Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 41 


“Çörəyi ver çörəkçiyə birini də artıq” (35), (38, 486-491) kimi 

ifadələrdən və atalar sözlərindən istifadə olunmuşdur. 

“Metamorfoza” hekayəsində Kəlbiyevin işdən qovulması 

da gözlənilmədən baş verir. Sənətkar  əsərin sonunda məsəli 

xatırladaraq yazır: “Kəlbiyev istədi məşhur məsəli söyləsin. 

Lakin dilinin ucundan qaytarıb susdu” (35, 492) “İgidin adı 

çıxınca, canı  çıxsa yaxşıdır” zərbi-məsəli  əsərə  şuxluq gətirir. 

Oxucunu  intizarda saxlayır. Xalq müdrikliyinin məhsulundan 

sənətkarlıqla istifadə baxımından yanaşsaq, hekayəni Azərbay-

can nəsrinin ən yaxşı nümunələrindən hesab etmək olar. 

Cənubi Azərbaycana həsr olunmuş hekayələrdə M.İbra-

himovun folklor üslubundan istifadəsində yenilik özünü göstə-

rir. Folklor nümunələri xalqın  apardığı azadlıq mübarizəsinə 

hesablanmışdır.  

Mirzə  İbrahimovun  ədəbi irsində  xəlqiliyin güclü 

olmasında da folklor mühüm rol oynamışdır. Xalq yazıçısı 

folklorun daha yaxşı öyrənilməsinə diqqət yetirdiyi kimi, ondan 

istifadə etməkdə  də XX əsrdə Azərbaycan nəsrində yeni 

məktəbin əsasını qoymuşdur. Onun 1935-ci  ildə  yazdığı “İran 

qızı” hekayəsi xalq sınamaları üstündə qurulmuşdur. 

“Həyətimizdə müthiş bir səs eşidildi. Anam  çölə atıldı, atam 

alnını möhürdən götürdü... Qalağın başında bayquş oturmuş

üzünü bizə tutaraq ulayırdı, hamımız mat-mat ona baxırdıq. 

Atam təsbehi cibinə qoymuş, Quranı açmışdı, yalvarırdı: Ey 

Allahın heyvanı, bizdən nə istəyirsən, çıx get!” (38). 

Faciəvi sonluqla bitən hekayədə sınamalar, mifik görüşlər 

bir-birini  əvəz edir. Quraqlıq nəticəsində çaylar quruyur, 

zəmilər külə dönür, lakin yağış yağmır. Üstəlik, “bəylikdə 

toyuq banlamışdı” xəbəri camaatı vahiməyə salır. Qapılarında 

bayquş ulayan Ulduzla sevgilisi Rza bir-birinə qovuşa 

bilmirlər. Onun oxuduğu bayatı həqiqətə çevrilir. 

 

 



 

 

 



Əzizim, həm arandı 

 

 

 

 

Həm yayla, həm arandı 

Fazil Əliyev 

 

 42


 

 

 

 

Sinəm tabutum olsun, 

   


 

Həm yaylaq, həm arandı. 

Ulduz sevgilisi Rzanın qolları arasında can verir. 

“Bayquşun ulaması”, “toyuğun banlaması” kimi sınamalar, 

kortəbii inamlar nəticəsində üzülən xalqın faciəsi  əsərdə  təbii 

və inandırıcı  şəkildə verilmişdir. “Fanatizm xalq üçün ağrıları 

unutduran tiryəkdir” fikri hekayədə  bədii həllini tapmışdır. 

Müəllifin qarşıya qoyduğu məqsəd, oxucuya  deyəcəyi sözdə 

bu şəkildə çatdırılır. 

“Tonqal başında” hekayəsi də  Cənubi Azərbaycandan  

bəhs edir. Kərim dayının dili ilə söylənən əfsanə və rəvayətlər 

əsərin kompozisiyasını təşkil edir. Fədailərin qədim adətə görə 

odun başında həlqə vurması, “tonqal başı söhbət”  əsərə bir 

təbiilik və emosionallıq gətirmişdir. Tonqal başında söylənən 

əfsanə  fədailəri mübarizəyə  səsləyir. “Qədim zamanlarda bu 

torpaqda bir el yaşarmış. Bu el nə zindan bilərmiş, nə  zəncir. 

Orada güclü gücsüzə zülm etməzmiş” (38, 22). 

Paxıllıq və yalan bilməyən bu xalq düşmənə qarşı 

birlikdə mübarizəyə apararmış. Onların torpağını ələ keçirməyə 

çalışan hökmdar Alparsın qulağını Elcan adlı qəhrəman qılıncla 

kəsir.  Odu sevən, qaranlıqdan xoşlanmayan bu xalqı zorla ram 

edə bilməyən Alpars hiylə ilə onların odunu oğurlayır.  

Etiqadını itirən xalq əsarət altına düşür. Zalım düşmən dağın 

zirvəsində ocaq qalayır. Odu görən xalq gecə-gündüz ağlayır. 

Qəhrəman Elcan zirvəyə  çıxır. Odu doğma xalqına paylayır. 

Döyüş vaxtı Elcan ürəyini çıxardıb qəddar düşməni Alparsa 

tullayır. Alpars onun ürəyini yeyir və qan qusub ölür. Düşmən 

qoşunu vahiməyə düşüb qaçır. Xalq Elcanı dəfn edir və üstündə 

əbədi ocaq yandırır.  

Bu  əfsanədə Mirzə  İbrahimov yunan əsarəti “Promotey 

haqqında  əfsanə”dən istifadə etmiş  və yadda qalan gözəl bir 

bədii  əsər yaratmışdır.  Əfsanədən çıxan nəticə budur ki, xalqı 

məhv etmək üçün onun etiqadını əlindən almaq lazımdır. Odur 

ki, öz milli varlığını, düşünən xalq doğma torpağını, ana dilini, 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 43 


vətənini, azadlığını canından  əziz tutmalıdır. Yazıçı  həmin 

hekayədə insanları vahiməyə salan,  tərksilah edən, ona heç bir 

cəsarət, mətdlik, mənəvi kamillik təlqin etməyən  şifahi xalq 

ədəbiyyatı nümunələrinə də öz münasibətini  bildirir. 

Kərim kişinin tonqal başında danışdığı ikinci nağılı 

dinləyən fədai Saleh “Kərim dayı, bu şəyatin olmasaydı, indi 

biz də bir günə çıxmışdıq, - dedi elə millətin evini belə şeylər 

yıxdı, gözəl görünməyən şey əfsanə və heçdir.  Elcan hekayəti 

ilə bu heç tutmur” (38, 28). Yazıçı demək istəyir  ki, 

ucdantutma bütün  folklor nümunələlərini dəyərli hesab etmək 

olmaz. Xalqın  güclü cəhətləri  olduğu kimi, onun zəifliyi, 

mənəvi həyatının  çatışmayan  cəhətləri də vardır.  Bu iki  

vəziyyət folklorda da öz ifadəsini tapmışdır.  

“Folklor  əsərlərində  əfsunlarda, tilsimlərdə, ağılarda 

təlqinedicilik aparıcı  bədii – sosial funksiya daşıyır” (40,135). 

M.İbrahimov cindən, tilsımdən bəhs edən nağılı fədainin dili ilə 

pisləməklə, tənqid  etməklə folklor  incilərinin sosial 

mahiyyətini safçürük etmək məsələcini irəli sürmüşdür. Xalqını 

mərdliyə, qeyrətli və qürurlu olmağa ,düzlüyə  səsləyən 

insanları ilə onun cəsarətini  əlindən  alan, qorxu və vahimə 

içərisində yaşadan insanları ayırd etməyin  vacibliyin əsərdə 

bədii cəhətdən çox düzgün həll etmişdir. 

M.İbrahimovun “Çobanın  məsləhəti” (1959),  “Şairin 

yadigarı” (1959), “Pələng və insan” (1959) hekayələri xəlqilik 

əsasında yaranmış əsərlərdir. Uşaqlar üçün işlənmiş  bu əsərlər  

Cənubi  Azərbaycandakı soydaşlarmızın şifahi xalq yaradıcılığı 

örnələkləridir. “Çobanın məsləhəti” hekayəsində paxıl, hiyləgər 

vəzirlə, zalım, özünü sevən axmaq  padşahla rəsədxana 

yaratmış  alimi  haqqında söylənən bu rəvayətin çox dərin 

məzmunu vardır. Vəzir alimi aradan götürmək üçün padşaha 

onun haqqında yalan məlumatlar verir. Alimi öldürmək üçün 

ona qoyun verir ki, altı ay arpa yedirtsin, ancaq elə etsin ki, 

qoyun kökəlməsin. Alimin atası çoban olduğu üçün onu bu 

çətinlikdən qurtarır. Hər gün yeməkdən sonra qoyuna canavar 



Fazil Əliyev 

 

 44


göstərirlər. Beləliklə altı ay arpa yeyən qoyun bir qram da 

kökəlmir. 

“Ağıllı çoban” obrazı folklorda geniş yer tutan mövzudur. 

“Kitabi-Dədə Qorqud” dasatanındakı Qaraca çoban, “Tapdıq” 

nağılındakı Budaq çoban öz xeyirxah, sədaqətli hərəkətləri ilə 

tanınırlar. Yazılı ədəbiyyatda ilk dəfə dahi Nizami Gəncəvi də 

“ağıllı çoban” obrazı yaratmışdır. “Yeddi gözəl”  əsərində 

Bəhram şaha nəsihət verən çoban buna misal ola bilər. 

Mürsəl Həkimov yazır: “İstər  şifahi, istərsə  də yazılı 

ədəbiyyatda rast gəldiyimiz çoxlu çoban surətləri hər yerdə 

xeyirxah, etibarlı, yol göstərən, ağsaqqal ünvanlı, müdrik 

simalardır” (41,10).  

“Şairin yadigarı” hekayəsi də xalq rəvayəti  əsasında 

işlənmişdir.  Şeir yazmaqla şöhrətə çatmış  şairin hörməti 

padşahı düşündürür. Bu nadan da xalq arasında hörmət 

qazanmaq üçün şeir yazır. Yazdıqları  cızmaqaralardan  şairə 

oxuyur.  Şeirlərini bəyənmədiyi üçün şairi samanlığa saldırır. 

İkinci dəfə şeir oxuyub rəyini soruşduqda şair “Məni samanlığa 

qaytarın!” cavabını verir. Az sözlə  dərin mənalı  əsər 

yaratmaqda folklor sənətkara mühüm mövzu vermişdir.  

“Pələng və insan” hekayəsi də folklorumuzda  yaşayan 

kiçik bir əfsanə  əsasında işlənmişdir. Hər üç hekayədə 

uşaqlarda folklora maraq hissi oyatmaq, xalq təfəkkürünün 

məhsulu olan əfsanə və rəvayətləri öyrənmək həvəsi yaratmaq 

məqsədi əsas yer tutur. 

Professor Paşa  Əfəndiyev yazır: “Nizami Gəncəvi xalq 

yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor 

nümunələrindən öz fikirlərini, ideyalarını xalqa daha yaxşı 

çatdırmaq üçün bir vasitə kimi istifadə etmişdir” (4, 374). 

Mirzə  İbrahimovun yaradıcılığında da eyni mənzərənin 

şahidi oluruq. Yazıçı – akademik folklorumuz haqqında elmi-

nəzəri fikirləri ilə onun dərinliyinə varmış, bədii əsərlərində isə 

folklordan sənətkarlıqla istifadə etmişdir. Folklor Mirzə 

yaradıcılığında samballı yer tutmuşdur. O, xalq 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə