Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.

səhifə5/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   36

14 
 
Fəlsəfə  və  elmi  fərqləndirən  xüsusiyyətlər  də  vardır.  Belə 
ki,  hesab  etmək  olar  ki,  fəlsəfə  əgər    müdriklikdirsə, 
müdrikliyin  içərisində  xeyirxahlığın  və  ədalətin  çəkisi 
böyükdür.  Bu,    həm  də  idealizmi  yaradır.  Fəlsəfə,    bu 
baxımdan  idealizmi,  nəzəri  vasitələri      əsas  obyekt  kimi 
götürür. Onu da qeyd etmək olar ki, çox dərin mənalı material 
aləm elə öz-özlüyündə fəlsəfi məzmundur, təsəvvürdür.   
Fəlsəfə və elm arasında ziddiyyət də vardır. Belə ki, fəlsəfə 
“xeyirxah”  ola  bilər,  elm  isə  “xeyirxah”  olmaya  bilər.  Bu 
nöqteyi-nəzərdən    elm  reallıqla,  konkretliliklə  məşğul 
olduğundan,  reallıqda  həyata  keçirilən  proseslər      hər  bir  tərəf 
üçün  səmərəli  və  münasib  olmaya  bilər.  Hərçənd  ki,  elmin  də 
məqsədi yaxşıları (faydaları-burada hər faydalı şey, digər tərəf 
üçün yaxşı ola bilməz)  əldə etməkdən ibarətdir.   Fəlsəfə daha 
çox  universallığı  obyekt  kimi  götürür,  elm  isə  tərkibi  öyrənir. 
Elmi qənaətə əsasən, tərkib –tamın təhlil vasitəsilə ayrılmış 
komponentlərinin  birləşməsidir.  Onların  birliyini  təfəkkür 
prosesi  olan  müqayisə  müəyyən  edir.
20
  Elm  məntiqi 
nəticələrdən  və  yaxud  empirik  siqnallar  vasitəsilə  təsdiq 
olunmuş  müddəalardan  ibarətdir.
21
  Hər  bir  elmin  qanunları 
cisimlər  arasındakı  mühüm,  zəruri  əlaqə  münasibətlərinin 
beynimizdə əksidir.
22
 Tərkib (sintez)-təhlil  zamanı ayırdığımız 
hissələrin,  tərəflərin  fikrən  birləşdirilməsidir.  Təhlil  (analiz)- 
cisim  və  hadisələri  fikrən  öz  tərkib  hissələrinə,  tərəflrəinə  və 
əlamətləinə  parçalamaqdır.  Analiz  və  sintez  –vahid  fikir 
prosesinin  qarşılıqlı  surətdə  bir-birilə  bağlı  olan  iki  tərəfidir. 
Müqayisə-gerçəklikdəki  cism  və  hadisələrin  oxşar  və  fərqli 
cəhətlərini  müəyyənləşdirməkdir.    Mücərrədləşdirmə  elə 
                                                 
20
 Ümumi psixologiya. Pedaqoji institutların tələbələri üçün dərslik. 
Prof. A.V. Petrovskinin redaktorluğu ilə. Əlavələr edilmiş və yenidən 
işlənilmiş 2-ci nəşrindən (M., 1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982. 
səh. 340.
 
21
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 125. 
22
 Yenə orada.  s. 22. 


15 
 
təfəkkür  prosesidir  ki,  onun  vasitəsilə  cism  və  hadisələrdəki 
mühüm  və  zəruri  əlamətləri,  tərəfləri  qeyri-mühüm,  ikinci 
dərəcəli əlamətlərdən, xassələrdən ayırırıq.
23
   
 
Belə  qəbul  etmək  olar  ki,  uzaq  yaddaşın  (hafizənin)    və 
dərin  (uzaq)    qavrayışın  məfhumları  (burada  hadisələr  və 
material  obyektlər  baxımından)  daha  çox    fəlsəfənin 
predmetidir.  Uzaq  hafizə  oyanmanın  (psixologiyaya  əsasən, 
beyin qırışlarında) daha çox vasitəsi hesab oluna bilər.  Həm də 
qeyd  etmək  olar  ki,  dərin  qavrayış  predmeti  uzaq  yaddaşda 
(davamlı  yaddaşda)    daha  çox  yükləyir.  Dərin  qavrayış  yaxın 
yaddaşı    zəiflədə  bilir.  Belə  qəbul  etmək  olar  ki,  uzaq  yaddaş 
(təsəvvürlərin  xatırlanması  nöqteyi-nəzərdən)    daha  çox  
təsəvvür  üçündür.  Uzaq  yaddaş  düşünmə  prosesini  uzadır. 
Düşünmə  prosesinin  uzanması  üzərində  düşünülən  obyektin 
təhlilə  cəlb  olunmasının  əsaslarını  yaradır.    Bu  baxımdan  da 
fəlsəfənin  predmeti  mücərrəd      məfumların  dərindən 
düşünülməsi üçündür. 
Fəlsəfə və elmin vəhdətini biliklər, məfumlar və anlayışlar  
yaradır.  Biliklər  məzmunlu  və  qeyri-məzmunlu  ola  bilər. 
Burada  da  nisbilik  var.  Belə  ki,  məzmunluluq    və 
məzmunsuzluq 
ə
slində 
vəhdətin 
tərkibindədir. 
Fəlsəfə 
məzmunu geniş və bütöv götürür. Elm isə məzmunu parçalayır 
və  onun  digər  məzmunlarla  əlaqəsini  müəyyən  edir.  Bu 
baxımdan  da  fəlsəfə  və  elm  vəhdətdədir  və  hər  ikisinin 
obyektindən  kənarda  heç  bir  şey  ola  bilməz.  Burada  sadəcə 
olaraq,  faydalı  olanlar  daha  çox  obyektə  çevrilir,  daha  dəqiq 
desək,  obyektin  yüklü  hissəsinə  çevrilir.  Bu baxımdan da  belə 
hesab  etmək  olar  ki,  fəlsəfənin  diqqətindən  kənarda  da  dərin 
düşünülməmiş  obyekt  ola  bilər.  (Qeyd:  belə  qəbul  etmək  olar 
ki,  obyekti  təhlilə  götürdükdə,  həmin  obyekt    fəlsəfənin  və 
elmin predmetinə çevrilir. Bu baxımdan  predmet -təhlilə cəlb 
olunmuş  obyektir.  Fəlsəfədə  isə    obyekt    düşüncəyə  cəlb 
olunmuş  predmet  kimi  qəbul  olunmalıdır.    Elmdə  praktiki 
                                                 
23
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., səh.  113.
 


16 
 
təcrübələrə  və  nəzəri-praktiki  təfəkkürə  cəlb  olunan  obyekt 
elə  onun  predmetidir).  Material  aləm  üzərində  düşüncə 
dərinliyi  fəlsəfədir.  Bu  baxımdan  da  qəbul  etmək  olar  ki, 
fəlsəfə  daha  çox  ideallıqdır.      Onu  da  qəbul  edə  bilərik  ki, 
sistemdə  faydalı  və  faydalı  olmayan  hissələr  ola  bilər.  Elm  və 
fəlsəfə  daha  çox  faydalı  olanı  (şəxsin  obyektə  və  hadisələrə 
olan  münasibəti  prizmasından)  seçirlər.  Fəlsəfə  duyğu  və 
qavrayışdan ibarət olan təsəvvürü obyekt kimi götürür, elm isə 
obyektiv  idrakı  diqqətə  alır.  Fəlsəfə  daha  çox  mücərrəd 
(vasitəli  təfəkkürün)    təfəkkürün  əsaslarını  təşkil  edir.  İdrak 
fəaliyyəti  duyğu  və  qavrayışdan  başlayaraq,  sonradan 
təfəkkürə  keçir.  Lakin  hər  bir,  hətta,  ən  yüksək  inkişaf 
etmiş  təfəkkür  də  hissi  idrakla,  yəni,  duyğu,  qavrayış  və 
təsəvvürlərlə    həmişə  sıx  qarşılıqlı  əlaqə  saxlayır.
24
  
Fəlsəfədə,  düşünmə  prosesi  zamanı  obyekt  (material  aləm  və 
hadisələr)    qavramada  öncül  yeri  tutur.  (Qeyd:  psixologiya 
elminin  şərhinə  əsasən,  hər  hansı  bir  obyektin  təhlili  zamanı 
onun  ən  vacib,  mühüm,  əhəmiyyətli  və  maraqlı  xassələri  daha 
qüvvətli  qıcıqlandırıcı  olduğundan  ön  plana  keçir.  Belə 
qıcıqlandırıcılar  fəal  oyanma  prosesi  (birinci  növbədə  baş 
beyin  qabığında)  əmələ  gətirərək,  fizioloji  induksiya  qanunua 
əsasən,  həmin  obyektin  zəif  qıcıqlandırıcı  olan  başqa 
xassələrinin  seçilməsinə  mane  olur.  Beləliklə,  bir  psixi  proses 
kimi  təhlilin  fizioloji  əsasını  baş  beynin  ali  şöbələrində  gedən 
oyanma və ləngimənin müəyyən qarşılıqlı nisbəti təşkil edir).
25
 
 
Nəticələrə  gəldiyimiz  kimi,  fəlsəfə  alidir  və  elm  onun 
yolunda  xidmət  edəndir.  Fəlsəfə    və  elmin  qarşılıqlı 
şə
rtləndirici  vəhdəti  ondadır  ki,  fəlsəfə  elmə  “məhsul”  verir, 
elm  də  fəlsəfəyə  “məhsul”  ötürür.  Məsələn,  bütöv,  ümumi  və 
tam hissələrə parçalanır. Bu parçalanmanın özündən də fəlsəfə 
                                                 
24
  Ümumi  psixologiya.  Pedaqoji  institutların  tələbələri  üçün  dərslik. 
Prof.  A.V.  Petrovskinin  redaktorluğu  ilə.  Əlavələr  edilmiş  və  yenidən 
işlənilmiş 2-ci nəşrindən (M., 1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982. 
səh. 330. 
25
 Yenə orada. səh. 340.     




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə