TELMAN XƏLİLOV, MAYA ZEYNALOVA
QLOBAL EKOLOJİ PROBLEMLƏRİ
(Ali məktəblər üçün dərs vəsaiti)
Azərbaycan Respublikası
Təhsil
Nazirliyinin 17.03.2014-cü il 307 №-li
qərarı ilə təsdiq edilmişdir
Bakı – 2014
2
Elmi redaktoru: prof. Ş.Y.Göyçaylı
Rəyçilər:
prof. c.e.d. T.Həsənov
c.e.ü.f.d. N.Ə.Paşayev
T.A.Xəlilov, M.Ə.Zeynalova Qlobal ekoloji problemləri (Ali
məktəblər üçün dərs vəsaiti). Bakı, “MBM”, 2013, 212 səh.
Dərs vəsaitində Bakı Dövlət Universitetinin «Ekologiya və
torpaqşünaslıq» və «Coğrafiya» fakültələrində tədris olunan
«Bəşəriyyətin qlobal ekoloji problemləri» mövzusunun məğzi
açılır.
Dərs vəsaitində bəşəriyyətin tarixi ərzində üzləşdiyi ekoloji
problemlərin yaranma tarixi, onların yayılma tarixi, təzahür
formaları və bu problemlərlə mübarizə yollarından bəhs olunur.
Dərs vəsaitində əsasən Bəşəriyyətin ən əsas qlobal ekoloji
problemləri, ətraf mühitin mühafizəsi, qlobal ekoloji böhranlar,
sülh və tərksilah, demoqrafik problemlər, ərzaq problemləri,
enerji və xammal problemləri, qlobal iqlim dəyişiklikləri, ozon
qatı, qlobal səhralaşma, Dünya okeanının qlobal problemləri,
qlobal kosmik problemlər, səhiyyə problemləri, narkomaniya və
terrorçuluq problemləri və s. haqda ətraflı məlumat verilir.
Dərs vəsaiti yuxarıda göstərilən fakultələrin tələbələri,
magistrləri üçün nəzərdə tutulur. Kitabdan doktorant, orta məktəb
müəllimləri və geniş oxucu kütləsi də istifadə edə bilər.
3
GİRİŞ
Qlobal, ümumplanetar ekoloji problemlərin yaranması –
yeni, insan həyatına XX əsrdə daxil olmuş problemdir. İnsan
daima ətraf mühitlə əks münasibətdə olmaqla – qazır, sökür,
yandırır və planetin sərvətlərini məhv edir, suyun və havanın
strukturunu dəyişir, torpaqların məhsuldarlığını azaldaraq
kasıblaşdırır və bu idarə olunmayan prosesi bəşəriyyətin in-
kişafı adlandırırlar. Bu vaxta qədər sürətlə inkişaf edən Yer
kürəsi əhalisini təbii resurslarla təmin etməkdə heç vaxt ətraf
mühitə belə təhlükəli formada narahatçılıq olmamışdır. Əv-
vəllər insan heç vaxt ətraf mühitə belə qüvvətli təsir etmə-
mişdir.
Antropogen ekoloji fəlakətlərdən fərqli olaraq insanın
biotaya (biosferin bütün canlı orqanizmlərinin cəmi) təsir
edən indiki epoxası qlobal xarakter alır, bir və ya bir neçə
ekosistemlərlə kifayətlənməyərək bütün planeti əhatə edir.
Elmi-texniki inqilabın təsiri biosferin iri miqyaslı dəyiş-
dirilməsinə gətirib çıxarır, dərin izlər buraxaraq ekoloji təza-
hürlərin yaranmasına səbəb olur. Elə bütün bunlara görə də
ekoloji problemlər müasir dünyanın ən vacib qlobal prob-
lemlərinə çevrilərək, siyasi əhəmiyyət kəsb edir.
Yerin təkamülündə iri miqyaslı hadisələrlə dolu olan
müasir dövr, qarşılıqlı, intensiv inkişaf edən sosial-tarixi və
təbii-tarixi amillərlə xarakterizə olunur.
Əvvəllər heç vaxt bütün bəşəriyyətin özü üçün təhlükəli
olan problemlər baş verməmişdir. Bu problemlərə sülh və
tərksilah, demoqrafik, ərzaq problemləri, müasir səhralaşma,
kosmik problemlər, vulkan püskürmələri, zəlzələ, sunamilər,
fırtınalar, tornadolar və s. kimi iqtisadi, sosial, milli, o
cümlədən qlobal vəziyyət almış ekoloji problemlər daxildir.
Bu insanların əvvəlki minilliklərdə rast gəlmədiyi haldır.
4
İnsanın tarixi dövrünün ən müxtəlif, qarmaqarışıq, bir-
birini təkzib edən hadisələrlə dolu olan XX yüzillik başa
çatmışdır.
Bu yüzillik bəşəriyyət üçün böyük elmi kəşflər gətirmiş,
istehsal alətlərinin və texnikanın böyük inkişafına səbəb
olmuş, tatolitar və müstəmləkə rejimlərini dağıtmış, Yerin
cazibə qüvvəsini aşmışdır.
Lakin bu yüzillikdə vəhşi müharibələr və xalqların soy-
qırımı baş vermiş, təbiətin və mədəniyyətin dağılması, iştah-
ların çox və qəddar olması əsri kimi də yaddaşlarda qal-
mışdır.
İnsan eyni halda yaradan və dağıdan rolunu oynadı, onun
təxəyyülü öz mənfi tərəfini göstərdi.
İki minilliyin sərhəddində insan biosferin tükənməsi prob-
lemi ilə (neft, qaz, kömür, dəmir, mis, mineral gübrələr və
b.) və bizim həyatımızı təmin edən müasir yaradıcı sis-
temlərlə (torpaq, su, atmosfer, meşə, bioloji müxtəliflik və
s.) üzləşməli oldu.
Bu proseslərin xarakteri alimlər tərəfindən tarixdə sürətli
proses kimi proqnozlaşdırılır, bu proses başlandıqdan sonra
isə bütün biosferi dayandırmaq, qarşısını almaq mümkün
olmayan fəaliyyətini azaldaraq, primitiv vəziyyətə düşmə-
sinə səbəb olacağını göstərirlər. Bu halda, insanların yaşa-
ması üçün yararlı olan rayonların ərazisi azalacaq, onların
keyfiyyəti pisləşəcək və Yerin demoqrafik tutumu azalacaq.
Ekoloqların yekdil rəyinə görə belə fəlakətli fazanın
başlanmasına və dəyişməsinə çox az vaxt qalır.
5
I FƏSİL
BƏŞƏRİYYƏTİN ƏN ƏSAS QLOBAL EKOLOJİ
PROBLEMLƏRİ
Təbii mühit – insanın həyatı üçün əvəzedilməz şərtlər-
dəndir.
Bəşəriyyətin inkişaf tarixinə bir neçə dövr qeyd olun-
muşdur: dəmir, bürünc, mis dövrləri və s. Bizim yaşadığımız
XX və XXI yüzilliklər də tarixdə güman ki, texniki tərəqqi
əsri kimi qeyd ediləcək.
Həqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazer
şüasının cilalanması və başqa nəaliyyətlərlə səciyyələnən XX
yüzilliyin məşəqqətli təzadları da az olmamışdır. Dünya
müharibələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr
araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı
təhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır.
Lap yaxın keçmişlə, yəni XX əsrin 50-60-cı illər ilə
müqayisə edilərsə son on illiklərdə ekoloji böhran barədə
söz-söhbət daha tez-tez təkrarlanır.
Çoxdan sübut olunmuşdur ki, insan cəmiyyəti mövcud
olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan
fərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir
və bununla da özünə və təbiətə qəst etmiş olur. Əgər uzaq
əcdadlarımız sapandla, dəyənəklə, ox-nizə ilə ov edirdilərsə,
müasir insan bir göz qırpımında dünyanı alt-üst etmək
qüdrətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər.
Məhz ona görə də müasir insan geoloji amil sayılır. Axı o,
təbiətin iki milyon il ərzində yaratdığı faydalı qazıntı məh-
sullarını başlıca olaraq sonuncu yüzillikdə mənimsəmişdir.
Bununla belə tarix boyu insanların təbiətə, ətraf mühitə
biganəliyini iddia etmək də ədalətsizlik olardı. Qədim mən-
bələrdən məlumdur ki, hələ eramızdan 5-6 əsr öncə Misirdə
Dostları ilə paylaş: |