Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 37 


 

MİRZƏ  İBRAHİMOVUN  HEKAYƏ   VƏ  

POVESTLƏRİNDƏ   XƏLQİLİK 

 

Mirzə  İbrahimovun xalq yaradıcılığına dair elmi-nəzəri 



görüşləri bədii  əsərlərində folklordan istifadə ilə bir vəhdət 

təşkil edir. Xalq yazıçısı Azərbaycan folklorşünaslıq elminin 

zənginləşməsində olduğu kimi, xalq ədəbiyyatından istifadə et-

məkdə də orijinal mövqe tutmuşdur.  Onun bədii yaradıcılı-ğın-

da folklor bəşəriliyi, milli varlığı, və mənəvi saflığı təbliğ edən 

vasitəyə çevrilir. İnsanın bütövlüyü, xalq mənəviyyatı  və 

təfəkkür aydınlığı folklor üslubundan daha çox özünü göstərir. 

Yazıçı  bədii obrazlar aləminin təbiiliyini, son dərəcə  xəlqi 

biçimdən olmasını  şifahi xalq  ədəbiyyatı ilə daha çox bağlı 

olduğunu göstərir. 

  Səməd Vurğun yazır: “Yazıçı dünya meydanına hər şey-

dən  əvvəl, öz xalqının milli aləmini, səciyyəsini, məişətini, 

məfkurəsini və  mənəviyyatını  təbii surətdə  tərənnüm etmək 

yolu ilə çıxa bilər” (21, 60). 

M.İbrahimovun  ilk qələm təcrübələri olan “Zəhra” 

(1929), “Mələk” (1930), “Qaçaq” (1932) hekayələrində obraz-

ların daxili aləmini açmaqda, sənətkarlıq səviyyəsində bir bəsit-

lik duyulur. Lakin həmin əsərlərdə  xalq adət-ənənələrinə mü-

nasibət onların “Mələk” hekayəsində  sərxoşluq, çoxarvadlılıq 

pislənir. Fərmanın sabiq arvadları  Mələk və  Sənəm “Molla 

Nəsrəddin” jurnalına məktub yazaraq onu rüsvay edirlər. Jurnal 

oxucularına müraciətlə yazır: “ilanı görənə  lənət, görüb 

öldürməyənə  lənət, öldürüb basdırmayana lənət. Fərman kimi 

vəhşilərin varlığına təəccüb  etməyin. Bizcə qoyun olub özünü 

onların caynağına salanlar nə  qədər tez ayılsalar o qədər 

yaxşıdır” (35,38). Zərb-məsəldən sənətkarlıqla istifadə olunmuş 

hekayədə xalq deyim tərzi, atalar sözləri samballı yer tutur. 

“Yalın əldən iş qorxmaz”, “dovşanı çul etmisən”, “elə dəyənək-



Fazil Əliyev 

 

 38


dir ki, iki başı var”, “canına  üşütmə salırdı”, “itin dişi, donuzun 

dərisi” və s. 

Ədib atalar sözlərindən istifadə etməkdə yalnış mövqe 

tutmaq, bu sözləri  nadancasına anlamaq məsələsinə də diqqət 

yetirilir. “Məntiq Həsənoviç “ hekayəsində bu ön plana  

çəkmişdir.  “Yüz ölç, bir biç”, “Ehtiyat igidin yaraşığıdır” 

atalar  şözlərini  özünə  qalxan edən  Məmməd Həsənoviç hər 

addımını ölçə-ölçə” (35, 117) işlədiyi komunxoza gedib-gəlir, 

kağızlara qol çəkməkdən qorxur, titrəyə-tıtrəyə, əsə-əsə yeriyir. 

Suda boğulan uşağa  əl uzatmır ki, birdən deyərlər: “onu sən 

suya salmısan”. Nəhayət  kişinin qorxudan bağrı çatlayır. 

“Qorxu başa bəladır” atalar sözündə ifadə olunmuş fikir 

sənətkar işləməsində yaşayır, əsərə oxunaqlıq, təravət gətirir. 

V.Q.Belinski demişdir: “Puşkinin poeziyası, istər rus 

təbiətini, istərsə  də rus xarakterini təsvir etsin,  hər iki halda 

həyatı tamamilə düzgün əks etdirir: sanki buna görə də ümumi 

bir səs onu “rus milli şairi” adlandırmışdır” (22,113). 

M.İbrahimov ilk qələm təcrübələrindən başlayaraq 

yaratdığı surətlərin milli görümünə diqqətlə yanaşır. “Etibar” 

hekayəsində bu məsələ daha qabarıq verilmişdir. Xalqın namus, 

qeyrət, dostluq haqqında düşüncəsi, həya, ismət anlayışı 

hekayədə öz bədii həllini tapmışdır. “İndi arvad, kişi birdir. 

Amma qızım, yadında saxla ki, elə namus keçmişdə də namus 

idi, indi də namusdur. Hər gələnin yağlı dilinə aldanma, qızım. 

Gəzdiyin  adamı yaxşı öyrən, sonra sənə yaraşmaz. Qız papaq 

deyil ki, bu başdan o başa qoyulsun” (35,129). Dilarə  bu 

nəsihəti ömrü boyu unutmur. Əri Həsənə dar gündə də xəyanət 

etmir. Hekayədə cərəyan edən hadisələr “Alıxan və Pəri xanım” 

dastanını xatırladır, dastandakı binamus Qara Vəzir və  Pəri 

xanımın inadını qıra bilmir, onun körpə uşaqlarına divan tutur. 

Hacı  Səyyadın  çörəyi ilə böyüyən Tapdıq, onun qızı  Pəri 

xanıma xəyanət edir, ona böhtan atır. Nankor Səlim  də 

Dilarənı  ələ keçirmək üçün putla çörəyini yediyi Həsən 

müəllimi xəyanət yolu ilə tutdurur. Təslim olmayan Dilarənı 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 39 


sındırmaq üçün Maarif Komissarlığında çalışan  Ədhəmlə 

əlaqəyə girir: “Səlim yüz cür böhtanı materiallarla Dilaranı 

məktəbdən və partiyadan qovdurdu. Dilara yenə  sınmadı.  Baş 

əyib yumşalmadı.  Səlim  quduzlaşdı. Onu yaşadığı evdən 

çıxartdılar. Yenə Dilara yumşalmadı” (35,156). Ədhəmlə Səlim 

də Dilaranı analıq hüququndan  məhrum edib oğlu Etibardan 

ayırmağa çalışırlar. Dilara atasından eşitdiyi müdrik kəlamı 

“Qız papaq deyil ki, bu başdan o başa qoyulsun” atalar sözünün 

ömru boyu unutmur. Dosta xəyanəti, alçaqlığı xalqımız həmişə 

nifrətlə qarşılamışdır.  Ədhəmin  əməlləri xalqın mənəviyyatına 

yaddır. Folklorda da belə əməllər nifrətlə damğalanır. 

“Alıxan və  Pəri xanım” (36) dastanının sonunda xalqın 

gücünü, qeyrətini təmsil edən Budaq çoban Tapdığı  və Qara 

Vəziri cəzalandırır. “Bir yerdə adam çörək yesə, ora xəyanət 

eləməz” – deyərək, hər ikisinin başını çomaqla əzir. Xalq istəyi 

qələbə çalır. “Etibar” hekayəsinin sonunda da Etibarın məktu-

bundan sonra ədalət qalib gəlir, alçaqların yuvası dağıdılır. 

Həsən müəllim ailəsinə qovuşur. 

Mirzə İbrahimovun hekayələrində folklordan bəhrələnmə 

müxtəlif səpkidə özünü göstərir. “İki həyat” (1949), “İşıqlı 

kənd” (1953), “İradə” (1955) kimi əsərlərdə publisistik üslub 

üstünlük təşkil edir. Bu əsərlərdə  işlənən atalar sözləri, 

məsələlər sənətkarın təhkiyəsindən, folklor üslubundan irəli 

gəlir. Ona görə  də  təbii görünmür. “İşıqlı  kənd hekayəsi”, 

“Qonşun pis oldu köç qurtar, dişin ağrıdı çək qurtar”, “Dad pis 

övlad  əlindən”, “Nə  çəkib ata bilirsən, nə köçüb qurtara” 

(35,181) atalar sözü ilə başlayır. Əsərdə “Eyibsiz gözəl olmaz”, 

“hər  şey boşluğundan sınar, insan bərkliyindən”, “aydan arı, 

sudan duru”, “cərgədən qalan qotur olar”, “ağacı qurd içindən 

yeyər” kimi (35,183-214) atalar sözü və  məsəllər işlənir.  Bir 

növ sənətkar müdaxiləsi təsirini bağışlayır. 

“Müasir folklorun ən yaxşı öyrənilməsi yerdə müasir 

nəsrin  ən görkəmli, folklorla bağlı bir nümayəndəsi yetişib: 

Çingiz Aytmatov! 



Fazil Əliyev 

 

 40


Bu təsadüfi deyil. Müasir  qırğız  nəsrinin  nəaliyyətlərin-

də möhtəşəm qırğız folklorunun (və folklorşünaslığının) 

nəaliyyətləri vardır! Folklorşünaslığın müasirliyi elə budur. 

Onun nailiyyətlərindən bəhrələnən  ədəbiyyat, teatr, musiqi və 

rəsm müasir dünyaya folklorun  gözü ilə baxır” (37, 288). 

M.İbrahimovun “Metamorfoza“ (35, 470-492) hekayəsin-

də  zərbi- məsəldən sənətkarlıqla istifadə olunmuşdur.  Əsərin 

girişi də bu cəhətdən maraqlıdır: “Atalar min cür yaxşı-yaxşı 

məsəllər qoyub  gediblər. Qanan adamların nəzərində onların 

qiyməti yoxdur. Evlər, saraylar uçulur, kitablar saralıb gedir, 

onlar isə  ağızdan –ağıza gəzib  yaşayır, çoxları üçün həyat 

məktəbi olur” (35, 470). 

Hekayədə məsəllər haqqında, mühüm bir məsəl və onun 

mahiyyəti haqqında, onu necə anlamaq haqqında təsəvvür 

yaradır: “Məsəllər cürbəcürdür. Eləsi var ki, bircə mənası olur, 

hər sözü istədiyi şəkildə  yazmağı  bacaran  adamlar belə onlara  

ikinci məna verə bilmirlər. Eləsi də var ki, kim necə istərsə elə 

də yoza bilər” (35, 470). 

Hekayə “igidin adı  çıxınca, canı  çıxsa yaxşıdır” məsəli 

üzərində qurulmuşdur. Şöhrətpərəst, mühəndis Kəlbi Kəlbiyev 

müdiri tənqid edir, işçilərin yanında özünü təvazökar adam 

kimi göstərir. Daxilən isə  vəzifədən ötrü can verir. Təsadüfən 

vəzifəyə keçən  Kəlbiyev həyatdakı  su quyusunu düzəltdirmək 

əvəzinə qumla doldurtdurur. Kəlbiyevin iç üzü vəzifəyə 

keçəndən sonra  açılır. Xalq deyim tərzi hekayədə mühüm yer 

tutur. 


Köhnə mühəndis Hökumə deyir, “Yanasan, ay Kəlbi! Ca-

maatın  başına yaxşı yaylıq  bağlayırsan ... tərif eşidəndə qalay-

lanmış cam kimi açılırsan! Tərifin  əleyhinə  çıxmağın  da ona 

görədir ki, səni tərifləsinlər (35,474) yaylıq bağlamaq”, qalay-

lanmış cam kimi açılmaq” deyimləri obrazın daxili aləmini 

oxucuya çatdırmaq üçün yerində işlənmişdir. 

Əsərdə “Köhnə tülkü mənə qaşov çəkir”, “Balığı at 

dəryaya balıq bilməz xalq bilər”, “Kişi tüpürdüyünü yalamaz”, 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə