34
hamısı erkək olub. İ.Daryevski və V.Kulikov 1957-ci ildə
kərtənkələlərdə təbii partenogenez yolla
çoxalma getdiyini
sübut etmişlər. Qeyd etmək lazımdır ki, təbii (öz-özünə gedən)
partenogenezin mexanizmi elmə hələ də məlum deyil.
19-cu əsrdə və 20-ci əsrin əvvəllərində müasir elm
tərəfindən sübut edilmişdir ki, partenogenez hadisəsini süni
yolla da yaratmaq mümkündür. Süni partenogenezin
mümkünlüyü ilk dəfə 1886-cı ildə rus alimi A.Tixomirov
tərəfindən tut ipəkqurdu üzərində sübut olunub. O,
ipəkqurdunun mayalanmamış yumurtalarına sulfat turşusu,
kəskin temperatur fərqi və ya tüklə (mexaniki) təsir
göstərməklə onların inkişafına səbəb olmuşdur. E.Batayen
1910-cu ildə qurbağada, J. Lyub 1913-cü ildə dəniz kirpisində,
daha sonralar balıqlarda süni partenogenezin mümkünlüyünü
sübut etmişlər.
Məməli heyvanlarda süni partenogenez yolla çoxalmanı ilk
dəfə 1936-cı ildə J.Pinkus göstərmişdir. Təcrübələr siçanlar,
sonra dovşanlar, daha sonra başqa məməlilər üzərində aparılıb
və müsbət nəticələr alınıb.
İnsanda mayalanmış yumurtadan rüşeymin inkişaf edə
bilməsini isə ilk dəfə 1939-cu ildə Amerika alimi P.Xeqstr 23
yaşlı qız üzərində apardığı təcrübələrlə sübut etmişdir.
Onu da qeyd etmək lazımdır ki, mayalanmamış
yumurtadan əmələ gələn fərdlər həmişə haploid (tək)
xromosom dəstə malik olur. Adətən rüşeymin inkişafı zamanı
xromosomların (irsiyyət elementlərin) ikiləşməsi baş verir və
diploid (cüt) xromosom dəsti yaranır. Deməli, partenogenez
yolla yaranan yetkin fərd, mayalanma yolu ilə yaranan fərddən
xromosomların sayına görə fərqlənmir.
Beləliklə, partenogenezin mexanizmi elmə hələlik məlum
olmasa da mayalanma olmadan yumurtanın inkişaf edib
rüşeymə və balaya çevrilə bilməsi müasir elm tərəfindən sübut
olunmuş yeni bir faktdır. Deməli, Məryəmin kişi ilə yaxınlığı
(mayalanma) olmadan hamiləyə qalmasının mümkünlüyü artıq
35
heç kəsdə şübhə doğurmamalıdır. 7-ci əsrdə (min dörd yüz il
bundan qabaq) Quranda yazılmış bu faktın doğruluğu və
elmiliyi 20-ci əsrdə müasir elm tərəfindən bir daha sübut
olunmuşdur.
36
KLONLAŞDIRMAYA AİD QURAN AYƏLƏRI
Klonlaşdirma ingiliscə “cloning” sözündən olub vegetativ
çoxalma deməkdir. Vegetativ çoxalma cinsi hüceyrələrin
iştirakı olmadan gedən çoxalmaya deyilir. Belə çoxalma
orqanlar, toxumalar və somatik hüceyrələr vasitəsi ilə gedə
bilir.
Hüceyrə və toxumalar vasitəsilə çoxalmanın mümkün-
lüyünü ilk dəfə 1922-ci ildə Robbins pamidor bitkisində, Kotte
isə qarğıdalı bitkisində göstərmişdir. XX əsrin 70-ci illərinə
qədər hesab edilirdi ki, bu yolla çoxalma yalniz bitkilərə xasdır.
Lakin 1970-ci ildə siçanlar üzərində aparılan tədqiqatlar sübut
etdi ki, heyvanların rüşeyminin hüceyrəsini də ayırıb ayrılıqda
yetişdirməklə bütöv orqanizmə çevirmək mümkündür. Sonralar
bu kəşf donuzlar üzərində öz təsdiqini tapdı. Klonlaşdırma
nəticəsində alınan canlı orqanizm klon adlanır.
İnsanın klonlaşdırılması nə deməkdir?
Hər hansı bir adamın (kişinin və ya qadının) bir
hüceyrəsini xüsusi şəraitdə yetişdirməklə (böyütməklə) ona
oxşar əkizinin yaradılmasına insanın klonlaşdırılması deyilir.
Şübhəsiz ki, bu, oglan və ya qız ola bilər.
Ali heyvanların, o cümlədən insanın klonlaşdırılmasının
mümkünlüyünün göstərilməsi elmin son nailiyyətlərindən
biridir. Bu sahədə ilk uğurlu nəticə Böyük Britaniyada Roslin
İnstitutunda işləyən alim Yan Vilmuta məxsusdur. O, qoyunun
bir hüceyrəsindən klonlaşdırma yolu ilə yeni qoyun almışdır və
bu qoyun 6 il yaşamışdır.
Bir çox ölkələrdə meymunun və insanın klonlaşdırma
metodu ılə alınması üzərində tədqiqat işləri gedir, lakin hələlik
müsbət nəticə əldə olunmayıb və bu nəticələrin tezliklə
alınmasına artıq heç bir şübhə yoxdur.
Klonlaşdırma yolu ilə (yəni heyvanın bir hüceyrəsindən)
bütöv bir orqanizmin alınması müasir elmi-tərəqqinin son
37
nailiyyəti olsa da 1400 il bundan əvvəl yazılmiş Qurani-
Kərimdə bu barədə açıq-aydın ayələr var.
Ən-Nisa (4-cü) surəsinin 1-ci ayəsi- “Ey insanlar! Sizi
tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun!
Onun adıyla ki, bir-birinizdən
nəsə umursunuz və qohumluq əlaqələrini qoruyursunuz.
Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!”
Əl-Əraf (7-ci) surəsinin 189-cu ayəsi – “Sizi tək bir
nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək
üçün özündən zövcəsini yaradan Odur.
O, Zövcəsi ilə yaxınlıq
etdikdə, yüngül bir yüklə yükləndi və Zövcə onu daşıdı. Ağırlaş-
dığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir
qüsursuz uşaq versən, şükür edənlərdən olarıq!”- dedi”.
Əz-Zümər (39-cu) surəsinin 6-cı ayəsi – “Allah sizi tək
bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən
həmtayını (Həvvanı) yaratdı.
O, sizin üçün heyvanlardan cüt-
cüt səkkiz baş göndərdi. O, sizi analarınızın bətnində üç zülmət
icində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz
olan Allahdır, hökm Onundur. Ondan başqa heç bir Tanrı
yoxdur. Elə isə siz necə üz döndərirsiniz?”
Bu üç ayələrə diqqət etdikdə aydın başa düşülür ki, tək
bir şəxsdən onun həmtayının, yəni digər bir şəxsin yaradıl-
masından söhbət gedir.Quran ayələrində yazılmış bu fikir
əvvəllər nəinki başa düşülmürdü, hətta alimlər tərəfindən
mümkün olmayan bir iş kimi inkar edilirdi. XX əsrin sonunda
klonlaşdırma hadisəsinin kəşfi və bunun bütün heyvanlara və
eləcə də insana tətbiqinin mümkünlüyü aşkar edildikdən sonra
Quran ayələrində yazılmış bu fikrin elmiliyi sübut olundu.
Hal-hazırda canlılar, o cümlədən insan mövcud yolla
asanlıqla çoxala bildikləri bir halda, onların, çox çətin və baha
başa gələn klonlaşdırma üsulu ilə alınmasına ehtiyac varmı? Bu
nöqteyi nəzərdən alimlər arasında fikir ayrılıqları mövcuddur.
Bu kitabçada alimlər arasındakı diskussiyanı şərh etməyə ehti-