Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə24/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

72 

ədəbi tənqid də, yazıçının müasirləri də bu və ya digər mənada 

ədalətsiz mövqedə olmuşlar. Bütün bunlar da onun yaradıcılığında 

tərəddüdlərə  səbəb olmuşdur. Müəllimlər müəllimi, ipək xislətli 

Abdulla Şaiq çox mənalı təsirlərə cavabı yuxarıda dediyimiz kimi, 

tərəddüdlər, yaxud əsərlərinə  “əl gəzdirməklə” nəticələnib. Söhbət 

ondan getmir ki, ədibin bədii irsi daim sosial, ictimai-siyasi 

problemlər konteksində araşdırılmışdır. Həmin dövrə  mənsubların 

əksəriyyətinin irsi belə  təhlillərə  məruz qalmışdır. Bizcə,  əsas 

narahatçılıq doğuran amillərdən biri onun həyatının və ədəbi irsinin 

birtərəfli öyrənilməsidir. Uzun illər A.Şaiqdən uşaq yazıçısı, müəl-

lim kimi daha çox bəhs olunmuş, nəticədə nasirliyi və şairiliyi arxa 

planda qalmışdır. Bu mülahizələrimizlə yazıçının uşaq yaradıcı-

lığına kölgə salmaq fikrindən uzağıq. Elçin yazır ki, “Azərbaycan 

uşaq nəsrinin C.Məmmədquluzadədən, A.Şaiqdən, S.S.Axundovdan 

gələn gözəl  ənənələri var və bu gün bu ənənələr nə üçün öz təbii 

davamını  və inkişafını tapmır?  Ədəbi tənqid susur...” lakin etiraf 

etməmək sadəlövhlük olardı ki, unudulmaz ədibin obyektiv 

qiymətini verənlərdən, müasirləri ilə birgə yaradıcılıq aspektində 

eyni prosesin iştirakçısı, yaradıcısı kimi götürənlərdən biri də 

tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfər olmuşdur: o, romantizim-

realizim metodlarının qarşılıqlı  əlaqələrinin inkişaf meyillərini 

professionallıqla təhlil etmişdir. Onun yaradıcılığı  ədəbiyyatşü-

naslıq elmimizin diqqət mərkəzində olmuşdur. Bütün bunların 

arasında Əziz Mirəhmədov, Yaqub İsmayılov və Əflatun Saraclının 

Abdulla  Şaiqə  həsr olunmuş monoqrafiyaları öz elmi dəyəri və 

ədibin nəsr yaradıcılığının bəzi məsələlərinin işıqlandırılması 

baxımından  əhəmiyyətlidir. Həmin alimlər  Şaiqin həyat və yara-

dıcılığını  tədqiq etdiklərindən,  ədibin nəsrini tam əhatə edə-

bilməmiş, ondan məqsədəuyğun  şəkildə söhbət açmamışlar. 

Ə.Mirəhmədov və Y.İsmayılov  Şaiqin nəsrinə  ən çox ədəbiyyat 

tarixi səpkisindən, ictimai-siyasi, sosial tələb və meyarlar baxı-

mından yanaşmışlar.  Ə.Saraclı isə  Şaiqi “Görkəmli adamların 

həyatı” seriyasından tədqiq etmişdir. Bununla belə, hər üç alimin 

kitabında  ədibin nəsri haqqında qiymətli fikirlərlə qarşılaşırıq. 

Şaiqin nəsr  əsərlərinin qaynaqları, prototipləri, gerçəkliklə  əla-

qəsinin təhlili baxımından  Əflatun Saraclının, variantların mü-



73 

qayisəli təhlili isə ilk dəfə Yaqut İsmayılovun monoqrafiyasında öz 

şərhini tapmışıdır. Unutmaq olmaz ki, bədii  əsər sənətkarın nə 

deməsinin və necə deməsinin qarşılıqlı əlaqəsi və vəhdətindən yara-

nır. Həqiqi sənətkar öz əsərlərində  təkcə mühim problemlər 

qaldırmaqla kifayətlənmir, həm də bu problemləri yüksək sə-

nətkarlıqla oxucuya çatdırmağa can atır. 

Əlbəttə kiçik bir yazıda A.Şaiq yaradıcılığının, xüsusilə onun 

hekayə, povest və romanlarının sənətkarlıq xüsusiyyətləri haqqında 

ətraflı söz açmaq çətindir. Odur ki, A.Şaiqin nəsr  əsərlərində  əsas 

poetik vasitələrindən biri olan bədii detal haqqında söz açacağıq. 

Vaxtilə görkəmli fransız yazıçısı Qustav Flober yazırdı: 

“Romançının öz əsərlərində  təsvir etdiyi hadisələrə münasibətini 

bildirməyə haqqı yoxdur. O yaratmalıdır”. Bədii yaradıcılıq prose-

sində sənətkarın öz əsərindəki obrazlar haqqında danışması, onlara 

birbaşa münasibətini bildirməsi istər-istəməz  əsərin bədiilik 

meyarına xələl gətirir. 

Məlumdur ki, bədii detal təfərrüatla yanaşı işlənir, bunların biri 

digərini tamamlayır və dolğunlaşdırır. O da məlumdur ki, detalla 

təfərrüat arasında fərqlər, seçilən cəhətlər arasında fərqlər, seçilən 

cəhətlər də vardır: təfərrüat çoxluğu, detal isə konkretliyə 

meyillidir. Detal bədii  əsərdə, hadisələrin gedişində, xarakterlərin 

açılmasında, müəllif niyyətinin bütün dolğunluğu ilə qavranıl-

masında mühüm əhəmiyyət kəsb etməsi ilə  təfərrüatdan fərqlənir. 

Başqa olur, amma bütün təfərrüat detala çevrilir.  

“Araz” romanına müraciət edərək dövlətin çoxluğundan 

harınlaşmış Varis mənasız ömür sürür, gününü eyş-işrətdə, kefdə 

keçirir. Pul onun gözlərini qamaşdırır, beynini dumanlandırır, 

nəhayət, bu gənc əxlaqsızlığa qurşanır. Bir gün Varis pozğun, özünü 

satmaqla dolanan bir küçə  qızının və  fırıldaqçı  qəhbənin tələsinə 

düşür. Qız  şirin dilini işə salır, “üzü beşyüzlükdən olan yorğan”  

gətirərsə, onu sevəcəyinə and içəcəyini bildirir. Səhəri, qız həyəcan 

içində Varisi gözləyir və elə bu vaxt “otağın bir bucağında 

hörümçək toruna düşmüş milçəyin vızıltısını” eşidir və “tələyə düş-

müş milçəyin özünü qutarmaq üçün çalışıb çabalamasını onun başı 

üstə duran hörümçəyin incə tellərlə tez-tez onun əl-əyağını möhkəm 

bağladığını seyr edir...”. 



74 

Həmin epizod belə bir sonluqla bitir : “Sönük, sarımtrak lampa 

işığında inləyən otağın sükutunu yalnız beşyüzlüklərin xışıltısı  və 

bucaqda  ölümlə  pəncələşən milçəyin vızıltısı pozurdu...”. Ehtiras 

düşgünü Varislə tora düşmüş milçək arasındakı oxşarlıq təsadüfi 

xarakter daşımır. Ölümlə  pəncələşən milçək tordan canını qutara 

bilmədiyi kimi, Varis də azadlığın, düşkünlüyün torundan xilas ola 

bilmir. Varisin taleyinin əsərin sonunda necə qurtaracağı  həmin 

epizoddan aydın görünür. Bu, əsərin bədii siqlətini artıran maraqlı 

bir poetik detalıdır. 

Yazıçı “Araz” romanında kasıb kənd evlərində birinin təsvirini 

verir. “Adam boyunda alçaq, divarları palcıqla suvaqlanmış bu ev 

hər kəsin xəyalından uzaqlara, dumanlı keçmişlərə aparır, zehnində 

bir-birini izləyən fikir onu köhnə bir aləmə atırdı. Bu alçaq evin 

şərq tərəfindən hasara nisbətən uca qapısından girən adamı, hər 

şeydən əvvəl, həyətin ortasında balta zərbələri ilə yaralanmış qoca 

və çılpaq bir əncir ağacı qarşılayır. Bir qədər irəlidə, hisli-paslı iki 

kiçik pəncərə arasında  alçaq, rəngsiz bir qapı vardır. Bir pilləkən 

endikdən sonra bu qapı iki kiçik, alçaq və rütubətli otağa açılır. 

Otaqların bütün əşyası divarda asılmış saz, çaxmaqlı tüfəng və 

köhnə xəncərdən ibarət idi”. 

Nəzərdən keçirdiyimiz nümunələrin müqayisəsi göstərir ki, 

yazıçı detaldan da, təffərüatdan da bacarıqla istifadə etmiş, hər iki 

poetik vasitəni yerli-yerində  işlətmişdir. Tor-hörümçək detalı 

bütövlükdə ümumilləşdirmə  əhəmiyyəti kəsb edirsə, nəzərə çarp-

dığımız təfərrüat bir nəfərin həyatı, sosial vəziyyəti haqqında aydın 

təsəvvür yaradır.  

Abdulla  Şaiq Arazın kasıblığına öz münasibətini bildirmir, 

onun evini, evində olan müxtəlif  əşyaları  təfərrüatı ilə  təsvir 

etməklə  ağır həyat  şəraitini göstərir. Nümunə  gətirdiyimiz epizod 

əsərin  əvvələrindəndir. Oxucu hələ  nə hadisələrə, nə  də  əsərdəki 

surətlərlə tanışdı.  Ədib xarakterik təfərrüatdan istifadə etməklə bir 

tərəfdən onun acınacaqlı, kasıb dolanacağını  təsvir edir, digər 

tərəfdən də obrazın bir sıra insani keyfiyyətlərinə  işarə vurur. 

Arazın evində saz da var, çaxmaqlı tüfənglə yanaşı köhnə bir xəncər 

də. Folklor nümunələrində  bəllidir ki, yırtıcı, qaniçən cəlladın, 

ümumiyyətlə, mənfi surətin əlində heç vaxt saz olmayıb və olmaz. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə