Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə23/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

69 

iştirak edir. Satirik nəsr  əsərlərində süjetin qurulması M.Cəlil 

yaradıcılığında məqsədəuyğun və düşünülmüş bir hadisədir. O 

çalışırdı ki, həyatın elə  səciyyəvi səhnəsini canlandırsın ki, həm 

ibrətamiz, həm də tipik və ümumiləşdirilmiş olsun. Məsələn, 

C.Məmmədquluzadə və yaxın həmkarları vərdiş olunmuş bəzi adət-

ənənələrin, inamların, davranış normalarının qarşılaşmasındakı 

komikliyi məharətlə  qələmə alırdılar. Professor Mir Cəlal yazırdı: 

“Onun hekayələrində keçmiş Azərbaycan məişətindən verilən lövhə 

və səhnələr, inandırıcılığı, təbiiliyi ilə oxucunu valeh edir”. “Zeynal 

bəy”, “Polis paltosu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Quzu” 

(C.Məmmədquluzadə), “Bomba”, “Qiraət” (Ə.B.Haqverdiyev), 

“Göbələk” (A.Şaiq) vəs. satirik hekayələrdə ədiblər böyüklü kiçikli 

çoxlu  əhvalatları cazibəli süjet vasitəsilə oxucuya çatdırıblar. 

Müəlliflər süjetin maraqlı və təsirli çıxması üçün həyat həqiqətlərini 

yaxşı öyrənir, tipik hadisələri seçib mənalandırır, ümumiləşdi-

rirdilər. Satirik hekayələrin süjet xətlərinə  gəlincə, onlar çox 

sadədir. Hər hekayədə, əsasən, bir konkret məsələdən bəhs olunub 

qabaqcadan düşünülmüş fikir aşılanır. Süjetin necə başlanıb, necə 

davam etdirilməsi kimi, necə bitməsi də qabaqcadan düşünülür və 

çox maraqlı kompozisiya ilə ümumiləşir.  

Süjet və mövzu rəngarəngliyi C.Məmmədquluzadə,  Ə.B.Haq-

verdiyev, A.Şaiq, Y.Vəzir, S.Hüseyn və Ü.Hacıbəyovun həyatı çox 

yaxşı bildiklərini göstərən başlıca  əlamətlərdəndir. Onların 

əsərlərinin mövzu dairəsi nə  qədər gəniş olsa da, süjet və ideya 

istiqamətində bir vəhdət nəzərə çarpır. Köhnə dünyanın  əvəzinə 

insanlar arasındakı münasibətlərin ülviliyinə  əsaslanan yeni və 

gözəl bir dünya qurmaq qayəsi onlarca süjeti birləşdirir, onları 

vahid, möhkəm, monolit süjetin qollarına çevirir. Bu müəlliflərin 

satirik  əsəriərinin poetik prinsiplərinə görə süjet xətti sadədir. 

Satirik hekayələrdə  bədii müqəddimə, düyünün bağlanıb açılması, 

kulminasiya nöqtəsinə çatdırılması, nəhayət, nəticədə  məqsədin 

ifadəsi də  yığcamdır. “Poçt qutusu”nda kəndlinin ağasına 

“sədaqəti”, “Mərsiyəxan”da mərsiyəxanın evlənmək xəyalına 

düşməsi, “Cənnətin qəbzi”ndə köhnəpərəstin “cənnətin qəbzini” 

almaq üçün var-yoxundan keçməsi və s. kimi çox sadə  və  həyati 

hadisələr bu və ya digər əsərin süjet xəttini təşkil edir. 



70 

Süjet qurma prinsipindən danışarkən mövzu və tip seçmə 

metodu da onların yaradıcılığmda zəruri olduğu qədər vacib bir 

məsələ kimi diqqətdən kənarda qalmır. Mövzu seçmək yazıçının 

üslubu, ideyası və məharətindən asılıdır. 

İstər uzaq keçmişlərdə, istərsə  də XIX və XX əsrlərdə yazıb-

yaradan sənətkarlarımız yaşadıqları dövrün ictimai-siyasi hadi-

sələrinə heç vəchlə biganə qala bilməzdilər. Yaşadıqları zamanın 

yaramazlıqlarını  və eybəcərliklərini ifşa etmək onların mənəvi 

borcu idi. M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədquluzadə, 

Ə.B.Haqverdiyev, Y.V.Çəmənzəminli, N.Nərimanov, S.Hüseyn, 

A.Şaiq və b. sənətkarların yaradıcılığına diqqət yetirdikdə onların 

köhnə dünyaya etiraz, azadlıq düşüncələri, cəhalət, nimdaş ailə-

məişət məsələləri, mövhumat, nadanlıq və s. kimi ictimai problem-

lərə üstünlük verdiklərini görmək olar. 

Mövzu seçib işləməkdə çətinlik çəkməyən C.Məmmədquluzadə 

tip yaratmaqda da usta olmuşdur. Yaşadığı cəmiyyətdə mövzusu bol 

olan  ədibin tipləri də çox rəngarəng idi. Portretin daha canlı  və 

təsirli çıxması üçün tipin əhvali-ruhiyyəsi daxili həyəcanları da 

təsvir edilməlidir. Ürək çırpıntısı, qorxu, sevinc, təlaş  və s. təsviri 

satirik nəsr  əsərlərinin tiplərini daha canlı, fikri daha təsirli edir. 

C.Məmmədquluzadənin bu sahədəki istedadı haqqında qədərincə 

yazılıb və yazılacaqdır. C.Məmmədquluzadə fərdi xarakter xüsusiy-

yətləri, ictima mənşələri, eləcə  də dünyagörüşləriylə bir-birindən 

seçilən tiplər yaratmışdır. (Novruzəli, Xudayar, Qurbanəli bəy, 

Məşədi Qulamhüseyn və b.). Tip yaratmaq prinsipinə gəlincə, yazıçı 

əsərlərin ideya istiqaməti və  şəxsi ictimai arzuları ilə  əlaqədar 

olaraq, müsbət və ya mənfi tip seçir, onun fərdi və ümumi cizgisini 

müəyyənləşdirirdi. Xudayar bəy də, Qurbanəli bəy də nadan və 

xalqının heysiyyatını alçaldan adamlardır. Xudayar bəy xarici 

görkəmi, Qurbanəli bəy hərəkəti ilə təqdim olunur, lakin yazıçı çox 

dinamik, hətta fəal bir şəkildə mənfi qəhrəmanlarının sanki qəlbinə 

girir, onları danışdırır, hirsləndirir, acıqlandırır (axı atalar deyib ki, 

hirsli başda ağıl olmaz), açıq deməsə  də yaramaz, nadan olmaları 

haqqında fikir formalaşdırırdı. Müasirlik, aktuallıq, həyatilik 

C.Məmmədquluzadə  nəsrində o  qədər qüvvətlidir ki, dövrün ən 

mühüm hadisələri onun yaradıcılığında da ən incə ştrixinə qədər öz 



71 

inikasını tapmışdır. O, güclü müşahidə qabiliyyətinə malik fenomen 

yazıçısı idi. Müasirlik prinsipi yazıçının nəsrində  və publi-

sistikasında özünü paralel göstərirdi. Bu dövrdə  bədii  publisisti-

kanın gücləndiyi nəzərə çarpır. Müasirlik prinsipi ədibin satirik 

nəsrinə burjua-mülkədar cəmiyyətinə xas olan tipik hadisələrin

obrazların təsvirini, mövzu rəngarəngliyini və üslub müxtəlifliyini 

gətirmişdir. Sözügedən məsələlərə  ədəbiyyatımızın sonrakı inkişaf 

mərhələlərində  də  sənətkarlarımız (S.Rəhman, Mir Cəlal) yaradı-

cılıqla yanaşmışlar. 



 

Ədibin nəsrində detal 

 

“XX  əsr Azərbaycan  ədəbiyyatının təşəkkül tapıb inkişaf et-

məsində şair, nasir və dramaturq kimi Abdulla Şaiqin böyük əməyi 

var. Abdulla Şaiq Azərbaycanın elmi və  ədəbi mühitində sanballı 

ədəbiyyatşunas və gözəl bədii tərcümə ustası kimi də yaxşı tanınır”. 

Bu cümlələr Abdulla Şaiqin 120 illik yubleyinin keçirilməsi 

haqqında Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2001-ci 

il tarixli sərəncamından götürülmüşdür. XX əsr  ədəbi-ictimai fikir 

tariximizdə “Araz”, “Dursun”, “Əsrimizin qəhrəmanları”, “Xasay”, 

“İki müztərib, yaxud əzab və vicdan” povest və romanlarının müəl-

lifi kimi tanınan nasirin yaradıcılığının poetika baxımından öyrə-

nilməsi bu gün olduqca zəruridir. 

A.Şaiqin sənətinin özünəməxsusluğu, poeziya və  nəsrinin 

bədii-sənətkarlıq xüsusiyyətləri nisbətən az öyrənilmiş  və istənilən 

səviyyədə araşdırılmamışdır. A.Şaiq sənətə  və  sənətkara yüksək 

qiymət verirdi. Klassiklərimizə, Avropa və  Şərq  ədəbiyyatına 

dərindən bələd olan A.Şaiq sözsüz ki, ədəbiyyat tarixinin bütün 

detallarına qədər məlumatı vardır. “A.Şaiq sənət əsərini əsl sənətkar 

duyumu ilə  dərk edirdi... Sənət  əsərini həyatın qanunları ilə 

qiymətləndirmirdi, onun meyarı  əsərin öz bədii-estetik qanun və 

prinsipləri idi”- deyən tənqidçi Arif Əmrahoğlu, bizcə mülahi-

zələrində haqlıydı (A.Əmrahoğlu, “Epik sözün poetik gücü”, Bakı, 

“Elm” 2000, səh.180) . 

Lakin Abdulla Şaiqin ədəbi yaradıcılığına qarşı bütün dövrlərdə 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə