11
•
Azərbaycan ədəbiyyatında tənqidi realizm
və romantizm dövrü
•
“Səyavuş”, “Xəyyam” kimi əsərləri ilə Azərbaycan ədəbiyyatında mənzum dram
məktəbi yaratmışdır. Romantik-publisist şeirin böyük yaradıcısı olan M.Hadinin
“Əlvahi-intibah” poeması əhəmiyyətli ədəbi hadisə idi. A.Səhhət və A.Şaiq Azər-
baycan romantizminə yeni ideyalar və fərqli poetik formalar gətirmiş, uşaq şeirinin
qızıl fondunu təşkil edən əsərlər yaratmışlar.
Tənqidi realizm və romantizm epoxası Azərbaycan Demokratik Respublikası
dövründə daha da inkişaf etmiş, genişlənmişdir. Bu dövrdə Cənubi Azərbaycanda da
ədəbiyyat tənqidi realizm, maarifçi realizm və romantizm istiqamətlərində inkişaf
etmişdir. XX əsrin əvvəllərində geniş araşdırmaları ilə tanınan görkəmli tədqiqatçı
Firidun bəy Köçərlinın “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri ilk sistemli
ədəbiyyat tarixi kimi dəyərlidir.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın:
a) Hansı sənətkarların əsərləri tənqidi realizm ədəbi cərəyanının
formalaşmasında mühüm rol oynayıb?
b) Romantizm ədəbi cərəyanının nümayəndələrinin yaradıcılığında
hansı məsələlər daha qabarıq əks olunub?
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı: Şərq-Qərb,
2007, s. 9-12.
2.
Azərbaycan nəsri antologiyası. 5 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2006,
s. 4-7, 14-15.
3.
XX əsr Azərbaycan şeiri antologiyası. (1905–1920-ci illər). Bakı: Şərq-
Qərb, 2005, s. 4-9.
4. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
LAYİHƏ
12
CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYATI,
YARADICILIQ YOLU
•
ARAŞDIRMAYA
HAZIRLAŞIN
C.Məmmədquluzadə barədə bildiklərinizi yada salıb yığcam müzakirə
aparın. Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin.
1.
Mətnkənarı sualların sayı qədər kiçik qruplar yaradılır. Qruplar on-
lara təklif edilmiş sualın dərslikdəki cavabı ilə tanış olduqdan sonra
aşağıdakı işləri yerinə yetirirlər:
a)
İlk mətnkənarı sualın cavabını əhatə edən mətni qrupun üzvü
ucadan və aydın şəkildə oxuyur.
b)
Mətndəki əsas fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə edir.
c)
Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə
yanaşı, bütün sinif iştirak edir.
d)
Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır.
e)
Mətnə daha nələri əlavə etməyin lazım olduğu barədə fikrini
bildirir.
2.
Sonrakı mətnkənarı sualların cavablarını da digər qrupların şagird-
ləri bu qayda ilə oxuduqdan sonra kiçik qrupların təqdimatları əsa-
sında fikir mübadiləsi və müzakirə aparılır.
Qədim Naxçıvan şəhərində dünyaya göz açan
C.Məmmədquluzadənin
ailəsi firavan yaşamasa
da, atası Məşədi Məmmədqulu övladının təhsil
almasına xüsusi diqqət yetirmiş, onu kiçik yaş-
larından mollaxanaya qoymuşdur. Mollaxana təhsili səmərəsiz olmamışdır; xa-
tirələrindən, eləcə də əsərlərindən məlum olur ki, onun burada oxuması fars və
ərəb dillərini mənimsəməsinə, müsəlman şərqi barədə təsəvvür qazanmasına
əhəmiyyətli təsir etmişdir. O, təhsilini Naxçıvan şəhər
üçsinifli məktəbində
“... Qələmin müqəddəs vəzifəsi xalqa
xidmət etməkdir”.
Cəlil Məmmədquluzadə
(1869–1932)
Ədibin həyat yolunun başlanğıcı
hansı cəhətləri ilə diqqəti cəlb
edir?
LAYİHƏ
13
•
Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü
•
davam etdirmişdir. Lakin onun fikri inkişafında, dünyagörüşünün formalaş-
masında Qori Müəllimlər Seminariyasında aldığı təhsil (1882–1887)
mühüm rol
oynamışdır. Seminariyanı uğurla bitirən C.Məmmədquluzadə təxminən on il
(1887–1897) İrəvan quberniyasının və Naxçıvanın kəndlərində müəllim işləmiş-
dir. Kənd həyatını, insanları dərindən müşahidə edən gənc müəllimdə bədii
yaradıcılığa böyük həvəs yaranır və ilk qələm təcrübələri meydana çıxır.
Bir müddət (1897–1903) hüquq orqanla-
rında çalışsa da, bu iş onun ürəyincə olmamış-
dır. Xəstə xanımını 1903-cü ildə müalicə üçün
Tiflisə aparan C.Məmmədquluzadənin həya-
tında yeni səhifə açılır.
Burada o, görkəmli ictimai xadim və ziyalı olan
Məhəmməd ağa Şahtaxtlı (1846–1931) ilə görüşür.
Onun təklifi və təkidi ilə Tiflisdə qalıb naşiri olduğu
“Şərqi-rus” qəzetində çalışır.
Mətbuat və qəzetçilik-
lə bağlı təcrübə toplayan C.Məmmədquluzadə “Poçt
qutusu”, “Kişmiş oyunu” əsərlərini, çoxlu sayda
məqalələrini “Şərqi-rus”da çap etdirir. Qəzet bağ-
lanandan (1905) sonra o, Ömər Faiq Nemanzadə və
tacir Məşədi Ələsgər Bağırovla birlikdə “Şərqi-
rus”un mətbəəsini M.Şahtaxtlıdan alır. “Qeyrət”
adlandırdıqları bu mətbəədə bədii əsərlər, tərcümə-
lər və s. çap olunur.
Tiflisdə çıxan qəzetlərlə əməkdaşlıq edən C.Məm-
mədquluzadə bədii və publisistik yaradıcılığını da-
vam etdirmiş və oğlanlar üçün açdığı məktəbdə
müəllim kimi çalışmışdır. Artıq zəngin təcrübə top-
layan
yazıçı, publisist kimi tanınan C.Məmmədqulu-
zadə fəaliyyətini
genişləndirmək, xalqı, vətəni üçün
daha faydalı iş görmək üzərində düşünürdü. Bu dü-
şüncənin nəticəsində təkcə xalqımızın deyil, qonşu xalqların, bütün müsəlman
Şərqinin milli oyanışına əhəmiyyətli dərəcədə təsir edən
“Molla Nəsrəddin” jur-
nalı yarandı. İlk nömrəsi 7 (20) aprel 1906-cı ildə nəşr olunan bu jurnal ictimai
həyatın bütün sahələrinə (rus hakimiyyətinin ağır müstəmləkəçilik siyasəti,
xalqın
dözülməz həyat şəraiti, elm və təhsil, din və dil məsələləri, qadın azadlığı
və s.) ardıcıl münasibət bildirir, insanların maariflənməsində misilsiz rol oyna-
yırdı.
C.Məmmədquluzadə 1920-ci ildə ailəsi ilə
birlikdə (o, 1907-ci ildə ziyalı qadın olan Həmi-
də xanımla ailə qurmuşdu)
Təbriz şəhərinə
gedir. Təxminən 9 ay Təbrizdə yaşayan ədib
çoxcəhətli fəaliyyət göstərir; “Molla Nəsrəddin” jurnalını nəşr etdirir, “Ölülər”
əsərini tamaşaya qoyur, ziyalılarla vaxtaşırı görüşərək mədəni-maarif işlərinin
həyata keçirilməsində onlara yardımçı olur, ictimai işlərdə daha yaxından
iştirak edir...
Bakıya dönən Mirzə Cəlil özünü “fəhlə-
kəndli dövləti” adlandıran sovet hakimiyyətinə
böyük
ümid bəsləyir, ictimai-mədəni işlərdə
C.Məmmədquluzadənin 25 il re-
daktoru olduğu "Molla Nəsrəd-
din" jurnalının ilk nömrəsinin
üz qabığı (1906)
Yazıçının həyatında Tiflis mühi-
tinin hansı rolu olmuşdur?
Yazıçının Təbriz həyatı üçün
önəmli olanlar nədir?
Mirzə Cəlilin həyatının Bakı dövrü
hansı cəhətləri ilə səciyyəvidir?
LAYİHƏ