11
hadisələrin ümumiləşmiş, vasitəli və məqsədəuyğun formada
beynimizdə inikasıdır.
10
Geniş izaha əsasən, təfəkkür
gerçəklikdəki cisim və hadisələrin ümumi, mühüm əlamət və
xassələrinin, onlar arasındakı əlaqə və münasibətlərin
beynimizdə inikasıdır.
11
Mücərrəd təfəkkür gerçəkliyi vasitəli
şəkildə əks etdirir.
12
Məntiq elminin predmeti təfəkkür
prosesidir.
Məntiq-
düzgün
təfəkkürün
forma
və
qanunlarından bəhs edən elmdir.
13
Fikirlərdəki mühüm və zəruri əlaqələr formal məntiqin
əsas qanunlarında (eyniyyət qanunu, ziddiyyət
qanunu,
üçüncünün istisna qanunu və kafi əsas qanunu) əks olunur.
Təfəkkürün bu qanunları gerçəklikdəki cisim və hadisələr
arasındakı
əlaqə
və
münasibətlərin
beynimizdə
əks
olunmasıdır.
14
Məlumdur ki, cisim və hadisələr idrak metodları ilə və
duyğu orqanları və toxunma (lamisə) ilə qavranılır. Qavrayış
–gerçəklikdəki cisim və hadisələrin bütün əlamətləri ilə
birlikdə bütöv, tam şəkildə beynimizdə əks olunmasıdır.
15
Belə
izah olunur ki, qavrayış duyğular əsasında yaranır və sintetik
prosesdir.
16
Duyğu- analitik prosesdir.
Hissi idrakın daha yüksək forması təsəvvürdür. Təsəvvür
cisim və hadisələrin müəyyən cəhətlərinin beynimizdə hissi
obrazıdır.
17
İdrak hissi və məntiqi olur).
18
Qeyd: mən bir müəllif kimi, insa hüquqlarını fəlsəfənin
və elmin obyekti kimi araşdırmağı qarşıma məqsəd
qoyduğumdan, mənanı oxucuya daha da geniş formada
10
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 13.
11
Həmin kitab. s. 109.
12
Yenə orada. s. 14.
13
Yenə orada.səh. 8.
14
Yenə orada. s. 21.
15
Yenə orada. s. 12.
16
Yenə orada. s. 12.
17
Yenə orada. s. 12.
18
Yenə orada.s. 13.
12
çatdırmaq üçün psixologiya və məntiqə dair dərsliklərə
müraciət etmişəm. Həmin kitblardan anlayışların mənaları
haqqında sitatlar gətirmişəm.
S.Xəlilovun fikrincə, idrak seyrlə başlanır, lakin seyrdən
yaranmır. İdrak prosesinə gətirib çıxaran ilkin proses-
praktikadır. Praktikanın ən ibtidai forması, ilk pilləsi isə
insanların bilavasitə öz təbii ehtiyaclarını ödəməyə yönəldilmiş
fəaliyyətdir. İdrak iki başlanğıcdan qida alır: maddi fəaliyyət
və seyir.
19
Yüksək düşüncə fövqdür. Çoz zaman əlçatmazdır, dərin
mənaya malikdir. Yüksək düşüncə nəzəri və praktiki biliklərin
ə
ldə edilməsindən də yaranır. Yüksək düşüncə bilikləri
ümumiləşdirmə və konkretləşdirmədən ibarətdir. Deməli, belə
bir məntiqi nəticəyə gəlmək olur ki, yüksək düşüncənin
obyekti fəlsəfəyə məxsusdur. Fəlsəfə dərin və mənalı
olduğundan, onu hər kəs üçün anlaşıqlı edən, dərin mənalı
sözün
(sözlərin)
tərkibini
parçalayan
məntiqi
ə
məliyyatlardır. Məntiqi əməliyyatlar dərin mənalı və ümumi
məzmunlu məfhumun tərkibini parçalayır (problem olaraq) və
onu xırdalayır, burada deduksiya prosesi həyata keçirilir.
Nəticədə elmin obyektləri meydana gəlir. Buradan da yenə belə
bir məntiqi nəticəyə gəlmək olur ki, elm fəlsəfədən “aşağıda”
qərarlaşıbdır, ona xidmət edəndir. Elm fəlsəfnin tarixini və
fəlsəfi cərəyanları öyrənməni öz obyektinə və predmetinə
götürə bilir. Elm fəlsəfəni dərk etmək üçündür. Elmin
öyrəndiyi və nəticələrə gəldiyi son məhsul (burada həm də
induksiya nəticəsində əldə olunan) da fəlsəfədir. Elmin dərin
mənalı məhsulu, yetkin məhsulu məhz fəlsəfədir. Məsələn, elm
yolu ilə və məntiqi əməliyyatlarların köməkliyi sayəsində
kitabların yazılması və nəticələr olaraq ümumiləşdirilmiş
qənaətlərə gəlmək və bitkin və dərin mənalı əsərin özü bir
19
S. Xəlilov. Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti”
nəşriyyatı, 2011, 752 səh., s.74.
13
nəticə məhsulu olaraq fəlsəfədir. Mühəndislər və memarlar
tərəfindən gözəl və nəhəng, eyni zamanda zəngin memarlıq
üslubuna malik olan bir binanın tikilməsi özü nəticə məhsulu
olaraq bir fəlsəfədir. Eyni zamanda dərin mənalı əsər (bitkin
tədqiqat əsəri, sərgi əsərləri, portretlər və digər əsərlər)
yaradıcılığın məhsulu olaraq fəlsəfi məzmuna malikdir. Fəlsəfi
məzmu o məzmun olmalıdır ki, o, hər kəs üçün universal
olaraq cəlbedici, cəzbedici və heyranedici olsun. Fəlsəfi
məzmun həm başlanğıcda, həm də sondadır. Başlanğıcı məntiq
deduksiya edir, sonluqlara verir (məsələn, böyük bir qaya
parçasından, qranit parçasından heykəllərin yaradılması),
sonluqları (kiçikləri böyüklərə) nəticələrə- bütövə isə məntiq
induksiya edir. Hər ikisinin ucunda –qurtaracağında elm
dayanır, desək, yanılmarıq. Elm öz başlanğıcını dərin
mənadan, reallıqdan, elcə də təsəvvürdən və mücərrədlikdən
götürür. Həm də gözlə görünən material-maddi aləm burada
bütöv obyekt rolunu oynayır. Elmin başlanğıcı fəlsəfə
(deduksiya prosesləri zamanı), bitkin və yetkin sonu da yenə
(induksiya proseslərində əldə olunan məhsul) fəlsəfədir.
Deməli, elm elə fəlsəfənin içərisindədir. Elmlə müdriklər
məşğul olduqda daha da səmərəli nəticələr (burada yaxşılığa
xidmət edən məhsullardan söhbət gedir) əldə etmək olar.
Elm fəlsəfi başlanğıc və sonluqlara və onlar arasındakı
koordinat müsətvilərinə xidmət edir. Bu baxımdan fəlsəfə daha
geniş məzmunludur. Elm isə tərkib öyrənəndir, problem
araşdırandır. Hər iki şərti son nöqtənin –fəlsəfə və elmin bir-
birinə xidmət etməsini məntiqi əməliyyatlar həyata keçirir.
Buradan da belə bir nəticə hasil olur ki, böyük düşüncə
məfhumları fəlsəfəyə, tərkiblər isə elmə və məntiqə
məxsusdur. Bu iki -başlanğıc və son- koordinatlar (burada
mütləqliklə yanaşı, nisbi və dəyişkənliklər də vardır) bir-birinə
xidmət edir və ümumilikdə idrakın, qavrayışın, təfəkkürdə
anlayışın dərinləşməsinə, mənalaşmasına və böyüməsinə
xidmət göstərir.
Dostları ilə paylaş: |