Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə31/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   27   28   29   30   31   32   33   34   ...   89

93 

Başmaqçı usta Ağabalanın saqqalı Əliəsgər ağaya qəbzə görə ifrat 

təzimi, hamam, Veylabad sakinlərinin rəftar, davranışları ilə iç 

üzlərinin açılması – yəni,  şəhərin adı ilə sakinlərin ad və 

ləqəblərinin mənəviyyatı, dünyabaxışları, ideyalarının bir-birinin 

tamamlamasında heç bir uyğunsuzluq yoxdur. Burada obrazların 

məkanı  səciyyələndirilir. Pinəçi Ağabalanın fanatikliyi ikrah 

doğurmaya bilir. Bütün varlığı ilə bu tip Ələsgərə bağlı yox, vurğun 

bir bədbəxtdir. Qəbz alıb cənnətə düşmək üçün hər şeyindən keçib 

və bu xülyalarla da qurban gedir. Əsərin  əvvəllərində Veylabad 

kimi bir şəhərin sakini olan xəyalpərəstin taleyinin acınacaqlı 

sonluqla qurtaracağı oxucuda heç bir şübhə doğurmur. Cəmiyyətin 

üfunət verən ab-havası sakinləri də,  şəhəri də eybəcər hala 

salmışdır. Ağabalanın cənnətə  qəbz alması  məsələsində arvadı ilə 

dialoqu da, bir-birinə  “Ə” deyərək müraciəti quzu mələşməsini 

andıran səs çıxarmaları da avamlığa, fəqir və yazıqlığa bir işarədir. 

Ağabalanın təmasda olduğu adamlar da, rast gəldiyi  əşyalar da 

cəmiyyətin necə qoxu verməsinə bir işarədir. Dar küçədə döşünə bir 

çüt eşşək qulağı toxunur, küçəyə düşmüş it, pişik, toyuq cəsədləri 

hərəkətə mane olur. Nadanlar yığnağı ilə dolu olan Veylabad 

şəhərinin hamamı da “Çox çəkmədi ki, zibilə batdı  və yerində bir 

təpə əmələ gəldi”. Usta  Ağabala hamamda yuxu görməsindən çox 

dəli olmaq dərəcəsinə  gəldi, azarı  hər gün şiddətləndi, aclıq və 

soyuq onu üzdükdən sonra dünyasını dəyişdi.  

 Ağabala bədbəxt bir adamdır. Daha çox ona görə bədbəxtir ki

Veylabad  kimi bir şəhərin sakinidir. Bu şəhərdə hamı, sadəcə,  hərə 

bir cür bədbəxtdir.  Əsərin və  məkanın adından da bədbəxtlik 

gözləniləndir. “Cənnətin qəbzi”ndə mövhumatın zərərli təsiri, 

insanların gözü qarşısına qəflət pərdəsi çəkməsi onları dünya 

zövqündən məhrum etməsi, fəaliyyətsizliyə,  ədalətə sürükləməsi 

haqqında təsirli, düşündürücü epizodlar az deyildir. Ağabalanın 

timsalında Y.Vəzir Çəmənzəminli insanı real gözəllikdən 

uzaqlaşdıran, axirət vədlərinə bağlayan, cənnətin qəbzi üçün bütün 

həyatını qurban verən fanatikləri amansızcasına satira atəşinə 

tutmuşdu. Adlar sənətkarı sanki sözçülükdən uzaqlaşdırır, obyektiv 

estetik meyar üçün daha konkret, faktiki materallar verir. Bunları öz 

məqamında işlətmək əsas şərtdir və müəllifdən xüsusi məharət tələb 



94 

edir. 


Hekayə haqqında B.Nəbiyevin dediyi fikirlər bu mənada maraq 

doğurur: “Cənnətin qəbzi” hekayəsi sənətkarlıq baxımından Y.Vəzir 

Çəmənzəminlinin digər hekayələrindən çox fərqlənir. Həcmcə çox 

böyük olan əsər özünün mənalı satirik və yumoristik səciyyəsi ilə 

““Molla Nəsrəddin” nəsrinin  ən klassik nümunələri səviyyəsinə 

qalxa bilmiş  və geniş söhrət qazanmışdır”. Yusif Vəzir Çəmən-

zəminlinin satirik hekayələrində obrazların gülünclüyü ictimai 

həyatdakı nöqsanların və  mənfi cəhətləri daha qabarıq şəkildə  həll 

edilməsi lazım gələn  əsas məsələ kimi təsvir etdikdə baş verir. 

Obrazların düşdüyü vəziyyətlərdən asılı olaraq doğurduğu 

gülünclük Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi”, “Ağ 

buxaqda qara xal”, “Mərsiyəxan” və s. hekayələrində də müsahidə 

olunur. Dünyəvi gözəlliklərin dini uydurmalar üzərində qələbəsi bu 

hekayələrdə yüksək sənətkarlıqla  əks etdirilmişdir. Y.Vəzir 

Çəmənzəminli dini fanatizmə satirik münasibətini bir çox publisist 

əsərlərində  də bildirmişdir. Yazıçı belə  qənaətdə idi ki, fanatizm 

əməkçiləri zülm altında saxlayır, onların gözləri qarşısından qəflət 

pərdəsini götürməsinin, savadlanmasını, dünya görüşlərinin art-

masının qarşısını alır, mütərəqqi işlər görməyə mane olur, faydalı iş 

görməkdən çəkindirir. Y.Vəzir də dini fanatizmə münasibətdə 

N.Nərimanov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Ü.Hacıbəyov 

yolu ilə gedirdi. “Cənnətin qəbzi” hekayəsində ədib qüvvətli təzad 

yaradaraq usta Ağabalanın gülünclüyünü onun öz sözləri, fikirləri 

ilə göstərir. Obrazların gülüş doğuran vəziyyətlərini bu hekayədə 

təkcə  Ağabalanın timsalında deyil, dəllək Kərbəlayi Qulunun da 

yadda qalan surətində görürük. Kərbəlayi Qulu qısa boyu, qızarmış 

iti burnu, nazik bığları ilə  fərqlənir. O da usta Ağabalanın tayıdır, 

bəlkə ondan da fanatikdir. “Mərsiyəxan” hekayəsində  ədib mə-

harətlə, maraqla, yumorlu, orijinal bir sonluq tapmışdır. Bu bədii 

kəşfi ilə oxucunu heyrətdə qoymağa nail olmuşdur.  

Müasirləri kimi Yusif Vəzir Çəmənzəminlini də Azərbaycan 

qadınlarının hüquqsuzluğu, kəşməkeşli həyat yolları daima narahat 

etmişdir. “Şaqqulunun xeyir işi”, “Müsəlman arvadının sərgüzəşti”, 

“Toy”, “Qız məktəbində”, “Divanə”, “Dərdli Züleyxa”, “Yuxu”, 

“Üç gecə”, “Qumarbazın arvadı” hekayələrində ötən  əsrin 



95 

əvvəlllərində Azərbaycan analarının, qız-gəlinlərinin bir çoxuna xas 

olan qəribə əhvalatlar bədii əksini tapmışdır. 

“Dərs” hekayəsində  qəhrəman Həmzə  bəy gülünc vəziyyətə 

düşür, qarşı tərəfdən ibrətli dərs alır. Tələbə Həmzə bəy təhsil aldığı 

şəhərin küçələrində boş-boşuna veyillənir, qızlara, xanımlara söz 

atmaqla gün keçirir. Bir gün o, yaraşıqlı bir xanımı ələ almaq üçün 

cəhd edir və o qadının adamları  tərəfindən döyülüb təhqir 

olunduğunu görürük. Hekayədə obrazın gülünclüyü oxucuda ikrah 

hissi doğurur. Yazıçı ustalıqla kontrast yaratmışdır. Tələbə öz-

özlüyündə gözəl xanımla kef çəkməyi düşündüyü, xəyallara daldığı 

bir məqamda möhkəmcə döyülür, “möhtəşəm” bir dərs alır. Yusif 

Vəzir Çəmənzəminlinin obraza gülüşü istər satira olsun, istər 

yumor, zahiri əlamətlərdən yaranmır, intişar tapmır, hadisə  və 

surətlərin zahiri gülünclüyünə  əsaslanmır. Bu gülüşün  əsas tənqidi 

məzmunu, ifşa və ittiham gücü daha çox hadisələrin məzmunundan, 

məntiqindən, obrazlığın psixoloji varlığından doğur. Nəticədə 

ictimai kəsəri, bədii vüsəti etibari ilə  dərin və qüdrətli olur. Əksər 

məqamlarda ustad yazıçı  tənqid hədəfini səliqə  və  səbirlə, aram-

aram elə nöqtədən işıqlandırır ki, tipin çatışmazlığı fonundan onun 

mənəvi eybəcərliyinin dolğunluğu ilə rüsvayçı  vəziyyətə düşür. 

Tənqidi gülüş isə gözlənilməz görünür. Tənqidi gülüşdəki bu 

gözlənilməzlik onun islah-ifşa qüdrətini daha da artırır.  

Mir Qasım da tələbədir (“Üç gecə”). O, Həmzədən (“Dərs”) 

fərqli xüsusiyyətlərə malikdir. Mir Qasımı evləndirmək məsələsi 

ortaya çıxır, o istəməsə  də deyiklisi gözəl-göyçək Matanı  gəlin 

gətirirlər.  Mir Qasım sevmədiyi qıza evlənməyi əzab, həyatını isə 

məhbəs hesab edir. Təzə ailə həyatı quran bu gənc həyat yoldaşını 

evdə qoyub küçə qızları ilə vaxt keçirir və bu hərəkətləri özü üçün 

eyib sanmır, hətta belə  əyləncələrdən fəxr duyur. Obrazlığın 

gülünclüyünə  ədibin istehzası başa düşüləndir. “Şair” hekayəsinin 

qəhrəmanı  Cənnət  Əli də situasiyadan asılı olaraq gülüş  hədəfinə 

çevrilir. Cənnət Əli özündən bədgümandır. Yaradıcılığı ilə əlaqədar, 

haqqında çox yüksək fikirdədir. Bu tip belə  qənaətdədir ki, 

gələcəkdə ona heykəl qoyulacaqdır, cızma-qaraları  tədqiqata cəlb 

ediləcəkdir. Tərbiyəvi xüsusiyyətlərə malik olan hekayənin 

qəhrəmanı danışıq münasibətləri ilə gülüş doğurur. Hacını isə bir tip 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə