Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 89 


üzünə deyir. Qacar qəzəblənir: Cəlladlar Rza bəyin dilini kəsir

gözlərini çıxardırlar (104,10). 

Məmməd Rza bəyin birinci arvadı Cahan xanım obrazı 

var-dövlət hərisi, riyakar bir  qadındır. O, günüləri Hürü və  

Afəridəni ram etməyə çalışır, Məmməd Rza bəyin var-

dövlətinə sahib  olmaq üçün müxtəlif hiylələrə əl atır. 

Məmməd Rza bəy haqqında rəvayət və Cahan xanım 

surəti nağıl və dastanlarımızı xatırladır. Dastan və nağıllarda 

zülm vermək, onun dilini kəsmək, gözlərini çıxarmaq kimi 

hadisələrə çox rast gəlmək olur. Tarixi şəxsiyyət hökmdar olan 

Qacarla  Məmməd Rza bəy arasındakı söhbətlər və Qacarın onu 

cəzalandırması, qətlə yetirməsi inandırıcı təsir bağışlayır. 

Xalqların tarixində  nəinki düşməni, hətta öz yaxın 

adamlarını da vəhşicəşinə    məhv edən  hökmdarlar çox 

olmuşdur. M. İbrahimov “Aşıq poeziyasında realizm əsərində  

“Tarix- aləm arayi Abbasi” kitabından aşağıdakı parçanı misal 

gətirmişdir. “Şah Abbas Adil kimi ad  çıxarmış padşah son 

dərəcədə müstəbid idi. “Azca şübhələndiyi adamlara aman 

verməzdi. Uf da demədən qanlarını tökərdi. O, öz böyük oğlu 

Səfi Mirzədən  şübhələnərək  onu məhv etmiş,  iki kiçik 

oğlunun gözlərini çıxartdırmışdır” (102,480). 

“Şah  İsmayıl və Gülzar dastanında da bu hadisə ilə 

səsləşən süjet oxşarlığı vardır: “Ədil  şah  Şah  İsmayılın 

yalvarmağına qulaq asmadı. Cəllada, “Hökmünü yerinə yetir - 

dedi: Cəllad  Şah  İsmayılın gözlərini çıxarıb ovcunu qoydu , 

özünü də aparıb zülmət quyusuna saldı” (67,169). 

Məmməd Rza bəy haqqındakı rəvayətdə diqqəti cəlb edən 

bir cəhət də budur ki, Məmməd Rza bəy əsərdə canlı bir obraz 

kimi iştirak etmir. Ancaq o,  mif, dastan, nağıl obrazına 

çevrilərək  əsər boyu oxucunun yaddaşına ayıq saxlayır, 

unudulmur. Məmməd Rza bəy zahiri görkəmcə  də folklor 

qəhrəmanlarına bənzədilir. “O, şümşəd boyu, səstli görkəmi, 

qartal baxışları ilə min adamdan seçilirmiş, onun bu dünyada 

qorxub çəkindiyi bir qüvvə yox imiş” (104, 8). 



Fazil Əliyev 

 

 90


Məmməd Rza bəy üç arvad almışdır. Birinci arvadı, İlyas 

bəyin qızı Cahan xanım günüsü Hürü xanıma qarşı  qəddarlıq 

edir. Onun körpəsini öldürmək qəsdi ilə yaşayır. Yazıçı Cahan 

xanımın bədii portretini belə yaradır: “Cahan xanım kimi  

adamların təbiəti elədir ki,  özlərindən zəiflərə yumruqlarını, 

güclülərə isə  ağaran dişlərini göstərirlər. Yəni riyakarcasına 

güclülərin üzünə gülür, zahirdə onlara yalmanır, qəsdləri bu 

olur ki, onların başlarını  sığallaya-sığallaya uçuruma 

aparsınlar” (104, 26). 

Nökərlərin “Cahan ağa” adı ilə çağırdıqları bu xanım 

folklorda nifrət doğuran  şər qüvvələrdən geri qalmır. O, 

Hürünü Məmməd Rza bəyin qalan var-dövlətinə sahib olması 

məqsədilə qardaşı Səfiqulu bəyə almaq istəyir. “Məmməd Rza 

bəydən sonra mən heç kəsə ərə getməyəcəyəm. Əhd eləyib and 

içmişəm” – deyən Hürünü yola gətirmək üçün ona işgəncə 

verdirir. Cahan xanım qəddarlığı ilə atası  İlyas bəydən geri 

qalmır. O, var-dövlət hərisidir. Qadınlıq ismətini gözləməyən 

bu qadının qəlbində kin-küdrət yuva salmışdı. Özünü nökər 

Səlimin qucağına atan Cahan xanım Hürünün atası Babaş 

kişinin ölümünə fitva verir. Mənəviyyatca pozğun, namərd 

Səlimdən bədxah əllərini həyata keçirmək üçün istifadə edir. 

“Pərvanə” romanında dastan süjetləri, folklor motivi 

başlıca yer tutur. Əsərin təhkiyə üsulu əslində “folklor romanı” 

təsiri bağışlayır. Bu “folklor romanı”nda hadisələr dastan 

süjetlərinə yaxın variantlarda cərəyan edir. Hətta  ayrı-ayrı 

epizodik mahiyyətli təsvirlər, obrazlaşdırma da  dastanlardan 

gəlmə motivlərlə səsləşir. 

Professor Q.Xəlilovun “Azərbaycan romanının yaranma-

sında mühüm və  bəlkə  də  həlledici amillərdən biri xalq 

yaradıcılığıdır” – fikri “Pərvanə” romanında özünü doğruldur. 

Nağıllar, dastanlar, aşıq  şeiri, rəvayətlər, atalar sözləri, 

tapmacalar, lətifələr və s. bir külf  halında xalq yaradıcılığı 

yazıçıya bir tərəfdən mövzu, süjet, ifadə  tərzi, dil cəhətdən 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 91 


güclü material verilsə, o biri tərəfdən onu xalq həyatına daha da 

yaxınlaşdırır, möhkəm məğlubedilməz özülə bağlayır (65,4). 

“Pərvanə” romanında xalq yaradıcılığı ilə bağlılıq  süjet 

xəttinin  inkişafında  da özünü göstərir. Romanda folklor 

motivlərinə söykənən mövzu yaxınlığı  üç istiqamətdə inkişaf 

etdirilir. 

1. Hürü xanımla, Vəfadarla bağlı süjet xatti müsbət 

obrazların, xeyirxah qüvvələrin təmsil olunduğu inkişaf xətti. 

2.İlyas bəy tayfasının-şər qüvvələrin fəaliyyəti ilə bağlı 

inkişaf xətti. 

3.Əsərin sosial- siyasi məzmunu ilə bağlı süjet xəttinin 

inkşafı. 

Ayrılıqda götürdüyümüz bu bölgünün  hər biri arasında 

daxili  əlaqə olduqca sıxdır. Lakin burada nəzərə çarpan fərq 

bundan ibarətdir ki, hadisələrlə bağlı süjet xəttinin inkişafında 

folklorlaşma daha üstün yer tutur. İstər müsbət, istərsə də mənfi 

surətlərin həyatı ilə bağlı deyim tərzi daha çox folklor deyim 

tərzini xatırladır. 

Hürü xanımla bağlı olan hadisələrin təsviri, Hürü xanım 

surətinin oxucuya təqdim olunması “Alı xan və  Pəri xanım” 

dastanında cərəyan edən hadisələrə yaxındır. Namus, qeyrət 

çəkən Hürü xanım istər başına gələn ağır müsibətlərə görə

istərsə xarakterinə görə Pəri xanıma oxşayır : 

Pəri həddindən artıq gözəl, gözəl olduğu qədər də 

ismətlidir. Onun gözləri qarşısında övladlarını öldürürlər. 

Bütün bunlara baxmayaraq, Pəri öz namusunu, ismətini 

qoruyub saxlamağı bacarır. Zamanın bütün qəddarlığına sinə 

gərir. Adı, yoxsul bir kəndli qızı olan Hürü xanım da gözəl idi. 

Romanda onun gözəlliyinin təsviri aşıqanə  təsir bağışlayır: 

“Lakin çox gözəl idi. Çöllərin ortasında bitən qırmızı lalə kimi 

kəndin bütün qız-gəlinlərindən seçilirdi.  Onu bir görən çətin 

ki,  ikinci dəfə  dönüb baxmaya idi. Nazik, incə beli, kövrək 

gəndəni, mərmər kimi ağ sinəsi, ağ üzündə çölələnən qara 

gözləri, qara qaşları  və qara buruq telləri ilə o,  qüdrətdən 



Fazil Əliyev 

 

 92


yaranmış bir afət idi” (104,15). Pəri namus və qeyrət 

mücəssəməsi kimi övladlarının ölümünə razı olur. Ancaq ərinə 

bəslədiyi məhəbbəti ləkələmir. Qara vəziri rədd edir. Hürü də  

əhdə  vəfalı olmaqla  Pəridən  geri qalmır, övladını  və 

namusunu axıradək qoruyur.  Atası Babaş kişini nökər Səlimə 

öldürtdürürlər.  Gözünün  qabağında ata faciəsini görən  Hürü 

yenə İlyas bəyin oğlu Səfiquluya razılıq vermir. Dastanda Pəri 

xanıma kömək edən, dar ayaqda ona yardım edən Budaq 

çobandır. Budaq çoban xalqın dəyanətini, nankorluğa, 

alçaqlığa, namussuz hərəkətlərə nifrətini ifadə edən surətdir. 

Romanda isə  Vəfadar Hürü müdafiə edən onu İlyas bəy 

tayfasının quduz hücumlarından, təqibdən qoruyan bir surət 

kimi təsvir edilmişdir. Vəfadar da Budaq çoban kimi xalqın 

gücünü, etiqadını, haqsızlığa, namərdliyə qarşı  qəzəbini  əks 

etdirir. Nağıllarda, dastan və  rəvayətlərdə  dərçi surətləri 

möhkəmlik, bütövlük güc və qüvvət rəmzi kimi diqqəti cəlb 

etmişdir. 

“Koroğlu dastanında dəlilər arasında ad-san qazanan 

Dəmirçioğlu mərdliyi, yoldaşlıqda, dostluqda sədaqəti ilə 

seçilir: “Dəmirçioğlu “aha” deyib bircə dəfə güc verdi. Zəncir 

parça-parça olub yerə töküldü.  Sonra üzünü Koroğluya tutub 

dedi: Koroğlu sən mənə etibar etməyib qollarımı açmadın. 

Amma mənim sözüm sözdür, haraya deyirsək gedək. Day 

ölüncə səndən ayrılmayacağam” (45,49). 

“Padşah və  dəmirçi” nağıllarında da qolları  kəsilmiş 

ağıllı, dözümlü dəmirçi surəti verilmişdir. Padşah üçün 

qayırdığı daşı iki bölən qılıncı padşahın darğası yolda dəyişir. 

Sınıq qılıncı görən padşah qəzəblənir və dəmirçinin iki qolunu 

da kəsdirir. Vəzirlə padşah sonrada bu xəyanəti bilirlər və 

darğanın boynu vurulur (14, 427-431).      

“Pərvanə” romanında Vəfadar obrazı dastan qəhrəmanları 

səviyyəsində  təsvir edilmişdir. Dəmirçilik Vəfadarın qollarına 

güc və qüvvət vermişdir. O, “mütiliyi, yazıqlığı, belə gəlib, belə 

gedəcək” xülyasını özündən uzaqlaşdırmağa çalışan xalqın 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə