Microsoft Word Insan huquqlari I kitab doc


Hüquq nədir. Hüquq-fəlsəfə və elmin obyekti kimi



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   2   3   4   5   6   7   8   9   10   ...   36

20 
 
Hüquq nədir. Hüquq-fəlsəfə və elmin obyekti kimi  
 
Hüquq  ilk  növbədə  insanlara  xas  olan  bir  məfhumdur. 
İ
nsanlar  isə  öz  hüquqlarını  təmin  etmək  və  bu  baxımdan 
qorumaq üçün müxtəlif tərəfləri, səlahiyyətli qurumları (dövlət 
hakimiyyətinin  qurumları)  təşkil  edirlər  və  özləri  də  həmin 
qurumlarda  təmsil  olunurlar.  Bu  baxımdan  da  hüquq  tərəflərə 
aid  olan  bir  status  müəyyənedici  amil  və  kriteriyadır.  Hüquq 
həm  insanlara,  həm  də  onların  yaratdıqları  qurumlara  aid 
olduğundan,  müxtəlif  tərəfli  xassələrə  malik  olduğundan,  
bölgüsü  də  geniş  olur.  Buna  görə  də  hüquq  dedikdə,  baza 
etibarilə  insanların  vəzifə  və  səlahiyyətləri  başa  düşülməklə 
yanaşı,  insanların  yaratdıqları  qurumların  da  vəzifə  və 
səlahiyyətləri başa düşülür. Deməli, hüquq geniş bir anlayışdır 
və  onun  subyekti  həm  insanlar,  həm  də  insanların  yaratdıqları 
qurumlardır.  Hüququn  obyekti  genişdir  və  şaxələnmə 
xassələrinə  malikdir.    Bu  baxımdan  insan  hüququ,  onun 
yaratdığı  subyektin-dövlətin,  hakimiyyətin,  hüquqi  şəxsin 
hüquqları  anlayışları  da  ortaya  çıxır.  Buradan  da  görünür  ki, 
hüquq  fəaliyyəti  genişləndirici,  eləcə  də  mərkəzi  ideya  olaraq 
eyniləşdirici,  oxşarlaşdırıcı  bir  məfhumdur.  Məsələn,  insan 
hüquqlarının  reallaşmasında  həm  insanın  özü  fərdi  qaydada 
(ona  məxsus  olan  təbii  və  pozitiv  hüquqlardan  istifadə 
etməklə),  həm  də  kollektiv  olaraq  dövlət  və  hüquqi  şəxslər 
qismində  çıxış  edir.  Bu  baxımdan  da  hüquq  mərkəzləşdirici 
və  şaxələndirici,  lakin  baza  etibarilə  eyni  məzmun  kəsb  edən 
bir  ümumiləşdirici  məfhumdur.  Hüquq  zəngin  olduğundan 
insanların  bütün  fəaliyyətlərində  onlarla  birlikdə  olur  və 
insanların  fəaliyyətini  tənzim  edir.  Dövlət  hakimiyyəti  insan 
hüquqlarının təmin olunmasında məsuliyyətli bir tərəfə çevrilir. 
Qəbul edilən ölkədaxili hüquqi sənədlərdə, eləcə də beynəlxalq 
sənədlərdə  dövlətlər  məsuliyyətli  tərəflərə,  hüquq  təminedici 
öhdəliyi  olan  tərəflərə    çevrilirlər.    Bu  baxımdan  Mülki  və 
Siyasi Hüquqlar haqqında Paktda (Maddə-2) da qeyd olunur 


21 
 
ki,  hazırki  Paktda  iştirak  edən  hər  bir  dövlət,  onun  ərazisi 
hüdudlarında  və  onun  yurisdiksiyası  altında  olan  bütün 
şəxslərin  hazırki  Paktda  qəbul  edilən  hüquqlarına,  irqi, 
dərisinin  rəngi,  cinsi,  dini,  dili,  siyasi  və  digər  əqidələri,  milli 
və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları 
ilə  bağlı  əlamətlərinə  heç  bir  fərq  qoymadan  hörmət  etməyi, 
onların bu hüquqlarını təmin etməyi öhdəsinə götürür.
26
  
 
Mən,  E.N.-bir  müəllif  kimi  burada  hüquq  anlayışının 
məzmununa  intuitiv  (hissi)  idrakla  (daha  çox  təsəvvür  və 
məntiqi  idrakla)  yanaşmağa  çalışacağam  və  tərkib  və  bütöv 
halda, təsir halında, hökm (Qeyd: hökm-maddi gerçəklikdəki 
cisim  və  hadisələrin  hər  hansı  əlamətini,  xassəsini,  onların 
başqa  cisimlərlə,  hadisələrlə  əlaqəsini,  meydana  gəlməsini  və 
inkişaf  qanunauyğunluqlarını  təfəkkürümüzdə  əks  etdirən 
iqrari,  yaxud  da  inkari  fikirdir  ki,  bu  fikir  də  doğru  və  ya  da 
yalan  ola  bilər.  İnsanın  hər  cür  fikri  hökm  formasında  ifadə 
olunur)
27
 
 və həcm (Qeyd: elmi-məntiqi izahlara əsasən,   hər 
bir  məfhumun  da  iki  tərəfi-məzmunu  və  həcmi    vardır. 
Məfhumların  məzmunlarının  açılmasında  tərifdən  istifadə 
edilir.  Təriflərin  köməkliyi  ilə  məfhumların  cins  və  növünü 
göstərməklə,  onların  məzmununu  dəqiq  müəyyən  edirik)
28
  
formasında  hüquq    məfhumunu  bəzi  parametrlər  baxımından   
anlatmağa  səy  göstərəcəyəm.  Onu  da  qəbul  edirəm ki,  intuitiv 
dərketmə  əslində  real  təsəvvürlərdən  meydana  gəlir,  yəni  real 
cisim  və  hadisələrin  baş  beyində  obrazlı  şəkildə  əks 
                                                 
26
  Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. I Hissə. 
Maddə-1. BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200 A 
(XXI) saylı qətnaməsi ilə qəbul edilmidir. 23 mart 1976-cı ildə qüvvəyə 
minmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul 
tarixli, 227 nömrəli qərarına əsasən ratifikasiya edilmişdir. AMEA-nın 
İ
nsan Hüquqları İnstitutu. Din və etiqad azadlığı beynəlxalq, regional 
və milli hüquqi sənədlərdə. Bakı, “Elm və Təhsil” nəşriyyatı-
2013,səh.16.
 
27
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 117. 
28
  Yenə orada. s. 99. 


22 
 
olunmasından üzə çıxır,   eləcə də seyrlərdən (müşahidələrdən) 
və  qəbul  edilənlərin  (informasiya  kimi)  dərk  edilməsindən 
yaranır. Hissi idrak material idrakın təcrübəsindən əmələ gələn 
idrak  kimi  də  qəbul  olunmalıdır.    Onu  da  nəzərə  almaq 
lazımdır  ki,  biz  insanların  yaşadıqları  məkan,  eləcə  də  hiss 
etdikləri və gördükləri aləm  kainat adlandırdığımız bu nəhəng 
sistemin  tərkiblərindən  biri   olan  Günəş  sistemidir və onun da 
daxilində  olan    Yer  kürəsidir.  Bu  tərkib  üzərində  biz  insanlar 
yaşadığımızdan  (insanlar  da  kainatın  tərkibidir)  tərkibi  görə-
görə  dərk  edirik,  siqnalları  eşidə-eşidə  məlumatlar  əldə  edirik, 
iyibilmə  və  dadbilmə    vasitəsi  ilə  də    məzmunu  fərqləndirə 
bilirik.  Düşüncələr  yolu  ilə  aləmi  dərk  edirik.  Ətrafdan  daxil 
olan 
siqnallar 
düçüncələrimizin 
ə
saslarını 
yaradır. 
Düşüncələrimiz  həm  bizdən  asılı  olan,  həm  də  bizdən  asılı 
olmayan  səbəblərdən  formalaşır.  İradi  və  qeyri-iradi  düşüncə 
formaları  meydana  gəlir.  Düşüncələrimiz  bizi  idarə  edir  və 
bizim 
fərdi 
və 
ümumi 
qaydada 
ə
traf 
aləmə 
olan 
münasibətlərimizi  və  əlaqələrimizi  şərtləndirir.      Duyğu 
orqanları  ilə  cisim  (nisbi  hərəkətdə  və  dayanıqlı  vəziyyətində)  
və  hadisələri  (nisbi  və  mütləq  yerdəyişmələrlə  xarakterizə 
olunan  hadisələri)  qavraya  bilirik,  əlamətləri  və  xassələri 
müəyyən  etmək  imkanlarına  malik  oluruq.  Biz  insanlar  cisim 
və  hadisələri  bizə  verilən  qabiliyyətlər  və  imkanlar 
çərçivəsində  dəyərləndirə  və  xassələndirə  bilirik.  Lakin  ola 
bilər  ki,  bəlkə  də  ətrafda  baş  verən  proseslər  heç  də    biz 
düşündüyümüz  kimi  deyil.  Bizim  düşüncələrimiz  bizə  verilən 
qabiliyyətlərin xassələrinə uyğun olaraq, yalnız bunu belə dərk 
etməyə  imkan verir.  
Yer  kürəsində  kainatın  əlamətləri  var  və  bu  əlamətləri 
görməklə  kainat  haqqında  hipotezalar  (fərziyyələr,  gümanlar)  
irəli sürə bilirik və elmi tədqiqatı bu hipotezaların (gümanların, 
fərziyyələrin)   arxasınca  (hipotezlar fəlsəfi də ola bilər)  apara 
bilirik.  (Qeyd:  hər  bir  tərkib  öz  bütövünə  atributivdir.  Yəni, 
onun  tərkibi  olaraq  əlamətini  müəyyən  edəndir.  Yer  kürəsi 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə