13
kənarlarına tərəf kifayət qədər dəyişəcəkdir. Şəkillərin miqyasının
dəyişməsi
orbitin xarakterindən asılıdır. Yer səthinin ən sabitmiqyaslı şəkilləri dairəvi
orbitdə alınır. Beləliklə, şəkillərin miqyasının sabitliyi planalma orbitinin səciy-
yəsi və yüksəkliyindən, YSP-də qoyulmuş cihazların tipindən, planalmanın op-
tik oxunun meyl bucağından və s. amillərdən asılıdır.
Rusiyada orbitə müxtəlif konstruksiyalı YSP çıxarılmışdır: “Kosmos”,
“Elektron”, “Proton”, “Molniya”, “Meteor”, “Raduqa” və s.
Müxtəlif məqsədli
YSP-ni digər dövlətlər də orbitə çıxarır (ABŞ, Böyük Britaniya, Kanada, Fran-
sa, Hindistan, İtaliya, Yaponiya, ÇXR, Türkiyə, Braziliya). Hazırda kosmik
fəzada 2 mindən artıq YSP vardır.
“Meteor” (Rusiya) və “Lendsat” (ABŞ) texnoloji YSP köməyi ilə alınmış
kosmik zondlama materialları bir çox geoloji məsələlərin həllində geniş
istifadə edilir. Bu tipli YSP yer səthinin böyük hissəsinin
keyfiyyətli şəkilləri-
nin alınmasına imkan yaradan cihazlarla təchiz olunmuşdur. Hazırkı dövrə
kimi, YSP-də yerləşdirilmiş xüsusi cihazların köməyi ilə yer kürəsinin bütün
səthinin kosmofotoşəkilləri çəkilmişdir.
Bu şəkillərin tədqiqi bir çox geoloji problemlərin həllinə yeni aspektdən
yanaşmağa imkan vermişdir. Bununla əlaqədar olaraq, meteoroloji YSP ilə
alınmış kosmik planalmanın materiallarına əhəmiyyətli geoloji informasiya
mənbəyi kimi baxmaq lazımdır.
Hazırda tədqiqatçılar
minlərlə ağ-qara, rəngli və çoxzonalı kosmik şəkil-
lərlə təmin olunmuşlar. Bundan əlavə, YSP vasitəsilə radiolokasiya, spektro-
metrik planalma və müxtəlif geofiziki işlər də aparılır. Son zamanlar kosmik
texniki vasitələrin inkişafında böyük nailiyyətlər əldə edilmişdir. İndi orbitə bir
raketlə müxtəlif elmi-texniki məsələləri həll edə biləcək
bir neçə YSP burax-
maq mümkündür. Məsələn, 1987-ci il 16 iyunda Rusiyada bir ballistik raket
vasitəsilə orbitə 8 YSP (Kosmos -1852-1859) buraxılmışdır.
Kosmik yarış - keçmiş SSRİ və ABŞ arasında 1957-1975-ci illərdə kos-
mosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxıl-
ması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların
Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakte-
rizə olunur. Terminin adı “Silahlanma yarışı”nın adına uyğunlaşdırılmışdır.
Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texno-
loji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli
idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşı-
maqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradır. “Yarış” 4 oktyabr 1957-ci
ildə Sovet İttifaqında Yerin ilk süni peyki “Sputnik-1”in kosmosa göndərilməsi
ilə başlamışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz
daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş
sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas “kosmik gücünə”
çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələ-
bəsi ilə başa çatdı. Belə ki, 1961-ci il, aprelin 12-də SSRİ-də “Vostok”
gəmisi
14
ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa
ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-a texniki və ideoloji zərbə
endirdi. Amerika buna 23 gündən sonra cavab verə bildi. ABŞ astronavtı Alan
Şepard “Free-dom-7” kosmik gəmisi ilə yerətrafı orbitə göndərildi. Beləliklə,
Şepard kosmosa göndərilən ikinci insan oldu. SSRİ buna növbəti kosmonavt-
larını yerətrafı orbitə göndərməklə cavab verdi. SSRİ 1962-ci il avqustun 12-
15-də kosmosa iki nəfər göndərdi və bununla Amerikanı yenə də qabaqlamış
oldu. Kosmos uğrunda gedən savaşa qadınlar da cəlb edildilər. Belə ki, 1963-cü
il iyunun 16-da “Vostok-5” gəmisi ilə SSRİ ilk qadın kosmonavtı,
Valentina
Tereşkovanı kosmosa göndərdi. Bu isə ideoloji baxımdan ABŞ-a vurulan daha
bir zərbə oldu. 1966-68-ci illərdə SSRİ-nin kosmosa göndərdiyi kosmik
gəmilərin bəziləri qəzaya uğradı. Bundan sonra kosmosda ağalıq etmək uğrunda
mübarizədə ABŞ tədricən üstünlüyü ələ almağa başladı. 1969-cu il iyulun 21-də
ABŞ-ın Ay proqramı çərçivəsində “Apollon-11” kosmik gəmisi uğurla Ay
səthinə ilk astronavtları, Nil Armstronq və Edvin Oldrini çıxardı.
Apollon Proqramı və ya Layihəsi –
Milli Kosmik Aeronavtika İdarəsi
(NASA) tərəfindən reallaşdırılmış Aya uçuş layihəsidir. Gemini Layihəsindən
sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq
müharibənin böyük rolu olmuşdur. Layihə Apollon
kosmik vasitələri və Saturn
V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçi-
rilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından
olan Apollondan almışdır.
Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsula-
dan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə
Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi
göndərilərək Ayın
orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya
keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini
tamamla-dıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə
geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə
olunan
Orbiter,
Ranger və
Surveyor gəmilərini göndərmişdi. Bunların köməyi
ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer müəyyənləşdirilmişdi.
Ay səthinə enmək məqsədilə 4 ayrı plan düşünülmüşdü:
1)Birbaşa qalxma: bu plana görə kosmik gəmi birbaşa Aya uçmalı və Aya
enib qalxmalı idi. Bu əməliyyat üçün həmin dövrün ən
güclü raketi olan Nova
raketindən daha güclü bir vasitəyə ehtiyac vardı;
2)Yerin orbitində görüşmə: bu plan biri kosmik gəmini, o biri isə
yanacağı daşıyan 2 Saturn V raketinin kosmosa qalxmasını nəzərdə tuturdu.
Kosmik gəmi Yerin orbitinə yerləşməli və lazımı qədər yanacaq doldurulduq-
dan sonra Aya gedib qayıtmalı idi. Yenə də kosmik gəmi tam halda Ay səthinə
oturmalı idi;
3)Ay səthində görüşmə: bu plan biri yanacaq daşıyan və Aya enməli olan
insansız kosmik vasitənin və bir müddət sonra onu izləməli olan insanlı kosmik