19
Universallıq da qəti və nisbidir. Yəni, universallığı konkretlik
dəyişdirə və qətiliyini “əlindən ala bilir”. Belə ki, bir məzmun
fərdi əsasa malik ola bilər. Bir şəxs tərəfindən qəbul edilən
məzmun digər şəxs tərəfindən dərk edilməyərək qəbul
edilməyə bilər. Burada məhz universallığın da dəyişkənliyi
prinsipi öz əksini tapır.
-Fəlsəfə bir başqa koordinata münasibətdə assimetriya
olan simmetriyadan yaranan bötöv forma və məzmundur;
-fəlsəfi forma və məzmun (bir obyektə münasibətdə)
bir
koordinata
nəzərən
disharmonik
olub,
başqa
koordinata isə harmonik olan bir bütövdür.
Demək, fəlsəfə dəyişkən və nisbidir. Universal və qeyri-
universal təriflərə malikdir. Fəlsəfənin məzmunu xəyali
koordinatlardan, təsəvvürlərdə olan baxış bucaqlarından
asılıdır. Bir məkandan və koordinatdan olan simmetiya başqa
məkandan assimetriyadır, bu baxımdan da assimetriya və
disharmoniya elə fəlsəfədir.
-fəlsəfə universal mənalılıqdır;
-fəlsəfə universal məzmunluluqdur;
-fəlsəfə universal əsaslarla müəyyənedici kriteriyadır;
-fəlsəfə universal sistem və simmetriyadır;
-fəlsəfə həm də assimetriyadır və ziddiyyətlilikdir və s.
İ
nsan hüquqları mənəvi dəyər olduğuna görə, yuxarı
mərhələdə
qərarlaşdığından
(insanlığı,
yəni
bəşəriliyi
şə
rtləndirdiyindən) daha çox fəlsəfənin obyekti və predmetidir.
İ
nsan hüquqları özü də tərkib etibarilə mənəviyyata aid
olan və
insanların hərəkətlərini xassələndirən tərkib ünsürlərindən,
komponentlərindən ibarətdir. İnsan hüquqları məfhumunun
zəngin tərkibi onun ali dəyər olmasından və ətrafına ali
dəyərləri toplamasından irəli gəlir. Ali dəyərlilik amili insan
hüquqları məfhumunu öz ətrafına daha çox dəyərli məfhumları
çəkməyə vadar edir. İnsan hüquqlarının tərkibi ümumilikdə bu
məfhumu və anlayışı məhz müsbət mənada qəbuledilən edir.