Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə33/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   29   30   31   32   33   34   35   36   ...   89

99 

yazıya götürübdür qəzetçi Xəlil”. “Velylbat”! Yazıçının personajları 

bu “şəhər”dən olan digər hekayələrinin (“Cənnətin qəbzi”, “Mirzə 

Əbdülvahab” və s.) oxuduqda isə  Ə.Haqverdiyevin  Dəccallabad 

əhvalatları yada düşür. Sadəcə bunlar yada düşmə, xatırlamalardır. 

Fikir və mülahizələr, onların qoyuluşu və  təsviri isə biri digərinin 

təkrarı deyildir. Hər şeydən əvvəl bu ünlü sənətkarları bir məcrada 

birləşdirən eyni məkan, zaman, ictimai mühit və eyni dünyabaxışı 

idi. Y.Vəziri öz müasiri olan klassik Azərbaycan nəsrinin ustaları 

Cəlil Məmmədquluzadə  və  Ə.Haqverdiyevlə birləşdirən yalnız 

ideya-məzmun həmahəngliyi deyil; ədəbi priyomları, dil və ifadə 

tərzinin rəngarəngliyi ilə də bu üç yazıçı biri-digərini tamamlayır”. 

Bu  ədiblərin bədii nümunələri, xüsusən yaşadıqları Azərbaycan 

mühitinin məişətindən mahir rəssam kimi sözün qüdrəti ilə 

çəkdikləri kiçik lövhələrlə yanaşı paralel müqayisədə  hər birinin 

spesifik üstünlüyü nəzəri cəlb edir. Müqayisə üçün başqa bir 

nümunəyə diqqət yetirək. Y.Vəzir “Şahqulunun xeyir işi” heka-

yəsini “Qurbanəli bəy”i oxuduqdan sonra onun təsiri ilə yazdığını 

özü etiraf etmişdir. Hekayələrin hər ikisi oxşar süjet əsasında 

qurulmuşdur. Doğrudur, təsvir edilən əhvalatlar fərqlidir, lakin hər 

iki nümunə o dövrkü məişətimizdən götürülmüş lövhələrdir. 

Yazıçıları düşündürən eyni problem – cəhalət, nadanlıq, avamlıqdır. 

“Şahqulunun xeyir işi” hekayəsi Y.Vəzirin bədii nəşr yaradı-

cılığında ilk addım olmaqla onun yaranması da iki böyük sənətkarın 

adı ilə bağlı olduğu üçün əhəmiyyətlidir. Cəlil Məmmədqu-

luzadədən bəhrələnərək yazılan əsəri Ə.Haqverdiyev redaktə etmiş 

və Y.Vəzirin qələmindəki incə müşahidə qabiliyyətini sezmişdir. 

Görməmək mümkün deyil ki, Y.Vəzir yaradıcılığa başlayarkən 

Mirzə  Fətəli Axundovu oxumuş, Cəlil Məmmədquluzadə  və 

Ə.Haqverdiyevin çevrəsində olmuşdur və “Molla Nəsrəddin”ni də 

təbii ki, yazıçı kimi izləməmiş deyildir.   

Yusif Vəzir Çəmənzəminli sənətkarlığından danışarkən  əsər-

lərindən alınan təəssürat belədir ki, o, xalq dilinə, psixologiyasına 

tam hakim  yazıçıdır.  Şişirtmə olmasın, müasirlərindən heç bir 

yazıçının dili onun əsərlərindəki qədər rəngarəng,  əlvan, zəngin 

ifadə vasitələrinə, lüğət  tərkibinə malik olmamışdır. Ədibin üslubu 

ədəbi dil normalarına  əsaslanır, amma norma qaydalarına sığmır. 



100 

Onun üslubuna müasirlərinə  məxsus bədii dilin ən yaxşı  ənənələri 

xasdır. M.Ə.Sabirin dərin, sərt həqiqətləri realist planda təsviri, 

M.Ə.Sabir, C.Məmmədquluzadənin incə, mənalı, məzmunlu sati-

rası, eyham və kinayəsi  Ə.Haqverdiyevin gözəl, lirik təsvirlərinin 

ruhu, kəskinlik, mənalılıq və s. onun üslubunda harmonik vəhdətdə 

birləşir. 

Dil bədii əsərin məziyyət və xüsusiyyətləri ilə təbii yolla bağ-

lanmalıdır. Yusif Vəzir Çəmənzəminlinin dil və üslubundan bəhs 

edəndə  hər hansı “dil ehkamı”ndan deyil, ədibin yaradıcılığının 

özünəməxsus mahiyyətindən, xüsusiyyətlərindən çıxış etmək lazım-

dır. Klassik ədəbi-bədii dilimiz, onun zəngin xəzinəsi,  şifahi xalq 

yaradıcılığı, canlı danışıq dili - onun üslubunu və dil xüsusiyyətlə-

rini də bu mənbədə axtarmaq daha elmi olar. Yusif Vəzir Çəmən-

zəminli dili sözün geniş  mənasında, canlı, sadə, obrazlı  və  sərrast 

dildir. Onun dil və üslub cəhətdən Azərbaycan  ədəbiyyatının, 

xüsusən, nəsrinin  əvəzolunmaz sənətkarı C.Məmmədquluzadəyə 

yaxın olduğunu deyənlər haqlıdırlar.  Şifali danışıq dilinin və onun 

zəngin xüsusiyyətlərinin bədii, obrazlı inikası  hər iki sənətkarı dil 

və üslub cəhətdən bir-birinə yaxınlaşdırır. Dahi ədibin duzlu, satirik 

üslubunu Yusif Vəzir Çəmənzəminli öyrənmiş  və onun ən yaxşı 

davam və inkişaf etdiricilərindən biri kimi tanınmışdır.  

“Ədib tipin mənəvi eybəcərliyini tam əks etdirmək üçün elə 

ifadələr seçir ki, öz obyektiv rabitəsindən, daha doğrusu, 

kommunikativ mənasında deyil, müəllifin izlədiyi məqsədə uyğun 

mənada çıxış edir. Sözün əsl mənası  bəzən burada bir növ təcrid 

edilir və yada düşmür. Beləliklə, söz həqiqi sənətkarın əlində daha 

yeni mənalar, çalarlar kəsb edir”. 

Müəllif tiplərini obrazlı danışdırmaqla onu “mənfi və müsbət” 

deyib iki yerə ayırmır. Hər iki xislətdə olanlar dildən öz məqsəd-

lərinə müvafiq istifadə edirlər. Nəticədə onun tipləri milli olmaqda 

çox canlı, koloritli çıxırlar. Ədib xalqdan aldığı sözləri “bədii əsərin 

yazılış  tərzinə görə” seçib məqamında işlədir, onu yeni-yeni məna 

çalarları ilə  zənginləşdirir. Bu üslub bir tərəfdən yazıçının xalq 

dilinə, adətən hikmətinə, onun bədii təfəkkürünə yiyələndiyini 

göstərirsə, o biri tərəfdən, ədibin bədii istedadı, fitri qabiliyyəti ilə 

bağlıdır. 



101 

Gülüşlə düşündürən ədib 

 

XX  əsrin  əvvələrində zamanın dönüşü cəmiyyətin bütün 



sahələrində varlıqda və  şüurda, elmdə  və  ədəbiyyatda, mədəniyyət 

və incəsənətdə, nəzəriyyə  və  təcrübədə  əsaslı  təbəddülatlar 

insanların həyat və  fəaliyyətinə  də  təsir edir, onların  şüur və 

təfəkküründə yeni proseslərin baş verməsi üçün real imkanlar 

yaradır. Bu işdə ədəbiyyatın, nəzəri fikrin edə biləcəyi ən vacib iş-

həyatı düzgün əks etdirmək, ifşa hədəflərini aydın göstərmək, 

“əyrini-əyri, düzü-düz” yazmaq, ictimai geriliyin səbəblərini 

araşdırmaq və ondan xilas olmaq, onun xəstəliyinin mahiyyətini, 

müalicə və proflaktikasını göstərməkdir.  

Ədəbiyyat,  ən çox da satirik ədəbiyyat bu missiyanı yerinə 

yetirmək üçün köhnəlmiş  ədəbi metodlardan, ideyalardan istifadə 

edə bilməzdi. Buna görə də satirik nəsrdə, poeziya, dramaturigiyada 

və publisistikada ədəbiyyat orijinal ideyalar və ideallar irəli sürməli, 

cəmiyyəti yeni dünyagörüşlə silahlandırmaq vasitəsilə onu 

gerilikdən, qaranlıqdan çıxarmağa kömək göstərməli idi. 

Əli hər yerdən üzülən insan göydə Allaha (Məhəmmədhəsən 

əmi kimi), yerdə naçalnikə, kəndxudaya, mollaya sığınırdı. XIX 

əsrdə Mirzə  Fətəli Axundovun, XX əsrin  əvvələrində  Cəlil 

Məmmədquluzadənin, Mirzə  Ələkbər Sabirin və başqa molla-

nəsrəddinçilərin qəhrəmanları  xəstə  cəmiyyətdə yaşayırdılar. Bu 

insanlar hətta öz-özlərinə yad olmuş, “şükür qədərinə” deyib 

olacaqlarla barışmalı  və razılaşmalı olmuşdular. O dövrdə  bəşə-

riyyətin ümumi bəlası-anlamaq dərdi idi. Anlamaq isə  sırf 

dünyagörüşü ilə  əlaqədar olan bir problemdir. Bizim satira usta-

larımızın qarşısında duran əsas vəzifə mövcud situasiyanı, cəmiy-

yətin görünən və görünməyən eybəcərliklərini kütləyə anlatmaq idi. 

Əlbəttə, anlamaq üçün novruzəliləri, zeynəbləri, məhəmmədhəsən 

əmiləri hazırlamaq, bu biçarə zavallıları empiriyadan rasionallığa 

doğru inkişaf etdirmək lazım idi. Rus mənşəli ingilis psixoloqu 

P.D.Uspenski göstərirdi ki,  “insan heç vaxt indiki qədər öz-özünə 



yad olmamış, psixologiyadan heç vaxt bu qədər uzaq düşmə-

mişdir; müasir insanın ən xarakter əlaməti öz-özünü bilməmək-

dir”Beləliklə, anlamaq işindəki çətinliklər insan xoşbəxtliyi üçün 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə