24
istehlak dəyərini qiymətləndirərkən, struktur – mexaniki
xüsusiyyətlər həlledici rola malik olur.
Reoloji tədqiqatlara əsaslanaraq nəinki məhsulun kon-
sistensiyasını xarakterizə etmək, həm də verilmiş istənilən
konsistensiyalı məhsullar almaq da mümkün olur.
Müasir tədqiqat üsulları həm də məhsullara kənd təsərrü-
fatı zərərvericiləri ilə mübarizə üçün tətbiq edilən (pestisidlər)
müxtəlif kimyəvi birləşmələrin, radioaktiv izotopların, habelə
süni boyaqların, kimyəvi konservantların, polisiklik ətirli
karbohidrogenlərin qarışması mümkünlüyü ilə əlaqədar məh-
sulların zərərsizliyini müəyyənləşdirmək üçün əvəzsizdir.
Qida məhsullarının müasir tədqiqat metodlarının tətbiqi
nəinki onların xüsusiyyətlərini, keyfiyyətini və qidalılıq dəyə-
rini dərindən öyrənməyə imkan verir, həm də orqanoleptiki, ya
adi fiziki-kimyəvi metodlarla aşkar olunmayan tərkib və reoloji
xüsusiyyətlərin dəyişilməsini açmağa, keyfiyyət dəyişkənliyini
proqnozlaşdırmağa, saxlanma üsulları və istehlak müddətini
müəyyənləşdirməyə imkan verir. Saxlanma proseslərini yoxla-
yarkən temperaturun, nəmliyin və digər saxlanma şəraitlərinin
(işıqlandırma, havanın tərkibi və hərəkəti) məsafədən təyini
metodları böyük əhəmiyyət kəsb edir ki, bu metodlar əsasında
da optimal saxlanma rejimləri təmin olunur.
Müasir tədqiqat metodlarının elmi məqsədlərlə lazımi
gələn istifadəsi, onların istehsalat, saxlanma və ticarətdə reali-
zəolunma təcrübəsində və ictimai iaşədə tətbiqi, qida məhsul-
larının keyfiyyətini əsaslı dərəcədə yüksəltmək, onların qida-
lılıq, istehlak dəyərini yaxşılaşdırmaq, saxlanmasını təmin et-
mək və qida resurslarından daha böyük effektivliklə istifadə
etmək üçün əsas olmalıdır.
Qida məhsullarının keyfiyyət problemlərinin rolu və
əhəmiyyəti iqtisadiyyatın sonrakı inkişafı ilə əlaqədar dəyişmə-
dən yüksəlir. Bunu nəzərə alaraq, qida məhsullarının keyfiyyət
göstəricilərinin daha dəqiq, dolğun müəyyənləşdirilməsi üçün
yeni tədqiqat metodlarının və bu metodlara müvafiq yeni
25
cihazların yaradılması vacibdir. Bununla bağlı müəllif qida
məhsullarının müasir fiziki-kimyəvi tədqiqat metodlarının
praktiki tətbiqinin əlverişli formaya salınmasını şərh etməyi
qarşısına məqsəd qoymuşdur.
Kitabda qida məhsullarının keyfiyyət göstəricilərini təyin
etmək üçün spektral, xromatoqrafik, lüminessentli və reoloji
metodların bəzi nəzəri məsələləri və praktiki tətbiqi işıqlan-
dırılmışdır. Hər bir metodun təsvir edilməsindən əvvəl ha-
disənin və prosesin fiziki əsası şərh olunur, sonra isə konkret
metodika təqdim edilir.
Materialın belə tərtib edilməsi oxucuya metodların əsa-
sını araşdırmağa və istənilən qida məhsulunu tədqiq edərkən
istifadəyə kömək edir.
1.5. Miqdari kimyəvi analiz, onun əhəmiyyəti və inkişafı
Analitik kimya – maddələrin kimyəvi tərkibinin təyini
metodları haqqında elmdir. Miqdarca analizin əsas məqsədi
müxtəlif maddələrin və materialların tərkib hissələrinin miqdar
nisbətini müəyyən edib, miqdarca analizin əsas kimyəvi
metodlarının nəzəri əsasları və praktiki tətbiqi öyrənilir.
Miqdarca analiz ümumi kimya, kimyəvi texnologiya, fay-
dalı qazıntıların tədqiqi, metalşünaslıq, biokimya, torpaq-
şünaslıq və bir sıra digər elmlərlə sıx əlaqədardır. Miqdarca
analizin inkişafı əhəmiyyətli dərəcədə praktiki tələblərlə, yəni
müxtəlif materialların, habelə laboratoriyalarda alınan kimyəvi
birləşmələrin tədqiqat vacibliyi ilə təyin edilir. Miqdarca analiz
metodlarının işlənilməsi üçün ümumi, üzvi və fiziki kimyanın
nailiyyətlərindən nəzəri cəhətdən olduğu kimi, həm də meto-
diki eksperiment cəhətdən geniş istifadə edilir.
Qeyri-üzvi kimyanın, qismən nadir metallar kimyasının
vacib problemlərindən biri, elementlərin ayrılmasının kimyəvi
metodlarının öyrənilməsidir.
26
Bu problem, həmçinin, analitik kimyada da çox böyük
əhəmiyyət kəsb edir və tez-tez bu sahələrin birindən alınan
nəticələr digər sahədə də tətbiq edilir.
Kimya sahəsində elmi-tədqiqat işi, adətən analitik kimya
metodlarının istifadəsi ilə əlaqədardır. Belə ki, yeni kimyəvi
birləşmələr olarkən, onların tərkibini, həll olmasını və kimyəvi
dəyişilmələrini tədqiq edərkən, müxtəlif kimyəvi proseslərin
fiziki şəraitlərdən asılılığını öyrənərkən miqdarca analiz me-
todlarının tətbiqi tələb olunur. Buna görə də, qida sənayesinin
bütün sahələrində çalışanlar, miqdarca analizin əsas əməliy-
yatlarını düzgün yerinə yetirməyi bacarmalıdırlar.
Miqdarca analizin kimyanın ayrı-ayrı sahələrində olduğu
kimi, həm də elmin bir sıra digər sahələrində, o cümlədən, qida
sənayesinin, demək olar ki, bütün sahələrində yerinə yetirilən
tədqiqat işləri üçün böyük əhəmiyyət kəsb edir. Belə ki,
Tmiryazev K.A. bitkilərin tənəffüsü haqqında klassik işlərində
bir sıra fizioloji tədqiqatlarla yanaşı karbon qazının təyini üzrə
yeni dəqiq metodlar işləmiş və tətbiq etmişdir. Bitkilər tərə-
findən gübrələrin mənimsənilməsi, bitkilərin inkişafına mikro-
komponentlərin təsiri haqqında məsələləri həll edərkən tor-
paqda baş verən mürəkkəb prosesləri öyrənmək üçün, bəzən
adi kimyəvi analizlərdə olduğunda daha mürəkkəb və dəqiq
miqdarca analiz metodlarının tətbiqi tələb olunur. Miqdarca
analiz metodları qida sənayesi ilə yanaşı həm də geokimya,
təbabət, radiokimya və digər elmi sahələrdə də geniş istifadə
edilir.
Miqdarca kimyəvi analiz texnikada da böyük əhəmiyyət
kəsb edir. Kimya texnologiyasının, xüsusilə metallurgiyanın
inkişafı yeni analiz metodlarının yaradılmasına, habelə miqdar-
ca analiz nəzəriyyəsinin genişlənməsi və dərinləşməsinə səbəb
oldu. Faydalı qazıntıların tətbiqində kimyəvi analiz əvəzedil-
məzdir.
İstehsal tempinin sürətlənməsi də, həmçinin, yeni analiz
metodlarının işlənilməsi vacibliyini şərtləndirir, belə ki, miq-
Dostları ilə paylaş: |