Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə4/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   2   3   4   5   6   7   8   9   ...   128

15 
 
gəminin yaradılmasına  əsaslanırdı. Yanacaq insanlı vasitə Yerə qayıtmazdan 
əvvəl insansız vasitədən insanlı vasitəyə köçürülməli idi; 
4)Ay orbitində görüşmə: bu plana görə kosmik vasitə İdarəetmə modulu, 
Xidmət modulu və Ay modulundan ibarət olmalı idi. İdarəetmə modulu və 
Xidmət modulu 3 astronavtın 5 günlük Ay səfəri üçün lazımlı həyat sistemlərini 
və kosmik gəmi Yer atmosferinə geri qayıdarkən lazım olacaq istilik qalxanını 
daşıyırdı.  Ay modulu Ay orbitində əsas gəmidən ayrılacaq və iki astronavtı Ay 
səthinə eniş üçün daşıyacaqdı. Ən sonda İdarəetmə modulu ilə Xidmət modulu 
geri dönəcəkdi. Atmosferə girərkən Xidmət modulu da buraxılacaq və beləliklə 
Yerə geri qayıdan tək hissə  İdarəetmə modulu olacaqdı. Sonda məhz bu plan 
seçilmiş və icra edilmişdir. 
Bütün planlar arasında Ay orbitində görüşmə planı kosmik vasitənin 
yalnız kiçik bir hissəsi Aya endiyi üçün geri qayıtma vasitələrinə lazım olan 
kütləni minimuma endirirdi. Geri qayıdacaq kütlə eniş mühərriki və eniş vasitə-
lərinin də Ay səthində qalması ilə daha da azalır. Layihənin icrası zamanı əldə 
edilən bir çox müvəffəqiyyətlərə qarşı 2 böyük uğursuzluq yaşanmışdı. Birin-
cisi Apollon-1-in uçuş sınaqları zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard 
Higgins Vayt və Rocer Çaffi) ölümü, ikincisi isə Apollon-13-ü kosmosda 
partlaması idi. Bu fəlakət layihə mühəndislərinin, uçuş  nəzarətçilərinin və 
heyyət üzvlərinin səyləri sayəsində astronavtlara heç bir zərər dəymədən sovuş-
duruldu. İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən Apollon-8-n 
Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə dövrə vurması ilə atıldı 
(həmin kosmik gəmi Yerə qayıdıb Sakit okeana enmişdi (27.12.1968)). 3 Mart 
1969-cu ildə Apollon-9 vasitəsilə Aya enmə zamanı istifadə ediləcək Ay 
modulu sınandı. Apollonun əsas gövdəsindən kiçik bir tunellə Ay moduluna 
keçilərək, ilk dəfə kosmik gəminin xaricinə  çıxmadan bir kosmik vasitədən 
digərinə keçid edildi. 
Apollon Layihəsinin ən böyük müvəffəqiyyətini Apollon-11 reallaşdırdı. 
16 iyul 1969-cu il tarixində Keyp Kennedi kosmodro-mundan qalxan Apollon 
11-n içərisindəki astronavtlardan Neyl Armstronq və Edvin Oldrin iyulun 20-də 
Eagle adlı Ay moduluna keçdilər və iyulun 21-də səhərin erkən saatlarında Aya 
qədəm basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən 
İdarəetmə modulunda qaldı  (foto 1). Ayın səthinə ilk addım atan Neyl 
Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün 
böyük bir sıçrayışdır". 


16 
 
 
Foto 1. 16 iyul 1969-cu il, Saturn V raketi Apollon-11 kosmik gəmisini Ay 
səyahətinə doğru yola çıxarır. 
14 noyabr 1969-cu ildə göndərilən Apollon-12 sayəsində no-yabrın 19-da 
Aya ikinci dəfə insan göndərmək mümkün oldu. Apollon-13 Aya uçarkən 
oksigen balonlarından biri partladı  və  gəminin böyük hissəsi parçalandı. 
Astronavtlar çətinliklə Yerə geri qayıda bildilər. Apollon-15-n astronavtları 
kosmik vasitə ilə birlikdə aparılan nəqliyyat vasitəsinin köməyi ilə Ay səthində 
gəzərək çoxlu sayda nümunə topladılar. Apollon-16 özü ilə  təxminən 100 kq 
ağırlığında Ay daşı  gətirdi  (foto 2). Apollon-17 isə 1972-ci ilin dekabrında 
Apollon Layihəsi çərçivəsində həyata keçirilən son Ay səfərini reallaşdırdı. 
 
Foto  2.  Apollon 16-nın Ay modulu Ayın səthində. 
 


17 
 
Foto 3 – də Amerika kosmik gəmisi ApollonCeminiMerkuri və onların 
buraxılması üçün tətbiq olunan raket daşıyıcılar arasında müqayisə  verilmişdir. 
 
Foto 3. Amerika kosmik gəmisi Apollon, Cemini, Merkuri və onların 
buraxılması üçün tətbiq olunan raket daşıyıcılar arasında müqayisə. 
 
Pilotlu kosmik gəmi bir və ya bir neçə adamın kosmosa fəzaya çatdırıl-
ması, orada nəzərdə tutulmuş proqramın yerinə yetirilməsi və kosmik heyətin 
təhlükəsiz geriyə yerə qaytarılması üçün istifadə edilən mürəkkəb uçan aparat-
dır. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. 
Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər 
yerə
 
enmə
 
qabiliyyətinə
 
görə
 
fərqlənirlər.
 
Onlardan bir qismi paraşütlərlə (Soyuz
Vostok), digərləri isə birbaşa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi 
yerə enə bilirlər (məsələn Spase ShutleBuran). Para-şütlə düşən kosmik gəmi 
hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil 
oduqdan sonra hərəkətini tən-zimləyir. 
2012-ci il fevralın 8-də Azərbaycanın ilk suni peyki orbitə buraxıldı
Azerspace-1 peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1
36
 radələrində  Cənubi 
Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodro-
mundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə 
qaldırıldı və uğurla geo-stasionar orbitə çıxarıldı.  
 ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən istehsal olunan “Azerspace-1” 
peyki “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxa-rıldı. Təyin olunan vaxtda – 
startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrıldı. Azerspace-
1 Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və 
Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar 
orbitə  çıxarıldı. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital 
Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma 
əsasında hazırlanmışdır. Peykin ümumi çəkisi 3250 kq təşkil edir və onun 
istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir 
və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstə-
rəcəkdir. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir. Xatırladaq 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə