Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   2   3   4   5   6   7   8   9   10   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 25 


ruhuna, qüdrət və iradəsinə möhkəmlik vermişdir. Ədəbiyyatın 

bu rolu xüsusilə  müharibə və qovğalar zamanında  daha artıq 

kəskinləşir” (26,61) Bu cəhətdən  şifahi xalq ədəbiyyatının 

çevikliyi və hədəfi düzgün müəyyən etmək məharəti daha çox 

özünü göstərir. 

M.İbrahimov folklorumuzun aparıcı rolu olan aşıq 

yaradıcılığına onun təbliğinə xüsusi qayğı  və  məhəbbətlə 

yanaşmışdır, yaradıcılığı dövündə onun aşıq şeirinə münasibəti 

bədii və elmi-nəzəri  əsərlərində öz əksini tapmışdır. Lakin 

bilavasitə  aşıq sənətinin mahiyyəti haqqında yazılmış ilk əsəri 

“Tükənməz xəzinə”dir. 1960-cı ildə yazdığı bu əsərdə akade-

mik-yazıçı folklorumuzun özəyini təşkil edən aşıq sənəti haq-

qında elmi-nəzəri cəhətdən tutumlu mülahizələr söyləmişdir. 

 O, 


aşıq sözünü şərh edərək yazır ki, bədii yaradıcılıqda 

aşıq hər adama deyilmir.  Elələrinə deyilir ki, onlar hər şeydən 

əvvəl böyük və  mənalı  sənətin vurğunudurlar. Onlar saza və 

sözə tükənməz bir xəzinə kimi baxır, aşıq sənətini xalq arasında 

yaşadır və inkişaf etdirir. “Aşıq sənəti böyük sənətdir, xalqa 

çox yaxın və doğmadır. Xalqın həyatının, məişətinin müxtəlif 

cəhətləri, adət və  ənənələri, zövqü və  təsəvvürləri bu sənətdə 

əks olunur”- (26,389) deyən M.İbrahimov xalq yaradıcılığı 

kimi, aşıq sənətinin də “əsasən realist sənət” olduğunu söyləyir. 

  Aşıq poeziyasına qiymət verərkən yazıçı-alim belə 

qənaətə gəlir ki, müəyyən zamanlarda hakim mövqe tutan dini 

təsəvvürlər aşıq yaradıcılığına təsir göstərmişdir. Bəzən 

meydana çıxan mistik və mövhumi fikirləri təsvir edən əsərlər 

bu təsəvvürlərin məhsuludur. Lakin xalqın sinəsindəki 

duyğuları ifadə edən aşıq sənəti insanları yaşayıb yaratmağa 

çağırması ilə  həmişə seçilmiş  və möhtəşəmlik qazanmışdır. 

Mirzə  İbrahimov aşıq  şerinin mahiyyətini  şərh edərkən onun 

əsas üç mövzusunu əhatə etdiyini irəli sürür: 

1.Sevgi-məhəbbət mövzusu; 

2.Sosial-siyasi mövzu; 

3.Əxlaqi-fəlsəfi mövzu. 

Fazil Əliyev 

 

 26


O, öz fikrini materiallara əsasən çox düzgün əsaslandırır. 

Çoban Əfqanın, Şəmşirin, Aşıq Əsədin, Aşıq Mirzənin şerlərin-

dən misallar gətirir, onların ictimai əhəmiyyətinə diqqəti cəlb 

edir.  Əsərdə o dövrdə  aşıq yaradıcılığının  məzmununda baş 

verən intibah aydınlaşdırılır. Məlum olur ki, aşıq şerinin  dilin-

də, məhəlləçilik ünsürlərinin təmizlənməsində, obrazlı ifa-

dələrin  ictimai siqlətinin artması özünü daha cox ğöstərir.  M. 

İbrahimov bu məqalədə aşıq poeziyasının klassik irsə yaxınlaş-

ması  məsələsini irəli sürməklə bu poeziyanın tədqiqi tarixini 

samballı fikir və mülahizlərlə  zənginləşdirmişdir. Aşıq 

sənətinin nüfuzunu yüksəltməkdə  aşıqın  şəxsiyyəti məsələsini 

ön plana çəkən sənətkar “Aşıq necə olmalıdır?”  şualını ustad 

Ələsgərin aşağıdakı misraları  ilə çavab verir: 

   


 

Xalqa həqiqətdən mətləb qandıra, 

Şeytanı öldürə , nəfsin yandıra, 

El içində pak otura , pak dura 

Dalısınca xoş sədalı gərəkdir (26,395). 

 

İstedadsız, təsadüfi adamların saz götürməsinə etiraz edən 



M.İbrahimov deyir ki, saz müqəddəs alətdir, o, Aşıq Ələsgərin od-

lu sinəsini görüb, dar və soyuq sinələrdə dura bilməz (26, 395). 

Aşıq sənətini asan sənət kimi düşünənlərə cavab olaraq 

yazır ki, Nizaminin “Leyli və Məcnun” əsəridə də asan görünür. 

Lakin bu asan görünmək zahiri kölgədir. Nizami dühası əsərin 

məzmununa gətirdiyi yeniliklərlə  zənginləşdirilmişdir. Aşıq 

sənəti də  hər kəsin girə biləcəyi meydan deyildir. Bu sənətin 

sadəliyi onun daha dərin və müdrik sənət olduğunu göstərir. 

M.İbrahimovun “Tükənməz xəzinə” əsərində irəli sürülən 

mühüm fikirlərdən biri də budur ki, muğamatı aşıq havalarına 

qatıb “qəribə həftəbecər” düzəldənlər bu sənətin özülünə zərər 

vururlar. Çünki “İncəsənətdə  və  ədəbiyyatda  janrların, 

üslubların bir-birinə qarşılıqlı  təsiri təbii bir haldır, lakin bu 

təsir müəyyən qanunlar üzrə    baş verib üslubun parlaqlığına, 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 27 


kamilləşməsinə kömək edir. “üslub pozunluğu ,üslubda 

simasızıq yaradır” (26, 400). 

Göründüyü kimi,  M.İbrahimov aşıq yaradıcılığına dərin 

məhəbbət bəsləmişdir. Tədqiqat göstərir ki, onun bu istəyi, 

ötəri olmamışdır, ardıcıl və davamlı  səciyyə daşımışdır. O, 

ikinci, üçüncü və dördüncü Aşıqlar qurultayında fəal iştirak 

etmişdir. Xüsusilə IV qurultayda geniş    nitq  söyləmişdir. 

Qurultayların təşkilatçılarından biri kimi Mirzə  İbrahimovun 

xidmətləri qeyd olunmalıdır. Nəhayət, Aşıqlar Birliyinin 

yaranmasında da onun xüsusi rolu olmuşdur. 

Ədibin xalq yaradıcılığına dair elmi-nəzəri görüşləri 

Azərbaycan  ədəbiyyatşünaslıq elminin inkişafına müsbət təsir 

göstərmişdir. Bu təsirin daha aydın ifadəsinə aşıq sənətinə dair 

tədqiqat  əsərlərində rast gəlirik. Nəzərdən keçirdiyimiz 

“Tükənməz xəzinə”  əsərində  aşıq sənətinə aid müxtəlif 

məzmunlu suallara aydın cavablar vermişdir. Tədqiqat göstərir 

ki, “Tükənməz xəzinə” yazıçının 1965-ci ildə yazdığı “Aşıq 

poeziyasında realizm” əsərinə giriş  səciyyəsi daşıyır. Bu əsər 

poeziyasına həsr olunmuş monumental sənət nümunəsi saysaq, 

yəqin ki, səhv etmərik. Yazıçının folklorşünaslıq elminin 

inkişafındakı  fəaliyyəti xüsusi bir mərhələ  təşkil edir, həmin 

mərhələnin zirvəsində isə “Aşıq poeziyasında realizm” əsəri 

dayanır (25,420-429). Bu əsərdə  aşıq  ədəbiyyatının tədqiqi 

tarixinə nəzər salınır. Bu sahədə görülən işləri alim-nəzəriyyəçi 

təfəkkürü ilə yanaşır. Folklorumuzun, ədəbiyyatımızın başlıca 

problemlərinə  dair  suallara  məntiqi tutumu, məna dərinliyi və 

ədəbi materialın zənginliyi ilə seçilən samballı cavablar verilir. 

Müəllif  ədəbiyyat tariximizin ilk yaradıcısı olan 

F.Köçərlinin, H.Zərdabinin folklora münasibətlərini göstərir. 

Öz  əsərlərində realist və demokratik ideyaları  təbliğ edən 

M.F.Axundov,  Ə.Haqverdiyev, N.Nərimanov, M.Ə.Sabir kimi 

sənətkarların yaradıcılığında folklorla bağlı  məsələləri 

aydınlaşdırır. Aşıq  şerində yaşayan xalq deyim tərzinin digər 

Fazil Əliyev 

 

 28


sənətkarların yaradıcılığına təsirini dəqiq və aydın şəkildə şərh 

edir.  


Abdulla Şaiqin, Hümmət Əlizadənin, Salman Mümtazın, 

Məmmədhüseyn Təhmasib,  Əhliman Axundov kimi folklor 

araşdırıcılarının aşıq poeziyasının tədqiqi sahəsindəki 

xidmətlərini minnətdarlıq hissi ilə göstərir. Professor Həmid 

Araslının 1960-cı ildə  nəşr olunmuş “Aşıq yaradıcılığı” adlı 

monoqrafiq  əsərində  aşıq poeziyasının tarixi ardıcıllıqla  şərh 

olunduğuna diqqəti cəlb edir.  

M.İbrahimov görülmüş  işləri qiymətləndirməklə yanaşı 

belə  qənaətə  gəlir ki, aşıq poeziyası  hələ mükəmməl  şəkildə 

tədqiq olunmamışdır. Bu sahədə həllini gözləyən elmi-nəzəri və 

estetik araşdırmalara ciddi ehtiyac vardır. O, son dərəcə orijinal 

səslənən  əsərin  əvvəlində yazır: “Aşıq poeziyası yaradıcılıq 

metodu və üslub cəhətdən ən az öyrənilmiş sənətdir. Bu sahədə 

olan boşluğu doldurmaq və aşıq poeziyasının realist yaradıcılıq 

xüsusiyyətlərini meydana çıxartmaq, inkişafına təkan vermək 

üçün onun haqqında çoxdan yaranmış  bəzi bitərəf 

təsəvvürlərdən uzaqlaşmaq lazımdır. Bu cür təsəvvürlərə görə, 

aşıq poeziyası böyük məsələlər qaldıra bilməyən və buna görə 

də böyük ictimai əhəmiyyəti olmayan sırf aşiqanə 

poeziyadır”(26,45). M.İbrahimov  əsərdə  aşağıdakı  məsələləri 

ön plana çəkmişdir:  

1. Aşıq poeziyasının dərin qatlarını üzə  çıxarmağa 

çalışmaq, yaradıcılıq metodu və üslubu haqqında elmi-nəzəri 

cəhətdən samballı məlumat vermək. 

2. Aşıq poeziyasının klassik ədəbiyyatla  əlaqəsi 

məsələsini köklü şəkildə araşdırmaq. Poetik təfəkkür  tərzinin 

təbii və axıcı olmasında aşıq şürinin təsirini aydınlaşdırmaq. 

3. Aşıq  şeirinin inkişafı, forma və  məzmunca 

zənginləşməsi yollarını şərh etmək. 

“Aşıq poeziyasında realizm” əsərində Mirzə  İbrahimov 

bu sahədə tədqiqat aparan müəlliflərdən fərqli olaraq daha dərin 

qatların üzə  çıxarılmasına səy göstərmişdir. O, Azərbaycan 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə