Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.

səhifə6/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   36

17 
 
yarana  bilir.  Məsələn,  bir  böyük  qaya  parçasından  məzmunlu 
heykəli elm yaradır. Nəticəsi isə məhsul olaraq fəlsəfi məzmun 
olur.      Məntiq  isə  burada  “istehsal  prosesi”ni  həyata  keçirir. 
Buna  görə  də  fəlsəfə  məzmun  baxımından  elmdə  yüksəkdə 
dayanır.  Məfhumun  tərkibi  elmə,  məzmunu  isə  fəlsəfəyə 
məxsusdur,  desək,  yanılmarıq.  Fəlsəfə  məfumun  məzmunun 
zənginliyində  də  özünü  göstərir.  Daha  çox  mənalı  obyekt  və 
vasitələr,  predmetlər  fəlsəfənin  məhsuludur.  Mürəkkəb 
məzmun  fəlsəfədir  ki,  orada  daha  böyük  məna  var.  Bu 
baxımdan  da  kainat  və  təbiət  fəlsəfənin  ən  böyük  material 
obyektləridir.  İnsan  isə  fəlsəfənin  ən  böyük  (burada  ali)    canlı 
aləm obyektidir. Fəlsəfi məzmunların vəhdəti özü də böyük bir 
fəlsəfədir. Məsələn,  kainatın tərkibi olan təbiətdə elementlərin 
(canlı  və  cansız  aləmin  )  vəhdətindən  yaranan  bütöv  özü  elə 
böyük  bir  heyranedicidir,  zövqvericidir.  Onu  da  nəzərə  almaq 
lazımdır  ki,  insan  özü  elə    yaxşını  qəbul  edəndir.  Yaxşı  isə 
müsbət  və  mənfinin  vəhdətindən  və  bütövdəki  və  tərkibdəki 
yaxşının  üstünlük  təşkil  etdiyi  məzmundadır.  Buradan  da  belə 
qənaətə  gəlmək  olar  ki,  bütün  yaxşı  (müsbət  elementlərin 
çəkisinin  çox  olduğu)      elementlər  və  onların  birləşmələri 
fəlsəfədir.  Çünki  insana  müsbət  təsir  edəndir.  Elm  isə 
fəlsəfədən  fərqli  olaraq,    həm  yaxşı,  həm  də  mənfi  (pis, 
qəbuledilməyən)  elementlərin  tərkibini  müəyyən  edəndir. 
Elmin vəzifəsi şeyin və hadisələrin  əlamət nəticəsini ortaya 
çıxarmaqdır.  Fəlsəfənin  vəzifəsi  isə  bu  nəticəyə  məzmun 
baxımından  qiymət  verməkdir.  Lakin,  elm  və  fəlsəfəni 
tamamilə  ayrılıqda  düşünmək  olmaz.  Burada  mütləq  qaydada 
keçicilik var. Hər ikisi bir bütövün tərkibir (iç və zahirdir).   
Bütün  məfhumlar  heçdən  yaranmır.  Hər  bir  məfhumun 
tərkibi  başqa  məfhumlardan  təşkil  olunur.  Məfhumların 
birləşmələrindən  və  onların  zənginləşmələrindən  istiqamətlər 
meydana  gəlir.  Bir  məfhum  özünə  tərkib  yığmaq  üçün    yaxın 
məna  kəsb  edən  məfhumlara  müraciət  edir.  Bu  baxımdan  da 
hesab 
etmək 
olar 
ki, 
məfhumların 
ümumiləşdirici, 
genişləndirci,  məhdudlaşdırıcı,  konkretləşdirici  məna  kəsb 


18 
 
etmələri  nisbi  xarakterə  malikdir.  Ən  kiçik  məna  kəsb  edən 
məfhum  belə  özünə  böyük  məna  kəsb  edən  məfhumları  cəlb 
edir. Hər bir məfhum məzmun müəyyənedicidir.  
İ
nsan  hüquqları  məfhumu  da  tərkib  etibarilə  zəngindir, 
digər  məfhumlardan,  xüsusilə,    insanların  hərəkətlərini  və 
fəaliyyətini  istiqamətləndirən  məfhumlardan  təşkil  olunubdur. 
Məfhumların  qəti  sonluqları  onların  nisbi  başlanğıcları  ilə 
birləşir.  Bu  dəyişmələr  olmasa,  demək  olar  ki,  bir  məfhum 
digər məfhumun  yanında ola bilməz. Məfhum birləşmələri  və 
ardıcıllıq,  sistemililik,  istiqamətlilik  və  mexanizmlilik  isə 
mürəkkəb  anlayışların,  fikir  istiqamətlərinin  yaranmasının  
ə
saslarını  təşkil  edir.  Məfhumların  birləşmələrindən  mənalar 
birləşmələri  və  vahid  mənalar,  dialektik  mənalar  üzə  çıxır. 
Dialektika  əsasən  mənalar  birləşmələrindən  yaranan 
inandırıcı təfəkkürdür. Dialektika,  əsas etibarilə,  tərkibində 
çoxlu  sayda  əlaqəli  məfhumlar  olan  və  bir-birini  şərtləndirən, 
bir-birinə  başlanğıc  verən  və  bir-birini  inkar  edən  məfhumlar 
zənginliyindən və mənalar zənginliyindən ibarətdir. Dialektika,  
ə
sasən, 
məfhumlar 
birləşməsindən 
yaranan 
inkişaf 
qanunauyğunluqlarından ibarətdir.     
Hər  bir  məfhumun  material  aləmə  və  aidiyyatı  var. 
Material  aləmi  xassələndirmək,  əlamətlərini  müəyyən  etmək 
üçün məfhumlardan istifadə olunur. Məfhumlar həm də anlayış 
predmeti  kimi  də  istifadə  olunur.  Məfhumlar  həm  material 
aləmin  və  hadisələrin  baş  beyində  inikas  olunaraq  obrazının 
formalaşmasıdır,  həm  də  bu  obrazdan  yaranan  dialektik  və 
formal  məntiqi  təfəkkürün  obyektlərə  (predmetlərə,  real 
vasitələrə və s.) şamil olunmasıdır.  
Fəlsəfə-elementlərin simmetriya əsasında vəhdətidir; 
-fəlsəfə-elementlərin harmonik əlaqəsinin vəhdətidir; 
-fəlsəfə-bütövdür və mənalı sistemdir; 
-fəlsəfə-müərkkəblikdir və məzmundur və s. Buradan da 
fəlsəfənin  universal  mənası  və  tərifi  ortaya  çıxır.  Bu 
aspektlərdən  çıxış  etsək,  deyə  bilərik  ki,  fəlsəfə  obyektlərə  və 
subyektlərə münasibətdə -elə universal qaydada hamı üçündür. 


19 
 
Universallıq  da  qəti  və  nisbidir.  Yəni,  universallığı  konkretlik 
dəyişdirə və qətiliyini “əlindən ala bilir”. Belə ki, bir məzmun 
fərdi  əsasa  malik  ola  bilər.  Bir  şəxs  tərəfindən  qəbul  edilən 
məzmun    digər  şəxs  tərəfindən  dərk  edilməyərək    qəbul 
edilməyə  bilər.  Burada  məhz  universallığın  da  dəyişkənliyi 
prinsipi öz əksini tapır.  
-Fəlsəfə bir başqa koordinata münasibətdə   assimetriya 
olan simmetriyadan yaranan bötöv forma və məzmundur; 
-fəlsəfi  forma  və  məzmun  (bir  obyektə  münasibətdə)   
bir 
koordinata 
nəzərən 
disharmonik 
olub, 
başqa 
koordinata isə harmonik olan bir bütövdür.  
Demək,  fəlsəfə  dəyişkən  və  nisbidir.  Universal  və  qeyri-
universal  təriflərə  malikdir.  Fəlsəfənin  məzmunu  xəyali 
koordinatlardan,  təsəvvürlərdə  olan  baxış  bucaqlarından  
asılıdır.    Bir  məkandan  və  koordinatdan olan simmetiya başqa 
məkandan  assimetriyadır,  bu  baxımdan  da  assimetriya  və 
disharmoniya elə fəlsəfədir.  
-fəlsəfə universal mənalılıqdır; 
-fəlsəfə universal məzmunluluqdur; 
-fəlsəfə universal əsaslarla müəyyənedici kriteriyadır; 
-fəlsəfə universal sistem və simmetriyadır;  
-fəlsəfə həm də assimetriyadır və ziddiyyətlilikdir  və s.  
İ
nsan  hüquqları  mənəvi  dəyər  olduğuna  görə,  yuxarı 
mərhələdə 
qərarlaşdığından 
(insanlığı, 
yəni 
bəşəriliyi 
şə
rtləndirdiyindən) daha çox fəlsəfənin obyekti və predmetidir. 
İ
nsan hüquqları özü  də tərkib etibarilə mənəviyyata aid olan və 
insanların  hərəkətlərini  xassələndirən  tərkib  ünsürlərindən, 
komponentlərindən  ibarətdir.  İnsan  hüquqları  məfhumunun 
zəngin  tərkibi  onun  ali  dəyər  olmasından  və  ətrafına  ali 
dəyərləri  toplamasından    irəli  gəlir.  Ali  dəyərlilik  amili  insan 
hüquqları məfhumunu öz ətrafına daha çox dəyərli məfhumları 
çəkməyə vadar edir. İnsan hüquqlarının tərkibi ümumilikdə bu 
məfhumu və anlayışı  məhz müsbət mənada qəbuledilən edir.  
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə