Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

41 
 
və  dərk  olunmaq  və    anlamaq,  mahiyyətini  başa  düşmək 
(obrazın  beyində  tam  mahiyyəti  ilə  qəbul  olunaraq,  dərk 
olunması), tətbiq və icra olunmaq, əməl edilmək  baxımından, 
həm  də  obyekt  –burada  öyrənmək,  təriflər  verməklə 
məzmununu  açmaq  baxımından,    məntiq  və  fəlsəfənin 
obyektidir.  (Bax,  qrafik-1).    Həm  də  predmetidir.  Hüquq 
məfhumu  çox  genişdir,  şaxələnə  və  ümumiləşə      bilir.  (Qeyd: 
ümumiləşdirmə  (generalisatio-fikrin  təkcədən  ümumiyə 
keçməsi)  -elə  fikir  əməliyyatıdır  ki,  müəyyən  cisimlər  sinifinə 
aid  olan  ümumi  fərqləndirici  xassələrin,  əlamətlərin  fikrən 
ayrılmasıdır  və  formalaşdırdığımız  nəticənin  bu  sinfə  daxil 
olan  hər  bir  ayrıca  sinfə  daxil  olmasıdır.
47
  Ümumiləşdirmə 
zamanı  müqayisə  olunan  obyektlərin  ümumi  cəhətlərin  (tərkib 
və təhlil nəticəsində) ayırd edilir)
48

 Belə  demək  mümkünsə,  hüquq  həm  də  riyaziyyatı  öz 
daxilində  əks  etdirən  qəti  bir  məfhumdur.  Bununla  yanaşı, 
mürəkkəbliyə  (mürəkkəb  olduğu  üçün  dəyişkənliyə)    də 
malikdir.  Hüquq  formal  məntiqin  obyektidir,  çünki  burada 
insanların  yaşayışının  dəqiq  və  sadə  əsasları  öz  əksini  tapır. 
Formal  məntiq  yolu  ilə  insanlar  öz  hüquqlarını  daha  dərindən 
dərk edirlər.   
Hüquq dialektik (qarşılıqlı olaraq danışmaq, ardıcıl şəkildə 
fikirləri  bildirmək  və  s.)    məntiqin  də  obyektidir.  (Qeyd: 
dialektik  məntiq-dialektik  materializmin  məntiqi  təlimi, 
obyektiv  aləmin  inkişafının  təfəkkürdə  əks  olunması 
qanunları 
və 
formaları, 
həqiqətin 
dərk 
edilməsinin 
qanunauyğunluqları    haqqında  elmdir.  Formal  məntiqdən 
                                                 
47
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 115. 
48
    Ümumi  psixologiya.  Pedaqoji  institutların  tələbələri  üçün  dərslik. 
Prof.  A.V.  Petrovskinin  redaktorluğu  ilə.  Əlavələr  edilmiş  və  yenidən 
işlənilmiş 2-ci nəşrindən (M., 1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982. 
səh. 341.  


42 
 
sonra  inkişafa  məruz  qalmışdır).
49
 
Belə  ki,  insanların 
hərəkətlərinə, cəmiyyətin inkişafına və insanların münasibət və 
ə
laqələrinə  bağlı  olaraq  daima  genişlənəndir  və  tərkibini 
artırandır. Hüquq  genişlənərk tərkibini zənginləşdirdikcə, daha 
da dərin məna kəsb etməyə başlayır və əhatə məkanı  və obyekt 
üzrə  böyüyür.  Daxili  zənginləşmə  obyektin  özünün  də  
hüququnu  böyüdür.  Məsələn,  dövlətin  zənginləşməsi  onun 
hüququnu  da  böyüdür.      Hüquq  hər  zaman  təbiidir  və  genetik 
(mənşə)  baxımından  insanların  mənəvi  aləminə  bağlıdır. 
Hüquq  insanların  mənəvi  aləmini  onların  maddi  aləmlə  olan 
münasibətlərində  və  əlaqələrində,  təsirlərində  əks  etdirir.  Bu 
baxımdan  bağlayıcı  və  əlaqələndirici  kriteriydaır.    Hüquq 
insanlar  arasındakı  əlaqələrdə  və  münasibətlərdə  onların 
qarşılıqlı 
olaraq 
vəzifə 
və 
funksiyalarının 
müəyyən 
olunmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Hüquq  insanların 
maddi-material  aləmə  olan  münasibətlərinin  ölçülərini  və 
meyarlarını  müəyyənləşdirən  əsas  kriteriya  kimi  əhəmiyyət 
kəsb    edir.    Hüquq  təminat  baxımından  zamana  və  resurslara 
bağlı olan kriteriyadır. Hüquq təminatının əsas ölçüləri (burada 
kəmiyyəti,  həddi)  müəyyən  resurslarla  əlaqəlidir.    Resursların 
zənginləşməsi hüququn təmin olunmasında olan üstünlükləri və 
zənginlikləri  ortaya  çıxarır.  Resursların  zənginləşməsi,  maddi-
material  vasitələrin  çoxalması  hüquqların  da  müvafiq  qaydada 
zənginləşməsinə xidmət edir. Məsələn, inkişaf etmiş ölkələr ilə 
kasıb  ölkələrin  insanlarının  hüquqlarının  eyniliyi  baxımından 
(burada  eyni  səviyyədə  təmin  olunma  nəzərdə  tutulur)  mütləq 
fikir  söyləmək  düzgün  deyil.    Hüquq  resurslara  bağlı 
olduğundan  tərkib etibarilə resursların zəngin olduğu ölkələrdə 
yüksək  səviyyədə  təmin  oluna  bilər.  Buradan  belə  bir  qəti 
sillogizm  çıxarmaq  olar.  Cəmiyyətin  inkişafı  resurslara 
bağlıdır.  Resurs  hüquqları  zənginləşdirəndir.  Deməli,  zəngin 
                                                 
49
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 103.
 


43 
 
hüquq inkişafdır. Burada iki hökm başlanğıcdır, üçüncü hökm 
isə nəticədir.  
Təbii hüquqlar mütləqdir, heç bir zaman ləğv oluna bilməz. 
(Qeyd:  təbii  hüququn  daşıyıcısı  olan  insanın  ölümü  ilə  fərdi 
olaraq  hüquq  da  bitir.  Deməli,  hüquq  fərdi  məxsusi 
kriteriyadır.  İnsanlarla  birlikdə  onu  bütün  ömrü boyu  müşaiət 
edir).    Lakin  müəyyən  hallarda  (məsələn,  hüququn  məxsus 
olduğu tərəfin cinayət törətməsi zamanı) müəyyən həddə qədər 
məhdudlaşa  bilər.  Lakin  tam  şəkildə  ləğv  oluna  bilməz.  O 
halda  insan  insan  kimi  mövcudluğunu,  şəxsiyyətini  itirər. 
Məsələn,  azadlığın  məhdudlaşdırılması  hərəkətinin  özü  bir 
hüquq 
məhdudlaşdırandır. 
Azadlığın 
məhdudlaşdığı 
məkanlarda  insanlara  (məhkumlara)    əlavə  olaraq  işgəncələrin 
verilməsi  artıq  insanlığın  dəyərini  şərtləndirən  normadan 
kənara  çıxmaq  deməkdir.  Bu  anda  insan  şəxsiyyətini  itirir, 
ləyaqəti,  şərəfi    tamamilə  alçalır.  Bu  fikirlərdən  belə  bir 
məntiqi  nəticələrə  gəlmək  olur  ki,  hüququn  özü  də  məxsus 
olduğu  fərdə  münasibətdə  norma  və  ölçülərə  tabedir. 
Normaının  ən  aşağı  səviyyəsi  və  demək  olar  ki,  yoxluğu 
hüquqsuzluq  deməkdir  ki,  bu  da  elə  şəxsiyyətin  yoxluğuna 
səbəbdir.     Buradan belə bir məntiqi nəticələrə gəlmək olur ki, 
insan  hüquqları  onların  şəxsiyyətlərini  müəyyən  edən  və 
dəyərləndirən əsas meyardır, ölçüdür.  Belə bir formal məntiqi 
sillogizmlərdən  (qəti  sillogizmdən  -bunu  həm  də  bir  qədər 
riyazi  məntiqə  də  uyğunlaşdırmaq,  izomorf  etmək  olar)    çıxış 
edərək, belə  hökm etmək  olar. Hüquq şəxsi müəyyən edəndir. 
İ
nsan şəxsdir. Deməli, hüquq insanı müəyyən edəndir. İnsan 
hər  yandadır.  Hüquq  insanla  bağlıdır.  Deməli,  hüquq  hər 
yandadır.  Burada  hökmlər    və  nəticələr      forma  və  məzmun 
baxımından eynidir. Dəqiq nəticələrə  gəlinibdir. Onu da qəbul 
etmək olar ki, məntiqi nəticələri düzgün çıxarmaq üçün mütləq 
qaydada  daha  çox  pozitivlikdən,  yəni  qəbuledilənlikdən 
istifadə  etmək  lazımdır.  Hökmlərin  özü  də  məntiqə  bağlıdır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə