422
– Çox! Heyrətgətirici bir mənzərə!
Qolumu
Nuşanın qoluna keçirərək:
–
Gedək gəzməyə! – dedim.
Yavaş-yavaş bulaqdan uzaqlaşdıq.
Bir az sükutdan
sonra:
–
İndi tamam bir ildir ki, dostluğumuzda sabit qalırıq; bu
vaxtlar necə tez gəlib keçdi? – dedim.
–
Doğrudan da, İlyas, elə bil, ilk görüşümüz dünən idi.
Yadındadırmı, mən necə qayadan uçub düşdüm? – deyə Nuşa
qəhqəhə çəkib güldü.
– Yadımdadır, səadətim! Sən yıxılmasa idin, tanış ola
bilməzdik; bu mədid dostluq da əmələ gəlməzdi.
– Yox, onsuz da olardı. Mənim nə təhərsə ürəyimə
dammışdı ki, sənlə tanış olacağam.
– Nə isə, dost olduq; bu dostluğun da məni xoşbəxt
etməyinə inandım.
Nuşa oturmağı təklif etdi. Bir çiçəklikdə üst libasımı
sərdim. Yan-yana oturduq. Mən sözlərimdə davam edirdim.
– İlk görüşdən sənə qarşı ürəyimdə qanılmaz bir hisslər
bəslədim. Və sənlə görüşdükcə, danışdıqca
bu hissiyyat
möhkəmləşib dərin köklər atdı. Ruhən yavıqlaşıb birləşdik.
Daha səni məndən ayıracaq vəsilə olmadı və gələcəkdə də
olmamağına etiqad etdim. Bir illik dostluğumuz, xoş rəftar
və müamiləmiz mədid və səadətli bir həyatımızın
müqəddiməsi olduğunu duydum. Bu sirr çoxdan ürəyimi də-
lirdi. Lakin adət və rəsmlərimizdən çəkinməyərək onu
indiyədək gizləyirdim. Hal-hazırda gizli heç bir sözüm ola
bilməz; çünki ürəyimdəkilər yəqin sənə məlum olub.
Nuşa əlini atıb bir çiçək qırdı və gözəl gözləri ilə zənlə
baxdı. Bu baxışda ildırım qüvvəsi vardı, çaşdım. Və ürəyim
aramsız döyünməyə başladı. Bir dəqiqə bihiss qaldım. Sonra
Nuşanın əlini əlimə alaraq.
– Eşq sevdasına mübtəla olmuş üçün sirr olmaz. Ən
dərin sirlər məhbubə baxışının qarşısında açılıb aydınlaşar!
423
Onun üçün də səndən gizli bir fikrim yoxdur –
eşqinə düçar
olub yanıram. Bilirsənmi eşq demək nə deməkdir? – Ürək
sızıltısı! Mənim də ürəyim səndən ötəri sızıldayır. Odlu
dodaqlarım dodaqlarını diləyir!
Qucaqlaşdıq, öpüşdük. Aralandım. Kefli kimi idim.
Dağınıq fikirli Nuşa çiçəklə məşğul idi. Onları barmaqlarında
fırlayırdı. Bu dəqiqələr Nuşa daha da vəcahət və məlahətli idi.
Gözəl telləri qızarmış yanaqlarına dağılmışdı. Kirpiklərinin
arasında yaş parıldayırdı.
– ”Gözəlim, – hövlnak dedim. – Daha səndən uca mənim
üçün məxluq ola bilməz. Sənsən könlümün sevdiyi, arzularım
məhbubəsi! Sənsən səadət ulduzum! Sən!..
Bir də dodaq-dodağa gəldik. Bir də aralandıq. Məh-
bubəmin zərif əllərini bağrıma basıb, yanaqlarını, saçlarını və
hər tükünü təkcə-təkcə öpməyə başladım.
***
Üç gün keçmiş «şəhadət rəsmi» icra olundu. Dan yeri
qızaranda bütün qəbiləmiz xalqı «Şəhadət» dağında oturub
cavanları gözləyirdi. Əlvan libaslı arvad və kişilər, ağ geyimli
və başları əklilli qızlar yolun o tay-bu tayını tutmuşdular.
Musiqi dəstəsi aramsız çalırdı. Birdən «Yaşasın həyat, yaşasın
cavanlar!» sədası qopdu, yüzlərcə qol-qola taxılı cavan qız və
oğlanlar yolla yavaş-yavaş qabağa yeridilər.
Nuşa rəşə içində
idi; yanaqları qıpqırmızı olmuşdu. Ona bir az toxtaqlıq verdim,
cavabında əvəz olaraq üzünu döndərib, dodaqlarında əcib bir
təbəssüm oynatdı. Artıq dərəcə məmnun oldum.
Qız və oğlanlar şəhadət etdikcə ətrafdan alqışlar qopurdu;
cavanların başına çiçəklər yağırdı.
Bir az da qabağa yeridik. «Şəhadət daşı»na yavıqlaşdıq.
Daşın ətrafında qəbilənin qoca arvadları və ağsaqqalları oturub
şəhadəti imzalayırdılar. Katib adımızı dəftərə yazdı, keçdik
«şəhadət daşının» qabağına. Nuşa üzünü daşa çöndərib, əvvəl
tutqun, sonra lap aydın bir səslə başladı:
424
– Şahid ol, ey müqəddəs daş! Təbiət qanununa tabe
olaraq özümə ömür yoldaşı seçdim. Bu seçki kənar qüvvə və
təzyiq nəticəsi olmayıb, ancaq öz asudə ixtiyar və xahişim
məhsuludur. Ona görə and içirəm subhün pak və bakir
tüluinə: bu sevdiyim və istədiyim ömür yoldaşımdan ölənədək
ayrılmayacağam və yenə söz verirəm və and içirəm:
onun yo-
lunda diriliyimdən keçməyə hazır olub, vəfasızlıq
etməyəcəyəm!
Son sözlərini Nuşa o dərəcə səmimiyyətlə söylədi ki,
ətrafdan başına gül-çiçək yağdırıb alqışladılar. Növbə mənə
gəldi. İrəli yeridim:
– Ey müqəddəs daş! – dedim. – Sevmək-sevilmək xoş-
bəxtlik çeşməsidir. Mən də bu xoşbəxtliyi qarşımda duran
ömür yoldaşımla tapdım. Şahid ol. And içirəm ilk busəmin sə-
mimiyyətinə, səadətimizi pozacaq vəsilələrə meydan verməyib,
məhbubəmlə vəfa və məhəbbətdə ömür keçirəcəyəm və cəmi
səyim bu olacaq ki, onun rahatlığı yolunda çalışıb, həm özünün
və həm övladlarımızın gələcəyini təmin edəm.
Şəhadətimizi dəftərlərə qeyd edib imzaladılar.
Keçdik sol
tərəfə. O birilər də şəhadət edib toplandılar. Musiqi başlandı.
«Şəhadət daşı» ətrafında rəqsə girişdik. Sonra doğan günəşi
şadlıqla qarşıladıq.
Beləcə böyük təntənə ilə «şəhadət rəsmi»ni bitirib,
nəğmələr oxuya-oxuya qəbiləyə qayıtdıq.
***
Bir həftə idi ki, «Haqq» qəbiləsi toya hazırlaşırdı. Balaca
uşaqlardan tutmuş qoca arvad pə kişilərədək hamı var
qüvvəsini bu yolda sərf etməkdən çəkinmirdi. «Səfa»
bağçasında nişanlılar üçün alaçıqlar qurulurdu. «Səadət»
meydanında gül-çiçəklə bəzənmiş al qapılar yapılırdı. Umumi
nahar üçün tədarük görülürdü... Xülasə, xalqımız yetirib-
bitirdiyi cavanlarına təntənəli bir toy etmək fikrində idi.
Nişanlılar isə bilmərrə kənara çəkilib, öz işlərinə məşğul idilər.
425
Yenə məhbubələrimizlə Qızlar bulağında görüşüb söhbətə
məşğul olurduq. Lakin çox vaxt qızlar ayrıca və bizlər də
bir tərəfdə toplanıb, qəbilə həkimlərinin evlənmək
barəsində oxuduqları məruzələrə qulaq verirdik. Qızlara
müəllimlər və təbiblər arvadlığa, analığa, zövcəliyə və
evdarlığa dair vəzlər edirdilər. Ərlə arvadın əlaqəsindən
dürüst
məlumat verib, məqsədini, əsil qanununu qandırıb, təbiət qoyan
yoldan kənar çıxmamağı tövsiyə edirdilər. Ər-arvadlıq kefdən
və ləzzətdən ötəri deyil, – deyirdilər, – insaniyyəti artırmaq
üçündür. Ona görə ər-arvadlığın qanununu və məqsədini
öyrənin, özünüzə dərin bir əqidə qazanın. Sonra təbii vəzifənizi
ifa etməyə çalışın.
Hamı ciddi bir surətdə vəzi dinləyirdi və cavanlar
arasında bu barədə uzun mübahisələr də baş verirdi.
Elə olurdu
ki, qız və oğlanlar bir yerə toplanıb müəllim və təbiblərin təhti-
rəyasətində söhbətə girişirdilər. Mövzuyi-bəhsimiz ömrə,
ailə həyatına, tərbiyə və təlimə dair olurdu. Söhbət
əsnasında ixtilaflı məsələlər üstə tərəf-tərəf olub, şiddətli
mübahisə edirdik. Söhbətdən sonra yenə mehribanlıq əmələ
gəlirdi və sevinc bir halda evə qayıdırdıq və bir dəqiqə
fikrimizdən çıxmırdı ki, biz insanıq və kainatın əşrəfləriyik,
bizim vəzifəmiz böyükdür. Ona görə də feli-səlamət olmalıyıq,
şəxsiyyətimizin islahına və əxlaqımızın xoşluğuna
çalışmalıyıq. Birdən taətiyi-əfkar üçün qaçırdım Nuşanın
yanına.
– Bilirsənmi, Nuşa? – deyirdim. – Gözəlciyim,
səninlə o
qədər söhbətim var, qurtarmaq bilməz!
Nuşa gülə-gülə:
– Nə demək istəyirsən? Getdikcə filosof olursan.
– Gərək də filosof olaq. İndi biz laqeyd və eşq aludəsi bir
cavanlarıq. Amma gələcəkdə səadətli bir valideyn olacağıq.
Bizim salamat uşaqlarımız olacaq. Onların dərin bir məhəbbətlə
tərbiyə və təliminə çalışacağıq... Bilirsən bir dəstə salamat və
tərbiyəli övlad valideyni olmaq nə böyük fəxrdir!