Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə4/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   2   3   4   5   6   7   8   9   ...   89

11 

logiya elmləri doktoru Baba Babayevin söz sənətimiz, klas-

siklərimiz, onların bədii fikir, düşüncə    məşəlini sönməyə qoy-

mayan, alovunu daha da gurlaşdıran müasirlərimiz haqqında 

qənaətlərini  əks etdirir. Əminik ki, tədqiqatçının öz yazıları ilə 

yanaşı, müasir ədəbiyyatşünaslığımızın tanınmış simalarının - həm-

karlarının rəyləri də diqqətli oxucuda iddiasız,  təvazökar, zəh-

mətkeş bir ziyalı, alim olan müəllifin,  şəxsiyyəti, elmi yaradıcılığı 

haqqında dolğun təsəvvür yaradacaqdır.  

 

 



 

Bilal Həsənli, 

Pedaqogika üzrə fəlsəfə doktoru, 

 dosent, əməkdar müəllim 

 

 

 

 

 


12 

Klassik və müasir ədəbiyyata dair tədqiqlər 

 

 

Folklor nümunələrində satira və gülüş 

 

Folklorun ən qədim nümunələri olan atalar sözü və məsəllərdən 

gələn gülüş satirik ruhu ilə maraq doğurur. Atalar sözü və məsəllərə 

həd qoymaq, dövrləşdirmək olmaz. Bunlar zaman-zaman bütün 

dövrlərdə - ictimai quruluşlarda yarana-yarana formalaşıb, günü-

müzə qədər gəlib çıxmışdır.  

Varlıların və onlara nökərçilik edənlərin  şəxsində tipik azara 

çevrilmiş ictimai bəlanın xalq kütləsi tərəfindən ifşa olunması, 

satirik atalar sözü və  məsəllərin məzmununu mənalandırmışdır. 

Məsələn, “Ağanın malı gedər, muzdurun canı”, “Ağanın quş götü-

rəni” satirik ruhlu məsələlərlə  dərin kinayəni ilk anda təyin etmək 

çətindir. İctimai mübarizə mövzusunda olan belə nümunələr çoxdur 

və bir neçə qismə bölünür. “İlanın ağına da lənət, qarasına da”, 

“Mən bəylərlə pilov yemirəm ki, bığım yağa batar”, “Qamış bizim 

yerdə bitər, tütəyi özgə çalar”, “Üç kimsənin  əlinə düşmə: molla, 

seyid, dərviş”, “Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan haca 

getməyə”. Burada xalq istismarçı  ağaları, din nümayəndələrini  ələ 

salıb gülüş hədəfinə çevirir. İkinci də özünü, öz düşdüyü vəziyyəti 

məzəmmətliyir: “Seyid cəddinə ümid olar, sən kimə ümidlisən”, 

“Kimi qazanar, kimi də yeyər”, “İtdən çox çarıq oğurlayan yoxdur, 

ayağı yalındır ki, yalın” və s. digər satirik atalar sözü və məsəllərdə 

istismarçıların mənəviyyatsızlığı, iç çürüklüyü, yaramazlıqları, 

gülüş  hədəfidir: “Peyğəmbər  əvvəlcə öz canına, sonra ümmətinə 

dua edib”, “Yumurtadan yun qırxır”, “Pendiri bankaya yığıb baxıb 

çörək yeyir”, “Gözə görünməyən oğru xandan, bəydən doğrudur”, 

“Qoduq hürkəndə anasından qabaq düşər” kimi atalar sözlərində isə 

istismarçıların naxələf, nanəcib, arsız, tənbəl, avara, ədalı, iddialı, 

lovğa, təşəxxüslü və s. xasiyyətləri, bəd  əməlləri lağa qoyulur: 

“Halva-halva deməklə  ağız  şirin olmaz”, “Meşədə armudun 

yaxşısını ayı yeyər”, “Tənbəl dedi: ver yeyim, ört yatım, gözlə 

canım çıxmasın”, “İşi allaha qalıb”, “Dədəsi kimi hazırın-naziridir”, 



13 

“Yağ yeyib, yaxada gəzir”, “Əkəndə yox, biçəndə yox, yeyəndə 

ortaq qardaş”. Bir qisim bu tipli nümunələrin  əsas ifşa və gülüş 

hədəfi saqqallı, başı çalmalı yalançı dindarlardır. Burada çox vaxt 

molla, qazi, seyid, dərviş, mərsiyəxan, yalançı, tamahkar, əxlaqsız 

fırıldaqçı kimi təqdim olunurlar. Mollalar haqqında nəinki atalar 

sözü və məsəllərdə, sonralar poeziya və nəsr əsərlərində də yüzlərlə 

nümunəyə rast gəlmək olur: “Molla aşı gördü, Quranı yaddan 

çıxartdı”, “Molla sədəqə verməz”, “Mollanın ovucu həmişə gicişir”, 

“Mollanı  məsciddə, sərxoşu meyxanada taparsan”, “Mollanın cibi 

dərin olar”, “Mollanın bağrı onda çatlar ki, iki yerə ehsana 

çağırarlar”, “Molladan adam olmaz, palıddan badam”, “Mollaya al 

de, ver demə”, “Molla evindən aş, kor gözündən yaş  çıxmaz”, 

“Molla duru suda qaymaq yığar” və s. Gətirdiyimiz nümunələrdə və 

ya başqa  satirik atalar sözü və  məsəllərdə yerinə düşən təşbeh və 

müqayisələrlə insanın mənfi sifətləri açılır və beləliklə, gülüş 

hədəfinə çevrilən obraz yaradılır. Ümumən, Azərbaycan xalq 

ədəbiyyatında mollanın parlaq satirik obrazı  qədər, başqa satirik 

obraz yaranmamışdır. Ədəbiyyat tarixindən bizə məlumdur ki, xalq 

təmsillərində  hər bir heyvanın müəyyən xarakterik sifəti – tülkü 

hiyləgərliyi, eşşək qanmazlığı, canavar yırtıcı-vəhşiliyi, çaqqal 

oğurluğu, xoruz boşboğazlığı  və  təkəbbürlüyü bildirir və s. Bir 

nüansı vurğulayaq ki, var-dövlətə, pula hərislik hakimlərin, 

ağaların, din nümayəndələrinin spesifik cəhəti kimi bütün xalqların 

folklorunda – şifahi xalq ədəbiyyatında öz əksini tapmış, satirik 

hədəfə  çevrilmişdir.  

Bir qisim bu tipli atalar sözü və məsəllərdə gülüşün mahiyyəti 

dəyişir. Yəni insanın çatışmayan cəhətləri, nöqsanları: yaltaqlığı, 

xəsisliyi, acgözlüyü, lovğalığı, tənbəlliyi buraya daxildir. Bir çox 

nümunələrdə gülüş islahedicidir. Və buna görə  də yumora, 

istehzaya  daha çox üstünlük verilir: məsələn: “Xəsisdən qışda buz 

almaq olmaz”, “Xəsisə  zəhər verərsən, pulsuzdu deyə içər”, 

“Xəsisdən alınan yumurtanın sarısı olmaz”, “Yalan cücərər, amma 

bitməz”, “Yalanla pilov bişsə dəniz qədər yağı məndən”, “Yalançı 

kimdir? Hər eşitdiyini danışan”, “Qırxında öyrənən gorunda çalar”, 

“Pir mənimdir, kəramətinə  bələdəm”, “Öküzü durğuzub altında 

buzov axtarır”, “Ağası gülüm olanın, başına külüm olar” və s. Xalq 



14 

gülüşündə yuxarıda danışdığımız atalar sözü və  məsəllərdə 

məsxərə, kinayə cox güclüdür. “Nadan əlindən su içmə”, “Pişik 

arxasını yerə vurmaz”, “İt  əl çəkdi, motal əl çəkmədi”, “İlan 

qırxan”, “Vəziri qarğa olanın ağzı zibillik olar”, “Aşpazı çox olan 

yeməyin dadı olmaz”, “Süpürgəçisi çox olan ev təmiz olmaz” və s. 

kimi atalar sözü və məsəllərdə gülüş həm də islahedicidir. 

Ədəbiyyatşünaslarımız  satirik atalar sözü və məsəlləri məzmu-

nuna görə iki qismə ayırmışlar. Prinsip etibarı ilə bu bölgünü 

məntiqi cəhətdən əsaslandırılmış saymaq olar. 

Birinci növdə  əməkçi xalqın müsbət idealı, onun qüdrəti

zəngin mənəviyyatı, fırıldaqçı istismarçılara nifrəti və istehzası, alın 

təri ilə çörək qazanmağa inamı, zəkası, ağıl və düşüncəsi və s. 

müsbət xarakterik xüsusiyyəti öz əksini tapır: “Molla ilə durub 

oturan axırda mürdəşir olar”, “Əkəndə yox, biçəndə yox, yeyəndə 

ortaq qardaş”, “Eşşək olasan, tükün məxmər olar” və s.  

İkinci növ satirik atalar sözü və  məsəllər  əməkçilərin 

düşüncəsinin məhsulu olmayıb, varlıların düzüb-qoşduğu  əməkçi-

lərə istehzanın, kinayənin ana-bacılara alçaq münasibətin ifadəsidir: 

“Analının özü böyüyər, yetimin sözü”, “Kasıba oğul olunca, 

dövlətliyə qul ol”, “Yetimin üzündə  həya olmaz” və s. Əzabkeş, 

müti və  fəqir xalq əsas irticaçılara – düşmənlərinə, bir də onlara 

yaltaqlıq edənlərə,  ən nəhayəti maskalanmış, batini ilə zahiri bir 

olmayan saqqallılara görə üzlərindəki həyaları bilinməyən, gözü 

ömrü boyu onun-bunun cibində olan, bayquş kimi xarabalıqları 

sevən – gecə-gündüz ölü yolu gözləyən din nümayaəndələrinə nif-

rətini istehza və gülüşlə bildirmişlər. Bu cür atalar sözü və 

məsəllərin gücü həm də onların ümumi həyat təcrübəsinin dəfələrlə 

sınaqdan çıxmış nəticəsinin dolğun ifadəsindədir.  

Məsələn, “Verərsən adındır, yeyərsən dadındır, yerdə qalan 

yadındır”, “Verdin şor, etdim kor, verərsən aş, edərəm baş”, 

“Verdim yağ, etdim dağ”, “Qəlp mal yiyəsinə qayıdar”, “Mən 

deyirəm xədiməm, o, soruşur oğul-uşaqdan nəyin var” və s. Xalq 

gülüşündə satirik atalar sözü və məsəllərin bir qrupu da ailə-məişət 

münaqişələrinə, konfliktlərə  həsr olunmuşdur. Ailədə qayınana-

gəlin, baldız-gəlin, ər-arvad, ana-qız, ata-oğul, qohum-qonşu müna-

sibətlərindəki etikaya sığmayan məsələlər sözügedən mövzuların 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə