Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 117 


günlərində belə nikbinliyini, yaşamaq eşqini itirmədiyini təsdiq 

edir. Xalqın mənəvi sərvətindən bəhrələnən sənətkar bu 

nikbinlik və  dəyanətin  ədəbiyyatın canına hopdurmaq üçün 

Novruz mərasimindən istifadə etmişdir. 

Romanda uşaq oyunu da öz əksini tapmışdır.  Xalq 

arasında yayılmış oyunların unudulması  sənətkarın diqqətini 

cəlb edir. Nərimanın uşaqlarla “qayış qapdı” oynadığını gös-

tərir.  Bu oyunun bir adı da var idi: “Dirədöymə” (el arasında) 

çeviklik, güc tələb edən “qayış qapdı” oyunundan danışılması 

əsərə təbiilik və canlılıq gətirmişdir. 

Xalq yazıçısı  nəsr  əsərlərində, xüsusən “Pərvanə” roma-

nında folklor qaynağından böyük sənətkarlıqla bəhrələnmişdir. 

Qısa desək folklor üslubu Mirzə  sənətinin varlığında həlledici 

yer tutmuşdur. 

Ədib yazır: “Homer, Nizami, Rustavelli, Puşkin təkrar 

olunmamış tarixi hadisələrdir. Doğma xalqlarını ifadə etmiş və 

buna görə də bütün xalqların ürəyinə yol açmışlar” (103,230). 

Doğma xalqını dərk etmək istəyi Mirzə İbrahimovda güclüdür. 

O, bir sənətkar kimi xalqın  şəxsiyyətini təsdiq edən folklor 

qaynağından ustalıqla bəhrələnmişdir.  

“Pərvanə” romanının sözlüyü-xalq deyim  üslubunun 

təravəti, frazeoloji ifadələr, hikmətli sözlər, atalar sözləri və 

məsəllər, alqışlar, qarğışlar, sınama-inamlar, mifik təsəvvürlər 

bu fikrin əsaslı olduğunu təsdiq edir. 

Tədqiqatdan aydın olur ki, əsərdə folklor və xalq deyim 

tərzi, frazeoloji ifadələr, hikmətli sözlər yüzlərlədir:“Cilovunu 

verib onun əlinə”, “Quzeydə bitən ot kimidir”, “Dabanı çatdaq 

kəndçi qızı xanımlıq nə bacarır”,“Qoltuğumuza qarpız verib”, 

“Kişinin təpər sözündədir”, “Qazan kimi qaynayıb köpüklənir-

di”, “Tacir bunun saqqızını oğurlayıb”, “Bağa kimi girmişik qa-

pımıza”, “Əlli arxın suyu qarışıb bir-birinə”, “İlan kimi xəzinə 

üstündə oturmuşam”, “Əli yalın qalmayacaqalar”, “Xəmirləri 

kindən, küdurətdən yoğrulub”, “Güldən ağır söz deməyəsiniz”, 

“Suyu süzülmüş halda.. getdi”, “İynə atsan yerə düşməz”, 



Fazil Əliyev 

 

 118


“Ovqatına soğan doğramaq” və s. kimi xalq deyimləri bir qayda 

olaraq öz məqamında işlənir: “Mirzə  Fətəlinin və  İvanovun 

bazar ayağında camaatın gözü qabağında  İlyas bəyin dəvətini 

rədd etməsi, oğluna, kürəkəninə olmazın sözlər deyib abırlarını 

alması  İlyas bəyin ürəyində yara olmuşdu (104,252) “Abırını 

almaq” frazeoloji ifadəsi  yerində işləndiyi üçün fikrin yığcam 

ifadə olunmasına imkan vermişdir.  

Vəfadargilin Hürünü müdafiə etməsi  İlyas bəyi sarsıdır. 

O, qisas almağa çalışır. Səlim ağanı  və  Səfiqulu bəyi bu işə 

təhrik etmək üçün deyir: “Gedin o papaqları atın bir küncə, 

başınıza ləçək salıb oturun evdə” (104,252). Bu “başına ləçək 

salıb otur” xalq deyim tərzi fikrin daha kəsərli olması üçün 

işlədilmişdir. Belə aforistik tərzdə  işlədilmiş deyimlər  əsərin 

tərzində, üslubunda mühüm yer tutur.  

Şifahi xalq ədəbiyyatı nümunələrinin bol-bol işlənil-

məsinə görə “Pərvanə” romanı da çox diqqəti cəlb edir. 

Romanın folklor kökündə  atalar sözləri və  məsəllərin xüsusi 

yeri vardır. Mirzə  İbrahimov atalar sözlərini və  məsəlləri 

obrazın səciyyəsi ilə bağlamış,  əsərin bədii cəhətdən daha 

dolğun, təsirli olmasında onlardan yaradıcılıqla bəhrələnmişdir. 

Qəddar, qan çanağı  İlyas bəy “Vuran oğul atasından 

soruşmaz”, “Hər iş öz məqamında görülsə yaxşıdır”, “Daldan 

atılan daş topuğa dəyər” (104,66),  “Ay məndən olub mənə 

oxşamaz” (104,67) kimi sözləri işlətməklə  Səlim Səfiqulunu 

intiqama səsləyir. 

Başqa surətlərin bəylər haqqında söylədikləri atalar 

sözləri və  məsəllərdə    həmin obrazın səciyyəsini aşkarlamaq 

imkanı verir. İlyas bəy haqqında  deyilir: “Hansı suya düşsə 

salamat çıxacaq, qazdan ayıqdır”, “Hamının  bir qibləsi var, 

İlyas bəyin iki-üç”, “Bəynən qohum olanın tağı belində itər”, 

“İtnən yoldaş ol, çomağını əldən qoyma”, “İlan ulduz görməz-

sə, ölməz”.  İlyas bəyə  xalqın bəslədiyi nifrət isə belə atalar 

sözləri vasitəsi ilə öz əksini tapmışdır. 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 119 


Vəfadar İlyas bəy tayfası ilə mübarizədə ağıllı, tədbirli bir 

obraz kimi diqqəti cəlb edir. Onun işlətdiyi “Şər deməsən xeyir 

gəlməz”, “Ağıl-ağıldan ötgün olar”, “Atalar deyib ki, vəsiyyət 

yüngüllükdür” və s.  kimi atalar sözlərində bunu aydın görürük. 

Vəfadarın dostu Cəfərin söylədiyi “Ağılsız ucuz ölüm də 

axmaqlıqdır”. “Qoçaq olmaq cəsarətdəndir, tədbirli olmaq 

ağıldan” kimi atalar sözləri də surətin düşüncə  tərzini aşkara 

çıxarır. 

Sahib müəllim işıqlı obrazdır. Xalqın gözünü açmaq, onu 

maarif və  mədəniyyətə qovuşdurmaq arzusu ilə yaşayır, 

cəhalətə qarşı mübarizə aparır. “Yasin oxumaqla donuz 

darından çıxsaydı, dünya çoxdan düzələrdi”, “Nadanlıq odur ki, 

insan özündən, öz əqlindən başqa hər şeyə inanır”. 

Məmməd Rza bəyin oğlu Sahib müəllimin söylədiyi “O 

yerdə ki, zülm var, tamahkarlıq var, nə düzlük olar, nə 

dostluq”. “Əyri dilin bəd duası öz başına tökülər”, “Nadanlıq 

böyük bəladır”, “bütün dərdlərin bircə  dərmanı var: oxumaq 

kimi atalar sözləri, hikmətli kəlamlar onun mənəviyyatını xalqa 

xidmət etmək səyini əks etdirir. 

Mirzə  İbrahimov bütün məsəlləri, atalar sözlərini yaxşı 

olduğu haqqında rəy yaratmır. O bəzi məsəllərin uyğun 

olmadığını oxuculara xatırlatmağa diqqət yetirir. 

“Hərçənd belə  məsəl var ki, igid atını, qorxaq arvadını 

təriflər” mən bir məsəllə razı deyiləm”,  “Məsəllər hamısı  

yaxşı deyil ki,  bu da pislərdən biri ! – Vəfadar onu danışmağa 

təhrik etdi”,  “Razı deyiləm ona görə ki, vallah bu Reyhan 

xanımın mənim boynumda minnəti çoxdur. Özü də  Aşıq 

Ələsgər sazında oxşanmalı xanımdır”.  İzahata ehtiyac yoxdur. 

Müəllif folklor incəliklərinə münasibətini romanda ustalıqla 

ifadə etmişdir. 

Tacir  Əlinin işlətdiyi atalar sözləri, məsəllər, deyimlər, 

XIX  əsrdə yaranmağa başlayan ticarət burjaziyasının inam və 

əqidəsindən xəbər verir. “Dəvə deyil, öküz deyil, bir çəllək 

yağdır. Düzdür, hələ-hələ tapılmır, ancaq sənin  üçün tapılar”, 



Fazil Əliyev 

 

 120


“İnsanların çoxunun ağlı başında deyil, gözündədir”, “Ölç-biç 

cavabını mənə de”, “Alver deyiblər, alvermə yox” (104,419). 

Tacir  Əli qəsddən Nərimanın atası  Nəcəf kişini 

əsəbiləşdirir. Nəcəf deyir: “-Hacı insafın olsun, Allaha bax! Bir 

bölük külfətin çörəyinə bayis olma, haram tikə ev yıxar, Hacı”. 

“Çörəyə bir aləm bais olmaq”, “Haram tikə yemək” ifadələri 

tacir  Əlinin simasını, iç üzünü açır. Eyni zamanda “kişi 

tüpürdüyünü yalamaz” Nərimanın  əqidəsi ilə    yaşayan 

N.Nərimanovun atası  Nəcəf kişinin halal, düzgün adam 

olduğunu üzə çıxarır (104,417). 

Mirzə  İbrahimov atalar sözlərindən, məsəllərdən 

bəhrələnərək əsasən üç cəhətə  diqqət yetirir: 

1. Atalar sözləri və  məsəllər fikrin yığcam ifadə 

olunmasına xidmət edir. 

2. Süjet  xətti ilə  əlaqələnir, məqsəd aydınlığına səbəb 

olur. 


3. Obrazlılıq yaratmaq, ana dilimizin söz xəzinəsini 

ifadəlilik gücünü zənginləşdirmək məqsədilə    işlədilir. 

Misallara diqqət yetirək: “Səlim ağa! Arvada əl qaldırmaq 

kişiyə yaraşmaz. Kişisən çıx meydana!”. Dəmirçi Vəfadarın bu 

sözü Səlim ağanı ovsunladı, o yerində donub qaldı. 

Atalar sözü fikrin yığcam, dəqiq ifadə olunmasını  təmin 

edir. Hürü oğlu Sahibə deyir: “Yadında saxla, atan deyərdi: 

“Qələm qılıncdan kəsərlidir” məsəlində fikir yığcam və konkret 

şəkildə ifadə olunmuşdur. 

İlyas bəy tayfasının hiylə və kələklə düzəltdiyi sandıqcanı 

Hürünün evinə aparmağa məcbur olan Cəfər qəti qərar qəbul 

edir: “Atalar nahaq deməyib ki, gecənin xeyirindən, gündüzün 

şəri yaxşıdır”(104,90). O, Hürü ilə  oğlunu yuxudan oyatmır,  

sandıqcanı da götürüb Vəfadargilə gedir. 

Xalq yazıçısı “Dərdi dərdbilənə söyləyərlər” ifadəsini 

Cəfərlə, onun həyatı ilə əlaqəsi işlətmişdir. Əsərdə Cəfərin kim 

olduğu, hansı dərdə düşdüyü həmin atalar sözündən sonra izah 

olunur.  Atalar sözü mətləbin açılmasında giriş rolu oynayır. Üç 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə