Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə19/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   15   16   17   18   19   20   21   22   ...   89

57 

mənasında  əsər öz məzmunu, ideyası, bədii quruluşu və üslub 

xüsusiyyətlərinə görə Mirzə  Fətəli Axundovun “Kəmalüddövlə 

məktubları” fəlsəfi traktatına da yaxındır. Onunla səsləşən 

məqamlara kifayət qədər rast gəlinir, oxşar cəhətləri isə danmaq 

olmaz. Amma fərqli cəhətlər də diqqətdən yayınmır. Bu fərq 

birincidə  həyatın satirik tənqidində, ikincisində isə onun bədii as-

pektindədir.  Şərq zülmü əleyhinə mübarizə  hər iki əsərin ley-

motivini təşkil edir və  hər iki əsərin mövzusu və süjeti İran 

həyatından alındığı kimi təbii ki, əsas tənqid hədəfləri də  İranın 

məşrutədən qabaqkı siyasi, ictimai eyibləri, çatışmazlıqlarıdır. 

Nəsrəddin  şahın  ədalətsiz hökm və qanunları, cahil və  ləyaqətsiz 

vəzirləri, rüşvətxor, bürokrat hakim və  məmurları  kəskin ifşa 

olunmuşdur. Bütün bu oxşar cəhətlərə baxmayaraq M.Axundov öz 

əsərində islam dininə sarsıdıcı  zərbə vurduğu halda, Z.Marağalı 

dinə  əhəmiyyət verir və  İrandakı ictimai bəlaların bir səbəbini də 

dini qaydalara əməl edilməməsində görürdü. Cənubi Azərbaycan 

ədəbiyyatının tanınmış  tədqiqatçılarından olan, filologiya elmləri 

namizədi Nazim Rizvan yazır: “...vaxtilə Xaqani Şirvani Məkkəyə 

səfərindən aldığı  təəssüratı “Töhfətül  İraqeyn” adlı  mənzum 

səyahətnaməsində, Hacı Zeynalabdin Şirvani gəzdiyi ölkələrin 

ictimai-iqtisadi-mədəni  şəraitini, görüşlərdən aldığı  təəssüratları, 

həmçinin psixoloji-fəlsəfi düşüncələrini “Riyazüssəyahə”, “Hida-

yəqüs-səyahə”, “Bustanuüs-səyahə” və başqa əsərlərində vermişdir. 

Zeynalabdin Marağalının daha qüvvətli ictimai məzmuna malik 

olan “İbrahim bəyin səyahətnaməsi” və ya “Təəssübkeşliyin bəlası” 

romanı başdan-başa vətənpərvərlik duyğularından yoğrulmuş 

Cənubi Azərbaycan və  İranın təbii mənəvi mənzərəsini yaratmış 

qiymətli bir əsərdir”

1

. Hər halda Cənubi Azərbaycan ədəbiyyatında, 



əsasən də  nəsrində yaranan nümunələr yuxarıda qeyd etdiyimiz 

kimi rus, Avropa şərqşünaslarının diqqətindən yayınmamış, ayrı-

ayrı vaxtlarda dövr ədəbiyyatının məlum nəsri barədə fikirlərini 

söyləmişlər. Professor Həmid Məmmədzadə yazır: “...Mirzə 

Əbdülrəhim Talıbov sözün həqiqi mənasında bütün həyatını 

                                                       

1

 Nazim Rizvan Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-



1920-ci illər), Bakı – 2005, səh.147 


58 

Azərbaycan və  İran xalqlarının savadlanmasına, intibahına və  hər 

cür zülmdən azad olunmasına həsr etmişdir. Onun fars dilli realist 

nəsrinin inkişafındakı xidməti, eləcə  də XIX əsrin axırları  və XX 

əsrin  əvvəllərində İranda demokratik ideyaların təbliği sahəsindəki 

səyləri olduqca əhəmiyyətli idi”

1



 



“Molla Nəsrəddin” ədəbi məktəbi və satirik nəsrin 

yeni inkişaf mərhələsi

 

 

XX  əsrin ilk illərindən Rusiyada, o sıradan Bakıda baş verən 

yeni ictimai-siyasi hadisələr, inqilablar, milli ruhlu ziyalıların, yeni 

görüşlü sənətkarların yetişməsi, milli mətbuatın, satiranın, yeni 

görüşlü sənətkarların yetişməsi, milli mətbuatın, satiranın həyata 

daha açıq nüfuz etməsi satirik nəsrin inkişafı qarşısında da yeni 

perspektivlər açdı. “Molla Nəsrəddin” jurnalı yeni realist satirik 

ədəbiyyatın yaranmasını 

təmin etdi. C.Məmmədquluzadə 

M.Ə.Sabirlə birlikdə realist ədəbi cərəyanının satira məktəbinin 

başında durdu. Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi,  Ə.Qəm-

küsar kimi yeni ruhlu, yeni üslublu əsərlər yazan müəllifləri öz 

ətrafında birləşdirdi. A.Şaiq, Y.Vəzir və başqa maarifçi gənc qələm 

sahibləri də ona rəğbət göstərirdi.  Əslində “Molla Nəsrəddin”in 

ideya-bədii konsepsiyası XIX əsr maarifçi ideyalarından qay-

naqlanırdı. XX əsrin  əvvəllərində o yeni ideya, mövzu və janr 

baxımından zənginləşdi, realizm və satirik ruhu ilə gücləndi, yeni 

bir inkişaf yoluna düşdü. Düzdür, “C.Məmmədquluzadə və Ə.Haq-

verdiyevin “Molla Nəsrəddin”ə  qədərki hekayələri təkcə  kəskin 

ictimai həyat hadisələri deyil, həm də canlı insan xarakterləri, 

gərgin bədii müqayisələr, məharətlə qurulmuş kompozisiyası 

cəhətdən də diqqəti cəb edirdilər”. Ancaq yenilik, əsasən, möv-

zularda dil, üslubda və mübarizlikdə, satiranın bütün kom-

ponentlərindən yerində  və  məharətlə istifadədə idi. Bunlar 

C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Y.Vəzir, A.Şaiq yaradıcı-

lığında müxtəlif şəkildə özünü büruzə verirdi.  

                                                       

1

 Məmmədzadə H. Mirzə Fətəli Axundov və Şərq, Bakı – “Elm”, 1971, səh.244 




59 

C.Məmmədquluzadə, elə 1903-cü ildə  “Şərqi-rus” qəzetində 

çıxan “Poçt qutusu” hekayəsi ilə yeni satirik nəsrin inkişaf 

istiqamətini müəyyənləşdirdi.  Əslində bununla kiçik realist nəsrin 

yeni inkişaf mərhələsi başlandı. Bundan sonra “Usta Zeynal”, “Rus 

qızı”, “Qurbanəli bəy” və başqa yeni tipli hekayələri meydana gəldi. 

“Rus qızı” hekayəsində iki müxtəlif millətə  məxsus ailə 

münasibəti, iki əxlaq və iki tərbiyə sistemi və iyrənc əxlaqi sifətlər 

önə  çəkilirdi. Kiçik novellasayağı  əsərdə  İvanov, onun qızı  və 

Məşədi Qulamhüseyn bir-birinə zidd obrazlardır. Finala doğru baş 

verənlər dini uyğunsuzluqların təsviri, onun doğurduğu gülüşlə 

nəticələnir.  Ədib “Rus qızı”nda bu ailəni tərbiyəli, mədəni, 

dünyagörüşlü insanlar kimi təqdim edir. Məşədi Qulamhüseyn isə 

tamamilə  əksinə, nadan, savadsız, dünya mədəniyyətindən xəbəri 

olmayan tip kimi verilir. Həyatdakı  əksliklərin doğurduğu gülüş 

“Rus qızı”nda məharətlə ümumiləşdirilmişdir. Xarici görünüşü 

yöndəmsiz olan Məşədi Qulamhüseynin Milad bayramında 

yeniyetmə rus qızına münasibəti milli ənənələrdən, etik qaydalardan 

kənara çıxdığına görə  təhkiyəçi – müəllif dostunun hərəkətlərinə 

gülür, həm də  məyus olur. C.Məmmədquluzadə  nəsrinin 

tədqiqatçısı M.Məmmədov doğru yazır ki, “Məşədi Qulamhüseynin 

iyrənc niyyətini, xam xəyallarını bütün çılpaqlığı ilə göstərmək və 

oxucuda onun hərəkətlərinə qarşı  dərin nifrət hissi oyatmaq üçün 

ədib onu hərtərəfli təsvir etmiş, Qulamhüseynlə rus qızı arasındakı 

mühüm fərqləri kəskin kontrastda canlandırmışdır.  Ədib Məşədi 

Qulamhüseynin komik obrazını yaradarkən bəzi satirik təsvir üsul-

larından və vasitələrindən də istifadə etmişdir”.  

Söhbət cəhalətə, nadanlığa qarşı aparılan mübarizədən gedir. 

Daha bir görünən tərəf isə  tərbiyə  və  əxlaqdır. “Rus qızı” 

hekayəsində  təzadlı  səhnələr də diqqətdən yayınmır. Rus məmuru 

İvanovun mədəni ailəsi ilə ticarətçi Məşədi Qulamhüseynin 

müqayisəsində paradoksallıq görünür. Bu fərq fərdlərin təqdimində 

- Qulamhüseynlə 16 yaşlı rus qızının müqayisəsində özünü göstərir. 

Qulamhüseyn çirkin məqsədlərinə nail olmaq üçün İvanovlar 

ailəsinə ayaq açır”. Məşədi Qulamhüseyn qoca olduğu halda çox da 

çirkin idi: “Qabaq dişlərinin çoxu düşmüşdü, qalanları da qaralıb 

uzanmışdı; bilmək olmurdu onların hansı üst dişləridir, hansı alt 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə