Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   31   32   33   34   35   36   37   38   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 137 


                                              

Bir baş ki,  dost yolunda 

 

    Qurban 

verilməyəcək 

   

 

 

 

Çiyinlərin üstündə 

 

    Çürük 

qarpızdır demək (98,258). 

“Dost dosta nə gündə lazım olar” fikri ilə yaşayan Aslan 

bu sözləri Vahid üçün oxuyur. Lakin Vahid dostluğu dərk 

etmək,  eyhamı anlamaq səviyyəsində deyildir. 

Aslanın “onda qulaq as, ləzzət apar” deyərək ikinci sözlə 

başa sala bilmədiyi Vahidi sazla başa salmaq məqsədilə: 

 

 

 



 

 

Şalını alma qara, 



 

 

 

 

 

Başına salma qara. 

 

 

 

 

 

Gəlmişdim yar sevməyə

 

 

 

 

 

Düşmüşəm qalmaqala (98,287). 

Öz məqamında işlətdiyi bayatı  əsərin məzmunu ilə 

ahəngdar səslənir. 

“Kəndçi qızı” pyesində əlli beş atalar sözü və məsəldən, 

iki bayatıdan, iki rəvayət söyləmədən ifadələrdən istifadə 

olunmuşdur. Bundan əlavə; 

“İlan dilini işə saldı”, “Sən də bu yandan iynələmə”, 

“Kefi saz, damağı çağdır”, “Quyruğun qapı arasına qalanda”, 

“Küllərini göyə sovurunca varam olaram”, “Qorxuram siçan 

deşiyi satın alasınız”, “Yavaşça çıx  əkil,  çuğundur kimi 

qızarmısan”, “Hind toyuğu kimi özünü çəkir”, “Əlimizə yaxşı 

girəvə düşüb”, “Tükü tükdən seçənsən” kimi xalq  söyləmələr 

lirik  komediyada folklor motivini canlandırmışdır. Bənövşənin 

artist Nərgiz adı ilə geyimini dəyişməsi və Cahidlə “Gizlənpaç” 

oyunu da xalq  oyunlarından  əsərdə yaradıcılıqla bəhrələnməyə 

misal ola bilər. 

M.İbrahimovun 1964-cü ildə yazdığı “Yaxşı adam” lirik 

komediyasında istifadə etdiyi atalar sözləri və məsəllər də diq-

qəti cəlb edir. “Qız yükü, duz yükü”, “Örtülü bazar, dostluğu 

pozar”, “Yetmişində öyrənən gorunda çalar”, “Dəryada balıq 

sovdası eləmə”, “Özünə dost qazan düşmən ocaq başında”, 

“Meşədə meyvənin yaxşısını çaqqal yeyər”, “Eşşəyə dayı de, 



Fazil Əliyev 

 

 138


səni çaydan keçirsin”, “Yaxşı adamla duz daşı, pis adamla 

yemə aşı”, “Keçi can hayında qəssab piy axtarır”. Müəllif lirik 

komediyanın  məzmununda məna dərinliyi, fikir tutumu 

yaratmaq üçün bu atalar sözlərindən və  məsəllərdən öz 

məqamında istifadə etmişdir. 

Üç qız anası  Sənəmin söylədiyi “qız yükü, duz yükü” 

məsəli qızların tərbiyəsinə ananın  münasibətini bildirir. “Keçi 

can hayında qəssab piy axtarır” atalar sözündə isə idarə qayğısı 

ilə yaşayan, qızları ilə məşğul olmağa vaxt tapmayan atanın ob-

razı canlanır. Sənəm ilə Əli qızları Zəhrəni fərsiz alim Tağıya 

nişanlayıblar. Zəhra onu sevmir. Bu hal həm dramatik, həm ko-

mik vəziyyət yaradır. Komik vəziyyət xalq deyim tərzi ilə  aş-

karlanır: 

“Sənəm- Zəhra barədə qulağıma pis xəbərlər deyir. Bu 

yandan da bəd yuxu görmüşəm, üçbaşlı əjdaha kəsmişdi qapı-

mızı, bir ağzıynan Zəhrəni udmaq istəyirdi, biriynən Töhrəni, o 

biriynən Qönçəni. 

Əli- “Yaxşı ki, dördbaşlı deyilmiş, yoxsa səni də udardı”. 

“Yaxşı adam” lirik komediyasında xalq yazıçısı atalar 

sözlərini, məsəlləri, müəllif əlavəsi ilə işlətməyə meyl etmişdir. 

Məsələn, “Yalançı tamahkarı aldadır” atalar sözü -

“Eşitməmisən tamahkarın saqqalı yalançının  əlində olar” 

şəklində ifadə olunmuşdur. Yaxud, “Ailənin uzaqlığı 

namusdur”- “Əxlaq sabit olmasa bir ailə, bir ev xoşbəxtlik 

görməz”, “Bir dəli  şeytan deyir: Dur Koroğlu boz üzünü 

göstər”-“Dəli  şeytan deyir, gəl bu şübhə Tağının isti aşına 

soyuq su qat”, “Açıq yerdə təpəcik özünü dağ sayar”-“Hər beçə 

bir qalağın üstə qopub xoruzluq eyləyir”, “Asta olan adam usta 

olar”-“Sakit olan salim olar” (99,18), “Qız ki, iydə çiçəyi 

iylədi, öydən iyisini kəs”-“Qız ki,  dingildədi, gərək köçürəsən 

getsin”, “Tələsən təndirə düşər”, “Tələsik gedən, tərsinə 

gedər”-“Tələsənin kündəsi küt gedər”, “Get özünə dost qazan, 

düşmən ocaq başında”;“Subaylıq sultanlıq, subaylıq 

sonsuzluq”-“Subaylıq sultanlıq imiş” (99,38), “Evlərində 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 139 


bişməyib, qonşudan gəlməyib, hardan bilsin”-“Zınqırov 

görməyən qatırın boynuna zınqırov asanda yerişini itirər”, “Bir 

yerdə ki,  soğan xurmadan baha oldu. Orda baş saxlamaq 

çətindir”; “Məhəbbətin dili lal olur, “Sevgi sözdə yox, 

gözdədir”-“Sevgi olan  yerdə mühakimə susur”, “Qadın gülən 

ev xoşbəxt olar” şəklində əsərdə əksini tapmışdır. 

“Yaxşı adam” kimi komik deyim obyekti olan 

Gülcamalın yuxusu maraqlıdır. Gülcamal Misir fironlarından 

birinin yuxusunu danışır: “-Firon bir çəməndə yeddi kök inək, 

yeddi arıq inək görüb. Arıq inəklər kökləri basıb yeyiblər”. 

Zöhrənin  “bunun  mənası nə imiş?” sualına cavab olaraq  

Gülcamal belə deyir: 

-Yeddi il yaxşı  gəlib, bolluq olub, yeddi il pis gəlib. 

Qıtlıq olub”. 

Falçılıq, xalq yozumu da sənətkarın diqqətindən qaçmır. 

Belə folklor yozumu əsərin komik xəttini dərinləşdirir. 

Mirzə  İbrahimovun nəsr  əsərlərində olduğu kimi, dram 

əsərlərində  də folklorla bağlılıq üzdə deyil, dərindədir. 

Dramaturqun 1967-ci ildə yazdığı “Közərən ocaqlar” dramı bu 

cəhətdən səciyyəvidir. Belə ki, bu əsərdə müəllif böyük dövlət 

xadimi Nərimanovun bədii obrazını yaratmışdır. Eyni zamanda 

Mazar bəy, Maral xanım, Kərim bəy, Tükəz kimi folklor səpkili 

obrazlar yaratmışdır. Başlıcası isə nağıl və dastan süjetlərindən 

bəhrələnmişdir. 

“Məlikməmməd” nağılında qardaşlarının Məlikməmmədə 

xəyanəti göstərilir: “Kiçik qız quyudan  çıxanda qardaşlarının 

ağılları başlarından çıxdı, dedilər. 

-Bəs, Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl qızı 

özünə götürəcək. 

-Bunlara paxıllığı tutdu, yarı yolda Məlikməmmədin 

kəndirini kəsdilər. O, şıppıltıynan quyunun təkinə düşdü”.  

Yazıçı belə səpkili nağıllara tənqidi münasibət bəsləyir. 

“Şah  İsmayıl və Gülzar” dastanında  Ədil  şah Gülzarı 

almaq üçün Şah  İsmayılın gözlərini çıxartdırıb, zülmət 



Fazil Əliyev 

 

 140


quyusuna atdırır: “Ədil şah, Şah İsmayılın yalvarmağına qulaq 

asmadı. Cəllada “hökmü yerinə yetir”-dedi. Cəllad  Şah 

İsmayılın gözlərini çıxartdırıb qoydu, özünü də aparıb zülmət 

quyusuna saldı”. 

Qardaş  xəyanəti,  Ədil  şahın oğlu  İsmayılın gözlərini 

çıxartdıraraq, onun nişanlısı Gülzarı almaq istəyi, Közərən 

ocaqların dramatik inkişaf xəttində, süjetində Mazar bəyin 

simasında özünü əks etdirir. Oxşar süjetlər folklorun yazılı 

ədəbiyyatın tükənməz mənbəyi olduğunu göstərir. 

Mazar bəy iki xəyanətin daşıyıcısı obraz kimi yadda qalır. 

O, var-dövlətini arvadı Maral xanımı qumarda Ağaya uduzur. 

Bu gərgin vəziyyətdə Mazar bəyin qardaşı Tacir Əli Avropadan 

gəlir. O, qardaşının borcunu ödəyir. Mazar bəyi rüsvayçılıqdan 

qurtarır. Üç min də yer alıb buruq qoymaq üçün əlavə pul verir 

və  həmin pulun qəbzini istəyir.  Əli “Qardaş,  ticarət hesab 

sevər, atalar yaxşı deyib, bəxşiş var xalvarnan, hesab var 

dinarnan”. Gecə    Mazar  bəy qardaşına zəhər verir. Onun 

qışqırığını  eşidəndə qapını bağlayır. Arvadı Maral xanım: 

“Cəllad! Axı, o qışqıran  sənin qardaşındır, aç qapını!” deyib 

qapını açmaq istəyəndə Mazar bəy ona mane olur, Maral 

yıxılır. Qardaşının on min manat qızıl pulunu əlinə keçirən 

Mazar bəy məhşurlaşır, günahlarını yumaq üçün Məkkəyə 

gedir, Hacı Mazar adı alır. Kərim bəyi didərgin salır, sürgünə 

göndərtdirir. 

Maral xanımın dediyi “Pislik əkən bədbəxtlik biçər” 

atalar sözü Mazar bəyin alçaq əməllərinin nəticəsi ilə  vəhdət 

təşkil edir. bunu qardaş qatili, oğlu Nazimin sevdiyi usta 

babanın qızı Leylanı almağı qət edir. Nazim deyir: “Ata qədim 

yunanlar deyərdilər ki, allahlar bir adama cəza vermək 

istəyəndə  əvvəlcə ağlını başından alırlar” (99,126). 

Məlikməmmədi quyuya atan qardaşların, oğlunun 

nişanlısını almağa çalışan  Ədil  şahın ölümü folklorda olduğu 

kimi, Mazar bəyin ölümü də dram əsərində faciə doğurmur. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə