  qələm dostları  və maarif 

xadimləri ilə fəaliyyətə başlamışdır. Özü yazır ki, Sabir və Səhhəti 

uşaq ədəbiyyatı ilə də maraqlandıran Mahmud əmi olmuşdur. Bütün 

bunlar da Şaiqin böyük uşaq yazıçısı kimi yetişməsinə  təkan 

vermişdir. 

 “Bizdə elə bir oxuyucu tapmaq mümükün deyil ki, onun 

qəlbində  həmişə nurlu vətənpərvərlik ideyası  təsvir edən, 

mübarizəyə, səadətə, insanlığa, gözəlliyə  səsləyən  Şaiq guşəsi 

olmasın” (akademik B.Nəbiyev) 

Abdulla  Şaiqin uşaq hekayələri də mövzu, ideya və janrı ilə 

rəngarəngdir. Onun hekayələrində  uşaqlar küsürlər, barışırlar, 

özlərinə  məxsus yamanlıqlar törədirlər, nadincliklər edirdilər. 

Amma həyatda yaxşı  və yamanın olduğunu onlara böyüklər başa 

salmırlar, adı  həqiqətləri bu uşaqların özləri dərk edirlər. Maraqlı 

cəhət burasındadır ki, onların ibrət dərsləri özləri kimi məsum, 

təmiz və qeyri-adidir. 1913-cü ildə yazılan hekayələrində Murad 

(“Murad”) nadincdir, ev heyvanları ondan qorxur, hamı ondan 

narazıdır. Axırda dözə bilmir, sanki ev heyvanlarının bacısına mehri 

onu ayıldır. Hekayənin ritorik sualla qutarması Muradın düzgün 

yolun başlanğıcında dayandığına işarədir.  Əkbərlə  Səfər 



79 

(“Şələquyruq”) ev heyvanlarına qarşı  qəddarlıqlarının sonradan 

peşmançılıqlarını  çəkirlər. Təbiət, ev və çöl heyvanları Abdulla 

Şaiqin uşaq qəhrəmanlarının taleyində mühüm rol oynayır. Onlar 

insanlıq dərslərini ilk növbədə təbiət və heyvanlardan, onlara qarşı 

humanist, insani münasibətdən öyrənir.      

Heyvanlara vurğunluq Qanbayı (“Oyunçu bağalar”) sirk artisiti 

peşəsinə sövq edir. Bunun üçün Qanbay ilk növbədə heyavanların 

həyat tərzini öyrənməyə girişir. Abdulla Şaiq hekayələrinin  əksə-

riyyətində  bədiiliklə populyar şəkildə ifadəsini verən elmilik 

birləşir. “Timsah ovu” hekayəsinin ancaq süjeti maraqlı deyil, eyni 

zamanda məzmunu da cəlbedicidir. Yazıçı timsahların həyat tərzi 

haqqında  kiçik yaşlı oxuyucularına maraqlı məlumatlar vermişdir. 

Abdulla  Şaiqin bir hekayəsinin arxasında konkret bir məqsəd 

durur. Hekayələrinin bəzilərində  ədib lovğalığı (“Lovğa ovçu”) 

tənqidə  çəkir, bəzilərində  təbiəti öyrənməklə yanaşı, onu qorumaq 

və sevmək ideyasını təbliğ edir (“Meşə gözətçisi”).  

Görkəmli sənətkar bir sıra hekayələri (“Sözün qiyməti”, “Usta 

Bəxtiyar”, “Cümənin qəzəbi”) xalq nağılları  və  lətifələri  əsasında  

yazılmışdır. Bu hekayələrdə də ədib balaca oxuyucularını sədaqətə, 

əməyə, peşə öyrənməyə çağırmışdır. Bəxtiyarın taleyi (“Usta 

Bəxtiyar”) uşaqlar üçün ibrətamiz nümunədir. Ustanın məhəbbətini 

və peşəsinin paxıllığını  çəkən  şah onu zindana salır. Sevdiyi 

peşədən müvəqqəti ayrılır. Amma topu, tüfəngi, qoşunu, cəlladı 

olan şah belə ustanı sevgisindən məhrum edə bilmir. Abdulla Şaiq 

belə nümunələr hesabına uşaqlarda müsbət insanı keyfiyyətlər 

tərbiyə etməyi əsas sayır. 

Ədibin uşaqlar üçün yazdığı əsərlər arasında ilk dəfə akademik 

K.Talıbzadənin beşcildliyə daxil etdiyi “Kələkbaz Albert”, “Kiçik 

qəhrəman” və “İki yoldaş” kimi hekayələr də maraq doğurur. Sovet 

dövründə yazılan bu hekayələrdə  Vətən sevgisinin, düşmənə qarşı 

nifrət hissinin təbliği ön plana çəkilmişdir. A.Şaiq həmin 

hekayələrdə patetikaya, didaktikaya, quru nəsihətçiliyə yer 

verməmiş, uşaq qəhrəmanlarını onların öz yaşına, dünyagörüşünə, 

psixologiyasına uyğun vermişdir. Bunu biz “Bostançı”, “Üç it”, 

“Meşə gözətçisi” kimi kiçik uşaq hekayələrində  də görürük. Nə 

yazıq ki, bu prinsip yazıçının bəzi hekayələrində pozulmuşdur. 



80 

Məsələn, “Kiçik qəhrəman” hekayəsində Ayaz yaşına uyğun 

danışmır, daha doğrusu onun vətənsevərliyi uşaq vətənsevərliyindən 

daha çox həyat təcrübəsi olan yaşlı bir adamın vətənsevərliyinə 

bənzəyir. İdeyanın çılpaq, dekarativ ifadəsi bəzi hallarda hekayələri 

mənasız edir, onların bədii təsir qüvvəsini azaldır. Bu xüsusiyyəti 

“Sözün qiyməti”, “Pioner düşərgəsində”, “İki yoldaş” hekayələrində 

də sezmək olar. Amma çox vaxt əsərdə problemin aktuallığı, 

əhəmiyyəti, ideyanın humanizmi və  gərəkliyi ilə kifayətlənmişdir. 

O, hər bir əsərin sənətkarlıq baxımından kamil çıxmasına 

çalışmışdır. Hekayənin ideya-məzmun xüsusiyyətlərinin təhlili bir 

daha göstərir ki, Abdulla Şaiq irsinin əsas məziyyəti əsərlərin ideya 

və  sənətkarlıq prinsiplərinin vəhdətindəndir. Yazıçı söz sənətinin 

belə bir prinsipinə  əməl etmişdir ki, ədəbiyyat göstərməlidir, 

inandırmalıdır. Özü də bildirirdi ki, ideyanın mənalandırılmasında, 

surətlərin təqdimində yazıçı  təmtəraqlı, bər-bəzəkli sözlərdən 

qaçmalı, haqqında danışdığı  məsələ ilə  əlaqədar konkret və  əyani 

təsəvvür yaratmalıdır. 

Abdulla  Şaiqin hekayələri ilə tanışlıq maraqlı bir cəhəti üzə 

çıxardır.Yazıçının haqqında danışdığımız əsərlərinin hamısı demək 

olar ki, kiçik hekayələrdir. Amma bu kiçik hekayələrdə  bəzən 

povestə, romana bərabər mətləblər, problemlər  əksini tapmışdır. 

(H.Əfəndiyev “Məktub yetişmədi” hekayəsini “romana bərabər”, 

Yaşar Qarayev isə “milli nəsrimizin qızıl fonduna” düşən əsər kimi 

qiymətləndirmişdir). Bu isə sözə həssaslıqla, qayğı ilə, tələbkarlıqla 

yanaşmasından irəli gəlirmişdir. Abdulla Şaiqin hekayələrində 

folklorun müxtəlif janrlarından - atalar sözü və  məsəllərdən, 

bayatılardan, nağıllardan, mifoloji motivlərdən, xalq deyimlərindən 

ifadələrindən geniş istifadə edilimişdir. Sənətkarın xalq həyatının 

canlı  və parlaq mənzərəsini yüksək məharətlə yaratmasını xüsusi 

qeyd etmək lazımdır. Onun bədii yaradıcılığından surətin ovqatı, 

psixologiyasını, həyat tərzini, hadisənin məzmun və xarakterini 

açmaq üçün ya tam saxlanılmaqla, ya da müəyyən dəyişikliyə 

uğramaqla atalar sözü və misallarından, bayatılarından istifadəsi 

səciyyəvi haldır. Məsələn “Ağlaşma” hekayəsindəki ağılara diqqət 

yetirək. 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə