30
yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər
uludur!».
-
Əl-Ələq (96-cı) surəsinin 2-ci ayəsi – «O, insanı
laxtalanmış qandan yaratdı».
Keyt Mor göstərmişdir ki, rüşeymin inkişafının 21-ci gü-
nündən başlayaraq orqanlar əmələ gəlməyə başlayır. İnkişafın
26-cı günündə rüşeym elə bir mərhələdə olur ki, onun bir çox
orqanları əmələ gəlmiş, yəni formalaşmış və bir çox orqanları
isə hələ əmələ gəlməmiş (formalaşmamış) olur (şək. 7).
Rüşeymin inkişafının bu mərhələsi barədə Qurani-Kərimdə
belə deyilir:
-
Əl-Həcc (22-ci) surəsinin 5-ci ayəsi – «Ey insanlar!
Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, bi-
lin. Biz sizi gildən, sonra nütfədən, sonra laxtalanmış
qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (for-
malaşmış) və düşməmiş (formalaşmamış) bir parça ətdən
yaratdıq ki, sizə (qüdrətimizi) göstərək. İstədiyimizi ana
bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq
olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına
yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edir, ki-
miniz də ömrün elə bir rəzil vaxtına çatdırılır ki, vaxtilə
bildiyini bilməz olar (Ey insan!) Sən yer üzünü qupquru
görərsən. Biz ona yağmur endirdiyimiz zaman o,
hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər».
31
Şəkil 7. Dörd həftəlik insan rüşeyminin görünüşü.
A – Böyüdülmüş şəkildə olan rüşeym;
B – Təbii ölçüdə (6,5 mm) olan rüşeym.
Rüşeymin inkişafının 42-ci günündə (6 həftədən sonra)
artıq bütün orqanlar yaranmış (formalaşmış) olur (bu dövrdə
onun ölçüsü çox kiçik – 12 mm olur). Rüşeym tam insan
şəklinə düşür və dölə çevrilir (şək. 8).
32
Şəkil 8. Altı həftəlik insan rüşeymi.
A – böyüdülmüş şəkildə olan rüşeym.
B – Təbii ölçüdə (12 mm) olan rüşeym.
Bu barədə Qurani-Kərimin Əl-Səcdə (32-ci) surəsinin
ayələrində göstərilir:
-
7-ci ayə -
«O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı
yaratmağa gildən başladı»;
-
8-ci ayə – «Sonra onun nəslini nütfədən – bir qətrə zəif
sudan əmələ gətirdi»;
-
9-cu ayə – «Sonra onu düzəldib insan şəklinə saldı və
ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək
verdi.
Siz az şükür edirsiniz!»
(Qeyd: Məhəmməd peyğəmbərin (s.a.s.) sünnəsində
(hədisində) göstərilir ki, hamiləliyin 42-ci günündə rüşeymin
bütün orqanları yaranır və o, tam insan şəklinə düşür).
Beləliklə, 18-20-ci əsrlərdə elm tərəfindən sübut edildi ki,
insan rüşeyminin inkişafı mərhələlərlə, bir şəkildən digər şəklə
düşə-düşə gedir. İlk dövrdə o, bir damla qana, sonra bir parça
ətə bənzəyir. Sonra sümüklər əmələ gəlir və rüşeym sümüklü
əti xatırladır. Nəhayət rüşeym, bütün orqanları formalaşmış
insan şəklinə düşür. Bu elmi fikirlərin 1400 il bundan əvvəl
müqəddəs Qurani-Kərimin ayələrində açıq-aydın verildiyinin
şahidi oluruq.
İsa Peyğəmbər dünyaya necə gəlib?
Qurani – Kərimin (19-cu) surəsinin ayələrində belə deyilir:
-
19-cu ayə – «Cəbrail: Mən sənə yalnız təmiz, məsum bir
oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçiyəm -
dedi».
-
20-ci ayə –
«Məryəm dedi: Mənim necə oğlum ola bilər
ki, mənə indiyədək bir insan əli toxunmamışdır. Mən
zinakar da deyiləm»
.
33
-
21-ci ayə – Cəbrail dedi: «Elədir, lakin Rəbbin buyurdu ki,
bu mənim üçün asandır. Biz onu insanlar üçün
(qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və
möminlərə isə) dərgahımızdan olan bir mərhəmət kimi
edəcəyik. Bu əzəldən olunmuş bir hökmdür»
.
-
22-ci ayə – Məryəm artıq (Cəbrailin üfürməsi ilə İsaya)
hamilə qaldı
və onunla birlikdə uzaq bir yerdə (xəlvətə)
çəkildi.
Bu ayələrdən aydındır ki, Məryəm kişi tərəfindən
mayalanma olmadan hamiləyə qalır. Hamıya məlumdur ki,
bütün heyvanlarda və insanda rüşeymin (balanın) əmələ
gəlməsi üçün erkək qamet (spermatozoid) dişi qameti
(yumurtanı) mayalamalıdır. Əks halda yumurtadan bala əmələ
gəlmir. Bu elmə çoxdan məlum olan faktdır. Bu faktı əldə əsas
tutaraq bir çoxları elə hesab edir ki, Quranın 19-cu surəsinin
22-ci ayəsində göstərilən, yəni Məryəmin kişi ilə əlaqəsi
olmadan (Cəbrailin üfürməsi ilə) hamiləyə qalması rəvayətdir
və mümkün olan iş deyil, həqiqətdən uzaqdır.
Doğrudan da rüşeymin inkişafının başlanğıc anı
spermatozoidin yumurta hüceyrəsi ilə birləşməsidir.
Spermatozoid yumurta hüceyrəsinə daxil olduqdan sonra ona
aktivləşdirici təsir göstərir, yəni onun inkişafına səbəb olur.
Dicər tərəfdən spermatozoid həm də yumurtaya erkəyin
(atanın) xromosomunu daxil edir. Lakin bir çox canlılarda
mayalanma olmadan yumurtanın inkişaf edib balaya çevrilməsi
təbiətdə mövcuddur. Buna elmdə partenogenez deyilir.
Partenogenez – yunanca «parthenos» və «genea» sözlərindən
ibarət olub «qızlıq inkişaf» deməkdir. Bu üsulla çoxalma
mənənələrdə, arılarda, molyuskalarda (ilbizlərdə) müşahidə
olunur. Bu canlılarda mayalanmamış yumurtadan erkək fərdlər,
mayalanmış yumurtadan isə dişi fərdlər əmələ gəlir.
Təbiətdə partenogenez bəzi onurğalı heyvanlarda da gedir.
M.Olsen 1954-cü ildə hind toyuqlarında mayalanmamış
yumurtadan balaların çıxmasını göstərib. Bu halda balaların