Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   31   32   33   34   35   36   37   38   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 149 


qəhrəmanlarına məxsus keyfiyyətlər diqqəti cəlb edir. Pərşan, 

Şirzad, Telli arvad kimi aşıq  şerinin bayatıların xiridarı olan 

surətlərin varlığı əsərdə folklor motivinin çəkisini artırır. 

Yüzlərlə atalar sözü, məsəllər, hikmətli ifadələr, aforistik 

ifadələr folklor üslubunu yaratmağa xidmət edir. folklorun 

çoxçeşidliyi də  əsərin mündəricəsində özünə yer tapır. 

Sınamalar, alqış  və qarğışlar, rəvayətlər, teatrvari oyunlar, 

çoban tütəyi, sayaçı deyimlər bunu təsdiq edir. “Böyük dayaq” 

romanının dili təbiilik və canlılıq timsalı ola bilər. Xəlqiliyin 

sənətkar təfəkküründə cilalanmış şəkildə ifadə olunması diqqəti 

cəlb edir. 

Mirzə  İbrahimov Azərbaycan  ədəbiyyatında ilk dəfə 

Rüstəm kişinin simasında  əsl azərbaycanlı türk kişisi obrazını 

yaratmışdır. Bütün keyfiyyətlər ilə kişilik ölçüsünə cavab verən 

bu obraz “Kolxoz sədri” kimi deyil, oxucunun yaddaşına 

Rüstəm kişi kimi daxil olmuşdur. Müəllif əsər boyu bu obrazı 

“Rüstəm kişi” adı ilə təqdim edir. Kişilik titulu Rüstəm kişinin 

atributuna çevrilir. Rüstəm kişi obrazında sanki Qazan xanları, 

Oğuz xaqanlarının mərdanəliyi yaşayır. Onun səthləri də  təbii 

və inandırıcı görünür. 

Folklora münasibətdə Mirzə  İbrahimov dünyada məşhur 

olan Çingiz Aytmatov kimi sənətkarla bir sırada dayanır. Türk 

dünyasının Çingizi “Manqurt” obrazı ilə sovinizmin ideoloji 

qəsdini ifşa etmişdir: “Müasir  qırğız nəsrinin  ən görkəmli, 

folklorla bağlı bir nümayəndəsi yetişib: Çingiz Aytmatov! ... 

müasir qırğız nəsrinin nailiyyətlərində möhtəşəm qırğız 

folklorunun və folklorşünaslığın nailiyyətləri vardır!” (34, 18). 

Bu fikri folkloru dərindən öyrənən sənətkarlara  şamil 

etsək,  şübhəsiz, Mirzə  İbrahimovun adı birincilər sırasında 

dayanar. Folkloru dərindən öyrənən, folklorşünaslıq elmini, 

özünün məntiqi tutumlu fəlsəfi məzmunlu mülahizələri ilə 

zənginləşdirən Mirzə  İbrahimov bədii  əsərlərində  də folklorla 

sıx-sıx bağlıdır. Onun “Pərvanə” romanı bu cəhətdən daha 

səciyyəvidir. Bu romanda nağıl və dastan süjetləri mühüm yer 



Fazil Əliyev 

 

 150


tutur. Folklorda olduğu kimi romanda da  xeyir və şər qüvvələri 

təmsil edən obrazlar silsiləsi diqqəti cəlb edir. 

Dəmirçi Vəfadar, çoban Vəli, çoban Qəsdan, Turan baba, 

Əli Mirzə  işıqlı folklor obrazlarını,  İlyas bəy, Cahan xanım, 

Səlim ağa, Çortan, Molla Nisə, Tacir Əli, Fərraş, nökərlər isə 

şərin doğurduğu folklor obrazlarını təmsil edirlər. 

Tədqiqatdan aydın olur ki, M.İbrahimov nəsrinin uğur 

qazanmasında folklordan bəhrələnmə başlıca rol oynamışdır. 

Fikrin ifadəsində  yığcamlıq, sözə qayğı ilə yanaşmaq, obraz-

ların bədii portretini yaratmaqda folklor nümunələrindən öz 

məqamında bəhrələnmək, folklor deyim tərzinin yazılı ədəbiy-

yatın canına hopdurmaq, folklor çoxçeşidliyini təbliğ etmək 

Mirzə sənətinin danılmaz qüdrətini əks etdirir. “Lirik folklor”u 

yazılı ədəbiyyata gətirmək sahəsində də M.İbrahimovun sənət-

karlığı diqqəti cəlb edir.  

“Böyük dayaq”da Şirzadın, Telli arvadın, Pərşanın aşıq-

sayağı obrazlar kimi təqdim olunmaları, çoban babanın tütəyi, 

“Pərvanə” romanında Aşıq Kərəmin apardığı  məclisin təsviri, 

Vəfadarın çoban Qəsdanın, Nargilənin sazlı-sözlü söyləmələri, 

“Məhəbbət” pyesində  Kərəm, “Kəndçi qızı” komediyasında 

Aslan obrazları, həm nəsr, həm də dram əsərlərində istifadə 

olunmuş onlarla bayatılardan bəhrələnmə bu fikrin əsaslı oldu-

ğunu göstərir. 

Bütövlükdə  “M.İbrahimov və folklor” mövzusunun təd-

qiqindən  çıxan nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar. 

1. Mirzə İbrahimovun şifahi xalq ədəbiyyatına dair elmi-

nəzəri görüşləri fəlsəfi dərinliyə, məntiqi tutuma görə fərqlənir. 

Yazıçı aşıq poeziyası ilə yazılı ədəbiyyatın əlaqəsi məsələsində 

özündən  əvəlki araşdırmalardan ifadə olunan fikirləri təkrar 

etməmiş, yeni fikirlər irəli sürmüşdür. O, aşıq poeziyası ilə 

yazılı  ədəbiyyatın  əlaqəsini adətən olduğu kimi mövzu və 

məzmunca bir-birinə  təsirdə axtarmamış, dərin kökləri üzə 

çıxarmış  aşıq poeziyasının yazılı  ədəbiyyatda realizmin 

inkişafına müsbət təsir göstərdiyini aşkarlamışdır. Bu fikir 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 151 


orijinal olmaqla  yanaşı, aşıq poeziyasını Azərbaycan klassik 

poeziyası  səviyyəsində öyrənmək və qiymətləndirmək 

baxımında xüsusi əhəmiyyət daşıyır. 

2. Xalq yazıçısı Azərbaycan və dünya ədəbiyyatı 

klassiklərinə  həsr etdiyi məqalələrində, ayrı-ayrı  əsərlərə aid 

mülahizələrində xalq təfəkkürünün necə  əks olunduğunu, 

folklor və  sənətkar anlayışını  təhlil obyektinə çevirmək cəhət-

dən  ədəbi-tənqidi təcrübəyə yenilik gətirmişdir. O, sənətkar 

şəxsiyyətində və yaradıcılığında xalq şəxsiyyətinin təcəssümü-

nü öyrənməyi ön plana çəkmiş, xalq haqqında yox, xalqın özü 

ilə danışmağı üstün tutmuşdur. Bu cəhət Mirzə  İbrahimov 

yaradıcılığının ön mövqelərdə dayanmasına zəmin yaratmışdır. 

3. Mirzə İbrahimovun bədii əsərlərində folklor paralelləri 

yaratmağa səy göstərmişdir. Onun istifadə etdiyi şifahi xalq 

ədəbiyyatı nümunələri: - rəvayətlər,  əfsanələr, atalar sözləri, 

məsəllər, sınamalar, alqışlar və qarğışlar, hikmətli ifadələr, xalq 

deyim tərzi obrazların daxili səciyyəsini, psixoloji, əxlaqi 

görümünü aydınlaşdırmağa daha çox xidmət edir. 

4.  İri həcmli nəsr  əsərləri dastan süjetlərindən istifadə 

olunması Azərbaycan romanında, xüsusən altmışıncı illərdən 

başlayaraq folklor motivinin güclənməsinə  səmərəli təsir 

göstərmişdir.  Ədib “Pərvanə” romanı ilə Azərbaycan  ədəbiy-

yatında “folklor romanı” janrının əsasını qoymuşdur. 

5. Şifahi xalq  ədəbiyyatı Mirzə İbrahimovun elmi-nəzəri 

və  ədəbi-tənqidi görüşlərində  və  bədii yaradıcılığında dərin iz 

buraxmışdır. 

6. Xalqın təfəkkür tərzini, folklor aləmini, adət-ən-

ənələrini, mənəvi gücünü və zəif cəhətlərini, fəlsəfi-estetik gö-

rüşlərini, elmi-nəzəri və publisistik əsərlərində  tədqiqat 

obyektinə yönəltməklə orijinallığı ilə seçilən elmi üslub yara-

dan Mirzə İbrahimov, bədii əsərlərindəki təbiilik, emosionallıq, 

yüksək təhkiyə  mədəniyyəti, dil gözəlliyi, axıcılıq, fikir ay-

dınlığı oxucuda oxumaq ehtirası oyatmaq qüdrəti ilə  də özü-

nəməxsus  fərdi üslub-folklor üslubu yaratmışdır. Istər elmi



Fazil Əliyev 

 

 152


istərsə də bədii irsində “Mirzə İbrahimov və xalq” anlayışı bir-

birini tamamlayır. O, fikirlərini düşünmək dərk etmək, xalqın 

zövqünə, estetik idealına uyğun ifadə etmək səlahiyyətinə 

yüksəlmişdir. 

Ədib bədii əsərlərində folklordan istifadə etməklə xalqın 

qəlb çırpıntılarını ifadə etmiş onun varlığını, bütöv şəxsiyyətini, 

milli kimliyini folklor işığında təqdim olunan xalq obrazı Mirzə 

təfəkkürünü qanadlandıran, ona qol-qanad verən ecazkar 

qüvvəyə çevrilmişdir. Xalqın hikmət dünyasına baş vuran 

sənətkarın qəlbindən doğan: 

-“Ey mənim xalqım, ey mənim ümidin və pənahım!  Ürə-

yimin istiliyi  səndədir, fikrim işığım səndən alır. Həyatımın 

hər  nəşə  və sevincinə bais sənsən... Yol kənarında ağac  ək-

dirən, səhralara su gətirdən, yerin altını eçib sərvət tapdıran, 

çöllərdə  məhsul yetirmək həvəsini alovlandıran, qolumdan tu-

tub yaz deyən sənsən” (97, 422) sözləri Mirzə ruhunun nəsil-

lərin yaddaşında  əbədi qalacağını, ürəklərdə yaşayacağını  əks 

etdirir. Yetmiş il ərzində Azərbaycan türklərinin birlik və bü-

tövlük rəmzinə çevrilən, “Gələcək gün”ümüzün, ana dilimizin 

fədaisi, milli mənliyimizin vicdanı Mirzə  Əjdər oğlu ictimai-

fəlsəfi və  ədəbi fikir tariximizin zirvəsində dayanmağa haqqı 

çatan qüdrətli sənətkar-şəxsiyyət kimi ölməzdir. 

   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə