26
2. Spermatozoidlər
Əmələ gələn yeni hüceyrə «ziqot» adlanır və o, ilk rü-
şeymin başlanğıcıdır. Spermatozoidin rolu təkcə yumurta hü-
ceyrəsini qıcıqlandırmaq yox, həm də atanın irsi məlumatlarını
rüşeymə ötürməkdir. Nəticədə, hər iki valideynin irsi məlu-
matları rüşeymə ötürülür.
«… O, sizi analarınızın bətnində
üç zülmət içində yaranışdan-yaranışa
salaraq yaradır…»
İlahi kitab olan Quranda mayalanmış yumurta
hüceyrəsinin, yəni ilk rüşeymin harada yerləşməsi və qorun-
ması barədə də dəqiq məlumat verilir.
-
Əl-Muminun (23-cü) surəsi, 13-cü ayə – «Sonra onu (in-
sanı) nütfə (rüşeym) halında etibarlı bir yerdə (ana
bətnində) yerləşdirdik»
;
-
Əz-Zümər (39-cu) surəsi, 6-cı ayə – «Allah sizi tək bir
nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən
həmtayını (Həvvanı) yaratdı. O, heyvanlardan (erkək və dişi
olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O, sizi
analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və
qarın) içində yaranışdan-yaranışa salaraq
-
yaradır.
Bu, sizin Rəbbiniz olan Allahdır, hökm onundur,
ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə
döndərilmisiniz? (imandan necə dönürsünüz?).
19-20-ci əsrlərdə müasir elm tərəfindən sübut edildi ki,
yumurta hüceyrəsi spermatozoidlə mayalandıqdan sonra
uşaqlığa düşür və onun selikli qişasına yapışır. Burada inkişaf
etməkdə olan rüşeym 3 qatla (divarla) əhatə olunub qorunur: 1)
Rüşeym qılafı (rüşeymi bilavasitə əhatə edən pərdə); 2) Uşaqlıq
divarı; 3) Ananın qarın divarı (şək. 4).
27
Beləliklə, insan rüşeyminin əmələ gəlməsi barədə düzgün
elmi sübutların alimlər tərəfindən 19-20-ci əsrlərdə əldə olun-
masına baxmayaraq, 1400 il bundan əvvəl Qurani-Kərimdə
rüşeymin əmələ gəlməsi, onun harada yerləşdirilməsi və
qorunması barədə dəqiq elmi məlumatlar verilir.
Şəkil 4. Ana bətnində yerləşən döl (inkişaf etmiş rüşeym)
«O, insanı laxtalanmış qandan yaratdı»
Müasir dövrdə elmə məlumdur ki, mayalanmadan sonra
əmələ gələn insan rüşeyminin ana bətnində inkişafı 3 əsas
mərhələdən ibarətdir. Birincisi, ilk 7 gün ərzindəki inkişaf.
İkincisi 2-8-ci həftələr ərzində olan inkişaf. Üçüncüsü, 9-cu
həftədən başlayaraq ta doğulana qədər olan döl dövrü.
İnsan rüşeyminin inkişafı barədə ilk müasir təsəvvürlər 18-
ci əsrdə yaranmağa başlamışdır. Peterburq Akademiyasının
akademikləri K. Volf (1759-cu ildə) və K. Ber (1828-ci ildə) öz
fundamental elmi nəticələri ilə preformizm (ilk rüşeymdə bütün
orqanların qabaqcadan hazır şəkildə mövcud olması)
nəzəriyyəsinin əksinə olan epigenez nəzəriyyəsinin əsasını
28
qoydular. Epigenez nəzəriyyəsinə görə ilk rüşeymdə orqanlar
mövcud olmur. Rüşeymin inkişafı dövründə müxtəlif
mərhələlərdə ayrı-ayrı orqanlar yaranır və nəhayət, tam
orqanizmə çevrilir.
Uzun müddət insan embrionunun inkişafını öyrənməklə
məşğul olan Kanadalı alim Keyt Mor 20-ci əsrin ortalarında
göstərmişdir ki, yumurta hüceyrəsi mayalandıqdan sonra əmələ
gələn ilk rüşeym (buna elmdə ziqot deyilir) bir hüceyrədən
ibarət olur. Bu hüceyrə uşaqlığa düşərək onun divarına (selikli
qişasına) yapışır. Yalnız müasir elektron mikroskopun köməyi
ilə müəyyən etmək mümkün olmuşdur ki, ziqot uşaqlığın di-
varına yapışmış və oradan asılı halda qalmış bir damla qana
bənzəyir. Burada ilk rüşeymin inkişafı parçalanma yolu ilə ge-
dir və çoxlu hüceyrələrdən ibarət bir şara çevrilir. Bu mərhələ
blastula adlanır və onu ilk dəfə 1853-cü ildə F. Keber müəyyən
etmişdir. Daha sonra divarı birqat hüceyrələrdən ibarət bu şar
bir tərəfdən içəri çökərək ikiqat hüceyrə yığımına çevrilir. Bu
mərhələ qastrula adlanır (şək. 5). Sonrakı dövrlərdə bu iki
hüçeyrə qatı arasında üçüncü hüceyrə qatı yaranır və rüşeym 3
qat hüceyrələr yığımından ibarət olur (şək. 6).
Şəkil 5. Mayalanmış yumurta hüceyrəsinin parçalanma yolu ilə
çoxalaraq inkişafı
1.
Mayalanmış yumurta hüceyrəsi
2.
Yumurta hüceyrəsinin parçalanması
29
3.
Blastula mərhələsi
4.
Qastrula mərhələsi
Şəkil 6. Üç qat hüceyrələrdən ibarət olan rüşeymin köndələn
kəsiyi (müxtəlif mərhələdə).
1.
Ektoderma
2.
Endoderma
3.
Mezoderma
Bütün bu mərhələlərdə rüşeym uşaqlığın divarına yapışmış bir
parça əti xatırladır.
Rüşeymin sonrakı inkişafı dövründə sümüklər və əzələlər
əmələ gəlir. Bu mərhələdə o, artıq yumuşaq ətə bənzəmir və
nisbətən bərk, sümüyə malik bir quruluşa malik olur.
Müqəddəs Qurani-Kərimin Əl-Muminun (23-cü) surəsinin
ayələrində rüşeymin inkişafının bu mərhələləri barədə belə
deyilir:
-
12-ci ayə –
«Biz, həqiqətən insanı tər-təmiz gildən yaratdıq»;
-
13-cü ayə –
«Sonra onu (Adəm övladını) nütfə halında
möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik»;
-
14-cü ayə – «Sonra nütfəni laxtalanmış qana çevirdik,
sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir
parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə
örtdük və daha sonra onu bam-başqa bir məxluq olaraq