Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 45 


yaradıcılığından istifadə etməklə kiçik yaşlı  uşaqlar üçün də 

əsər yaratmağa diqqət yetirmişdir. “Mehribanın dəftəri” 

(38,140-145) hekayəsində birinci sinifdə oxuyan Mehribana 

“Cırtdan” adının verilməsindən danışılır.  Əsərdə oxuyuruq:  

“Mehriban cəsarəti və  ağılı ilə divə qalib gələn, uşaqları sağ-

salamat evlərinə  gətirən Cırtdan kimi ağıllı  və qoçaq olmaq 

istəyirdi”. (38,141). 

M.İbrahimov folklordan süzülən xalq deyim tərzini mə-

nimsəyib bədii dilin daxili özülünə çevirməyi bacardığı kimi, 

nağıl və dastanlarımızda obrazlaşan, yaddaşlara köçən cəsurluq 

və  mərdlik timsalı lövhələri  ədəbiyyata gətirmək uğuru ilə  də  

fərqlənən yazıçıdır. O, qələmini  şifahi xalq ədəbiyyatı ümma-

nına batırıb onun surətini yaratmır. Ustad sənətkar oxucu qəlbin 

tarıma  çəkmək, bədii əsərin sənətkarlıq səviyyəsini yüksəltmək  

üşün folklordan əsas vasitə kimi istifadə edir. 

“Fırtına quşu” sənədli povestində oxucunu həyacanlan-

dıran  və  bədii  əsər oxumağa  səsləyən bir yazıçı  məharəti 

özünü göstərir. Girişdə Murovdağın  ətəyində yaşayan  İlyas  

kişi haqqında  xatirə verilir. Müəllif Pələnglə ölüm - dirim 

çarpışmasında qalib gələn  İlyas kişini folklor qəhrəmanı  kimi 

təqdim edir. Koroğlu  haqqında söhbətlərə qulaq  asan  İlyas  

kişinin cəsurluğunu məllif “qüvvətli  qollarda, qüdrətli  

gövdədə deyil , möhkəm ruhda görür” (38, 251). 

M.İbrahimovun azadlıq fədaisi Xosrov Ruzbeh obrazını 

yaradarkən “canlı folklor  qəhrəmanı” olan  İlyas  kişini 

xatırlaması    təbbi və qanunauyğundur.  İlyas kişini, onun qaya 

kimi dikilən  şax gövdəsini  təbiətin bir hissəsi hesab edən sə-

nətkar, Xosrov Ruzbehin qəlbində yaşayan haqqın, azadlığın  

qələbəsinə  sonsuz inamı  da duymuş, qəhrəmanı parlaq obrazı-

nı yaratmışdır. Əsərdə Xosrov Ruzbehin cəsurluğu, əyilməz ru-

hu, sabaha  inamı, böyuk məhəbbət və ehtiramla tərənnüm edil-

mişdir. Nəsrdə “poetik isıq, “nəsrin poeziyası” əsərdə öz əksini 

tapmışdır. “Etiraf etmək lazımdır ki, ancaq folklorun gur 

çeşməsinə baş vurmağı bacaran yazıçı  belə  sənət nümunələri 



Fazil Əliyev 

 

 46


yaratmağa qadir ola bilər. Çünki, folklorun mayasında, 

insanlığa pərəstiş daha güclüdür”. 

Rəsul Həmzətov yazır: “Mən dünyanın bütün təza-

hürlərini öz daxmamda ,öz aulumda, öz Dağıstanımda, öz vətən 

hissimdə axtarmaq istəmirəm.  Əksinə, mən vətən hissini dün-

yanın  bütün təzahürlərində” onun bütün uğurlarında  axtarı-

ram. Elə bu mənada da mənim  mövzum- bütün  dünyadır” 

(442). 


“Fırtına quşu “ povesti  fars xalqının  böyük oğlu Xosrov  

Ruzbey haqqında yazılmışdır.  Əslində isə bu  əsər arzular

azadlıq,  insanlıq  eşqinə oxunmuş  nəğmədir ki, bu nəğməni  

oxuyan  sənətkar təmsil etdiyi doğma xalqını  bəşəriyyətin  

arzularına  şərik edir, ona qovuşdurur. Bu nəğmədə folklor qəh-

rəmanlarının  Qazan xan, Bamsı Beyrək, Koroğlu nəfəsi duyu-

lur, Babək ölməzliyi, Nəsimi faciəsi yaşayır. 

M.İbrahimov Cənub mövzusunda yazdığı əsərlərdə ifadə 

edilən  estetik qayə daha çox  folklor biçimində təqdim olunur. 

“Güləbətin” povesti bu cəhətdən  səciyyəvidir.  Əsərdə atalar 

sözləri  əfsanə  və  rəvayətlər geniş yer tutmur. Ancaq yazıçı 

təhkiyəsində, bədii dilin təbiiliyində  həzin bir folklorizm 

duyulur. Nağılvari deyim tərzi povestin  folklor üslubunda  

yazdığını əks etdirir.  

Hacı Səlmanın evində nökərçilik edən Güləbətin anasının 

söhbətini xatırlayır, keçən günləri yad edir. Anası:  “Bax, gör 

ulduzlar necə  səpələniblər göy üzünə!” – deyib, bildiyi bir-iki 

nağılı danışaraq qurtardıqdan sonra, “Birini də danış, nənə” – 

deyə  təkid edən Güləbətinin fikrini yayındırmaq,  başını qatıb 

yuxuya vermək üçün göyləri göstərirdi. Sonra da ulduzlar 

barədə min illərlə bundan əvvəlki babalarımızın  əfsanələrini 

nağıl edirdi” (38,341). Mirzə  İbrahimov xalq yaradıcılığında 

zahiri cəhəti deyil, daxili məzmunu ön plana çəkir. O, folkloru 

xalqın mənəvi aləminin xəzinəsi hesab edir. Bu mənəvi 

xəzinədən insanlıq, milli və  bəşəri ideallarla zəngin olan 

sərvətin əldə olunmasına daha çox diqqət yetirir.  




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 47 


“Həqiqi sənətkarlar öz xalqı, torpağı, mədəniyyəti, dili 

ilə, ruhən dərin göylərlə bağlılıqda hissin, intuasiyasının rolu 

çox böyükdür. Milli gerçəkliyə bilavasitə emosiyalarla nüfuzlu, 

doğma el-obanı, ana dilini duymanı, xalqla bağlı ruhu-mənəvi 

yaşantıları heç vaxt öyrənmə, məlumat toplama əvəz edə 

bilməz” (43,170). 

M.İbrahimovun əsərlərində xalqın mənəvi aləmini, həyata 

baxışını, təfəkkür tərzini dərindən duyan, istək və arzularını 

başa düşən sənətkar obrazı yaşayır. Bu obraz, şifahi xalq 

ədəbiyyatının qaynağında kamilləşmiş xalq ruhunun ifadəçisinə 

çevrilmişdir. 

“Sahildə ev” povestindəki Fərhadoğlu obrazının fərdiliyi 

əsərin folklor üslubunda yazılması nəticəsində diqqəti cəlb edir. 

Obrazın  milli siması, daxili bütövlüyü göstərir ki, bu  vəziyyəti 

daha çox folklorla bağlı olan sənətkar yarada bilər. 

“Biz xalqın tarixi keçmişini, folklorunu, mədəniyyətini, 

məişət tərzini, adət-ənənələrini... öyrənməklə, bunların tipik 

səciyyəvi cəhətlərini müəyyənləşdirməklə onun xarakteri 

haqqında müəyyən qənaətə gəlirik” (43,150).  

Fərhadoğlu obrazı  məhz xalqın xarakterini, mənəvi 

simasını  əks etdirir. “Əli daş altında qalanda” Fərhadoğluna 

əziz müəllim deyə müraciət edən gənc jurnalist Fariz sonralar 

“şöhrət acına” çevrilir, Fərhadoğlunu bəyənmir. Yüksək rütbəli 

adamlardan istifadə edir, onlara yaltaqlanır. “Eşşəyə dayı de, 

səni çaydan keçirsin”  əqidəsi ilə yaşayır. Fərhadoğlu isə 

Farizdəki nankorluğu görür. “İşi aşsın eşşəyə dayı deyənlərdə 

etibar olmaz” kəlamını  ona xatırladır. Povestdə ifadə olunan 

əsas məzmun, başlıca fikir atalar sözü vasitəsi ilə  hədəfə 

çatdırılır.  

Farizin iflasa uğraması, işdən qovulması da aforistik 

tərzdə  verilmişdir: “Çiban yetişəndə özü deşilər”. Çiban insan 

bədənində  ağrı törədən yaradır. Şöhrət düşkünləri, vəzifəpərəst 

simasızlar - Farizlər də insanlığın, bəşəriyyətin ülvi hisslərinə 

yabançı olan çiban kimi arzuolunmaz adamlardır. 



Fazil Əliyev 

 

 48


M.İbrahimovun hekayə və povestlərində şifahi xalq ədəbiyyatı 

nümunələrindən istifadə olunmasında aşağıdakı  səciyyəvi 

cəhətlər özünü göstərir. 

1. Atalar sözləri və zərbi-məsələlərdən daha çox istifadə 

olunmuşdur. Bu folklor inciləri fikrin yığcam və  məntiqi 

cəhətdən tutarlı ifadə olunmasına imkan vermişdir. 

2. Hekayə və povestlərin kompozisiyası atalar sözləri və 

zərb-məsəllər üzərində qurulmuşdur. 

3. Kiçik əsərlərin bədii  üslubunda xalq deyimləri və 

nağılları təhkiyə üstünlük təşkil edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə