15
gəminin yaradılmasına əsaslanırdı. Yanacaq insanlı vasitə Yerə qayıtmazdan
əvvəl insansız vasitədən insanlı vasitəyə köçürülməli idi;
4)Ay orbitində görüşmə: bu plana görə kosmik vasitə İdarəetmə modulu,
Xidmət modulu və Ay modulundan ibarət olmalı idi. İdarəetmə modulu və
Xidmət modulu 3 astronavtın 5 günlük Ay səfəri üçün lazımlı həyat sistemlərini
və kosmik gəmi Yer atmosferinə geri qayıdarkən lazım olacaq istilik qalxanını
daşıyırdı. Ay modulu Ay orbitində əsas gəmidən ayrılacaq və iki astronavtı Ay
səthinə eniş üçün daşıyacaqdı. Ən sonda İdarəetmə modulu
ilə Xidmət modulu
geri dönəcəkdi. Atmosferə girərkən Xidmət modulu da buraxılacaq və beləliklə
Yerə geri qayıdan tək hissə İdarəetmə modulu olacaqdı. Sonda məhz bu plan
seçilmiş və icra edilmişdir.
Bütün planlar arasında Ay orbitində görüşmə planı kosmik vasitənin
yalnız kiçik bir hissəsi Aya endiyi üçün geri qayıtma vasitələrinə lazım olan
kütləni minimuma endirirdi. Geri qayıdacaq kütlə eniş mühərriki və eniş vasitə-
lərinin də Ay səthində qalması ilə daha da azalır. Layihənin icrası zamanı əldə
edilən bir çox müvəffəqiyyətlərə qarşı 2 böyük uğursuzluq yaşanmışdı. Birin-
cisi Apollon-1-in uçuş sınaqları zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard
Higgins Vayt və Rocer Çaffi) ölümü, ikincisi isə Apollon-13-ü
kosmosda
partlaması idi. Bu fəlakət layihə mühəndislərinin, uçuş nəzarətçilərinin və
heyyət üzvlərinin səyləri sayəsində astronavtlara heç bir zərər dəymədən sovuş-
duruldu. İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən Apollon-8-n
Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə dövrə vurması ilə atıldı
(həmin kosmik gəmi Yerə qayıdıb Sakit okeana enmişdi (27.12.1968)). 3 Mart
1969-cu ildə Apollon-9 vasitəsilə Aya enmə zamanı istifadə ediləcək Ay
modulu sınandı. Apollonun əsas gövdəsindən kiçik
bir tunellə Ay moduluna
keçilərək, ilk dəfə kosmik gəminin xaricinə çıxmadan bir kosmik vasitədən
digərinə keçid edildi.
Apollon Layihəsinin ən böyük müvəffəqiyyətini Apollon-11 reallaşdırdı.
16 iyul 1969-cu il tarixində Keyp Kennedi kosmodro-mundan qalxan Apollon
11-n içərisindəki astronavtlardan Neyl Armstronq və Edvin Oldrin iyulun 20-də
Eagle adlı Ay moduluna keçdilər və iyulun 21-də səhərin erkən saatlarında Aya
qədəm basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən
İdarəetmə modulunda qaldı
(foto 1). Ayın səthinə ilk addım atan Neyl
Armstronq həmin an demişdi: "
Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün
böyük bir sıçrayışdır".
17
Foto 3 – də Amerika
kosmik gəmisi Apollon,
Cemini,
Merkuri və onların
buraxılması üçün tətbiq olunan raket daşıyıcılar arasında müqayisə verilmişdir.
Foto 3. Amerika kosmik gəmisi Apollon, Cemini, Merkuri və onların
buraxılması üçün tətbiq olunan raket daşıyıcılar arasında müqayisə.
Pilotlu kosmik gəmi bir və ya bir neçə adamın kosmosa fəzaya çatdırıl-
ması, orada nəzərdə tutulmuş proqramın yerinə yetirilməsi və kosmik heyətin
təhlükəsiz geriyə yerə qaytarılması üçün istifadə edilən
mürəkkəb uçan aparat-
dır. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir.
Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər
yerə
enmə
qabiliyyətinə
görə
fərqlənirlər.
Onlardan bir qismi paraşütlərlə (
Soyuz,
Vostok), digərləri isə birbaşa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi
yerə enə bilirlər (məsələn
Spase Shutle,
Buran). Para-şütlə düşən kosmik gəmi
hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların
atmosferə daxil
oduqdan sonra hərəkətini tən-zimləyir.
2012-ci il fevralın 8-də Azərbaycanın ilk suni peyki orbitə buraxıldı.
Azerspace-1 peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1
36
radələrində Cənubi
Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodro-
mundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə
qaldırıldı və uğurla geo-stasionar orbitə çıxarıldı.
ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən istehsal olunan “Azerspace-1”
peyki “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxa-rıldı. Təyin olunan vaxtda –
startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrıldı. Azerspace-
1 Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və
Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq
dairəsində geostasionar
orbitə çıxarıldı. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital
Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma
əsasında hazırlanmışdır. Peykin ümumi çəkisi 3250 kq təşkil edir və onun
istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal
transponderlərə malikdir
və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstə-
rəcəkdir. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir. Xatırladaq