Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 121 


qardaş, üç bacının xalçası ata-ananın başına gələr tükürpədici 

hadisələr nağıl deyil; həyat həqiqətidir. 

“Sərab xanın dəstələri kəndimizə doldular. Mal-qaranı 

tövlələrdən çıxartdılar, evlərə soxulub, gəlinlərin üstündən 

yorğanı, altından döşəkləri çəkib apardılar. Mənim böyük 

qardaşım Kərim bir həftə olmazdı ki, toy eləmişəm. Bir az da 

igidliyi vardı, söz götürən deyildi.  Başıpozuqların abırsız 

işlərini qapı-bacanı  sındırmalarını görəndə davam gətirmədi. 

Tüfəng götürüb atəş açdı. Onlar da vəhşiyə döndülər. Evimizə 

od vurdular. Atamı, anamı, qardaşımı, bacılarımı  məhv etdilər 

(104, 55). Dərəbəyliyin dəhşətləri təsvir obyektinə çevrilir, 

Vəfadarın atasının faciəsi ilə birləşir.  Əsərdə dastan süjeti 

motivi, folklor deyim tərzinin güclənməsinə təsir göstərir. 

M.İbrahimov atalar sözlərindən dilimizin poetik vüsətini 

üzə çıxartmaq məqsədilə də  istifadə edir.  Şah İsmayıl Xətai öz 

tərəfdarlarını kamal sahibləri ilə yaxın olmağa onlardan mərifət 

kəsb etməyə, “özünü bilməz” insanlardan uzaq olmağa 

çağırırdı. 

   

 

Yoldaş odur  rəhm edə yoldaşına, 



  

 

Yoldaşı uğratmaya yol daşına

M.İbrahimov yoldaşlıq haqqında xalqımızın təsəvvürlə-

rini: “Yoldaşı yolda tanı”, “İş yoldaşı çox, baş yoldaşı yox” ki-

mi sözlərlə ifadə etmişdir. O, bu sözlərdəki poetik səslənmədən 

də sənətkarlıqla bəhrələnmişdir. 

   


 

Yoldaşı – yolda tanı, 

    

 

İş yoldaşı çox, 

  

 

Baş yoldaşı yox. 

Belə poetik deyimlər nəsrin poeziyasını yaratmaqda, 

daxili qafiyələnmə ilə  bədii dilin təravətini aşkarlamaqda 

sənətkarın imkanlarını artırır. Obrazlı ifadələr, xalq  deyiminin 

poetik vüsəti əsərin bədii görümünü  gözəlləşdirir. 

“-Allah ağzından eşitsin,  ay    Nəcəf kaş    elə  sən deyən 

kimi olsun deyir: “Kor nə istər – iki göz, biri əyri biri düz”.  

“Bizim də istədiyimiz odur ki, isti aşımıza soyuq su qatma-



Fazil Əliyev 

 

 122


sınlar”(104, 417). “Allah  ağzından eşitsin”, “Sən deyən  kimi 

olsun, Kor nə istər – iki göz, Biri əyri, biri düz”. Birinci misal-

da “qulaq qafiyəsi”, ikinci misalda isə daxili qafiyələnmə var-

dır. Tədqiqat göstərir ki, əsərdə folklor  nümunələrinin seçi-

mində emosionallıq və poetik deyim tərzi nəzərə alınmışdır.  

Vəfadarın gəvə toxuyan Cəfərlə, bacısı  Səkinə üçün oxuduğu 

bayatı bu fikri təsdiq edir: 

 

 



 

 

 



Əzizim bəxtiyarım, 

 

    Könlümün 

taxtı yarım, 

 

 

 

 

 

Üzündə göz izi var 

 

 

 

 

 

Sənə kim baxdı yarım. 

Romanda atalar sözlərinin bir qişmindən müəllifin əlavəsi 

olmadan istifadə olunmuşdur. “Dərə xəlvət tülkü bəy”, “Vuran 

oğul atasından soruşmaz”, “Ölmək-ölməkdir, xırıldamaq nə 

deməkdir”, “İtnən yoldaş ol,  çomağını  əldən qoyma”, “İlan 

ulduz görməsə ölməz”, “Bəynən qohum olanın tağı belində 

bitər”, “Şər deməsən, xeyir gəlməz”, “Bivaxt gələn qonaq 

kisəsindən yeyər”, “Nə yoğurdum, nə yapdım, hazırca kökə 

tapdım”, “İgid basar, amma kəsməz”, “Örkən nə  qədər uzun 

olsa, axır doğanaqdan keçəcək”, “Nə  dəvə görmüşəm, nə  də 

qıçını”, “Örtülü bazar dostluğu pozar”, “İgidin adını eşit, üzünü 

görmə”, “Ağıl, ağıldan ötkün olar”, “Gərək yüz ölçəsən, bir 

biçəsən”, “Əlli arxın suyu qarışıb bir-birinə”, “Söz yolun 

nərdivanıdır”, “Sirkə tünd olanda öz qabını çatladar”, “Qorxan 

gözə çöp düşər”, “Yürüyən at qamçı yeməz”, “Toxun acdan nə 

xəbəri”, “Düzə zaval yoxdur”, “Acıqlı başda ağıl olmaz”, “Üz 

versən, astar da istərlər”,  “Çəlmək dığırlanar tayını tapar”, 

“Ağıl yaşda yox, başda olar”, “Paxılın əkdiyi bitməz” və sair. 

Folklordan bəhrələnmək Mirzə  İbrahimovun sənətkarlıq 

üslubunda mühüm yer tutur, “Pərvanə” romanında da bu cəhət 

geniş  şəkildə özünü göstərir.  Sınamalar alqış  və qarğışlar, 

yanıltmalar öz məqamında işlədilir bu da əsərdə  təbililik, 

emosionallıq gətirir.  



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 123 


Maraqlıdır ki, bu sınamanın  həyatdan doğduğu da əsərdə 

öz  əksini tapır.  Nərimanın anası  Həlimə hamilə olarkən 

qohum-əqraba xüsusi şadlıqla övlad yolunu gözləyir: “Min illər 

ərzində ana südü ilə əmdikləri təsəvvürlərə görə, onlar inanırdı 

ki,  bahar fəslində, çaylar daşanda, dağlar-dərələr  yaz çiçəkləri 

ilə  nəfəs aldığı, çöllər yaşıllaşdığı, ağaclar gül çiçək açdığı 

zaman dünyaya gələn uşağın ayağı yüngül bəxdi açıq olub, 

elinə-obasına səadət gətirir” (104,375). 

Romanda işlədilən alqışların müxtəlif məna çalarlarına 

rast gəlirik. Topasaqqal  çoban İlyas bəy ailəsinə yarınmaq 

məqsədilə Səfiqulu bəyə deyir: “Allah  səni bizim üstümüzdən 

əksik eləməsin, ay bəy. Allah  sürülərinin sayını daha da artıq 

eləsin” (104,122). 

Topasaqqal kişi “dünya belə  gəlib, belə  də gedəcək” 

inamı ilə yaşayan, ömürlərini başa vuran adamları təmsil edir. 

Onun işlətdiyi “Adəmdən hatəmə belə, belə  də olacaq”, “Ac-

acdır, tox-tox. Ağa-ağadır, nökər-nökər” ifadələr də bunu 

göstərir. Çarvadar İdrislə Reyhan evlənərkən atası deyir-dua 

verərək deyir: “get, allah xeyir versin, qızım! Xoşbəxt 

olasınız!”. 

Reyhan anadan köç yolunda olmuşdu. Köçəri mamaçalar 

“Bu qız bir yerdə oturmayacaq, yolda doğulan uşaq həmişə 

hərəkətdə olar. Allah xoşbəxt eləsin! demişdilər”. Xalq inamı,  

xoşbəxtlik arzusu sənət dili ilə  bədii  ədəbiyyatın canına 

hopmuşdur. 

“Pərvanə”  romanında qarğışlar alqışlardan daha çoxdur. 

İlyas bəylərin at oynatdığı bir dövr üçün bu təbii haldır. “Baisin 

evi yıxılsın”, “Özün öləsən”, “Yurdumuzda bayquş ulasın”, 

“Yediyiniz çörək sizə haram olsun”, “Çor buyurdum, azar-

buyurdum”, “Sənin ciyərinə qara-yara çıxsın”, “Allah sizin 

evinizi yıxsın”, “Allah məni öldür! Allah mənim gözlərimi kor 

elə!”, “Sehrin, cadun özünə qənim olsun”, “Dağılsın,  daşı-daş 

üstə qalmasın bu evin”, “İlahi, sən özün bunun belini qır”, 

“Allah səni yaman gözdən saxlasın”, “Fələyin üzü qara olsun”, 



Fazil Əliyev 

 

 124


“Bəxdimiz qaradır, nə edək”, “Ay balam bu yazıqdan əl çəkin”,  

“Axı, zülmü allah götürməz!”, “Allahdan qorx, Səfiqulu bəy, əl 

çək o yazıqdan”, “Nəslinizə  lənət, zatıqırıq köpək uşağı”, 

“Yalançının atasına lənət”, “Səni and verirəm o getdiyin həccə, 

bu zülmü mənə eləmə”, “İnsan çiy süd əmib. Çiy süd əməndən 

nə gözləyirsən? (indi dini dinara satırlar)” – kimi müxtəlif 

səpkili ifadələr də  əsərdə folklor  üslubunun daha dərindən 

olduğunu aydınlaşdırır. Acılama, and, lənətləmə  məzmunu 

daşıyan deyimlər müəllif məqsədinin konkretliyinə xidmət edir. 

Hürü xanımı zorla evinə aparan İlyas bəy tayfasına zor göstərə 

bilməyən xidmətçilər bu qudurğanlığa “Nəslinizə lənət zatıqırıq 

köpək uşağı” – deyə öz nifrətlərini bildirirlər. 

Yanıltmacalar, hərbə-zorbalar da xalq deyimində yaşayan 

söyləmələrdir: “Kişisən çıx meydana”, “Harda, havaxt desən 

qulluğunda hazıram, sözündən qaçan nakişidir!”, “Yaxşı  aşıq, 

mənə borc olsun”, “Deyəsən, başın bədəninə  ağırlıq eyləyir 

ha?!”, “Külünüzü göyə sovuraram”. 

Vəfadarın Səlimlə qabaqlaşarkən “Kişisən çıx meydana” 

deməsi yanımcıl çağırışı onun mərdliyini göstərir. Aşıq Kərəm 

“Mən haqq aşığıyam, ölərəm sevdadan dönən deyiləm” 

fikrindən döndərə bilməyən  Kərim bəyin “Yaxşı, aşıq mənə 

borc olsun!” – deyib, fürsət gözləməsi isə  bəyin namərdliyini 

göstərir. Folklor nümunələrindən bəhrələnərək müqayisə - 

təsvirdən istifadə etmək Mirzə  İbrahimovun sənəti üçün 

səciyyəvidir. “Allah dindirə bilməyəni pul dindirər!” Cahan 

xanımın atasından dönə-dönə eşitdiyi və inandığı həqiqətlərdən 

biri idi (104,70). 

Cahan xanımın əksinə olaraq, “İnsani məhəbbəti, düzlüyü 

və  təmizliyi  Hürü ana südü ilə  əmmişdir: “Pul ki, var, əl 

çirkidir!” Onun atasından eşitdiyi və inandığı  həqiqət  bu 

olmuşdur.  Pul haqqında iki atalar sözündən atalar sözündən 

istifadə edən yazıçı yox uyarlı, yadda qalan, bədii işləmə 

yaratmışdır. Burada sərvətə münasibətdə iki əxlaqi baxış üz-üzə 

dayanmışdır. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə