Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə32/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   28   29   30   31   32   33   34   35   ...   89

96 

kimi (“Hacı”) gülünc vəziyyətə salan inamı, əqidəsi, rəftarı, fikri ilə 

gördüyü işlər arasındakı ziddiyyətlərdir. Bütün bunlar paradoksallıq 

yaratmış, nəticədə Hacının nəfsi var-dövlətə  hərisliyi – bütün 

inanclarına – Allaha da, Qurana da,  namaza da qalib gəlir.  

Yusif Vəzir Çəmənzəminlinin satira və yumorunda, onların 

xarakterlərində  fərdi və orijinal simasını müəyyənləşdirən  əsas 

xüsusiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, burada hiss, 

həyəcan, emosional narhatlıq ilkin şərtdir. Yazıçı güldüyü və gülüş 

doğurmaq istədiyi cəhətlərə  vətəndaşlıq yanqısı  və narahatlığını, 

həyəcanını və etirazını bildirib, onları emosional təsvir və təhkiyədə 

nəzərə çatdıraraq islaha çalışır. Bu əsərlərin hər birində yumorun 

orijinal inkişaf istiqaməti və konkret məqsədi, funksiyası 

mövcuddur. Bir nüansı da vurğulamaq yerinə düşərdi ki, Yusif 

Vəzir Çəmənzəminli mənfi tiplərini gülünc vəziyyətlərdə  və 

eybəcər əməllərlə ifşa etməyi bacarır. O, mənfi surətləri öz əməlləri, 

sözləri, vəziyyətləri ilə səciyyələndirməyi məharətlə edirdi. Ədib ən 

ciddi ictimai bəlalardan söhbət açarkən də nikbinliyini itirmirdi. 

Yusif Vəzir Çəmənzəminlinin realist nəsrdə xidmətlərindən biri də 

ədəbi – təmasıdır. Bu sənətkarın nəsr dili fikrin sadə cümlələrlə 

ifadəsi, şirin təhkiyə üsulu, maraqlı dialoqla, gözlənilməzliklər və s. 

ilə  səciyyələnir. Burada ilk öncə milli kolorit təbiilik, axıcılıq 

diqqəti cəlb edir. Hər obraz öz düşündüyü kimi tanınmır. Professor 

T.Mütəllimov yazır: “Bədii dilin təbiililiyi və sadəliyi, ümumxalq 

danışığına yaxınlığı həmişə realist ədiblərimizin diqqət mərkəzində 

olmuşdur. Əslində bir səhər Azərbaycan tənqidi realistlərinin estetik 

konsepsiyalarının ən mühüm şərtlərindən hesab etmək olar”.  

XIX  əsrin  əvvəlləri satirik nəsrdə, xüsusi adlarda komizm 

vasitəsi kimi istifadənin bir çox üsullarını görürük. Mirzə  Cəlil, 

Ə.Haqverdiyev, N.Vəzirov, Yusif Vəzir Çəmənzəminli və başqa 

sənətkarlar həqiqi satira vasitələrinə çevrilən adlardan detal kimi 

istənilən qədər istifadə etmişlər.  

XX  əsrin yaradıcılığından fərqli olaraq XX əsr satiriklərinin 

mübarizə diapazonları  kəsərli və daha geniş idi. Qadın azadlığı 

problemi də onları düşündürürdü. Bütün bunlarla yanaşı, dini 

fanatizmin də  məhvedici təsiri, bu təsirlə faciəli həyata düçar 

olmaları, vəziyyətdən istifadə edib mənfəət götürənlərin pozucu 

fəaliyyətləri dövrün realist hekayələrində  sənətkarlıqla  əks 




97 

etdirilmişdir.  

Ədibin “Müsəlman arvadının sərgüzəşti” hekayəsində aparıcı 

surət hekayəçi kimi çıxış edir, sona qədər hadisələr onun dili ilə 

nəql olunur. Biz demək fikrində deyilik ki, birinci şəxsin – 

qəhrəmanın dili ilə danışılan bütün nitqləri monoloq saymaq 

lazımdır. Hekayəçi özünün təhkiyəsini  şəraitdən, məkan-zaman 

uyğunluğundan asılı olaraq digərlərinə  də tapşıra bilər. Haqqında 

danışdığımız hekayəyə gəldikdə isə burada başqa hekayətçi yoxdur. 

Digər tərəfdən hadisə dinamik inkişaf prosesi keçmir, yanaşan ölüm 

naməlum qəhrəmanın nəzərdə tutulması ilə danışılır, nəql olunur.  

Klassik satira ustalarımızın nəsr  əsərlərində obrazlar arasında 

mənəvi-psixoloji və ictimai-sosial amillərlə  şərtlənən uzalaşmalar 

kifayət qədərdir. Yusif Vəzir Çəmənzəminlinin satirik hekayələri ilə 

Mirzə Cəlil, Ə.Haqverdiyev, Ü.Hacıbəyov qələminə məxsus duzlu, 

oxucuları güldürə bilən düşündürən nəsr numunələri bütün poetik 

xüsusiyyətlərinə görə eynilik təşkil edir. Onların yaradıcılığında 

ideya və məzmun vəhdəti ilə yanaşı dil və üslub yeniliyi də diqqəti 

cəlb edir. C.Məmmədquluzadə kimi onlar da təsvir etdikləri hadisə 

və əhvalatların mahiyyətinə vardıqca onu aktual ictimai məsələlərlə 

qovuşdurmağa çalışırdılar. Lakin müasirlərindən və ustalarından 

fərqli nolaraq Y.Vəzirin dilində satiradan daha çox həzin kinayə 

vardır. Dövrü üçün aktual olan, bu gün də öz keyfiyyətini itirməyən 

hekayələrindən onun sözdən ustalıqla, qənaətlə istifadə etməsinin 

nəticəsidir ki, bədii nümunələrin aktuallığını hələ də saxlamaqdadır. 

Hətta  ədbin felyetonları  kəsb etdiyi ideya-məzmun dolğunluğu, 

yığcam olması, dilinin rəvanlığı ilə maraqlı  nəsr nümunələri təsiri 

bağışlayır. Baxmayaraq ki, ədib bu əsərləri “Yazmaram”, “Köhnə 

şeylər dəbdən düşdü”, “Məşədi Qulu”, “Məsəllər”, “Nobel 

mükafatı”, “Dörd söhbət”, “Ayrılmışlar”, “Şəhərlərin söhbəti” və s. 

adlandırmışdır. Felyetonlarin bir özünəməxsus üstünlüyü də 

yazıçının burada gözəl tipikləşdirmə yaratmasıdır  

Yusif Vəzir Çəmənzəminli hekayələrini nəşr etdirərkən onların 

çoxunu əksər vaxtlarda felyeton adlandırmışdır. (“Sərhəd məsələsi”, 

“Zeynal bəy” , “Xunabə”, “Dəli” və s.). Bundan başqa  ədibin 

“Cümə axşamı”, “Yuxu”, “Yeni fars”, “Şahqulunun xeyir işi”, 

“Divanə”, “Qız məktəbində” kimi hekayələri də ilk dəfə “felyeton “ 



98 

adı ilə  çıxmışdır. Bu bir tərəfdən Yusif Vəzir Çəmənzəminli 

hekayələrinin yığcamlılığına dəlalət edirsə, o biri tərəfdən, yazıçının 

felyetonlarının mövzu və fikir, ifadə və təhkiyə tərzi etibarı ilə kiçik 

məzmunlu hekayələrdən seçilməyən bədii parçalar olduğunu 

göstərir. Yusif Vəzir Çəmənzəminli və Ə.Haqverdiyev nəsrində üst-

üstə düşən,  ən çox diqqəti cəlb edən tipoloji cəhətlər bunlardır: 

yığcamlıq, aydınlıq, sadəlik hekayənin  əsasını  təşkil edən məzəli, 

gülməli mahiyyəti, bəzən gözlənilməz nəticə ilə tanınması; incə 

rişxənd, acı istehza, kinayə, işarə və i.a. hekayələrinin bir çoxunda 

yəni xalq yaradıcılığına, xüsusən nağıllara Molla Nəsrəddin 

lətifələrinə; həmçinin müəlliflərin təhkiyədə özünü oxucuya 

göstərməməsi, kənarda durub sanki etinasız nağılçı kimi ancaq 

əhvalatı  xəbər verməsi, fikrini aşkar bildirməməsi, ifşa elədiyi 

ictimai nöqsanlara, bu nöqsanları, yaramazlıqları törədən insanlara 

həzin istehza ilə gülməsi bədiiliyi qüvvətləndirən məqamlar kimi 

yadda qalır. Bu deyilən Molla Nəsrəddinçi yazıçıların bədii 

üslubunu səciyyələndirən aparıcı xüsusiyyətlərdəndir. Hər bir 

yazıçının fərdi üslubuna uyğun olaraq tənqidi gülüşün də  məxsusi 

intonasiya fərqi həm də gülüş formalarının müxtəlifliyi mövcuddur. 

Yusif Vəzir Çəmənzəminli yumorunun, gülüşünün aparıcı  xətti 

nikbin, göz yaşları içərisində gülüşə bənzər işıqlı, qəhqəhəli olmasa 

da  şaqraqdır. C.Məmmədquluzadənin gülüşündə isə onun içindən 

qırmızı xətlə keçən bir kədər də vardır.  

Yusif Vəzir Çəmənzəminli hekayələri nə qədər sadə, aydın olsa 

da hamısının əsasında böyük fikir, yüksək ideya durur. Bu ideyaları 

sənətkar açıq söyləmir, quru çılpaq surətdə ifadə eləmir, onu sanki 

təsadüfən deyilmiş bir sözlə, kinayə  və  işarə, istehza, replika ilə 

açmağa çalışır. Onun bədii satirası demokratik məzmun daşıyan 

sənət nümunələri kimi özünü daha qabarıq göstərir. Klassik satira 

ədəbiyyatımızın yüksək zirvəsini təşkil edir.  

Yusif Vəzir Çəmənzəminlinin “Müslümənin sərgüzəşti” və ya 

“Müsəlman arvadının sərgüzəşti”, (müəllif sonralar hekayənin adını 

dəyişib sonuncu sərlövhəni təqdim etmişdir) hekayəsinin ilk 

nəşrindəki qeydlər “Nəql elədi bir müslümə, yazdı Veylabat sakini 

Mirzə  Sərsəm” yadımıza Mirzə  Cəlilin “Danabaş  kəndinin 

əhvalatları ”ndakı başlanğıcı salır: “Nəql edibdi: Lağlağı Sadıq, 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə