Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə7/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   2   3   4   5   6   7   8   9   10   ...   128

23 
 
min müxtəlif sahələri, o cümlədən  geologiya üzrə 1600-dən çox tədqiqat işləri 
aparılmışdır. Bu stansiya ən müasir elmi cihazlarla təchiz edilmiş iki birləşmə 
qovşağına malikdir. Stansiya “Proqres” tipli yük gəmilərini qəbul edə bilir. 
Yeni  nəsil  orbital  sistem  hesab  olunan “Salyut”-“Soyuz”-“Proqres” kosmik 
kompleksi tədqiqatçıların uzun müddət vaxtaşırı dəyişməsinin mümkünlüyünü 
təmin edən bütün əsas komponentlərə malikdir. “Salyut – 6” UOS-da 10 
beynəlxalq ekipaj üzvünün, “İnterkosmos” proqramı  çərçivəsində müştərək 
tədqiqat işləri aparan 3 ölkənin kosmonavtlarının iştirakı ilə  uçuş  keçir-mişdir. 
1987-ci ilin yazında kosmik fəzada  İKG “Soyuz TM-2”, “Mir” stan-
siyasının yeni nəsli, “Kvant” elmi modulu və “Proqres” yük gəmisindən ibarət 
sistem kimi özünü büruzə verən elmi kompleks işə başlamışdır. Kompleksdəki 
tədqiqatçılar yer səthinin plana alınmasında böyük həcmli işlər görmüş, həmçi-
nin əlavə günəş batareyalarının montajı üçün bir neçə dəfə açıq fəzaya  çıxmış-
lar. Ehtimal ki, UOS gələcəkdə də ən perspektivli kosmik daşıyıcı hesab oluna-
caqdır. 
 
2.5. Kosmik orbitlərin tipləri 
 
Yer səthinin plana alınmasının həyata keçirilməsində YSP-nin uçuş 
orbitinin seçilməsi mühüm rol oynayır. Yer səthinin  şəklini çəkmək üçün 
dairəvi orbit daha əlverişlidir. Onun köməyi ilə YSP-nin bütün uçuşu boyu 
eynimiqyaslı şəkillərin alınması mümkün olur. Meyilli orbitlərin də  əhəmiyyəti 
böyükdür. Meylliyindən asılı olaraq, orbitlər: ekvatorial (0
0
), qütbi (90
0
) və 
maili olur. 
YSP-ni qütbi (və ya kvaziqütbi) orbitə buraxarkən, peykdə olan cihazlar 
bütün yer səthinin tədqiqi üçün yararlı olur. Orbitin meyl bucağı 50-60
0
 
olduqda, qütb sahələri peykdəki cihazların görüş  səhəsinə düşmür. YSP-nin 
orbitinin meylliyi ən mühüm parametrlərdən biridir. Çünki şəkli çəkiləcək Yer 
səthinin eninə  əhatə edilmiş zolağı onunla təyin olunur.YSP-nin uçuş yolu bu 
en zolağından kənara çıxa bilməz, ona görə  də,  şəkli çəkiləcək zolağın eni 
orbitin meylliyindən və yüksəkliyindən asılıdır. Buradan belə bir asılılıq 
meydana çıxır: orbitin meyl bucağı  və yüksəkliyi nə  qədər böyük olarsa, yer 
səthindəki zolaq da bir o qədər böyük olacaqdır (şəkil 1). Adətən, meteoroloji 
peyklər, İKG və orbital stansiyalar, uçan dairəvi orbitdən əlavə, yerdə baş verən 
qlobal prosesləri müşahidə etmək üçün apogey və perigeydəki yüksəkliklərinə 
görə kəskin fərqlənən elliptik orbitlərdən də istifadə olunur. Günəşə və ya Yerə 
nəzərən iki növ: geosinxron və heliosinxron  orbit  ayırırlar. 


24 
 
 
Şəkil 1. YSP-nin tipləri. Dairəvi  və elliptik orbitlər. 
Kosmik planalmanın  əhatə  sahəsinin qiyməti  ilə orbitin  meyl  bucağı ara-
sındakı  asılılıq  göstərilmişdir. 
 
Geosinxron (geostasionar) orbitlər, peykin Yer ətrafında, onun fırlanma 
sürətinə sinxron uçuşu üçün nəzərdə tutulmuşdur ki, bu da, peykin, yer səthinin 
müəyyən bir sahəsi üzərində asılı  vəziyyətdə qalaraq, onu daim müşahidə 
altında saxlayır. 
Helisinxron orbitlər isə yer səthinin müəyyən sahəsinin eyni işıqlanma 
şəraitində şəklinin vaxtaşırı təkrarən çəkilməsi üçün nəzərdə tutulmuşdur. Buna 
misal olaraq, heliosinxron orbitdə uçan və ilkin şəkilçəkmə nöqtəsinə 18 
gündən sonra qayıdan “Lendsat” amerikan peykini göstərmək olar.  
Heliosinxron orbitdən kosmik planalma (şəkil çəkmə) müasir geoloji 
proseslərin dinamikasının tədqiqində geniş istifadə olunur. 
Yüksəkliklərinə görə YSP-nin uçuş yollarını üç qrupa bölmək olar: İKG 
və orbital stansiyaların uçduğu aşağıorbitli (200-240 km); meteoroloji və resurs 
YSP-nin uçduğu orta orbitli (500-1500 km); kosmik fəzanı  tədqiq etmək 
məqsədi daşıyan telekommunikasiya peyklərinin uçduğu yüksək orbitli (30000-
90000 km). Geoloji məqsədlər üçün aşağı- və ortaorbitli YSP-dən alınmış 
materiallardan istifadə olunur. 
 


25 
 
III. KOSMOSDAN MÜŞAHİDƏ VƏ ÖLÇÜ TEXNİKASI 
 
3.1. Vizual müşahidələr 
 
Hazırda geologiyada kosmik planalmanın müxtəlif növ nəticələrindən 
istifadə edilir (cədvəl 2). 
Yer səthinin kosmik fəzadan tədqiqinin başlanğıcı, dünyanın ilk kosmo-
navtı Y.A.Qaqarinin kosmosa uçduğu tarix - 1961-ci il 12  aprel hesab edilir. 
Vizual müşahidələr özünün yüksək operativliyi ilə  fərqlənərək, müxtəlif 
məqsədlər: geoloji tədqiqat obyektlərinin dəqiq seçilməsi; müşahidə olunan 
geoloji proseslərin dinamikası  və onun sürətinin qiymətləndirilməsi, naməlum 
geoloji obyektlərin və hadisələrin aşkar edilməsi üçün istifadə edilə bilər. 
 
Cədvəl 2 
Bəzi kosmik planalma növlərinin mühüm parametrləri 
 
 
 
Kosmik pla- 
nalmanın növü 
Planalmanın  
xarakteri 
Atmosferin 
təsiri 
Planalmanın  
aparıldığı vaxt 
İnformasiyanın 
alınma forması 
Passiv Zəif Gündüz 
Şəkil Fotoqrafik 
(KŞ) 
Televiziya Passiv 
Zəif Gündüz Təsvir 
Radiolokasiya (RL) 
Fəal 
 
Çox zəif 
 
Gündüz, gecə 
 
Şəkil, qrafik, təsvir 
İnfraqırmızı 
istilik (İQ) 
 
Passiv 
 
 
Ayrı-ayrı 
atmosfer 
pəncərələri 
Gündüz, gecə 
 
 
İstilik şəkli, qrafik 
 
Spektrometrik Passiv  Zəif Gündüz Qrafik 
Lazer 
 
 
Fəal 
 
 
Ayrı-ayrı 
atmosfer 
pəncərələri 
Gündüz, gecə 
 
 
Qrafik 
 
 
Maqnit Passiv 
İstisna Gündüz, 
gecə Siqnal, 
qrafik 
 
Kosmonavtların bütün müşahidələri xüsusi proqramla aparılır, tədqiqatın 
nəticələri isə jurnal və xəritədə qeydə alınır. Yer səthinin öyrənilməsinin ümumi 
dövründə hələlik buna köməkçi, lakin əhəmiyyətli üsul kimi baxmaq lazımdır. 
Kosmosa müxtəlif profilli mütəxəsislərin, o cümlədən, geoloqların göndəril-
məsi mumkün olduqdan sonra, vizual müşahidələrin  əhəmiyyəti daha da arta 
bilər. 
 
3.2. Kosmik fotoplanalma 
 
 Yer səthinin 150-200 km-dən böyük yüksəklikdən fotoəksinin alınması- 
kosmik planalma adlanır. 
Kosmik fotoplanalma - İKG,UOS və YSP-dən  əl kameraları,  şəkilçəkən 
avtomat və yarımavtomatlarla yerinə yetirilir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə