Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   2   3   4   5   6   7   8   9   ...   36


 
arxasındakı  sabitliyi  öyrənir.  Tarix  dəyişiklikləri,  elm 
dəyişmənin  qanunauyğunluqlarını,  fəlsəfə  sabit  qalanları  əks 
etdirir.  Tarix  olanı,  elm  ola  biləni, fəlsəfə olmalı olan öyrənir. 
Fəlsəfə  duyğulu  idrakdan  və  poetik  səviyyəyə  qalxmış 
idrakdan  yaranır.
7
  Bu  baxışda  da  təsdiq  olunur  ki,  fəlsəfə 
ümumini, elm isə ümuminin tərkibini və bu tərkibin xassələrini 
öyrənir.  
Fəlsəfə,  məlumdur  ki,  tərcümədə  müdrikliyi  sevmək 
deməkdir. Buradan da belə nəticəyə gəlmək olar ki, əslində elə 
müdriklikdir  (müdriklik  -  yun.  sofizmdir).    Müdriklik  (Azərb. 
dilinin  izahlı  lüğətində-  müdrikliyə  böyük  ağıl  və  dərrakə 
sahibi  olma;  aqillik  kimi  tərif  verilir.  Müdrik-dərin  dərrakəli, 
çox  ağıllı,  çox  dərin  düşünən;  aqil,  dünyagörmüş,  kamala 
yetişmiş  adam  kimi  izah  olunur)
8
  isə  ali  düşüncə,  kamala 
yetişmə  deməkdir.    Deməli,  fəlsəfə  həm  də    ali  düşüncəli  
(kamal şəxsləri, müdrikləri sevmək) deməkdir. Ali düşüncə və 
onun  nəticələri  ümumidir  və  universaldır.  Deməli,    kamal  hər 
kəs  üçün  vacibdir.    Lakin  nəzərə  almaq  lazımdır  ki,  həyat 
təcrübəsi  də  onu  göstərir  ki,    ali  düşüncə  müqayisədə  hər  bir 
şə
xsdə  ola  bilməz.  Bu  halda  cəmiyyətin  münasibətlər  və 
strukturlarında rəngarənglik itər. Kamallıq aşağı düşüncələrdən 
(fərqli  düşüncələrdən)  tərkib  zənginliyinə  görə  seçilən  yuxarı   
bir  səviyyədir.  Sadə  düşüncələrdən  mürəkkəb  düşüncələrə 
doğru 
mücərrəd 
trayektorik 
bağlılıqla 
təfəkkürün 
mükəmməlləşməsi  prosesləri  həyata  keçirilə  bilir.        (Qeyd: 
inkişaf  sayəsində  məhz  ümumi  halda  səviyyə  (mücərrəd  bir 
panel  olaraq)    yuxarı  qalxır.  Əgər  biz  təsəvvürümüzdə 
(abstarkt  təfəkkürdə)  minimumu  xəyali  və  real  şəkildə    bir 
koordinasiya xətti kimi götürsək, onda,  qərara gələ bilərik ki, 
inkişaf  zamanı  əldə  olunan  yeniliklər  hesabına (yeni fikir və 
                                                 
7
 S. Xəlilov. Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” 
nəşriyyatı, 2011, 752 səh.,  s.38.
   
8
 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III Cild. Bakı, “Şərq-
Qərb”, 2006, 672 səh., s. 408.
 



 
material-maddi aləm)  minimumun özünün yerinin  yuxarıya 
doğru  gedişi  təmin  olunur.    Yəni,  ümumilikdə  cəmiyyət  yeni 
düşüncələr  və  material  vasitələr  hesabına  yuxarı  qalxır. 
Minimumun  yuxarı  hərəkəti  cəmiyyətin  maksimumunu  da 
yuxarı,  müqayisədə  aliyə  doğru    aparır. Buradan da belə bir 
məntiqi  nəticəyə  gəlmək  olur  ki,  inkişaf  elə  minimumla 
maksimum  arasındakı  xəyali  bütöv  sistemin-burada  sosial-
siyasi  əhəmiyyət  kəsb  edən  şərti  (tərkibində  mütləqliklər  və 
nisbiliklər  olmaqla)  və  rəngarəng    ünsürlərlə  dolu  olan   
panelin,   yuxarıya doğru hərəkətidir.  Burada yuxarı qalxma 
duymada,  təsəvvürdə,  qavrama  proseslərində,  hafizələrdə 
(yaddaşlarda)      əksini  tapır  və  insanın  ruhuna oturur,  insan 
onu  yaddaşın  (hafizənin)    təzələnməsi  hesabına  (yeni 
material  aləm  və  hadisələrin  inikası  yaddaşın  təzələnməsinə, 
yeni  informasiyalarla  dolmasına  səbəb  olur)    hiss  edir. 
Ruhun  təzələnməsini  material  aləm  təmin  edir  və  material 
aləm  hissi  aləmə  təsir  göstərir.  Yaddaşın  (hafizənin)  
təzələnməsi və itiləşməsi, güclənməsi   daima yeni məlumatlar 
almaqla təmin olunur).      
Müdrikliyin    fərdi  olmasına  görə  onun  məkanını  bütöv 
halda  qətiləşdirmək  olmaz.    Müdrikliyin    birmənalı  olaraq 
Qərbdə  və  ya  da  Şərqdə  meydana  gəlməsi  haqqında  fikir 
yürütmək  olduqca  çətindir.  Məsələn,  tarixçilərin  gəldiyi 
qənaətlərə  görə,  Misirdə  dövlət,  əgər  b.e.ə.  IV-III  minillikdə 
təşəkkül 
tapıbdırsa, 
deməli, 
həmin 
dövrdə 
dövlətin 
yaranmasında  müdrik  və  ağıllı  insanlar  iştirak  ediblər.  Aralıq 
dənizinin  Şərq  hissəsinin  sivilizasiyası  da  onu  deməyə  əsas 
verir  ki,  müdrikliyin  vətəni  heç  də  tək  Hindistan,  Çin  və 
Yunanınstan,  eləcə  də  Roma  olmamışdır.  Müdriklik  olmayan 
yerdə  təşkilatçılıq  və  idarəçilik  də  ola  bilməzdi.  Buna  görə  də 
fəlsəfə tarixini qədim Şərqə aparmaq daha məqsədəuyğun olar.  
Fəlsəfəşünasların    fikrincə,    Qədim  Yunanıstanda  “müdirklik” 
elmin  obyekti  olmuşdur  və  müdrikliyin  tərkibinə  aid  olan 
məfhumlar  elmin  sistemləşdirilməsi  üçün  predmet  rolunu  


10 
 
oynamışdır.  Müdrikliyin  “loqos”u,  yəni  təlimi  Yunanıstanda 
formalaşmışdır. 
Müdriklik 
sevilmişdir 
(Sokrat, 
Platon, 
Aristotel  və  s.    tərəfindən)    və  öyrənilmək  üçün  təlim  olaraq  
məktəblərə  (sxolastika)    cəlb  olunmuşdur.  Müdrikliyin  ayrı-
ayrı  hissələrinin  öyrənilməyə  başlaması  isə  elmi  meydana 
gətirmişdir.  Material  aləm  və  onun  tərkibi  (bütöv  və  tərkib 
halında  materiyanın  öyrənilməsi)  natur  fəlsəfənin  (təbiət 
haqqında,  onun  materiyası  barəsində,  substansiya  elementləri 
barədə        müdrik  düşüncələr)    obyektinə  çevrilmişdir  və 
material  aləm  üzərində  düşüncə  özü  elə  natur  fəlsəfənin 
meydana  gəlməsinin  əsaslarını  formalaşdırmışdır.    Ümumi 
düşüncənin  sübutunun  axtarışı    və  bu  istiqamətdə  ümumi 
düşüncənin 
parçalanması 
elmin 
ayrı-ayrı 
sahələrinin 
yaranmasının əsaslarını təşkil etmişdir.   
Müdriklik  yüksək  təsəvvürə,  dərin  düşüncələrə,  dərin  və 
mənalı mülahizələrə, inkişaf etmiş təfəkkürə  bağlıdır.  Hər bir 
düşüncənin  obyekti,  məfhumu  var.  Düşüncənin  obyekti    həm 
tək  halda  məfum  ola  bilər,  həm  də  cəmləşmiş  məfhumlar 
burada  iştirak  edə  bilər.    Bu  baxımdan  da    fəlsəfənin  obyekti 
(predmeti)  elə  yüksək  düşüncədir.  Fəlsəfənin  tərkibini  
məntiq yolu ilə elm öyrənir. Burada təfəkkürün formalaşması  
prosesi  (görmə,  seyr  etmə,  müşahidə  aparma;  dərk  etmə-
qavrama,  mənimsəmə,    hafizədə  saxlama,  məlumatları  emal  
etmə, nəticələrə gəlmə və s. formalaşmada iştirak edir)  mühüm 
rol  oynayır.  (Qeyd:  elmi  izahlara  görə,  təfəkkür  prosesi  hər 
şeydən  əvvəl  təhlil,  tərkib  və  ümumiləşdirmədir.  Təhlil 
obyektin  bu  və  ya  digər  cəhətlərini,  ünsürlərini,  xassələrini, 
əlaqələrini,  münasibətlərini  və  s.  ayırmaq,  öyrənmək,  dərk 
edilən obyekti onun müxtəlif komponentlərinə parçalamaqdır.
9
 
Digər  bir  izaha  əsasən  isə
 
təfəkkür  –gerçəklikdəki  cisim  və 
                                                 
9
 Ümumi psixologiya. Pedaqoji institutların tələbələri üçün dərslik. 
Prof. A.V. Petrovskinin redaktorluğu ilə. Əlavələr edilmiş və yenidən 
işlənilmiş 2-ci nəşrindən (M., 1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982. 
səh. 340.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə