Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə3/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   2   3   4   5   6   7   8   9   ...   89

dastanlarına qədər şifahi xalq ədəbiyyatı nümunələri xalqın ruhunu, 

müdrikliyini, dilini, mənəvi potensialını  əks etdirir. Təsadüfi 

deyildir ki, xalqımızın janr, bədii forma, mövzu, süjet, qəhrəmanlar, 

bədii təsvir və ifadə vasitələrinin zənginliyi, rəngarəngliyi ilə 

seçilən  şifahi  ədəbiyyatın yazılı  ədəbiyyata təsiri, onu zəngin-

ləşdirməsi probleminə  həsr olunmuş  tədqiqatlara ehtiyac bu gün 

aydın hiss olunmaqdadır.  

Bu baxımdan B.Babayevin realist Azərbaycan nəsrində  satira-

nın təşəkkülü,  inkişaf mərhələlərinə  həsr olunmuş  tədqiqatlarında 

satira və gülüşün qaynaqlarından biri kimi şifahi xalq ədəbiyyatına 

müraciət etməsi, folklorun yazılı  ədəbiyyatın nəsr qoluna satira və 

gülüş vasitələri baxımından təsirini, bu sahədə mövcud ənənələri, 

müxtlif üslubları  təmsil edən sənətkarların yaradıcılığında komizm 

vasitələrindən istifadə dinamikasını diqqətlə araşdırması müasir 

ədəbiyyatşünaslığımızda həmin problemlə bağlı yeni söz kimi 

dəyərləndirilməlidir. Akademik Bəkir Nəbiyevin yazdığı kimi, 

“B.Babayev komikliyin xalq gülüşündən gəldiyini realist sənət-

karlardan M.F.Axundov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, 

Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli kimi sənətkarların yaradıcılığında 

axtarmış və tədqiq etmişdir. Onların hekayələrində qəhrəmanlarının 

bəzi cizgilərini komik şişirtmə-qrotesk yolu ilə  təsvir etdiklərini 

müəyyənləşdirmişdir”. 

Məlumdur ki, klassik əsərlər bizim üçün həm də öz dəyərini 

qoruyub saxlayan mədəni sərvətdir, yarandığı  mərhələdə olduğu 

kimi, çağdaş dövrdə müasir bədii fikrin formalaşmasına təsir gös-

tərən yaradıcılıq amilidir. Bizə keçmişdən irs qalmış  ədəbiyyat 

indiki dövrdə yaranmış  ədəbiyyat kimi müasir intellektual həyatın 

tərkib hissəsi, onun ideya-məzmun, poetik qaynağı olaraq qal-

maqda, çağdaş ədəbi prosesə güclü təsir göstərməkdədir.   

Görkəmli tənqiçi-ədəbiyyatşünas Y.Qarayev yazırdı ki, klassik - 

əbədi deməkdir. Klassiki klassik olmayandan ayıran  yeganə cəhət 

də elə budur. Klassikin əsərinə müasirliyi kənardan əlavə etmirlər. 

Əsrdən-əsrə klassiklər özləri addımlayır. Daha doğrusu, bəşəriyyət, 

xalqlar özü əsrdən-əsrə addımladıqca klassikə daha çox yaxınlaşır-

lar. Məqsəd dahi klassikin yaradıcılığına məxsus nəhayətsizliyin, 




bitməz-tükənməzliyin yeni hüdudlarını kəşf etməkdir.”

1

  

Təqdirəlayiq haldır ki, B.Babayev klassik ədəbi irsə- 



M.F.Axundov, C.Məmmədquluzadə, Y.V. Çəmənzəminli, Mir 

Cəlal və başqa sənətkarların yaradıcılığına müraciətində də öz fərdi 

tədqiqatçılıq üslubuna sadiq qalır, klassiklərin satira və gülüş 

haqqında mülahizələrini, müxtəlif bədii janrlarda satiranın təzahür 

formalarını, bədii nəsrdə satira və gülüşün  çalar və özünəməx-

susluqlarını araşdırmağa, aşkara çıxarmağa nail olur. Tədqiqatçının  

bədii nəsrdə satira və gülüşün poetikası barədə  qənaətləri mövzu, 

ideya, süjetdə komikliyin və gülüş üsullarının  mahiyyəti, obrazların 

və situasiyanın  komizmi, bədii, satirik detalın xüsusiyyətləri və s. 

məsələlər barədə oxucuda dolğun təsəvvür yaradır.  

Sənətkar bədii  əsərdə ilk növbədə özünü ifadə edir, yaşadığı 

dövr, mühit, cəmiyyət haqqında düşüncələrini oxucu ilə bölüşür. 

Satirik sənətkarın da fərdi üslubu cəmiyyətdə müşahidə etdiyi 

kataklizmlərdən, siyasi, mənəvi aşınmalara münasibətdən, təsirlən-

mələrdən formalaşır.Vaxtilə Bomarşe öz əsərlərindəki satira və 

gülüşün mahiyyətini açıqlayaraq yazırdı:”Mən ona görə gülürəm ki, 

ağlamayım.”  Ədəbiyyatımızda satiranın, gülüşün ictimai mahiy-

yətini, komizm vasitələrindən istifadə etməklə sənətkarın öz ictimai 

idealını, vətəndaşlıq mövqeyini ortaya qoymasını  və bu yolla 

oxucunu düşünməyə sövq etməsini B.Babayev təqiq etdiyi əsərin 

ümumi ideya-bədii konsepsiyası ilə yanaşı, süjet, obraz, situasiya, 

bədii detal müstəvisində  əsaslandırır.  Əsərdə öz əksini tapan bədii 

həqiqətin,Satirik, poetik fikrin yaranma mexanizminin mətndə 

komik sözün, detalların incələnməsi yolunun aşkara çıxarılması təd-

qiqatçının uğuru kimi dəyərləndirilməlidir. 

Kitabda  ədəbiyyatımızın müxtəlif nəsillərini təmsil edən 

sənətkarların yaradıcılığından, vətəndaşlıq qayəsindən söz açılması 

B.Babayevin tədqiqatçı kimi yaradıcılıq diapazonunun genişliyini, 

araşdırdığı problemlərə daha geniş müstəvidə, konseptual yanaş-

masını göstərir. Bu tədqiqlər klassiklər və müasirlər arasındakı fərdi 

üslub fərqləri ilə yanaşı,  ənənə  və müasirliyin vəhdətinin vacib-

liyinin üzə çıxarılması ilə əlamətdardır. 

                                                       

1

 Qarayev Y. Səhnəmiz və müasirlərimiz. Bakı, 1972. cəh.178. 




10 

Müxtəlif dövrlərdə  ədəbiyyatımızda ayrı-ayrı  bədii janrlarda 

satiranın təzahür formalarını araşdıran tədqiqatçı bu qənaətə gəlir ki, 

cəmiyyətdə  ictimai-siyasi durum, müstəmləkəçilik zülmü artdıqca, 

ictimai münasibətlər kəskinləşdikcə satiraya ehtiyac çoxalır. Cəhalət 

aləminin kütləşdirdiyi  şüurları oyatmaq, hərəkətə  gətirmək üçün 

moizə  və  nəsihət artıq kara gəlmir;  şirin qəflət yuxusuna qalanları 

oyatmaq, onlara gülmək, onları güldürmək lazımdır ki, bir daha 

yuxuya getməsinlər. Odur ki, M.F.Axundov  yazırdı: “Pis və çirkin 

adərtləri insanın təbiətindən istehza və masqaradan başqa heç bir 

şey qoparıb çıxara bilməz”. Görkəmli  ədib “tənqid”, “istehza və 

masqara” deyəndə elə satiranı nəzərdə tuturdu. Acı gülüş, yumor bu 

sadə, tipik həyat hadisələrindən, bir-birinə əks insanların barışmaz, 

“masqaraya”, gülüş hədəfinə çevrilən münasibətlərindən yaranır. 

Kitabda müasir sənətkarlarımızın  şəxsiyyəti və yaradıcılığına 

həsr olunmuş yazıların bir qismi məqalə  və müsahibələrdən 

ibarətdir.  Ədəbiyyatşünaslıq və publisistikanın vəhdətində  ərsəyə 

gəlmiş bu yazılar da maraqla oxunur, müəllif oxucuda bu və ya 

digər sənətkarın portret cizgiləri, yaradıcılıq qayəsi, yazı manerası, 

həyata, sənətə baxşları barədə dolğun təsəvvür yaratmağa nail olur. 

Anar, Cabir Novruz kimi müasir sənətkarlarımızın yara-

dıcılığına müraciət edəndə də,  akademiklər Bəkir Nəbiyev, Teymur 

Kərimli, professorlar Zaman Əsgərli,  Şamil Salmanov, Təyyar 

Salmoğlu, Şamil Vəliyev kimi ədəbiyyatşünas, tənqidçilərin yaradı-

cılığına  həsr olunmuş yazılarda da  Baba Babayevin tədqiqatçı kimi 

daha bir məziyyətinin-obyektivlik, qədirbilənlik, səmimiyyətin  

şahidi olursan. Lakin bu qədirbilənlik pafosdan, süni şüarçılıqdan 

uzaqdır. Müəllifin hər fikri, mülahizəsi, qənaəti konkret faktlara, 

dəlillərə  əsaslanır, müasirimiz olan sənətkarların, alimlərin, nəticə 

etibarilə çağdaş ədəbiyyatımızın  uğurlarına münasibəti əks etdirir. 

Etiraf edək ki, internetdə, mətbuatda ədəbi inkarçılığın, klassiklərin 

şəxsiyyətində, bədii irsində  zərrəbinlə nöqsan axtaran, populist 

yazıların, bəyənməzliyin baş alıb getdiyi bir dövrdə bu, heç də kiçik 

məsələ deyildir. 

Oxucuların diqqətinə  təqdim edilən bu kitab ömrünü elmi 

araşdırmalara, gənc nəslin təlim - tərbiyəsinə, ali məktəb auditori-

yalarında gələcək müəllimlərin yetişdirilməsinə  həsr etmiş filo-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə