254
tarixi mövzusunda yazdığı povest və romanlar çoxdan ekran həllini
də tapıb. “Cəbhədən cəbhəyə”, “Uzaq sahillərdə” həm maraqlı bədii
əsərlər, həm də kinomuzun şedevrləri kimi hafizələrdən silinməyib.
Ədəbiyyatçılar deyirlər ki, hansı yazıçı ölümündən sonra da oxunur,
deməli, o ölməyib. Həsən Seyidbəyli də o xoşbəxt sənətkarlardandır
ki, əsərləri həm oxunur, həm də maraqla tamaşa olunur.
Bu günlərdə yazıçının 90 illik yubileyi ərəfəsində alim
həmkarının gərgin axtarışlarının bəhrəsi olan “Həsən Seyidbəylinin
bədii nəsri” monoqrafiyası qədrşünas oxucularla yanaşı sənətkarın
ruhuna da qiymətli töhfə olacağına əminəm.
Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru, professor
255
Azərbaycan satirik nəsrinə dair araşdırma
Baba Babayev 57 illik mənalı, maraqlı ömrünün artıq 36 ilini
bu gün də yorulmaq bilmədən, əzmkarlıq və vətəndaş qeyrəti,
yanğısı, prinsipiallığı ilə elmi-pedqoji yaradıcılığa həsr edir. Onun
müstəqilliyimiz, dövlətçiliyimizlə əlaqədar siyasi mövzuda yazdığı
publisist yazıları, lakonik hekayələri hec vaxt ədəbi ictimaiyyətin
diqqətindən yayınmır. Ədəbiyyatşünaslığa dair yazdığı elmi məqa-
lələr peşəkar, səriştəli bir alimin erudisiyasından, klassik ədəbiy-
yata, əsasən də realist nəsrə bələdçiliyindən xəbər verirsə, heka-
yələri müasir həyatımızda mövcud olan çatışmazlıqları aradan
qaldırmaq üçün yaratdığı mənfı tipləri necə islah etməsindən bəhs
edir. Akademik Kamal Talıbzadə hələ 1990-cı illərdə Baba
Babayevin ədəbi-nəzəri məqalələrinə istinadən yazırdı: Baba
Babayevin monoqrafiyalarında, məqalələrində orijinallıq, özünə-
məxsusluq və ədəbiyyatşünaslığa dair mühüm məsələlər diqqətli,
istedadlı alim mühakiməsi ilə təhlil edilir. Mən onun əsərlərini
ədəbiyyatşünaslıq elmimizin son uğurlarından sayıram”.
1998-ci il prezident seckiləri ərəfəsində Azərbaycan Respub-
likasının prezidenti Heydər Əliyev yığıncaqların birində Baba
Babayevin yazdığı siyasi məqalələri göstərərək demişdi; “Siyasi
şərhi belə verərlər: məntiqli, inamlı, həm də gələcəyə nikbinliklə.
Müəllifın nikbinliklə, istedadla yazılmış yazılarından məmnunam”.
B.Babayevin biz həmkarları, müasirləri arasında klassik və
müasir ədəbiyyatı mükəmməl bilməsinə bir səbəb də onun güclü
yaddaşa malik olmasıdır. Həddən çox mütaliə zənginliyi, elmdə,
təhsildə, siyasətdə informasiyasının çox olması yazılarında olduğu
kimi, mühazirələrində də Baba müəllimi fərqləndirən, auditoriyanın
sevimlisinə çevirən cəhətlərdəndir.
Azərbaycan ədəbiyyatşünaslığında satirik ədəbiyyatın öyrənil-
məsi həmişə aktual problemlərdən biri olub. Ona gorə ki, çox
qüdrətli qələm sahibləri satirada həqiqi realizm üslubunu görür və
onu yüksək qiymətləndirirdilər. Çünki klassik bədii nəsr ustad-
larımızın ədəbiyyatın satira janrının yüksək ictimai məqsədi, ideal-
lığı haqqındakı baxışları ötəri olmayıb, onu realizmin başlıca
xüsusiyyətlərindən biri kimi qiymətləndirib. Özləri də qələmə
256
aldıqları satirik əsərlərin əsasında aydın, ictimai-siyasi məqsəd və
ideya qoyublar.
Azərbaycan ədəbiyyatı tarixinə nəzər saldıqda isə satirik bədii
əsərlərin yaranmasını XIX əsrdən təşəkkül tapdığını və böyük
təkamül yolu keçdiyinin şahidi oluruq. Satirik nəsrin yaranması,
inkişaf mərhələləri zaman-zaman müxtəlif ədəbiyyatşünas alimlər
tərəfindən araşdırılsa da, onun elmi-nəzəri məsələlərı sistemli
şəkildə məhz fılologiya eimləri namizədi Baba Babayev tərəfindən
öyrənlib. Maraqlıdır ki, alim satirik nəsrin yaranması və inkişaf
mərhələlərindən söhbət açan bu mövzu ilə bağlı bir sıra maraqlı
elmi fıkirlər söyləmiş Ə.Mirəhmədov, Y.Qarayev, K.Məmmədov,
Ə.Saraclı, Z.Əsgərli, A.Əmrahoğlu, B.Əhmədov kimi tədqiqat-
çıların əsərlərinə haqlı olaraq istinad edir, onlardan məharətlə
bəhrələnir, lakin onların heç birini təkrarlamır. O, bütövlükdə XX
əsr satirik nəsrinin nəzəri məsələlərini problem kimi qarşıya qoyur
və onun elmi-nəzəri təhlilini əsl ədəbiyyatşünas alim kimi ədəbi
prosesdə baş verən yeniləşmə proseslərinə uyğun olaraq təhlil edir.
B.Babayev “Azərbaycan satirik nəsrinə dair araşdırmalar”
kitabında Azərbaycan klassik ədəbiyyatında XIX əsrin II yarısı, XX
əsrin 20-ci illərinə qədərki dövründə yazıb-yaratmış yazıçılardan
M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmən-
zəminli, B.Talıblı, M.Cəlal, S.Rəhman, S.Hüseyn, T.Şahbazi və
başqa sənətkarların yaradıcılığı, xüsusilə onların satirik nəsr
əsərlərinin poetikast burada böyük ustalıqla təhlil və tədqiq olunub.
Baba müəllim bu əsərləri uzun illər öyrənib və tədqiqinə böyük
zəhmət sərf edib. Kitabında Azərbaycan satirik nəsrinin təşəkkül
tarixindən söhbət açan alim belə hesab edir ki, “XIX əsrə qədərki
ədəbiyyatımızda ancaq satiranın rüşeymləri təzahür etmişdir. Bu
janra daha çox XIX əsr və sonrakı dövr ədəbiyyatımızda təsadüf
edilir”.
Alim bu qənaətini kitaba daxil etdiyi məqalələrində sübuta
yetirərək onları orijinal bir üslubda verib. O haqlı olaraq qeyd edir
ki, “Axundovdan başlayaraq nəsrdə satira öz inkişaf mərhələsinə
qədəm qoymuş, XX əsrin əvvəllərində başda Cəlil Məmməd-
quluzadə olmaqla, mollanəsrəddinçlər satiranın özünəməxsusluğunu
yüksəklərə qaldırmışlar”.