Mirzə İbrahimov və xalq yaradıcılığı
33
M.İbrahimov Ələsgər şerinin əsl
elmi-nəzəri qiymətini
vermişdir, zənnimcə səhv etmərik. Tədqiqat göstərir ki, “Aşıq
poeziyasında realizm” əsərinin xüsusiyyətlərini aşağıdakı kimi
ümumiləşdirmək lazımdır.
1. “Aşıq yaradıcılığında realizm” əsəri Azərbaycan ədəbi-
tənqid elminin inkişafına təkan verən orijinal, nəzəri mənbədir.
2. Əsərdə klassik ədəbiyyatla aşıq poeziyası vahid bir
axarda, bir vəhdətdə tədqiqata cəlb edilmişdir.
3. Əsərdə Azərbaycan ədəbiyyatında realizmin təşəkkülü
probleminin tədqiqi ilə əlaqədar, realizmin başlıca əlamətlərinin
aydınlaşdırılması tənqidi təfəkkür tariximizin ən gözəl
örnəklərindən biridir.
4. Əsərdə materialın, tədqiqində tarixi şəraiti, dövrün
tələbini nəzərə almaq fikri daha geniş tərzdə aydınlaşdırıl-
mışdır.
Mirzə İbrahimov “Aşıq poeziyasında realizm” əsərində
həssas tədqiqatçı səyi ilə çıxış etmişdir. Bayatı, dastan və
rəvayətlərin konkret tarixi şəraitlə, şəxsiyyətlərlə əlaqəsini üzə
çıxarmağa xüsusi diqqət yetirmişdir. Professor Həmid Araslı
“Aşıq yaradıcılığı” (27.14) əsərində “Abbas və Gülgəz”
dastanındakı “Yarım apardı” qoşmasından
Mən Abbasam heç vaxt söyləməm yalan,
Elimə, ölkəmə saldılar talan
Xoca, Dəli Becan, Allahverdi xan,
Qoyma, Dəli Becan yarım aparır.
-bəndini təhlil edərkən Dəli Becanın Koroğlu dəlilərindən
olduğunu
ehtimal edir və göstərir ki, Aşıq Abbas bu bayatıda Dəli
Becanı kömək göstərməyə çağırmışdır.
Mirzə İbrahimov bu mülahizəyə öz münasibətini bildirərək
qeyd edir ki, Dəli Becan Şah Abbasın pəhləvanı olmuşdur.
Abbasın nişanlısını Təbrizdən aparan Dəli Becandır. Ona görə də
Fazil Əliyev
34
Aşıq Abbas Dəli Becandan kömək istəmir, onun əlindən dad
çəkir.
Mirzə İbrahimov Dəli Becan haqqında folklorşünas
Hümmət Əlizadənin (31,46) məlumatını etibarlı sayır. Hümmət
Əlizadə Dəli Becanın Şah Abbasın pəhləvanı olduğunu
söyləmişdi.
Həmin beytdə adı çəkilən “Xoca” sözünün “Qoca” kimi
yazılmasını da düzgün hesab etmir. M.İbrahimov yazır ki, Şah
Abbasın Azərbaycan üzrə vəziri Məmməd Rza fədəfi xalq
arasında “Sarı Xoca” adlanırdı. Qoşmadakı Xoca həmin Məmməd
Rza Fədaviyə işarədir. Beləliklə, ədəbi folklor araşdırıcılarını hər
söz və ifadəyə diqqətlə yanaşmaq fikrini aşılayır. O yazır: “...aşıq
şeirlərində, dastanlarda, bayatılarda bəzən çətin anlaşılan sözlərə
və adlara ehtiyyatla yanaşmaq lazımdır. Onlar bizə dövr haqqında
maraqlı məlumat verə bilər və aşıq poeziyasında realizmin konkret
formalarda meydana çıxdığını aydınlaşdırmağa kömək edər”.
Professor A.Hacıyev “Aşıq poeziyasında realizm” haqqında
yazır: “M.İbrahimov xalq ədəbiyyatı nümunələrinə ağır sınaq və
imtahanlardan çıxan müdriklik, mənəvi varlıq və gözəllik timsalı
kimi baxır: folklorda xalqın adət və ənənəsinin, mənəvi aləm və
daxili tamlığının, humanizm və vətənpərvərliyinin, səadətsevər-
liyinin, milli özünəməxsusluğunun real bədii ifadəsini tapır. “Aşıq
poeziyasında realizm” də isə problemin qoyuluşunu daha da də-
rinləşdirir. Onu tarixən realist inkişafda araşdırır” (32,190).
Mirzə İbrahimov Azərbaycan ədəbiyyatında realizm proble-
minə başqa əsərlərində də diqqət yetirmişdir. Xüsusilə realizm və
folklor onun elmi-nəzəri yaradıcılığında, folklorla bağlı əsərlərin
ana xəttini təşkil edir. “Vaqifin dövrü və şeiri” əsərində yazır ki,
Vaqif realizmin formalaşmasında və xəlqiliyində Azərbaycan xalq
yaradıcılığının, Azərbaycan folklorunun böyük təsiri olub (26,12).
Vaqif realizminin formalaşmasında olduğu kimi, Vaqifin
bədii dilinin gözəlliyini də xalq ədəbiyyatı ilə sıx bağlı olmaqda
görən Mirzə İbrahimov “Xalq ədəbiyyatı – Vaqif bədii yara-
dıcılığında böyük rol oynamış ilk mənbədir...Abbas Tufarqanlı
Mirzə İbrahimov və xalq yaradıcılığı
35
kimi aşıqların əsərləri, “Koroğlu” və başqa Azərbaycan xalq
dastanları Vaqifin yaradıcılığında dərin iz buraxmışdır” (26,613)
fikrini irəli sürür. M.İbrahimovun yaradıcılığında şifahi xalq
ədəbiyyatına dair elmi-nəzəri görüşləri ardıcıl şəkildə özünü
göstərir. O ayrı-ayrı sənət bahadırlarına həsr etdiyi məqalələrində,
ədəbi-tənqidi əsərlərində xalqın bədii fikir dünyasından necə
istifadə olduğunu nəzərdən qaçırmır. Sanki əsərin, müəllifin
qiymətini xalqın ürək qanından işıqlanan, ədəbi məşəl olan alovun
işığında araşdırır, xalqın bəyənmədiyini o da bəyənmir, xalqın
yaşatdığını isə dərin bir məhəbbətlə təqdir edir.
Xalq yazıçısı folkloru xəlqiliyin sütunlarından biri sayır.
Həm də şifahi xalq ədəbiyyatına, hər cür adət-ənənələrə aludəçilik
göstərənlərə öz etirazını bildirir: “Hələ Qoqol bir zaman xəlqiliyi
zahiri əlamətlərdə, çuxada, papaqda axtaranları yaxşıca ələ
salmışdır. Xalq arasında olan hər cür adət və ənənələrə aludəçilik
göstərmək də xəlqilik deyildir” (28,114).
M.İbrahimov folklorlu mütləqiləşdirən, onun təsirindən çıxa
bilməyən, müəyyən milli çərçivədə büzüşüb qalan (28,115)
sənətkarları tənqid edərək göstərir ki, həyat xalqın başqa
xalqlarda yaxşı nə varsa, onları öyrənmək imkanını inkar etmir.
M. İbrahimov bədii yaradıcılığında olduğu kimi, folklora dair
elmi-nəzəri, ədəbi tənqidi görüşlərində də bütöv Azərbaycanı
təmsil edən sənətkardır. Xalq yazıçışı “İki kitab “(28.452-459)
adlı məqaləsində bu məsələ bir daha öz əksini tapmışdır.
Cənubi Azərbaycanda yaşayan Səhəndin “Sazımın sözü”,
doktor Səlamülla Cavidin “Həmunəhayı –folkloru-Azərbaycan 2
(“Azərbaycan folklorundan nümunələr”) kitabları haqqında
məntiqi tutumu və elmi səviyyəsi ilə seçilən dəyərli fikirlər irəli
sürür. Mövzunu “Kitabi- Dədə Qorqud” dastanlarından götürən
Səhənd Qaracadağlının xidmətini qiymətləndirərək yazır: “O,
dastanın humanist ruhunu və mündəricəsini inkşaf etdirmiş, həyat
haqqında, insan haqqında bir sıra qiymətli fikirlər söyləmişdir”
(28,453).
Fazil Əliyev
36
Mirzə İbrahimov həmin əsərdə folklordan istifadənin bir
cəhətinə diqqəti cəlb edir. Səhənd “Sazımın sözü” kitabında “
Kitabi- Dədə Qorqud” dastanının üç boyunu nəzmə çəkmişdir.
Sair Dədə Qorqud qəhrəmanlarını mərdlik, dözüm, sabaha inam
hssi oyadan bədii obrazlarını yaratmışdır. Həm də xalqın bugünki,
yaradıcı qüvvəsinə inanmayan ətalət və tərəddüd göstərənləri
tənqid etmiş mübariz olmağa, sabaha ümid dolu nəzərlə baxmağa
çağırmışdır.
M. İbrahimov keçmişə aludə olmağın zərərli cəhətini
xatırladaraq yazır: “Bəzi sənətkarlar xalqı bugünkü mübarizələrə
ruhlandırmaq, onun gələcəyə ümidini artırmaq üçün yox, bugünkü
adamların guya vecsiz və karsiz adamlar olduğunu sübut etmək
üçün keçmişin böyük və cəsur simalarını yada salırlar”.
“Sazımın sözü” kitabı cənublu qardaşlarımızı “Dədə Qor-
qud” alovundan qızınmağa, cəsarət və qeyrət göstərməyə çağırır.
Cənubi Azərbaycanın vətənpərvər oğullarını Qazan xanların, Bey-
rəklərin igidliyindən, düşmən qabağından mərdi-mərdanə dayan-
maq hünərindən ibrət almağa çağırır. Müəllif Səhəddin şeirlərində
folklordan istifadəyə yaradıcılıqla, ustalıqla yanaşıldığını qeyd
edir.
“Azərbaycan folklorundan nümunələr” kitabını tərtib edən
doktor C.Cavidin fəaliyyətini qiymətləndirən M.İbrahimov bir
cəhətə xüsusi diqqət yetirmişdir. O, müəllifin folklor nümunələrini
xalqda deyildiyi kimi kitaba daxil etməsini, süni qondarma yolla
getmədiyini təqdir etmişdir. Son illərdə Cənubi Azərbaycanda
yaranan şifahi ədəbiyyat materiallarının- atalar sözləri, bayatı, lay-
la, tapmaca, nağıl və dastanların toplanmasını və nəşr edilməsini
nəzərdə tutaraq yazır: “Müasir bədii təfəkkürün bir sıra formaları
başlanğıcını xalq yaradıcılığından götürür. Azərbaycan folklorun-
da rüşeym halında elə qiymətli, elə mənalı və oynaq formalar var
ki, onlar inkişaf etdirilsə, bugünkü bədii yaradıcılıqda maraqlı ha-
disələr baş verə bilər” (28,457).