Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə29/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

87 

edir. Təzə ailə  həyatı quran bu gənc  həyat yoldaşını evdə qoyub 

küçə qızları ilə vaxt keçirir və bu hərəkətləri özü üçün eyib, saymır, 

hətta belə əyləncələrdən qürur duyur. Obrazın gülünclüyünə ədibin 

istehzası başa düşüləndi. “Şair” hekayəsinin qəhrəmanı Cənnətəli də 

situasiyadan asılı olaraq gülüş hədəfinə çevrilir. Cənnətəli özünədə 

bədgümandır. Yaradıcılığı ilə  əlaqədar haqqında çox yüksək fikir-

dədir. Bu tip belə qənaətdədir ki, gələcəkdə ona heykəl qoyulacaq, 

cızma-qaraları  tədqiqata cəlb ediləcəkdir. Tərbiyəvi xüsusiyyətlərə 

malik olan hekayənin qəhrəmanı danışıq və münasibətləri ilə gülüş 

doğurur. Hacını isə bir tip kimi gülünc vəziyyətə salan inamı, 

əqidəsi, rəftarı, fikiri ilə gördüyü işlər arasındakı ziddiyyətdir. 

Bütün bunlar paradoksallıq yaratmış, nəticədə Hacının nəfsi, var-

dövlət hərisliyi- bütün inanclarına – Allaha da, Qurana da, namaza 

da qalib gəlir. 

Y.V.Çəmənzəminlinin satira və yumorundan, onların xarak-

terindən, fərdi və orijinal simasını müəyyənləşdirən  əsas xüsusiy-

yətlərindən danışarkən qeyd etmək lazımdır ki, burada hissi-

həyəcan, emosional təsviri və  təhkiyədə  nəzərə çatdıraraq islaha 

çalışır. Bu əsərlərin hər birində yumorun orijinal istiqaməti və 

konkret məqsədi, funksiyası mövcuddur. Ümumən, Y.V.Çəmən-

zəminli mənfi tipləri gülünc vəziyyətlərə salıb ifşa etməyi yaxşı 

bacarır. O, satirik surətləri öz əməlləri, sözləri, vəziyyətləri 

səciyyələndirməyi məharətlə edirdi. Ədib  ən ciddi ictimai 

bəlalardan söhbət açarkən də nikbinliyi itirmirdi. Onun tənqidi 

gülüşündə,  əsasən də satirasında böyük qorxmazlıq, qüvvət, gələ-

cəyə  işıqlı bir inam vardır. Obrazların situasiyadan asılı olaraq 

gülünc vəziyyətə düşəməsi C.Məmmədquluzadənin “Kişmiş 

oyunu”, “Qurbanəli bəy”, “Quzu”, “Qəssab”, “Rus qızı” və başqa 

hekayələrində müşahidə olunur. “Kişmiş oyunu” əsərində dini 

oyunbazlıqla xalqı soymağa gələn iki nəfər iranlının Zurnalı 

kəndinin camaatı  tərəfindən tələyə salınmaları, nəhayətdə onların 

qorxaraq aradan çıxmaları  şiddətli komik vəziyyət  əmələ  gətirir. 

Burda ifşa edilən şəxs başına gələn gülünc əhvalatı öz dili ilə nəql 

edir. 

Klassik satira ustalarımızın nəsr  əsərlərində obrazları arasında 



mənəvi-psixoloji və ictimai-sosial amillərlə  şərtlənən uzlaşmalar 


88 

kifayət qədərdir. Y.Vəzirin satirik hekayələri M.Cəlil,  Ə.Haq-

verdiyev, Ü.Hacıbəyov qələminə məxsus duzlu, oxucuları güldürə-

güldürə düşündürən nəsr nümunələri üstündə köklənibdir. Onların 

yaradıcılığında ideya və  məzmun vəhdəti ilə yanaşı, dil və üslub 

yeniliyi də diqqəti cəlb edir. C.Məmmədquluzadə kimi onlar da 

təsvir etdikləri hadisə  və  əhvalatların mahiyyətinə vardıqca onu 

aktual ictimai məsələlərə qovuşdurmağa çalışırdı. Lakin müasir-

lərindən və  ustadlarından fərqi olaraq. Y.Vəzirin dilində satiradan 

daha çox həzin kinayə vardır. Dövrü üçün aktual olan, bu gün də öz 

keyfiyyətini itirməyən hekayələrində onun sözündən ustalıqla, 

qənaətlə istifadə etməsinin nəticəsidir ki, bədii nümunələri 

aktuallığını, yığcam olması, dilinin lakonikliyi ilə maraqlı  nəsr 

nümunələri təsiri bağışlayır. Baxmayaraq ki, ədib bu əsərləri 

(“Yazmıram”, “Köhnə  şeylər dəbdən düşür”, “Məşədi Qulu”, 

“Məsəllər”, “Nobel mükafatı”, “Dörd söhbət”, “Ayrılmışlar”, 

“Şəhərlərin şöhrəti” və s.) felyeton adlandırmışdır. Felyetonların bir 

özünəməxsus üstünlüyü də yazıçının burada gözəl tipikləşdirmə 

yaratmasıdır. 

 Y.Vəzir hekayələrini də nəşr etdirərkən onların çoxunu əksər 

vaxtlarda felyeton adlandırmışdır (“Sərhəd məsələsi”, “Zeynal bəy”, 

“Xunabə”, “Dəli” və s.). Bundan başqa  ədibin “Cümə axşamı”, 

“Yuxu”, “Yeni fars”, “Şahqulunun xeyir işi”, “Divanə”, “Qız mək-

təbində” kimi hekayələri də ilk dəfə felyeton adı ilə çıxmışdır. Bu, 

bir tərəfədən Y.Vəzirin hekayələrinin yığcamlığına dəlalət edirsə, o 

biri tərəfədən , yazıçının felyetonlarının mövzu və fikir, ifadə  və 

təhkiyə  tərzi etibarilə kiçik olduğunu göstərir. Y.V.Cəmənzəminli 

və Ə.Haqverdiyev nəsrində üst-üstə düşən, ən çox diqqəti cəlb edən 

tiploji cəhətlər bunlardır: yığcamlıq, aydınlıq, sadəlik, hekayənin 

əsasını  təşkil edən hadisənin məzəli, gülməli mahiyyəti, bəzən 

gözlənilməz nəticə ilə tamamlanması; incə rişxənd, acı istehza, 

kinayə, işarə və i.a. 

Hekayələrin bir çoxunda, yəni xalq yaradıcılığında, xüsusən 

nağıllara, Molla Nəsrəddin lətifələrinə; həmçinin müəlliflərin 

təhkiyədə özünü oxucuya göstərməsi, kənarda durub, sanki etinasız 

nağılçı kimi ancaq əhvalatı  xəbər verməsi, fikirin aşkar bil-

dirməməsi, ifşa elədiyi ictimai nöqsanlara, bu nöqsanları, yara-



89 

mazlıqları törədən insanlara həzin istehza ilə gülməsi bədiiliyi 

qüvvətləndirən məqamlar kimi yadda qalır.Bütün bu deyilənlərə 

rəğmən mollanəsrəddinçi yazıçıların bədii üslubuna uyğun olaraq 

tənqidi gülüşün də  məxsusi intonasiya fərqi, həm də gülüş 

formalarının müxtəlifliyi mövcuddur. Y.Vəzirin və 

Ə.Haqverdiyevin yumorunun, gülüşünün aparıcı  xətti nikbin, göz 

yaşları içərisində gülüşə  bənzər, işıqlı  və  qəhqəhəli olmasa da, 

şaqraqdır. C.Məmmədquluzadənin gülüşündə onun içində  qırmızı 

xətlə keçən bir kədər də var. 

Y.Vəzirin və Ə.Haqverdiyevin hekayələri nə qədər sadə, aydın 

olsa da, hamısının əsasında böyük fikir, ideya dururdu. Bu ideyaları 

hər iki sənətkar açıq söyləmir, quru, çılpaq surətdə ifadə eləmir, onu 

sanki təsadüfən deyilmiş bir sözlə, kinayə və işarə, istehza, replika 

ilə açmağa çalışırlar. Onların bədii satirası demokratik məzmunu 

daşıyan sənət nümunələri kimi özünü daha qabarıq göstərir, klassik 

satirik ədəbiyyatımızın zirvəsini təşkil edir. 

Y.Vəzirin “Müslimənin sərgüzəşti” və ya “Müsəlman arvadının 

sərgüzəşti” (müəllif sonralar hekayənin adını  dəyişib sonuncu 

sərlövhəni təqdim etmişdir- B.B) hekayəsinin ilk nəşrindən qeydlər 

– “Nəql elədi bir muslimə, yazdı Veylabad sakini Mirzə  Sərsəm”- 

yadımıza Mirzə  Cəlilin “Danabaş  kəndinin  əhvəlatları”ndakı 

başlanğıcı salır : “Nəql edildi: lağlağı Sadıq, yazıya götürübdü 

qəzetçi Xəlil”, “Veylabad!”. Yaz bu “şəhər”dən olan digər heka-

yələrini (“Cənnətin qəbzi”, “Mirzə  Əbdülvahab ” və s.) oxuduqda 

isə  Ə.Haqverdiyevin Dəccəllabad  əhvəlatları yada düşür. Sadəcə 

bunlar yada düşmə, xatırlamalardır. Fikir və mülahizələr, onların 

qoyuluşu və  təsviri isə biri digərinin təkrarı deyildir. Hər  şeydən 

əvvəl bu ünlü sənətkarın bir məcrada birləşdirən eyni məkan, zaman 

ictimai mühit və eyni dünya baxışı idi. “Y.Vəzirin öz müasirləri 

olan, klassik Azərbaycan nəsrinin ustaları C.Məmmədquluzadə  və 

Ə.Haqverdiyevlə birləşdirən yalnız ideya və məzmun həmahəngliyi 

deyil; ədəbi priyomları, dil və ifadə tərzinin rəngarəngliyi ilə də bu 

yazıçılar biri digərini tamamlayır”. Bu ədiblərin bədii nümunələri

xüsusən, rəssam kimi sözün qüdrəti ilə  çəkdikləri kiçik lövhələrlə 

yanaşı paralel müqayisədə hər birinin spesifik üstünlüyü nəzəri cəlb 

edir. Müqayisə üçün başqa bir nümunəyə diqqət yetirək. Y.Vəzir 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə