24
Öz təsirinə görə EMŞ-də olduğu kimi, ionlaşdırıcı olub,
hüceyrə səviyyəsində baş verir. Hüceyrə maddələrini
ionlaşdıraraq onda patoloji dəyişikliklər yaranmasına səbəb
olur. Nəticədə hüceyrənin energetik və irsi mexanizmi pozulur,
immun mexanizmi zəifləyir.
Radioaktiv və elektromaqnit şüalanmaları ən təhlükəli
çirklənmə növləri olub, insanla bərabər bütün canlı aləmə
(biosenoza) güclü təsir göstərir.
Kimyəvi çirklənmə ətraf mühitə ona yad olan və ya
qatılığı təbii fondan çox olan maddə və birləşmələrin
gətirilməsi ilə mühitin kimyəvi xassələrinin dəyişdirilməsi
nəticəsində baş verir. «İstənilməyən yerdə, istənilməyən zaman
və istənilməyən miqdarda» aşkar olunan bütün kimyəvi maddə
və birləşmələr çirkləndirici adlandırılır. Kimyəvi çirklənmənin
əsas mənbələri sənaye, energetika, nəqliyyat vasitələri və kənd
təsərrüfatı istehsalı olub, çirkləndiricilərin tərkibi çox geniş
diapazona malikdir:
• karbon birləşmələri (C
B
x
B
O
B
y
B
);
• kükürd birləşmələri (S
B
x
B
O
B
y
B
);
• azot birləşmələri (N
B
x
B
O
B
y
B
);
• karbohidrogen məhsulları;
• ftorlu birləşmələr;
• ağır metallar;
• pestisidlər;
• üzvi metal birləşmələri;
• mərgümüş birləşmələr;
• yuyucu maddələr;
• plastik kütlə;
• aerozollar;
25
• sintez olunmuş üzvi maddələr;
• radioaktiv elementlər (bəzi mənbələrdə fiziki çirklən-
məyə aid edirik) və s.
Kimyəvi çirkləndiricilər sırasında çox təhlükəli və ya
toksikliyi yüksək olan maddə və birləşmələr vardır ki, onların
da mühitdə iştirakı yolverilməzdir (civə, mərgümüş birləş-
mələri, radioaktiv elementlər və s.).
Çox təhlükəli kimyəvi maddələr sırasına süni yolla sintez
olunmuş dioksidinlər qrupu da daxildir. Dioksidinlər mutagen,
kanserogen və embriotoksikoloji təsirə malik olub, bioakku-
mulyasiya (bioloji toplanma) xassəlidir. İnsan orqanizminin
inkişafında səbəb olduqları anormallıq irsən keçə bilir.
Biosferin çirklənməsində kənd təsərrüfatının intensivləş-
dirilməsi (sənayeləşdirilməsi) sayəsində kimyanın – gübrə və
pestisidlərin tətbiqi xüsusi yer tutur. Miqyasına və törətdikləri
təzadlara görə sənayedən sonra ikinci yerdə durur.
1.2.Təbii ehtiyatlardan səmərəli istifadənin ekoloji
əsasları
Qlobal ekosistem olan biosferdə baş verən, dönməz
dəyişikliklər ekoloji inqilabla nəticələnərək təbiət-cəmiyyət
münasibətlərinin yeni inkişaf mərhələsinə – idarə olunan
təkamül nəticəsinə keçidlə nəticələnmişdir. Yeni mərhələdə
təbiət-cəmiyyət münasibətlərinin konsepsiyası qlobal ekologiya
adlanaraq, biosferin strukturu və funksiyalarından bəhs edən
təlimdir. Qlobal ekologiya konsepsiyasının əsasını təbiət-
cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsi təşkil edir.
Təbiət-cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsinin
başlıca məqsədi:
• təbii sərvətlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi;
26
• təbii mühit amillərinin keyfiyyət parametrlərinin və
ekosistemin dayanaqlığının saxlanılmasının mütləq təmin
olunmasıdır.
Təbiət-cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsi bir
sıra texnoloji və idarəçilik tədbirləri kompleksini əhatə edir ki,
onların da mahiyyəti təbii sərvətdan istifadənin prinsiplərində,
vəzifələrində və təbii sərvətdən istifadəyə qoyulan məhdudiy-
yətlərdə öz əksini tapmışdır (şəkil 1).
27
Şəkil 1. Təbiət-cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsinin mahiyyəti
Qlobal ekologiya
Təniət-cəmiyyət münasibətlərinin
ekolojiləşdirilməsi
Əsaslanır
Təbii
sərvətlərdən
səmərəli
istifadə
Biosferin
sabitliyinə və
ekosistemləri
n
dayanıqlığın
a
Prinsi
pl
ər
ə
V
əzif
əl
ər
ə
Qada
ğalara
Ek
ol
oj
i
pl
anl
aş
dı
rm
ay
a
Ekoloji qanunverijilikdə nəzərdə
tutulmayan təsərrüfat sahəsi
Ekosistemlərin daxili qanunauyğun-
luqlarına əks çıxan fəaliyyət növləri
Ətraf mühitə təsirin yol verilən həddi
keçməsi
Ətraf mühitə təsiri nəzərə almaq
Təsiri minimumlaşdırmaq
Tullantıları zərərləşdirmək
Əvəzləşdirmə
İcazəli istifadə
Ödənişli istifadə
Xidmət edir
28
U
Təbii sərvətlərdən istifadənin başlıca prinsipləri (latınca
prinsipum - başlanğıc, əsası):
• ekoloji ziyanın aradan qaldırılması prinsipi - təbii sərvət-
lərdən istifadə zamanı ekoloji ziyanını aradan qaldırıl-
ması və ya onun minimum həddə çatdırılması üçün
əvvəlcədən nəzərdə tutulmuş tədbirlərin həyata keçiril-
məsi;
• əvəzləşdirmə prinsipi - təbii sərvətlərdən istifadə
sferasında ətraf mühitə daha çox ziyan vuraraq təbii
sərvətləri tükəndirən fəaliyyət sahəsi, həyata keçirilməsi
baha başa gəlsə də, daha az ekoloji xələl gətirən istifadə
sahəsi ilə əvəzləşdirilməlidir;
• bioloji müxtəlifliyin saxlanılması prinsipi - hər hansı bir
təsərrüfat fəaliyyəti tarixən yaranmış bioloji müxtəlifliyi
dəyişdirməlidir;
• təbii sərvətlərin keyfiyyəti, saxlanılması prinsipi - təbii
sərvətlərin keyfiyyəti insanın sağlamlığı və ətraf mühit
üçün təhlükə törətməyən səviyyədə qalmasının təmin
olunması;
• icazəli istifadə prinsipi - təbii sərvətlərdən istifadə ilə
bağlı olub ətraf mühitə təsir göstərən bütün fəaliyyət
növlərinin yalnız təyin olunmuş qaydada verilən xüsusi
icəzə əsasında həyata keçirilməsi;
• ödənişli istifadə prinsipi - istifadə etdiyi sərvətə və ətraf
mühitə göstərdiyi təsirə görə, hər bir istifadəçi pul
ödəməlidir;
Dostları ilə paylaş: |