Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 

34

hamısı erkək olub. İ.Daryevski və V.Kulikov 1957-ci ildə 



kərtənkələlərdə  təbii partenogenez yolla çoxalma getdiyini 

sübut etmişlər. Qeyd etmək lazımdır ki, təbii (öz-özünə gedən) 

partenogenezin mexanizmi elmə hələ də məlum deyil. 

19-cu  əsrdə  və 20-ci əsrin  əvvəllərində müasir elm 

tərəfindən  sübut edilmişdir ki, partenogenez hadisəsini süni 

yolla da yaratmaq mümkündür. Süni partenogenezin 

mümkünlüyü ilk dəfə 1886-cı ildə rus alimi A.Tixomirov 

tərəfindən tut ipəkqurdu üzərində sübut olunub. O, 

ipəkqurdunun mayalanmamış yumurtalarına sulfat turşusu, 

kəskin temperatur fərqi və ya tüklə (mexaniki) təsir 

göstərməklə onların inkişafına səbəb olmuşdur. E.Batayen 

1910-cu ildə qurbağada, J. Lyub 1913-cü ildə dəniz kirpisində, 

daha sonralar balıqlarda süni partenogenezin mümkünlüyünü 

sübut etmişlər. 

Məməli heyvanlarda süni partenogenez yolla çoxalmanı ilk 

dəfə 1936-cı ildə J.Pinkus göstərmişdir. Təcrübələr siçanlar, 

sonra dovşanlar, daha sonra başqa məməlilər üzərində  aparılıb 

və müsbət nəticələr alınıb. 

İnsanda mayalanmış yumurtadan rüşeymin inkişaf edə 

bilməsini isə ilk dəfə 1939-cu ildə Amerika alimi P.Xeqstr 23 

yaşlı qız üzərində apardığı təcrübələrlə sübut etmişdir. 

Onu da qeyd etmək lazımdır ki, mayalanmamış 

yumurtadan  əmələ  gələn fərdlər həmişə haploid (tək) 

xromosom dəstə malik olur. Adətən rüşeymin inkişafı zamanı 

xromosomların (irsiyyət elementlərin) ikiləşməsi baş verir və 

diploid (cüt) xromosom dəsti yaranır. Deməli, partenogenez 

yolla yaranan yetkin fərd, mayalanma yolu ilə yaranan fərddən 

xromosomların sayına görə fərqlənmir. 

Beləliklə, partenogenezin mexanizmi elmə  hələlik məlum 

olmasa da mayalanma olmadan yumurtanın inkişaf edib 

rüşeymə və balaya çevrilə bilməsi müasir elm tərəfindən sübut 

olunmuş yeni bir faktdır. Deməli, Məryəmin kişi ilə yaxınlığı 

(mayalanma) olmadan hamiləyə qalmasının mümkünlüyü artıq 

 

35



heç kəsdə  şübhə doğurmamalıdır. 7-ci əsrdə (min dörd yüz il 

bundan qabaq) Quranda yazılmış bu faktın doğruluğu və 

elmiliyi 20-ci əsrdə müasir elm tərəfindən bir daha sübut 

olunmuşdur. 



 


 

36

KLONLAŞDIRMAYA  AİD QURAN  AYƏLƏRI 



 

Klonlaşdirma ingiliscə “cloning” sözündən olub vegetativ 

çoxalma deməkdir. Vegetativ çoxalma cinsi hüceyrələrin 

iştirakı olmadan gedən çoxalmaya deyilir. Belə çoxalma 

orqanlar, toxumalar və somatik hüceyrələr vasitəsi ilə gedə 

bilir. 


Hüceyrə  və toxumalar vasitəsilə çoxalmanın mümkün-

lüyünü ilk dəfə 1922-ci ildə Robbins pamidor bitkisində, Kotte 

isə qarğıdalı bitkisində göstərmişdir. XX əsrin 70-ci illərinə 

qədər hesab edilirdi ki, bu yolla çoxalma yalniz bitkilərə xasdır. 

Lakin 1970-ci ildə siçanlar üzərində aparılan tədqiqatlar sübut 

etdi ki, heyvanların rüşeyminin hüceyrəsini də ayırıb ayrılıqda 

yetişdirməklə bütöv orqanizmə çevirmək mümkündür. Sonralar 

bu kəşf donuzlar üzərində öz təsdiqini tapdı. Klonlaşdırma 

nəticəsində alınan canlı orqanizm klon adlanır. 

İnsanın klonlaşdırılması nə deməkdir?  

Hər hansı bir adamın (kişinin və ya qadının) bir 

hüceyrəsini xüsusi şəraitdə yetişdirməklə (böyütməklə) ona 

oxşar  əkizinin yaradılmasına insanın klonlaşdırılması deyilir. 

Şübhəsiz ki, bu, oglan və ya qız ola bilər. 

Ali heyvanların, o cümlədən insanın klonlaşdırılmasının 

mümkünlüyünün göstərilməsi elmin son nailiyyətlərindən 

biridir. Bu sahədə ilk uğurlu nəticə Böyük Britaniyada Roslin 

İnstitutunda işləyən alim Yan Vilmuta məxsusdur. O, qoyunun 

bir hüceyrəsindən klonlaşdırma yolu ilə yeni qoyun almışdır və 

bu qoyun 6 il yaşamışdır. 

Bir çox ölkələrdə meymunun və insanın klonlaşdırma 

metodu ılə alınması üzərində tədqiqat işləri gedir, lakin hələlik 

müsbət nəticə  əldə olunmayıb və bu nəticələrin tezliklə 

alınmasına artıq heç bir şübhə yoxdur. 

Klonlaşdırma yolu ilə (yəni heyvanın bir hüceyrəsindən) 

bütöv bir orqanizmin alınması müasir elmi-tərəqqinin son 

 

37

nailiyyəti olsa da 1400 il bundan əvvəl yazılmiş Qurani-



Kərimdə bu barədə açıq-aydın ayələr var. 

Ən-Nisa (4-cü) surəsinin 1-ci ayəsi- “Ey insanlar! Sizi 



tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini 

(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar 

törədən Rəbbinizdən qorxun! 

Onun adıyla ki, bir-birinizdən 

nəsə umursunuz və qohumluq əlaqələrini qoruyursunuz. 

Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!” 

Əl-Əraf (7-ci) surəsinin 189-cu ayəsi – “Sizi tək bir 

nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək 

üçün özündən zövcəsini yaradan Odur. 

O, Zövcəsi ilə yaxınlıq 

etdikdə, yüngül bir yüklə yükləndi və Zövcə onu daşıdı. Ağırlaş-

dığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir 

qüsursuz uşaq versən, şükür edənlərdən olarıq!”- dedi”. 

Əz-Zümər (39-cu) surəsinin 6-cı ayəsi – “Allah sizi tək 



bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən 

həmtayını (Həvvanı) yaratdı. 

O, sizin üçün heyvanlardan cüt-

cüt səkkiz baş göndərdi. O, sizi analarınızın bətnində üç zülmət 

icində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz 

olan Allahdır, hökm Onundur. Ondan başqa heç bir Tanrı 

yoxdur. Elə isə siz necə üz döndərirsiniz?” 

Bu üç ayələrə diqqət etdikdə aydın başa düşülür ki, tək 

bir  şəxsdən onun həmtayının, yəni digər bir şəxsin yaradıl-

masından söhbət gedir.Quran ayələrində yazılmış bu fikir 

əvvəllər nəinki başa düşülmürdü, hətta alimlər tərəfindən 

mümkün olmayan bir iş kimi inkar edilirdi. XX əsrin sonunda  

klonlaşdırma hadisəsinin kəşfi və bunun bütün heyvanlara və 

eləcə də insana tətbiqinin mümkünlüyü aşkar edildikdən sonra 

Quran ayələrində yazılmış bu fikrin elmiliyi sübut olundu. 

Hal-hazırda canlılar, o cümlədən insan mövcud yolla 

asanlıqla çoxala bildikləri bir halda, onların, çox çətin və baha 

başa gələn klonlaşdırma üsulu ilə alınmasına ehtiyac varmı? Bu 

nöqteyi nəzərdən alimlər arasında fikir ayrılıqları mövcuddur. 

Bu kitabçada alimlər arasındakı diskussiyanı şərh etməyə ehti-



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə