Mirzə İbrahimov və xalq yaradıcılığı
25
ruhuna, qüdrət və iradəsinə möhkəmlik vermişdir. Ədəbiyyatın
bu rolu xüsusilə müharibə və qovğalar zamanında daha artıq
kəskinləşir” (26,61) Bu cəhətdən şifahi xalq ədəbiyyatının
çevikliyi və hədəfi düzgün müəyyən etmək məharəti daha çox
özünü göstərir.
M.İbrahimov folklorumuzun aparıcı rolu olan aşıq
yaradıcılığına onun təbliğinə xüsusi qayğı və məhəbbətlə
yanaşmışdır, yaradıcılığı dövündə onun aşıq şeirinə münasibəti
bədii və elmi-nəzəri əsərlərində öz əksini tapmışdır. Lakin
bilavasitə aşıq sənətinin mahiyyəti haqqında yazılmış ilk əsəri
“Tükənməz xəzinə”dir. 1960-cı ildə yazdığı bu əsərdə akade-
mik-yazıçı folklorumuzun özəyini təşkil edən aşıq sənəti haq-
qında elmi-nəzəri cəhətdən tutumlu mülahizələr söyləmişdir.
O,
aşıq sözünü şərh edərək yazır ki, bədii yaradıcılıqda
aşıq hər adama deyilmir. Elələrinə deyilir ki, onlar hər şeydən
əvvəl böyük və mənalı sənətin vurğunudurlar. Onlar saza və
sözə tükənməz bir xəzinə kimi baxır, aşıq sənətini xalq arasında
yaşadır və inkişaf etdirir. “Aşıq sənəti böyük sənətdir, xalqa
çox yaxın və doğmadır. Xalqın həyatının, məişətinin müxtəlif
cəhətləri, adət və ənənələri, zövqü və təsəvvürləri bu sənətdə
əks olunur”- (26,389) deyən M.İbrahimov xalq yaradıcılığı
kimi, aşıq sənətinin də “əsasən realist sənət” olduğunu söyləyir.
Aşıq poeziyasına qiymət verərkən yazıçı-alim belə
qənaətə gəlir ki, müəyyən zamanlarda hakim mövqe tutan dini
təsəvvürlər aşıq yaradıcılığına təsir göstərmişdir. Bəzən
meydana çıxan mistik və mövhumi fikirləri təsvir edən əsərlər
bu təsəvvürlərin məhsuludur. Lakin xalqın sinəsindəki
duyğuları ifadə edən aşıq sənəti insanları yaşayıb yaratmağa
çağırması ilə həmişə seçilmiş və möhtəşəmlik qazanmışdır.
Mirzə İbrahimov aşıq şerinin mahiyyətini şərh edərkən onun
əsas üç mövzusunu əhatə etdiyini irəli sürür:
1.Sevgi-məhəbbət mövzusu;
2.Sosial-siyasi mövzu;
3.Əxlaqi-fəlsəfi mövzu.
Fazil Əliyev
26
O, öz fikrini materiallara əsasən çox düzgün əsaslandırır.
Çoban Əfqanın, Şəmşirin, Aşıq Əsədin, Aşıq Mirzənin şerlərin-
dən misallar gətirir, onların ictimai əhəmiyyətinə diqqəti cəlb
edir. Əsərdə o dövrdə aşıq yaradıcılığının məzmununda baş
verən intibah aydınlaşdırılır. Məlum olur ki, aşıq şerinin dilin-
də, məhəlləçilik ünsürlərinin təmizlənməsində, obrazlı ifa-
dələrin ictimai siqlətinin artması özünü daha cox ğöstərir. M.
İbrahimov bu məqalədə aşıq poeziyasının klassik irsə yaxınlaş-
ması məsələsini irəli sürməklə bu poeziyanın tədqiqi tarixini
samballı fikir və mülahizlərlə zənginləşdirmişdir. Aşıq
sənətinin nüfuzunu yüksəltməkdə aşıqın şəxsiyyəti məsələsini
ön plana çəkən sənətkar “Aşıq necə olmalıdır?” şualını ustad
Ələsgərin aşağıdakı misraları ilə çavab verir:
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə , nəfsin yandıra,
El içində pak otura , pak dura
Dalısınca xoş sədalı gərəkdir (26,395).
İstedadsız, təsadüfi adamların saz götürməsinə etiraz edən
M.İbrahimov
deyir ki, saz müqəddəs alətdir, o, Aşıq Ələsgərin od-
lu sinəsini görüb, dar və soyuq sinələrdə dura bilməz (26, 395).
Aşıq sənətini asan sənət kimi düşünənlərə cavab olaraq
yazır ki, Nizaminin “Leyli və Məcnun” əsəridə də asan görünür.
Lakin bu asan görünmək zahiri kölgədir. Nizami dühası əsərin
məzmununa gətirdiyi yeniliklərlə zənginləşdirilmişdir. Aşıq
sənəti də hər kəsin girə biləcəyi meydan deyildir. Bu sənətin
sadəliyi onun daha dərin və müdrik sənət olduğunu göstərir.
M.İbrahimovun “Tükənməz xəzinə” əsərində irəli sürülən
mühüm fikirlərdən biri də budur ki, muğamatı aşıq havalarına
qatıb “qəribə həftəbecər” düzəldənlər bu sənətin özülünə zərər
vururlar. Çünki “İncəsənətdə və ədəbiyyatda janrların,
üslubların bir-birinə qarşılıqlı təsiri təbii bir haldır, lakin bu
təsir müəyyən qanunlar üzrə baş verib üslubun parlaqlığına,
Mirzə İbrahimov və xalq yaradıcılığı
27
kamilləşməsinə kömək edir. “üslub pozunluğu ,üslubda
simasızıq yaradır” (26, 400).
Göründüyü kimi, M.İbrahimov aşıq yaradıcılığına dərin
məhəbbət bəsləmişdir. Tədqiqat göstərir ki, onun bu istəyi,
ötəri olmamışdır, ardıcıl və davamlı səciyyə daşımışdır. O,
ikinci, üçüncü və dördüncü Aşıqlar qurultayında fəal iştirak
etmişdir. Xüsusilə IV qurultayda geniş nitq söyləmişdir.
Qurultayların təşkilatçılarından biri kimi Mirzə İbrahimovun
xidmətləri qeyd olunmalıdır. Nəhayət, Aşıqlar Birliyinin
yaranmasında da onun xüsusi rolu olmuşdur.
Ədibin xalq yaradıcılığına dair elmi-nəzəri görüşləri
Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına müsbət təsir
göstərmişdir. Bu təsirin daha aydın ifadəsinə aşıq sənətinə dair
tədqiqat əsərlərində rast gəlirik. Nəzərdən keçirdiyimiz
“Tükənməz xəzinə” əsərində aşıq sənətinə aid müxtəlif
məzmunlu suallara aydın cavablar vermişdir. Tədqiqat göstərir
ki, “Tükənməz xəzinə” yazıçının 1965-ci ildə yazdığı “Aşıq
poeziyasında realizm” əsərinə giriş səciyyəsi daşıyır. Bu əsər
poeziyasına həsr olunmuş monumental sənət nümunəsi saysaq,
yəqin ki, səhv etmərik. Yazıçının folklorşünaslıq elminin
inkişafındakı fəaliyyəti xüsusi bir mərhələ təşkil edir, həmin
mərhələnin zirvəsində isə “Aşıq poeziyasında realizm” əsəri
dayanır (25,420-429). Bu əsərdə aşıq ədəbiyyatının tədqiqi
tarixinə nəzər salınır. Bu sahədə görülən işləri alim-nəzəriyyəçi
təfəkkürü ilə yanaşır. Folklorumuzun, ədəbiyyatımızın başlıca
problemlərinə dair suallara məntiqi tutumu, məna dərinliyi və
ədəbi materialın zənginliyi ilə seçilən samballı cavablar verilir.
Müəllif ədəbiyyat tariximizin ilk yaradıcısı olan
F.Köçərlinin, H.Zərdabinin folklora münasibətlərini göstərir.
Öz əsərlərində realist və demokratik ideyaları təbliğ edən
M.F.Axundov, Ə.Haqverdiyev, N.Nərimanov, M.Ə.Sabir kimi
sənətkarların yaradıcılığında folklorla bağlı məsələləri
aydınlaşdırır. Aşıq şerində yaşayan xalq deyim tərzinin digər
Fazil Əliyev
28
sənətkarların yaradıcılığına təsirini dəqiq və aydın şəkildə şərh
edir.
Abdulla Şaiqin, Hümmət Əlizadənin, Salman Mümtazın,
Məmmədhüseyn Təhmasib, Əhliman Axundov kimi folklor
araşdırıcılarının aşıq poeziyasının tədqiqi sahəsindəki
xidmətlərini minnətdarlıq hissi ilə göstərir. Professor Həmid
Araslının 1960-cı ildə nəşr olunmuş “Aşıq yaradıcılığı” adlı
monoqrafiq əsərində aşıq poeziyasının tarixi ardıcıllıqla şərh
olunduğuna diqqəti cəlb edir.
M.İbrahimov görülmüş işləri qiymətləndirməklə yanaşı
belə qənaətə gəlir ki, aşıq poeziyası hələ mükəmməl şəkildə
tədqiq olunmamışdır. Bu sahədə həllini gözləyən elmi-nəzəri və
estetik araşdırmalara ciddi ehtiyac vardır. O, son dərəcə orijinal
səslənən əsərin əvvəlində yazır: “Aşıq poeziyası yaradıcılıq
metodu və üslub cəhətdən ən az öyrənilmiş sənətdir. Bu sahədə
olan boşluğu doldurmaq və aşıq poeziyasının realist yaradıcılıq
xüsusiyyətlərini meydana çıxartmaq, inkişafına təkan vermək
üçün onun haqqında çoxdan yaranmış bəzi bitərəf
təsəvvürlərdən uzaqlaşmaq lazımdır. Bu cür təsəvvürlərə görə,
aşıq poeziyası böyük məsələlər qaldıra bilməyən və buna görə
də böyük ictimai əhəmiyyəti olmayan sırf aşiqanə
poeziyadır”(26,45). M.İbrahimov əsərdə aşağıdakı məsələləri
ön plana çəkmişdir:
1. Aşıq poeziyasının dərin qatlarını üzə çıxarmağa
çalışmaq, yaradıcılıq metodu və üslubu haqqında elmi-nəzəri
cəhətdən samballı məlumat vermək.
2. Aşıq poeziyasının klassik ədəbiyyatla əlaqəsi
məsələsini köklü şəkildə araşdırmaq. Poetik təfəkkür tərzinin
təbii və axıcı olmasında aşıq şürinin təsirini aydınlaşdırmaq.
3. Aşıq şeirinin inkişafı, forma və məzmunca
zənginləşməsi yollarını şərh etmək.
“Aşıq poeziyasında realizm” əsərində Mirzə İbrahimov
bu sahədə tədqiqat aparan müəlliflərdən fərqli olaraq daha dərin
qatların üzə çıxarılmasına səy göstərmişdir. O, Azərbaycan