Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə27/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   23   24   25   26   27   28   29   30   ...   89

81 

Burda bir naşı ağlar, 

Əlində kaşı ağlar: 

O evdə ki cavan gedər 

Divarı, daşı ağlar 

 

Dəsmallı güllü balam, 

Başı fikirli balam, 

Yüz min gəlin içində 

Hamıdan şəkilli balam 

 

Hekayədə  təsvirini tapan faciəni bu ağılar qədər təsirli ifadə 

etmək çətin ki, mümükün olardı. Ağılar bir tərəfdən mərasimi 

xarakter daşıyır, daha doğrusu, əksər hallarda yas yerlərində deyilir, 

digər tərəfdən də  əzizini itirən insanın dözülməz dərdini psixoloji-

emosional planda ifadə edir. Folkor nümunələrini bədii  əsərlərdə 

belə  təzahür halları  milli ədəbiyyatşunaslıqda sistematik şəkildə 

öyrənilməkdir.  

Yazıçının hekayələrindəki yığcam  və  dəqiqlik təbii ki, ilk 

növbədə dilin hesabına başa gəlmişdir. A.Şaiq  əsərlərinin, o 

cümlədən hekayələrinin dili xəlqidir, canlıdır, təbiidir, ritmikdir, 

emosionaldır, sadədir. Söz onun əsərlərində emosionaldır, təsir 

gücünə malikdir, onun bədii tutumunu fikir, məna yükünü 

tamamlayır, dolğunlaşdırır.  Ədəbi dil normatik, qrammatik kate-

qoriyalar, qanunlar məhdudluğunda yaşayıb və inkişaf edən dil 

deyildir. O, yalnız bədii  əsərlərin dili də demək deyil. Obrazlı, 

ifadəli bədii dilin yaradıcısı hər şeydən qabaq xalqdır. Obrazlı xalq 

dilinin ümumi qazanında qaynayıb yetişir və ancaq orada xalq 

həyatı, xalq süuru ilə birlikdə bədii ədəbiyyata keçir... 

Abdulla  Şaiqin hekayələrinin Azərbaycan  ədəbiyyatında möv-

qeyi,  əhəmiyyəti ancaq onların ideya-məzmun aktuallığında, 

ictimai-siyasi, mənəvi-əxlaqi tutumunda, silqətində yox, eyni 

zamanda bədii cəhətdən kamilliyində, sənətkarlıq özünəməxsus-

luğuda və yetkinliyindədir. 

 

 

 



 


82 

Y.V.Çəmənzəminli və “Molla Nəsrəddin” jurnalı 

 

XX əsrin əvvəlləri - 1905-1907-ci illər inqilabi hadisələrindən 

sonra ictimai həyatda olduğu kimi, ədəbiyyatda da gözlənilən və 

gözlənilməyən hadisələr baş verdi. Yəni ictimai həyat hadisələrinin 

epik nəsr janrlarında ümumiləşdirilməsi, nəinki mollanəsrəd-

dinçilərə, hətta başqa realist sənətkarların da yaradıcılığına öz 

təsirini göstərdi. Sözügedən  əsrin,  əsasən də realist nəsrin davam-

çıları olan Y.V.Çəmənzəminli, Süleyman Sani Axundov, Seyid 

Hüseyn, Tağı Şahbazi və başqa nümayəndələri “Molla Nəsrəddin”in 

birinci rus inqilabı dövründə  һəm nəsr,  һəm də publisistika 

sahələrində yaratdıqları obrazlar aləmini orijinal şəkildə qələmə alıb 

tipikləşdirdilər. Tipikləşdirmə  ədəbiyyatda, ümumən sənətdə  əsas 

qanunlardandır. Tipikləşdimə realist sənətkarların və ümumiyyətlə, 

həyatın bədii inikasının  əsas  şərtlərindəndir, “Sənətkar həyat 

hadisələrini tiplər vasitəsilə əks etdirir, həyatın tipik vəziyyətlərini, 

tipik həyat münasibətlərini, insanların tipik əlamətlərini təsvir edir, 

tipik insan xarakterlərini yaradır”. Y.Vəzirə  məxsus portret və 

xarakter hekayələri özlərinin adi qəhrəmanlarının simasında xalqın 

dolğun bədii portretinin ifadəsi zirvəsinə yüksəlmişdir. Bu təsirlərin 

Mirzə  Cəlildən, eləcə  də mollanəsrəddinçilərdən qaynaqlanması 

aksiomadır. “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərən Mirzə 

Cəlil,  Ə.Haqverdiyev,  Ə.Qəmküsar və başqaları “Molla Nəsrəd-

din”ə  qədər ayrı-ayrı janrlarda səmərəli yaradıcılıq yolu keçdikləri 

halda, Y.Vəzir ilk addımlarını atanda sözügedən jurnal ona ilk 

istinadgah nöqtəsi oldu. Təbii ki, jurnalın gənc yazara təsiri ötəri ola 

bilməzdi. Təsirlənmə digər mollanəsrəddinçilərdə  də müşahidə 

olunur. Prof. İslam Ağayev yazır: “M.Ə.Sabir özünün ideyalı  və 

sənətkarlıqla yazılmış satiraları ilə “Molla Nəsrəddin” juralının 

şairlərinə istiqamət verdi. Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, 

Ə.Razi, S.Mümtaz kimi görkəmli mollanəsrəddinçilər öz poetik 

əsərlərində Sabirin ideya-mövzu və ədəbi-bədii təsvir vasitələrindən 

bol-bol istifadə etdilər” (2, 35).Alınan müsbət nəticələri bir tərəfi 

onların peşəkarlığıydısa, digər komponenti də bu yazıçıların çox ilə 

Mirzə  Cəlil “Şərqi-Rus” qəzetində  işləyərkən tanış olması idi. 

Jurnal istər ideya-bədii, istərsə  də siyasi-ictimai gücü ilə dövrün 



83 

bütün nəslinə  mənsub olanlara təsirsiz qalmadı. Gənc yazıçı 

Y.V.Çəmənzəminli də  məhz həmin mühitə düşmüşdü. Mühit isə 

yaradıcı  şəxsin fəaliyyətində müstəsna xidmətlərə malik olan 

prosesdir. Yazıçının yaradıcılığı  və digər fəaliyyətləri Azərbaycan 

bədii-estetik fikrinin Yusif Vəzir epoxasını  zəngin və oirjinal nəsr 

əsərləri ilə müəyyənləşdirmişdir. “Klassik satira ustalarımızın nəsr 

əsərlərində obrazlar arasında mənəvi-psixoloji və ictimai-sosial 

amillərlə  şərtlənən uzlaşmalar kifayət qədərdir. Y.Vəzirin satirik 

hekayələri Mirzə  Cəlil,  Ə.Haqverdiyev, Ü.Hacıbəyov qələminə 

məxsus duzlu, oxucuları güldürən, düşündürən nəsr nümunələri ilə 

bütün poetik xüsusiyyətlərinə görə eynilik təşkil edir. Onların 

yaradıcılığında ideya və  məzmun vəhdəti ilə yanaşı, dil və üslub 

yeniliyi də diqqəti cəlb edir”. Y.V.Çəmənzəminli mollanəsrəd-

dinçilər,  əsasən də Mirzə  Cəlil kimi təsvir etdiyi hadisə  və 

əhavlatların mahiyyətinə vardıqca onu aktual ictimai məsələlərə 

qovuşdurmağa çalışırdı. Yazıçının bütün Şərqdə ilk demokratik 

satirik jurnal olan “Molla Nəsrədinə güclü meyil etməsi və sonralar 

yaradıcılığında mühüm rol oynaması haqqında proffessor Tofiq 

Hüseynoğlu yazır: “Molla Nəsrəddin”lə ilk tanışlığı zamanı 

Y.V.Çəmənzəminli hələ  Şuşada idi. Xəstələnib yatırdı.  Əmisi 

Haşım bəy Vəzirov də onu yoxlamağa gəlmişdi və “Molla 

Nəsrəddin ” jurnalının ilk nömrəsinin də özü ilə  gətirmişdi. Bu 

məhşur jurnalın ilk nömrəsi ilə tanışlıq Y.V.Çəmənzəminliyə güclü 

təsir etmişdi.  Ədib 1935-ci ildə  “Ədəbi dövrün başçısı” adlı 

məqaləsində bu barədə xüsusi söz açmışdı”. Ağrılı, girdab içində 

çabalayan cəmiyyətin vətəndaşları olaylara qarşı heç bir islahedici 

qüvvə sərf etməyəndə naəlac və ümidsiz qalıb nəyi isə gözləməkdə, 

imdadda idilər. Bu ağrılı-acılı  həyatın çatışmazlıqlarını  gənc 

Y.Vəzir də görürdü. Əmisinin gətirdiyi jurnalın səhifələrindəki 

karikaturalar, satirik şeirlər, kiçik yumorlu nəsr nümunələrini 

oxuyanda sanki ürəyindən tikan çıxarırdılar. “Molla Nəsrəddin”ə 

vurğunluq da yəqin ki, o məqamlardan başlamışdı. Professor Əziz 

Mirəhmədov hələ Mirzə  Fətəli Axundov dövründən bəhs edərkən 

əbəs yerə demirdi ki, “Axundov zamanında satiraya tələb xalqın 

istismara qarşı narazılığını ifadə edən bir səs idi. Artıq XX əsrin 

əvvəlləri istismarçılara qarşı narazılıqlar güclənməkdəydi. Bu illər 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə