Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 57 


 

   


 

 

Təbriz üstü Marağa



   

   Zülfün 

gəlməz darağa, 

 

   

 

 

Gecə-gündüz dalınca 

 

   

 

 

Gəzdim soraq-sorağa. 

Südabənin anası  Məryəm ağır xəstə olarkən doğma 

Təbrizi arzulayır. Həyatının son günlərində  vətən həsrəti ilə 

ürəyi göynəyir:  

 

   


 

 

Əzizim, vətən yaxşı, 



   

   Geyməyə kətan yaxşı, 

 

   

 

 

Gəzməyə qürbət ölkə 

 

   

 

 

Ölməyə vətən yaxşı (96, 382). 

Beləliklə, obrazın  əhval-ruhiyyəsi seçilmiş bayatının 

məzmununa uyğun gəlir. Qəhrəmanın nikbin və  bədbin 

vəziyyətinə uyğun olaraq folklordan gələn bu xüsusiyyət əsərə 

daha çox təbiilik gətirir. 

“Gələcək gün” romanında folklor motivlərindən 

bəhrələnmədən aşağıdakı nəticələri çıxarmaq olar. 

1. Romanda şifahi xalq yaradıcılığının atalar sözləri, 

zərb-məsəllər kimi növündən daha çox istifadə olunmuşdur. 

2. Xalq deyim tərzindən istifadəyə meyl özünü göstərir. 

3. Əsərdə hazır folklor nümunələrindən istifadə üstünlük 

təşkil edir. 

4. Yazıçı dövrün ictimai-siyasi məzmununu ifadə etmək 

üçün folklor yaradıcılığına həssaslıqla yanaşmağa çalışmışdır. 

Lakin romanda istifadə olunan folklor nümunələri həlledici yer 

tutmur. Folklor motivləri müəllif məqsədinin ifadəsilə xidmət 

etsə də, əsərin məzmununa  bütöv halda daxil olmamışdır. Qısa 

desək, “Gələcək gün” romanında folklordan bəhrələnmə ayrı-

ayrı bulaqlardan süzülən əks-səda təsiri bağışlayır. Müəllifin ilk 

iri həcmli əsəri olan bu romanda folklor-uyğunlaşma daha çox 

diqqəti cəlb edir. 

“Böyük dayaq” romanında isə  şifahi xalq  yaradıcılığın-

dan qidalanma dərindən üzə  çıxan dağ çaylarına bənzəyir. Bu 

romanda folklor Mirzə  İbrahimovun fərdi üslubunu, sənətkar 



Fazil Əliyev 

 

 58


mövqeyini müəyyən edən həlledici amillərdən birinə çevrilir. 

Hər iki romanda folklor işığının necə  təcəssüm etdiyini öyrə-

nərkən belə bir fakt da diqqəti cəlb edir ki, dövrün, yəni əsərin 

yarandığı mühitin tələbi də folklordan bəhrələnməyə təsir edir. 

XX  əsrin başlanğıcında milli-azadlıq ideyalarının geniş-

lənməsi, xalqların milli oyanışı ilə bağlı olaraq şifahi xalq ədə-

biyyatının toplanması, nəşri kimi məsələlər ön plana çəkilmiş-

dir. Bədii ədəbiyyatda  milli özünəqayıdış sanki folklora dərin 

məhəbbətdən başlamışdır. 

1912-ci ildə “El güzgüsü” adlı folklor  toplusu tərtib et-

miş “Qızlar bulağı” (1934), “Qan içində” (1936) kimi roman-

ların müəllifi Y.V.Çəmənzəminli yazırdı: “Bütün müəllifləri-

miz yazmağa başlamamışdan  əvvəl xalq ədəbiyyatını toplayıb 

öyrənməlidirlər”. Dərin mənalı  lətifələri ilə  Şərq xalqlarına 

gülə-gülə düşünmək öyrədən “Molla Nəsrəddin”  ədəbi 

məktəbinin nümayəndələrini xalqla birləşdirən körpü də həmin 

dövrdə folklor qaynaqları olmuşdur. C.Məmmədquluzadə, 

M.Ə.Sabir,  Ə.Haqverdiyev, M.S.Ordubadi kimi sənətkarlar 

sanki folklordan yazılı  ədəbiyyata gəlmişdir.  Şifahi xalq 

ədəbiyyatının  öyrənilməsi,  toplanılması  və  nəşri H.Əlizadə, 

S.Mümtaz və başqa folklor bilicilərinin səyi ilə iyirminci illərdə 

də davam etdirilmişdir.  

Lakin otuzuncu illərdə, xüsusən 1937-ci ildən sonra xal-

qın mədəni irsinə münasibət dəyişmişdir. Həmin dövrdə “Oxu 

tar” deyənlər məhv edilir, “Oxuma tar” deyənlər “təriflənir”di.  

“Kitabi-Dədə Qorqud” dastanları yasaq edilmişdir. Milli sərvət-

lərimiz bədnam  “pantürkizm” kəlamı ilə möhürlənir, yan-

dırılırdı. Yəqin ki,  ölüm, böhtan küləyinin  əsdiyi bir vaxtda 

xalqın mənəvi dünyasını  əks etdirən folklordan bəhrələnmək 

məsələsi ehtiyatlı olmağı tələb edirdi. 

Tədqiqat göstərir ki, Mirzə İbrahimovun folklora gəlişin-

də  də dövrün  tələbi öz sözünü demişdir. Otuzuncu illərin 

ortalarında  ədəbi fəaliyyəti ilə seçilən yazıçı-alimin folklora 

dair  elmi-nəzəri görüşləri  əsasən altmışıncı illərdə meydana 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 59 


çıxmışdır. Bədii əsərlərində isə folklor motivləri əllinci illərdə 

kamil  şəkildə özünü göstərmişdir. Onun uşaqlıq həyatı, kiçik 

yaşlarında ehtiyacın məngənəsində  sıxılması da  nağıllı, 

dastanlı folklor aləmi ilə nəfəs almaq imkanını azaltmışdır. 

Mirzə  İbrahimovla eyni dövrdə  sənət aləminə  gələn 

Süleyman Rəhimovun folklorundan bəhrələnmək imkanlarının 

müqayisəsi də bunu aydın göstərir.  Əgər onun 1970-ci ildə 

yazdığı “Pərvanə” romanında folklor üslubu başlıca yer tutursa, 

S.Rəhimovun 1929-cu ildə yazmağa başladığı “Şamo” əsərinin 

də kökləri həm forma  həm də  məzmun cəhətdən birinci 

növbədə xalq yaradıcılığı ilə folklor, nağıl və dastanlarımızla 

bağlıdır (65,87). 

Müqayisə belə deməyə əsas verir ki, S. Rəhimov folklor 

aləmindən yazılı  ədəbiyyata  gəldiyi kimi, M.İbrahimov da 

yazılı  ədəbiyyatda püxtələşmiş  və folklorun sehirli dünyasına 

qədəm basmış  sənətkardır. Yazıçının bədii  əsərlərinin tədqiqi 

bu fikrin əsaslı olduğunu təmin edir. Çünki araşdırmadan aydın 

olur ki, əsərdən-əsərə M. İbrahimov yaradıcılığında folklor 

tutumu artmış, cilalanmış, xüsusilə “Pərvanə” romanında 

sənətkar üslubunun özəyini təşkil etmişdir, folklor üslubu M. 

İbrahimov yaradıcılıq  fərdliyi, orjinallığı üçün əsaslı  zəmin 

olmuşdur. 

Vaqif  şeirilə  aşıq poeziyası  Səməd Vurğunla  şifahi xalq 

ədəbiyyatı arasında etibarlı körpü rolunu oynamışdır” (39,167).  

M.İbrahimovu folklorla bağlayan körpünü öyrənmək 

məqsədiylə araşdırmadan aydın olur ki, yazıçının folklor aləmi 

arasında körpü bir deyil, ikidir. İki yol sənətkarı  şifahi xalq 

yaradıcılığı ilə sıx-sıx bağlamışdır. 

1. M. İbrahimov folklorun, aşıq yaradıcılığının təbliğ 

olunmasında  şəxsən iştirak etmiş, bu sahədə uzun müddət 

sanballı xidmət göstərmişdir. 

1938-ci ildə martın 12-də Azərbaycan Aşıqlarının II 

qurultayında M. İbrahimov aşıq sənətinin inkşafında, tarixi 

dövrlərdən xalqımızın həyat və mübarizəsinin aşıq poeziya-



Fazil Əliyev 

 

 60


sında əks olunmasından bəhs edən məruzə etmişdir” (97, 226). 

Yenə 1961-ci ildə aprelin 27-də  Azərbaycan Aşıqlarının III 

qurultayında xalq yazıçısı Mirzə  İbrahimov və  professor 

Həmid Araslı məruzə edirlər (97,230). 1984-cü ildə martın 19-

da keçirilən Azərbaycan Aşıqlarının qurultayında da xalq 

yazıçısı, M.İbrahimov bu barədə söz açmışdır (97, 231). Şifahi 

xalq yaradıcılığına dərin məhəbbət bəsləyən M.İbrahimov 

folklorumuzun yorulmaz təbliğatçısı kimi böyük xidmət 

göstərmişdir. Respublikada folklor işinin təşkilində, nəhayət 

Aşıqlar birliyinin yaranmasında xalq yazıçısı mühüm rol 

oynamışdır. Bu cəhətlər Mirzə İbrahimovla folklorun əlaqəsini 

möhkəmləndirmişdir.  

2. Mirzə  İbrahimovla folklorun arasında ikinci yol yazı-

çının folklora dair elmi-nəzəri və ədəbi-tənqidi görüşləri olmuş-

dur. Dastanlarımız haqqında, aşıq yaradıcılığı haqqında yazdığı 

əsərlər onun folklorla əlaqəsində mühüm rol oynamışdır. Alim-

tədqiqatçı kimi şifahi xalq ədəbiyyatına dair qiymətli fikirlər 

söyləyən, “Aşıq poeziyasında realizm” adlı  dərin məzmunlu 

əsər yaradan Mirzə İbrahimovun hekayələrində, “Gələcək gün” 

romanında  şifahi xalq ədəbiyyatından bəhrələnmənin araş-

dırılması nəticəsində müəyyən olundu ki,  xalq yazıçısı folkloru 

dərindən öyrənmişdi, ona yaradıcı surətdə yanaşır. Qısa desək, 

folklor nümunələrindən istifadə edərkən sənətkar süni ciddi-

cəhd göstərmir, “folklorlaşma”ya can atmır.  Əksinə, folklor 

təbii olaraq yazıçıya yol yoldaşlığı edir, onun qələminə yatır. 

Mirzə  İbrahimov yaradıcılığında folklor üslubu, özünü 

yuxarıda dedyimiz kimi, “Böyük dayaq” romanında aydın 

göstərmişdir. Bu romanda “folklor nəfəsi” daha artıq nəzərə 

çarpır dastan süjetlərinə oxşarlıq, folklor qəhrəmanlarının bədii 

obrazına oxşar obrazların yaradılması,  əsərin ifadə  tərzində, 

dilində xalq deyiminə yaxınlıq “Böyük dayaq” romanının 

səciyyəsini, bədii görümünü təşkil edir. 

Romanın hələ ilk səhifələrində folklorun, onun tərkib 

hissəsini təşkil edən aşıq poeziyasının nüfuzuna, varlığına 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə