Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2.82 Kb.

səhifə1/36
tarix20.09.2017
ölçüsü2.82 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   36



 
İ
nsan hüquqları və fəlsəfə seriyasından 
 
ELŞƏN MİSİR OĞLU NƏSİBOV 
 
 
 
 
 
 
 
“İnsan hüquqları” anlayışının  
dərk olunmasında fəlsəfi–məntiqi  
(formal (ənənəvi-klassik) və dialektik məntiq) 
metodlar 
 
 
 
 
Dərketmənin ontoloji və qnoseoloji əsasları 
 
 
 
 
 
I KİTAB 
 
 
 
 
 
Bakı -2013 
 



 
Elmi redaktoru:  
Turab Qurbanov 
  
 
 
siyasi elmlər doktoru 
 
 
Rəyçisi:     
 
Aygün Əsgərzadə 
siyasi elmlər üzrə fəlsəfə doktoru 
 
 
Nəsibov 
E.M. 
“İnsan 
hüquqları” 
anlayışının 
dərk 
olunmasında fəlsəfi –məntiqi (formal (ənənəvi-klassik) və dialektik 
məntiq)  metodlar.  Dərk  etmənin  ontoloji  və  qnoseoloji  əsasları. 
I kitab. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2013, 122 səh. 
 
Bu  kitabda  “insan  hüquqları”  anlayışının  dərk  olunmasında 
formal məntiq və dialektik məntiq metodları əsas götürülür. “İnsan 
hüquqları”  ümumiləşdirici  və  dərin  mənaya  malik  olduğundan  və 
fəlsəfi  məzmun  kəsb  etdiyindən,  bu  məfhumun  ilk  növbədə 
fəlsəfənin  predmeti  olması  qənaətinə  gəlinir.  Məntiq  üsullarının 
tətbiqi  ilə  insan  hüquqları  anlayışının  və  məfhumunun  tərkibi  və 
bölgüsü  ünsürlərinin  aşkar  olunması  əsas  məqsədə  çevrilir.  İnsan 
hüquqları  məfhumunun  fəlsəfədən  elmə  keçməsində  məntiq 
ə
məliyyatlarının – deduksiya və induksiyanın – köməyindən istifadə 
olunur. İnsan hüquqları məfhumu başlıca olaraq deduktiv metodlarla 
ayrı-ayrı  tərkibə  və  bölgülərə  ayrılır.  Anlayışın  tərkib  etibarilə  baş 
düşülməsində fəlsəfi kateqoriyalardan, eləcə də məntiqi üsullardan – 
hökmlər  vermək,  nəticələr  hökmləri  çıxarmaq  və  sillogizmdən 
istifadə  olunur.  Eyni  zamanda  fəlsəfi  kateqoriyalarla,  məntiqi 
üsulların qarşılıqlı vəhdəti əsas götürülür.  
Bu  kitab  insan  hüquqları  (hüquq  elmi),  fəlsəfə,  siyasət  elmi  ilə 
məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.  
 
 
ISBN 978-9952-809-84-8 
 
2013
098
89
3701000000


N
 qrifli nəşr   
 © Nəsibov E., 2013 
 



 
MÜNDƏRİCAT: 
 
 
GİRİŞ ......................................................................................... 4  
 
Hüquq nədir. Hüquq-fəlsəfə və elmin obyekti kimi .............. 20  
İ
nsan hüquqları fəlsəfə, məntiq və elmin obyekti 
(predmeti) kimi ......................................................................... 48 
İ
nsan hüquqlarına dair qrafiklər bölməsi .............................. 58 
Hərəkət (hərəkətsizlik) və hüquq ............................................ 70 
Hüquq və əxlaqın vəhdəti. Fəlsəfi və elmi əsaslarla təhlil ..... 74 
 “İnsan hüquqları” məfhumu .................................................. 87 
“İnsan hüquqları” anlayışı ...................................................... 96 
İ
nsan hüquqları anlayışının dərk olunmasında sillogizm ..... 99 
 
İ
nsan hüquqlarının konseptuallığı .......................................... 110 
 
NƏTİCƏ .................................................................................... 116 
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT ........... 117 
 
 
 
 
 
 
 
 



 
Bu yazını əməkdaşı olduğum Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  İnsan 
Hüquqları  İnstitutunun  15  illik  yubileyi 
ilə əlaqədar olaraq qələmə alıram 
 
 
GİRİŞ 
 
İ
nsan  hüquqlarının  fəlsəfə,  elm  və  məntiqin  predmeti  və 
obyekti  olmasını  şərh  etməzdən  öncə,    bəzi  fəlsəfi-məntiqi 
məfhumların  mənasına  elmdə  verilən  izahlara  toxunmaq 
məqsədəuyğun  olar.  Belə  qəbul  etmək  lazımdır  ki,  fəlsəfənin 
özünün  də  obyekt  və  predmetinin  müəyyən  olunmasında 
məntiq yolu ilə elm iştirak edir. Məntiq və elm birlikdə  fəlsəfi 
anlayışların  tərkibini  müəyyənləşdirir    və  onların  digər 
məfhumlarla  olan  əlaqəsini  aşkarlayaraq,  rasional  və  empirik 
ə
saslarla izah edir. Bu baxımdan da hesab etmək olar ki, fəlsəfə 
elmə,  elm də fəlsəfəyə xidmət göstərir.    
Mövzuda qnoseologiya sözü işlədilir. Elmi izahlara əsasən, 
qnoseologiya-nəzəri-idrak  təsəvvürləridir.  Fəlsəfənin  nisbi 
müstəqil  hissəsi  kimi  çıxış  edir.  İdrak  nəzəriyyəsi  –fəlsəfənin 
idrak  fəaliyyəti  prosesində  subyektin  və  obyektin  qarşılıqlı 
münasibətini,  biliyin  gerçəkliyə  münasibətini,  dünyanın  insan 
tərəfindən  dərk  olunması  imkanlarını,  biliyin  həqiqiliyi  və 
səhihliyini öyrənən bölməsidir.
1
 
 
Bu  mövzuda  həmçinin  ontologiya  sözü  də  işlədilir.  Elmi 
izahlara  əsasən,    ontologiya-varlıq  haqqında  ümumi  təlimdir; 
xüsusilə  fəlsəfənin  formal  və  ilk  hissəsi  kimi  (“Aristotel 
fəlsəfəsi”)    qəbul  olunur.    Burada  anlayışa  varlıq  və  yoxluq, 
mümkünlük    və  qeyri-mümkünlük,  müəyyənlik  (yaxud 
həqiqilik)  və  qeyri-müəyyənlik;  kəmiyyət  və  ölçü,  keyfiyyət, 
                                                 
1
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. “Azərbaycan 
Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, səh. 172.  
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə